Humanitar fənlər


Şirvanşahlar dövlətinin xarici siyasəti



Yüklə 78,54 Kb.
səhifə5/12
tarix01.01.2022
ölçüsü78,54 Kb.
#50386
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
UNEC 1636873921

Şirvanşahlar dövlətinin xarici siyasəti. Şeyx İbrahimin hakimiyyəti dövründə Şirvan ərazisi 2 təhlükə qarşısında qalmışdı: cənubdan Teymurun qoşunları, şimaldan isə Qızıl Ordu xanıToxtamışın həmlələri Şirvanın xarici və daxili vəziyyətini gərginləşdirdi. Toxtamış 1387-ci ildə yenə Şirvana hücum etdi, lakin

ölkədən çıxmalı oldu. Şeyx İbrahim mahir siyasətçi idi və rəqibin birindən digərinə qarşı istifadə etmək qərarına gəldi. İbrahim 1386-cı ildə Teymur Qarabağda olan vaxt onun yanına gələrək onunlaToxtamışa qarşı müqavilə bağladı.Bu ittifaq Şirvanı yersiz qarətdən xilas etdi, həm də İbrahim Toxtamışa qarşı güclü müttəfiq qazandı. İbrahim bu əlaqədən istifadə edib Şirvanı iqtisadi-siyasi və hərbi cəhətdən qüvvətləndirdi. O, Teymurun Qızıl Orduya qarşı yürüşündə iştirak etdi. İbrahim Azərbaycanın yerli feodallarının Teymurla danışıqlar aparmasında yaxından iştirak etdi. Teymur 1399-cu ildə 3-cü dəfə Azərbaycana gəldikdə, Şeyx İbrahim Cənubi Qafqazın Miranşaha qarşı üsyan etmiş feodallarının, o cümlədən Şəki hakimi Seydi Əhmədin Teymur ilə ittifaq bağlamasına nail oldu və beləliklə, bu ərazini işğaldan azad etdi. Teymurun ölümündən sonra İbrahim siyasi vəziyyət dəyişdiyindən Teymurilərə qarşı yeni siyasi xətt tutdu. Şirvanşah İbrahimin siyasəti Azərbaycanı birləşdirmək idi. Teymurilərə qarşı qalxan xalq hərəkatından istifadə edən İbrahim Gəncəni Qarabağın xeyli hissəsini tutdu. Gürcü çarı, Şəki və Ərdəbil hakimləri və Qaramanlı tayfasının müttəfiq qoşunları 1405-ci ilin yayında Kür sahilində Teymuri Ömərin qoşununu məğlub etdi. Bu zaman Təbrizdəki üsyançılar şəhəri tutdular və yardım üçün İbrahimə müraciət etdilər. İbrahim 1406-cı ilin mayında Təbrizə daxil oldu. Xalq onu hörmətlə qarşıladı. İbrahim qısa müddət olsa da, Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi. Lakin çox keçmədən Cəlairi sultanı Əhməd və onun müttəfiqi Qaraqoyunlu Qara Yusif şəhərə yaxınlaşdığından I İbrahim Təbrizi tərk edib Şirvana çəkildi. Şəki hakimiyyəti. Şəki XIII əsrin 20-ci illərin əvvəllərindədə Şirvanın tərkibində idi. Şəhəri 2 nəfər-vəzir Səfiəddin val iQaşqara idarə edirdi.XIV əsrin 30-cu illərində Hülakü dövlətinin tənəzzülü dövründə Şəki feodalları daxili müstəqillik əldə etdilər. Hakimiyyətə Oyrat sülaləsi gəldi. Həmin vaxtdan Şəki hakimlərinin müstəqillik uğrunda apardıqları mübarizə XIV əsrin son rübündə daha da gücləndi.Teymur ilk yürüşü zamanı (1386-1387) Şəki vilayətinə gəldi, dağlıq ərazilərində yaşayan camaat qarət edildi, Şəki hakimi Seydi Əli Oyrat Teymurun Azərbaycanda olmadığı dövrdə itaətdən boyun qaçırdı (1387-1392).Teymurun 2-ci yürüşü zamanı (1392-1395) bir daha Şəkiyə daxil oldu.Seydi Əli mülkünü və əmlakını atıb getdi. Bir müddətdən sonraTeymur qoşun hissələrini Şəkidən Qızıl Ordu üzərinə göndərib, Mahmudabada gəldi və Səmərqəndə qayıtdı. Teymurun Azərbaycana hakim təyin etdiyi Miranşah 1395-ci ildə Seydi Əlinin müxalif olduğunu güman edib, yoxlamadan Şəkini talan etdi. Seydi Əli gürcü feodalları ilə ittifaqa girib Əlincə qalasına hücum etdi və burada mühasirədə olan Sultan Tahiri azad etdi. Teymurun Əlincə ətrafındakı qoşunu məğlub oldu. Qoşun başçısı Səncər vəziyyəti Miranşaha bildirmək üçün Təbrizə getdi. Miranşah, oğlu Əbu Bəkri qoşunla Şəki üzərinə göndərdi. Döyüşdə Seydi ÇƏli Şəkidə törədilən qarətin intiqamını almaq üçün şəxsən Əbu Bəkrin üzərinə şığıdı. O həlak oldu, lakin Əbu Bəkrin qüvvələri məğlub oldu. Seydi Əlinin oğlu Seydi Əhməd Şəki hakimi oldu. Teymur yenidən Azərbaycana gəldikdəo, Şirvanşah İbrahimin vasitəçiliyi ilə Teymura qiymətli hədiyyələr, 6000 at verdi. Teymur Seydi Əlinin günahını oğluna bağışladı və Seydi Əhmədi Şəki hakimi kimi tanıdı.

Eyni kökdən vəsoydan yaranmış qaraqoyunlu və ağqoyunlular süqut etmiş Elxanilər dövlətinin ərazisində bir-biri ilə mübarizəyə başlamış Cəlairi, Çobani və Sutay xənadanlarının çəkişmələrində iştirak etmiş, qaraqoyunlular İraqdakı Cəlairilərlə yaxınlaşmış, ağqoyunlular isə Mosul-Diyarbəkr vilayətində hakim olan Sutayoğullarının xidmətinə girmiş və bir-b-rinə qarşı döyüşmüşlər. Teymurun yürüşləri zamanı qaraqoyunlular Cəlairilərlə Teymura qarşı birləşmiş, ağqoyunlular isə teymurilərlə yaxınlaşmışlar. Beləliklə, qaraqoyunlularla ağqoyunlular arasında düşmənçilik münasibətləri daha da dərinləşərək yeni mərhələyə daxil olmuşdur.



Yüklə 78,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin