Əmir-divan: yaxud sahib-divan, divanbəyi. Uzun Həsən Ağqoyunlunun
hakimiyyəti zamanı dövlətin idari təşkilatının mərkəzi böyük divan idi. Divan rəisi
«əmir-divan», «sahib-divan», yaxud «divanbəyi» adlanırdı. Böyük divanın
nəzdində kiçik divanlar da fəaliyyət göstərirdi. Məsələn, təftiş divanı, tuğra və ya
nişan (şah sənədlərinin qeydiyyatdan keçirilib möhürlənməsi) divanı, maliyyə
divanı, ədl və ərz (məhkəmə və hərbi işlər) divanı (bu divana ərizi də deyilirdi).
Divan üzvləri adətən səltənət xanədanına mənsub və ya boy rəisləri olan böyük
bəylərdən olurdu. Bu divanların hamısının nəzarəti əmir-divan tərəfindən həyata
keçirilirdi.
74
Professor O.Ə.Əfəndiyev Qaraqoyunlu və Ağqoyunlu dövlətləri mülki
təşkilatına nəzər yetirib həmin dövlətlərdə fəaliyyət göstərən divanlar içərisində 5
divanın adını çəkir: Divani-əmarət, divani-vəzarət, divani-təvaçi, divani-pərvanəçi,
68
Yenə orada, səh.68.
69
Yenə orada, səh.126,184.
70
Kitabi-Diyarbəkriyyə. səh.213. Qeyd: S.M.Onullahi bu əmirin adını Əmir Əli kimi göstərir (Bax:
S.M.Onullahi. Göst.məq. səh.39).
71
İslam ensiklopediyası, I cild, səh.226.
72
S.Onullahi, Göst. məq., səh 39.
73
Yenə orada.
74
İslam ensiklopediyası, I cild, səh.226
24
divani-ləşkər (Bax: "Yeni Türkiyə" elmi araşdırmalar jurnalı, 8-ci il, 45-ci say,
Ankara, 2002, səh.73). Təbii ki, bu divanların hamısının ümumi nəzarəti divanbəyi
tərəfindən icra edilirdi.
Teymurilər dövlətində vəzirlər divanbəyiyə tabe idilər. Əmir Teymur yazır:
"Bu yeddi vəzir divanbəyiyə tabe olmalı və onunla birlikdə mühüm maliyyə
işlərini həll edərək mənə məlumat verməli idilər." (Bax: "Əmir Teymurun
vəsiyyətləri" səh. 82). Əgər divanbəyinin icazəsi olmasaydı əmirül-üməra və
əmirlər xəzinədən öz maaşlarını ala bilməzdilər. Dövlət tərəfindən ödənilən
maaşların hesabatını divanbəyi hökmdara təqdim edirdi. (Bax: "Əmir Teymurun
vəsiyyətləri"səh. 65).
Mənbələrdə əmir-divanın daşıdığı vəzifənin məzmunu barədə hələlik
müəyyən bir məlumatın olmadığını bildirən V.F.Minorski onun xüsusi divanı
olduğunu bildirib yazmışdır ki, onun divanı həm sədrin, həm də vəzirin
divanlarından üstün olmuşdur. Doğrudan da heç bir mənbədə, həmçinin bizim
tərəfimizdən geniş istifadə edilən «Kitabi-Diyarbəkriyyə»də də əmir-divanın
vəzifəsinin müstəqim şərti yoxdur, lakin bu əmirin digər əmirlərdən yüksəkdə
duraraq böyük ixtiyara malik olması məlumdur.
75
Qaraqoyunlu hakimiyyətinin başlanğıcında əmirül-üməra kimi yüksək
vəzifəni ələ keçirmək uğrunda Qara Yusiflə «Cəngə» başlayan Əmir Bəstam
Caqirlunun oğlu Əmir Bayandur hökmdar Cahanşah Qaraqoyunlunun əmir-divanı
olmuş, onun vəfatından sonra bu böyük vəzifə, onun qardaşı Əbülfət bəyə
verilmişdi. Deməli bu misaldan belə qənaətə gəlmək mümkündür ki, divan əmiri
vəzifəsinin bir tayfanın şəxsində (Burada cağırlu tayfasının - Ş.F.) müəyyən
mənada irsi xarakteri olmuşdur
76
Bəzi mənbələrdəki məlumatlar belə deməyə əsas verir ki, dövlətin əmir-
divanından başqa ayrı-ayrı vilayət, şəhər və qalaların da divan əmirləri olmuşdur.
Məsələn, 1408-ci ildə Əlincə qalasında baş verən qiyam yatırıldıqdan sonra qalanın
yeni hakimi olan Qara İskəndər üsyan başçılarından biri olan Şəhriyarı divan əmiri
etmişdi. Qaraqoyunlu dövlətinin başçılarından biri Qara Yusif olduğu halda
Şəhriyarı divan əmiri vəzifəsinə sülalə başçısı deyil, məhz şahzadə İskəndərin təyin
etməsi faktı onu göstərir ki, İskəndər ona təhvil verilən Əlincəni öz mülkü hesab
etmiş və qala divanının başçılığına atası ilə məsləhətləşmədən Əmir Şəhriyarı təyin
etmişdi. Digər Qaraqoyunlu şahzadəsi Pirbudağın Bağdaddakı divan əmirinin Mir
Əli Şükür adlı əmir olması da məlumdur.
77
«Kitabi-Diyarbəkriyyə» də əmir-
divanın möhtərəm bir dövlət işçisi olduğunu nəzərə çatdırır: "Sahibqran... ali
divanın əmiri, dövlət dayaqlarından biri, ağıllı, müdrik və təcrübəli Əmir bəyi
75
Yenə orada; Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə..., səh.61
76
Tarixi-qızılbaşan, səh.37
77
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə....səh.61
25
Şiraza hakim təyin etdi."
78
Ə.Tehraniyə görə, bəzən bir dövlətin bir yox, iki əmir-
divanı olur və bu vəzifə şərikli icra edilirdi.
79
Vəkil: XV əsr Azərbaycanda feodal dövlətlərinin idarə olunmasında vəkilin
də xüsusi rolu olmuşdur. O, şah adından çıxış edir, bəzi hallarda şahın əvəzçisi
kimi əmirül-üməra ilə birlikdə hərbi səfərlərə də çıxırdı. Qaraqoyunlular 1411-ci
ildə Ərzincana hücum edən vaxt Qara Yusif bu hərbi yürüşün çox uzandığını
görərək oranı ələ keçirməyi öz vəkilinin öhdəsinə qoymuş və özü geri qayıtmışdı.
Bəhs olunan dövrdə, xüsusilə Qaraqoyunlular vaxtı mənbələrdə tez-tez «vəkil»
sözü əvəzinə «vükəla» (vəkillər) işlədilir ki, bunun da, şübhəsiz səbəbi vardır. О
vaxtlarda hərbi yürüşlər zamanı orduya başçılıq bir neçə şəxs tərəfindən icra
olunduğu üçün hökmdarın adından hərəkət edib, müəyyən tapşırığı уerinə yetirən
məsul şəxslər «vükəla» adlanmışlar. İndi görək Qaraqoyunlu dövrünə aid olan
«vükəla» ifadəsi sonralar Ağqoyunlu və Səfəvi dövlətlərində mühüm əhəmiyyət
kəsb edən «vəkalət» kimi ali vəzifənin icraçılarına aiddirmi? Əsla yox! Çünki
Qaraqoyunlular dövründə vəkalət bir vəzifə kimi hələ formalaşmamışdı. Bu fikri
Qaraqoyunlu dövlətinin təsviri zamanı müxtəlif mənbələrdə vəkalət vəzifəsinə
əhəmiyyət verilməməsi ilə izah etmək olar. Doğrudur, yuxarıdakı misaldan da
vəkillərin şah əvəzçiləri kimi fəaliyyətləri məlum oldu, lakin şübhəsiz ki, həmin
vəkillər sonralar böyük rolu olan Ağqoyunlu və Səfəvi vəkillərindən fərqli
idilər.
80
Vəkalət vəzifəsinin formalaşması, fikrimizcə, Ağqoyunluların
hakimiyyətdə olduqları zaman həyata keçmişdir. Məlumdur ki, bu dövlətə 12 il
başçılıq edən Yaqub şahın vəkili Şeyx Nəcməddin Məsud olmuşdur. Bu şeyx XVI
əsrin əvvəllərində yenicə yaradılan Səfəvilər dövlətinin də vəkili kimi fəaliyyət
göstərmiş, Şah İsmayıl Səfəvinin ən etibarlı köməkçilərindən biri olmuşdur.
81
«Əhsənüt-təvarix» əsərində verilən aşağıdakı məlumata əsasən Ağqoyunlu
dövlətlərində vəkalət mənsəbi hətta bəzən əmirül-üməradan da üstün olubdur.
Tarixi faktdır ki, Yaqub şahın öldürülməsindən sonra hakimiyyəti Əmir Sufi
Xəlilin köməyi ilə şahzadə Baysunqur ələ almış və dövlətin əmirül-ümərası
vəzifəsinə Fərrux bəy təyin edilmişdi. Gənc şahın adından dövləti vəkil kimi idarə
etməyi əmirül-üməra olmaqdan üstün tutan Sufi Xəlil о zaman məhz vəkaləti öz
əlinə keçirmişdi.
82
Bir mənbədə vəkil Sufi Xəlildən sonra Ağqoyunlu dövlətinin vəkili
vəzifəsini ələ keçirən Süleyman bəy Bicən haqqında bu məlumat vardır:
«Süleyman Bicən Diyarbəkrdən Sufi Xəlilə hücum etdi. Vanda tərəflər arasında
cəng oldu ... Sufi Xəlil qətlə yetirildi və Süleyman onun əvəzinə Mirzə
Baysunqurun (Yaqub Ağqoyunlunun oğlu - Ş.F.) cümlətul-məliki oldu.» Biz başqa
78
Kitabi-Diyarbəkriyyə, səh.287.
79
Yenə orada, səh.171.
80
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.50
81
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.50-51.
82
Yenə orada, səh.50.
26
mənbələrdə vəkilə «cümlətul-məlik» («baş məlik») kimi yüksək epitetin
verildiyinə təsadüf etmədik.
83
«Əhsənüt-təvarix»də vəkalət vəzifəsinin üstünlüyünü təsdiq edən başqa fakt
da vardır: 1497-ci ildə Uzun Həsənin nəvəsi Gödək Əhməd (o, həmçinin II Sultan
Məhəmməd Fatehin də nəvəsi idi) Ağqoyunlu Rüstəm şahı məğlub edib, taxt-tacı
ələ keçirən vaxt Kirman valisi Eybə Sultan və Şiraz valisi Qasım bəy Pornak ona
qarşı sui-qəsd hazırlamaq qərarına gəlmişdilər ki, Uzun Həsənin digər nəvəsi
Sultan Muradı Şirvandan gətirib taxta çıxarsınlar və özləri yeni şahın vəkili
olsunlar. Bu faktla о zaman vəkalət mənsəbinin böyük üstünlüyü nəzərə çatdırılır
və eyni zamanda vəkilliyin bəzən müştərək icra edildiyi aydınlaşır.
84
Orta əsr tarixçiləri vəkilə «iqtidar sahibi», «ixtiyar sahibi», vəkalət
mənsəbinə isə «ali vəzifə», «şərəfli mənsəb» demişlər
85
. Vəkil «ölkənin ixtiyarlı
adamı» da adlandırılmışdır.
86
Bacarıqlı vəkilin işə cəlb edilməsi zəruri və
təxirəsalınmaz bir vəzifə kimi qarşıda dururdu. Belə ki, 1498-ci ildə qardaşı
Məhəmmədi Mirzəyə qalib gəlib, yenidən Təbrizdə taxta çıxan Əlvənd
Ağqoyunlunun ilk işi özünə vəkil təyin etmək olmuşdu və о Lətif bəy adlı məşhur
bir əmiri özünün vəkili elan etmişdi.
87
Ə.Tehraninin məlum əsərində vəkilin bəzən hətta divan işlərinə başçılıq
etməsi də göstərilir.
88
Dostları ilə paylaş: |