Humanitar fənlər



Yüklə 78,54 Kb.
səhifə7/12
tarix01.01.2022
ölçüsü78,54 Kb.
#50386
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
UNEC 1636873921

Ağqoyunlu dövləti. XIV əsrdə Kiçik Asiyanın şərqində məskunlaşmış Qaraqoyunlulardan qərbdə Ağqoyunlular yaşayırdılar. Onlar hələ erkən ortaəsrlərdə Cənubi Qafqazda, Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə, həmçinin Cöyçə gölü ətrafında, Alagöz yaylaqlarında,həmçinin Azərbaycanın cənub bölgələri, Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fərat vadiləri daxil olmaqla, çox geniş ərazidə yayılmışdılar. Ağqoyunluların başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi (1370-1388). Pəhləvan bəyin Ağqoyunlu tayfalarını birləşdirmək uğrunda apardığı mübarizə nəticəsində XIV əsrin 80-ci illərində Ağqoyunlu tayfa ittifaqı Şərqi Anadolunun cənub torpaqlarında böyük qüvvəyə çevrildi. Pəhləvan bəyin ölümündən sonra ara müharibələri getdikcə qızışdı. Hakimiyyətə gəlmiş Əlaəddin Turəlinin (1388-1394) Ağqoyunlu tayfa ittifaqını möhkəmləndirmək cəhdi nəticəsiz qaldı. XIV əsrin sonu-XV əsrin əvvəllərində Ağqoyunlu Qara Yuluq Osman bəy Sivas uğrunda mübaizələrdə Qaraqoyunlulara qalib gəldi və Diyarbəkirdə möhkəmləndi.Ağqoyunlu bəyliyinin əsası qoyuldu. Ərzincan və Mardin torpaqları da asılı vəziyyətə salındı. Qara Yuluq Osman bəy (1394-1434) Diyarbəkiri Ağqoyunlu tayfa ittifaqının mərkəzi seçdi, öz adına pul kəsdirdi, feodal çıxışlarını yatırtdı. 1434-cü ildə Qaraqoyunlularla döyüşdə Osman öldürüldü, Ağqoyunlu tayfa ittifaqında daxili mübarizə şiddətləndi. Ağqoyunlu tayfa ittifaqının başçısı Əli bəy (1434-1444) bu münaqişələrdə müəyyən uğurlar qazandı. Az sonra Əli bəy öldü. Onun oğlu Cahangir Mirzə (1444-1453) qısa vaxtda Ağqoyunlu tayfalarını birləşdirdi ,Diyarbəkirdə möhkəmləndi. Cahangir Mirzənin dövründə Qaraqoyunlu hökmdarı Cahanşahla başlanmış müharibənin Cahanşahın təklifi ilə 1452-ci ildə dayandırılması, Chanşahın təklifi ilə Cahangir Mirzənin Cahanşahın hakimiyyətini tanıması və qızının Cahanşahın oğluna ərə verməsinə razılaşması qardaşı Uzun Həsən (1453-1478) narazılığına səbəb oldu, Uzun Həsən 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil oldu, qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Cahanşaha sığındı. 1457-ci ilin baharında Cahangirin qaraqoyunlulardan ibarət qüvvələrini Diyarbəkr yaxınlığında Uzun Həsən məğlub etdi. XV əsrin 50- ci illərində Uzun Həsən Gürcüstanın Qaraqoyunlulara tabe olan şərq hissəsini tutdu.1467-ci ilin mayında Cahanşah II Mehmedin təhriki ilə Təbrizdən Diyarbəkirə hərəkət etdi. Cahanşah Uzun Həsənin göndərdiyi elçisini və hədiyyəsini qəbul etmədi. Cahanşah bir müddət sonra hərbi yürüşü təxirə salaraq ordunun cox hissəsini geri qaytardı. Yaranmış vəziyyətdən istifsdə edərək Uzun Həsən Chanşahın az sayda qalmş ordusu üzərinə hücuma keçdi. 1467-ci il noyabrın 11-də Muş döyüşündə Qaraqoyunlular məğlub edildi və Cahanşah öldürüldü. Bağdada qədər ərazi Ağqoyunluların əlinə keçdi. 1467-ci ildə Təbrizdə Qaraqoyunlulara qarşı yeni üsyan başlandı. Üsyana Siyavuş başçılıq edirdi. Üsyanı Qara İsgəndərin qızları Arayiş bəyim Şahsaray bəyim yatırdılar. Qaraqoyunlu əmirləri Maku qalasında həbsdə saxlanan Cahanşahın oğlu Həsənəlini azad edib hökmdar seçdilər (1467-1468). Cahanşahın varisləri Həsənəli və Hüseynəli arasında gedən hakimiyyət uğrunda mübarizədə Hüseynəli öldürüldü. Həsənəli isə qüvvələrini Ağqoyunlulara qarşı mübarizəyə başladı. Təbriz yoxsullarına böyük məbləğdə pul payladı, lakin onlar Həsənəlini müdafiə etmədilər. 1468-ci ildə Uzun Həsən Azərbaycanın cənubunu və Qarabağı müqavimətsiz tutdu, Həsənəlini sıxışdırmağa başladı. Qaraqoyunluların xeyli hissəsi Ağqoyunlulara birləşdilər, Qaraqoyunlu dövləti dağıldı. Ağqoyunlu dövləti yarandı, paytaxtı Təbriz oldu. Cahanşahın ölümünü eşidən Teymuri hökmdarı Əbu Səid Ağqoyunlulara qarşı müharibəyə hazırlaşdı. Uzun Həsən müharibədən ehtiyat edərək anası Sara xatının başçılığı ilə zəngin hədiyyələrlə Əbu Səidin yanına nümayəndə heyəti göndərdi. Əbu Səid məqsədindən dönmədi. 1468-ci ilin payızında Əbu Səid Azərbaycanın cənub torpaqlarına daxil oldu. Uzun Həsən Şirvanşah Fərrux Yasar (1462-1501) və Səfəvi sülaləsindən olan Ərdəbil hakimi Şeyx Heydərlə ittifaqa girdi. Müttəfiqlər Əbu Səidi iqtisadi mühasirəyə aldılar. I Xəlilullahın vaxtında Şirvan Teymuri qoşununu ərzaqla təmin edirdi. Fərrux Yasar isə bundan imtina etdi və aclıq çəkən qoşun dağılmağa başladı. Əbu Səid 1468-1469-cu ilin qışında sülh təklif etdi, lakin Uzun Həsən rədd etdi və Teymurilərin düşərgəsinə hücum edərək onları darmadağın etdilər. Ağqoyunlu dövləti Kürdən Cənubda olan Azərbaycan vilayətlərini, Şərqi Anadolunu, Qərbi İranı, İraqı, Şərqi Gürcüstanı və s. əraziləri əhatə edirdi. Ağqoyunlu dövlətində başlıca təsərrüfat sahələri əkinçilik, ipəkçilik, üzümçülük, bağçılıq və maldarlıq idi. Şəhərlərdə sənətkarlıq və ticarət inkişaf etmişdi. Mərkəzi Asiya, Çin və Hindistanı Aralıq dənizi və Qara dəniz sahillərindəki ticarət mərkəzləriilə birləşdirən karvan yolları Ağqoyunlu dövlətinin ərazisindənkeçirdi. Əhalidən toplanan vergi və xarici ölkələrlə ticarətdən alınan gəlir Ağqoyunlu dövlətinin iqtisadi qüdrətinin əsas mənbəyi idi. Dövlətin daxili siyasətində, xüsusilə iqtisadi həyatında oturaq feodallar, ali müsəlman ruhaniləri və köçəri hərbi əyanlar mühüm rol oynayırdılar. Yenə də, Ağqoyunlu dövlətində daxili vəziyyət ağır idi. Ağır vergi və mükəlləfiyyətlərdən bezmiş əhali arasındakı hərəkatlar dövlətin siyasi əsasını sarsıdırdı. Uzun Həsən xalqın rəğbətini qazanmaq üçün bir sıra tədbirlər, vergi işlərini nizama salmaq üçün “Qanunnamə” verdi. Bu, əhalinin vəziyyətini yaxşılaşdırmadı. Uzun Həsən nizami ordu yaratdı, odlu silah istehsal etməyə təşəbbüs etdi, feodalların müqavimətini qırdı. Bəzi güzəştlərə getməyə də məcbur oldu. Lakin o, möhkəm mərkəzləşdirilmişdövlət yarada bilmədi.


Yüklə 78,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin