Ad : Miretyyub
Soyad : Məmmədov
Qrup : 112 A 1
Aqrokimya elmi nəyi öyrənir?
Aqrokimya - bitkilərin qidalanmasının optimallaşdırılması haqqında elm kimi yüksək və keyfiyyətli məhsul almaq üçün bioiqlim potensialı nəzərə alınmaqla gübrələrin tətbi-qini və torpağın münbitliyini öyrənir.
Daha sadə --- Aqrokimya - bioiqlim potensialı nəzərə alınmaqla torpaq, bitki və gübrələrin qarşılıqlı əlaqə-sini, əkinçilikdə maddələrin dövranını və gübrələrin səmərəli tətbiqini öyrənən elmdir.
2) Aqrokimya elminin banisi hansı alim hesab edilir?
Aqrokimyanın banisi sayılan D.N.Pryanişnikov belə hesab edirdi ki, aqrokimyanın əsas məsələsi əkinçilikdə maddələrin dövranını öyrənərək, kimyəvi proseslərin torpaqda və bitkilərdə baş verən dəyişikliklərə təsirini açıqlamaqla məhsuldarlığın yüksəldilməsi və onun keyfiyyətinin nizamlanmasıdır. Bussenqonu aqrokimya elminin banisi hesab etmək olar. Çünki o tarla təcrübələri ilə yanaşı bitkilərin azotla qidalanması haqqında çoxlu sayda xüsusi qablarda vegetasiya təcrübələri də aparmışdı.
3) D.N.Pryanişnikova görə aqrokimya elminin predmetində hansı amillər dayanır?
Torpaq, bitki və gübrə arasında olan qarşılıqlı əlaqənin sxemi Bu sxem D.N. Pryanişnikova görə aqrokimya elminin predmetini tam əks etdirə bilir. Qeyd etdik ki, aqrokimyanın əsas məsələsi tətbiq olunan gübrələrdən bitkilərin qidalanması üçün optimal şəraitin yaradılmasından ibarətdir. Gübrələmə sisteminin qiymətləndirilməsinə bu cür yanaşma torpağa münasibətdə də özünü göstərməlidir. Yalnız bitkilərin bioloji tələbatını ödəməklə onların potensial məhsuldarlığını reallaşdırmaq mümkündür.
4) Hedroytsa görə aqrokimyəvi “üçbucağı” hansı amillər formalaşdırır?
Məşhur rus alimi K.K.Hedroyts isə qeyd edirdi ki, məhsuldarlıq üç amildən: iqlimdən, torpaqdan və becərilən bitkidən asılıdır. İqlimə təsir etmək çətin olsa da, torpağın xassələrini yaxşılaşdırmaqla, regionları nəzərə 8 almaqla onun mənfi əlamətlərini yumşaltmaq olar. Belə ki, torpağın xassələrini dəyişdirməklə insan bitkilərin inkişafı üçün lazım olan şəraitə uyğun iqlim effektliyini artıra bilər. Gübrələrin təsir mexanizmini də K.K.Hedroyts torpağın xassələrinin dəyişməsi ilə əlaqələndirirdi.
5) Gübrə nədir və hansı funksiyaları var?
Gübrə -Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir.
Gübrələrin əsas funksiyaları : Bitkilər üçün qida maddələri saxlayır , Torpaqda qida elementləri-nin səfərbərliyə alınmasını gücləndirir ,Torpaqda həyati enerji proseslərini yüksəldir,Torpağın xassələrini dəyişdirir.
6) Aqrokimyanın metodları hansılardır?
Laboratoriyada: kimyəvi, fiziki-kimyəvi Fotometriyada, xromatoqrafiyada, spektroskopiyada, rentgenofluoressentdə, kütlə spektrometriyada, izotoplarla
Fizioloji-aqrokimyəvi Vegetasiya təcrübələri (xüsusi evciklər və pavilyonlarda), lizimetriyada, fitotronda
Tarla təcrübələri Kiçik ləklərdə, qısa müddətli, uzun müddətli stasionarda, istehsalatda
7) Tarla təcrübəsi tədqiqat üsulunun əhəmiyyəti haqqında
Aqrokimyada – tarla təcrübəsi tədqiqat üsulunun rolu böyükdür. Bu metodla gübrələrin kənd təsər-rüfatı bitkilərinin məhsuldarlığına, keyfiyyətinə və torpağın münbitliyinə təsiri öyrənilir.
Kiçik ləklərdə aparılan tarla təcrübələri- ciddi və daha surətlə baş verən prosesləri öyrənmək mümkündür.10 m2 –dən artıq olmur.
Qısa müddətli tarla təcrübələri- gübrələrin təsiri 3 ildən az olmamaqla öyrənilir.
Stasionar və uzunmüddətli təcrübələr- gübrələrin təsir mexanizmi növbəli əkin və monokultura şəraitində öyrənilir.
Əsas məqsəd: Məhsulun kəmiyyət və keyfiyyət göstəricilərini, iqtisadi səmərəliliyini və rentabelliyini müəyyənləşdirərək fermer təsərrüfatlarına müvafiq tövsiyələr verməkdir.
8) Aqrokimya elmi hansı fundamental elmlərlə qarşılıqlı əlaqədədir?
Əkinçilik, bitkiçilik
Bitki mühafizəsi biogeokimya
Aqrotorpaqşünas-lıq, K/T intensivləşdirilməsi
Bitki fiziologiyası, bitki biokimyası
Heyvandarlıq, iqtisadiyyat
Coğrafiya-torpaqşünaslıq
Aqrotorpaqşünas-lıq, K/T intensivləşdirilməsi
Meliorasiya, meterologiya
Torpaqşünaslıq
9) Aqrokimya elminin yaranmasında dünya və azərbaycan alimlərinin rolu haqqında.
Azərbaycanlı alimlərdən H.Ə.Əliyev ,Ə.N.Güləhmədov ,M.E.Salayev,C.M.Hüseynov,Z.R.Mövsümov,C.Ə.Əliyev,P.B.Zamanov,N.A.Ağayev,Ə.B.Şəfibəyov,Ak. M.İ.Cəfərov,Xalis Güləhmədov,Tahir Əliyev.,H.Ə.Aslanov,A.M.Hüseynov və s.
Görkəmli alim S.Ə.Əliyevin apardığı tədqiqatlar nəticəsində müəyyən olmuşdur ki, bir-iki illik yonca hektara 100-140 sentner kök kütləsi toplayır, bu da öz növbəsində 5-7 dəfə pambığın və buğdanın topladığı kök kütləsindən çoxdur.
Ə.N.Güləhmədov yerli sənaye tullantılarından alınan yeddi növ polimikrogübrələrin və sənaye miqyasında 100 tonlarla istehsal edilən mikroelementləşdirilmiş gübrələrin istehsal texnologiyalarının müəllifi olmuşdur.
D.N.Pryanişnikovla birlikdə tarla təcrübələrinin Coğrafi Şəbəkəsini yaratmışdı. Buna əsasən mineral gübrələrin coğrafi şəraitlərdə tətbiqinin qanunauyğunluğu müəyyənləşdi. Məhz bu aspektdə regionlar üzrə gübrələrə tələbat təyin edildi və mineral gübrələr istehsalı üzrə kimya sənayesi inkişaf etdi.
A.N. Lebedyantsev deqradasiya olunmuş, yuyulmuş və adi qaratorpaqları müfəssəl öyrəndikdən sonra, fosforit ununun tətbiqinin bu torpaqlara kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına müsbət təsir edəcəyini inamla bildirdi.
Dostları ilə paylaş: |