47
əmirlər» silkinə mənsub olduğu barədə isə belə bir qeyd vardır: «Muşda böyük
əmirlər Yusif bəy ibn Xurşud bəy (təvaçi - Ş.F.) və Məhəmməd bəy Duxarlu gəlib
orduya qoşuldular».
174
Fərzullah Xunci özünün son dərəcə qiymətli mənbəində «təvaçi» və
«bukavul» vəzifəsi daşıyan əmirləri təxminən eyni cür səciyyələndirir: Uzun
Həsəndən sonra hakimiyyətə gələn Sultan Xəlil qardaşı Yaqubu Diyarbəkrə
yollayır. Yaqub Təbrizdən çıxan kimi şiddətlə qar yağmağa başlayır və şahzadənin
hərəkəti çətinləşir. Diyarbəkrə çatmağa beş fərsəx qalmış qar elə qalınlaşır ki,
F.Xunciyə görə, «hətta iki qar divarı arası ilə gedən dəvələrin başları belə
görünmürdü». Belə şəraitdə yolun təmizlənməsindən ötrü məhz təvaçi əskərləri
səfərbər edilir. F.Xuncinin ikinci misalı da elə Xəlil və Yaqub Ağqoyunlu
qardaşlarının taxt-tac mübarizəsi ilə bağlı gətirilmişdir. Müəllif yazır ki, Yaqub
Təbrizə hucuma yollananda Diyarbəkri tərk edərək «it yolu» adlanan yoldan keçib
Muşa gəlməli olur. «Bu yol çox çətin keçilən bir yoldur və buna görə də
bakavullara qoşunun keçidini təmin etməkdən ötrü əmr verilir».
175
Bu misaldan
təvaçinin bir vəzifəsi də aşkara çıxır.
Qaraqoyunlu Pirbudağın-Məhəmməd Əlişir, Uzun Həsənin-Xəlil, onun oğlu
Sultan Xəlilin-Qara Məlik adlı təvaçiləri olduğu məlumdur. Cahanşah
Qaraqoyunlunun təvaçisi Pir Məhəmməd bu hökmdarın ən yaxın əmirlərindən
idi.
176
Tuqaçi. Bu istilahın mənası barədə hələ məlumat yoxdur, lakin ingilis
tədqiqatçısı Ç.N.Seddon onun «xəbəraparan» olduğunu bildirir, Həsən bəy Rumlu
tuqaçinin elçi sifətilə göndərildiyi barədə söz açdığına görə bu vəzifə sahiblərinin
həqiqətən də xəbər çatdıran olduqlarını güman etmək olar.
Mənbələrdə iki tuqaçi vəzifəsinə təsadüf olunur: şəhər tuqaçisi və ləşkər
tuqaçisi.
177
Ə.Tehrani yazır ki, Cahanşah Seyid Əhməd Tuqaçini 1453-cü ildə
İsfahanı dağıtmağa yollamış və tuqaçi özü ilə 50 min nəfər adam toplamış və
barıları yerlə yeksan etmişdi.
178
Bu misaldan tuqaçinin təkcə xəbəraparan deyil,
həmçinin müxtəlif tapşırıqların də icraçısı olduğu aydınlaşır.
Tuqaçinin divanı da olmuş və həmin divan «divani-əmarəti-tuqaçi»
adlanmışdır.
179
Dostları ilə paylaş: