Ġahin Fazil Fərzəlibəyli



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix17.11.2022
ölçüsü0,78 Mb.
#69527
1   ...   6   7   8   9   10   11   12   13   ...   25
kitab20100722120332154

MünĢiəl-məmalik: V.F.Minorskiyə görə, münşiəl-məmalik xarici işlər 
vəziri kimi bir vəzifənin sahibi olmuşdur. Eyni zamanda о dövlətin müxtəlif 
117 Kitabi-Diyarbəkriyyə, səh.195. 
118 S.Onullahi. Göst.məq. səh.44. 
119
Fəzullah Xunci, göst.əsər, səh.52. 
120
Yenə orada. 
121
Yenə orada. 


34 
məsələlərinə dair məktubların hazırlanması və göndərilməsi işi ilə də məşğul 
olurdu. Bu vəzifə dövlət və ölkənin mühüm sahəsindən biri idi.
122
Bir çox tarixi salnamələrdə şah və iri feodalların xidmətçiləri olan bu kimi 
vəzifə sahibləri barədə çoxlu qeydlər mövcuddursa da, təəssüf ki, mənbələr onların 
ehtiva etdiyi məzmun barədə məlumatlardan xalidir. Yəni dövrün elə məlumat 
kitabı yoxdur ki, onda Qaraqoyunlu, Ağqoyunlu və Şirvan dövlətlərinin 
quruluşunda mühüm rolu olan vəzifələrin əksəriyyəti barədə konkret bir fikir əks 
edilmiş olsun. Amma, bunun əksinə olaraq mənbə və ədəbiyyatda həmin vəzifə 
sahiblərinin demək olar ki, hamısının hərbi səfərlərdə şahla birlikdə olması, hətta 
onlarla döyüşdə iştirakı barədə qeydlər vardır. Məsələn, «...Əli bəy (Uzun Həsənin 
atası - Ş.F.) mərdlik göstərdi. Onunla birlikdə olan Məhəmməd Xəzinədar
Məhəmməd Bukavul döyüşdə çox böyük səy göstərdilər.
123
Yaxud, «Böyük döyüş 
oldu... Qazinin oğlu Əli Şirəçi elə şücaətlər göstərdi ki, dövranın adlı-sanlı 
adamları оnа heyran qaldılar».
124
Qeyd etmək lazımdır ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin 
quruluşunda mühüm rolu olan simalar barədə mənbələrdə və eləcə də ədəbiyyatda 
məlumatın nisbətən çox olmasına baxmayaraq, Şirvana aid məxəzlərdə elə 
məlumat, demək olar ki, yox dərəcəsindədir. Akad.B.Dorn 1861-ci ildə Qafqaza 
səyahət zamanı Salyanda «nahiyyə məşvərətçisi Mehdi bəyin köməyi ilə Şirvanşah 
Fərrux Yasarın 1474-cü il tarixli bir fərmanının surətini çıxarmışdı. Şirvanın dövlət 
idarə üsulu, əhalinin müxtəlif təbəqələri, rəiyyətin vəziyyəti, bir sıra vergilər və 
inzibati məsələlər haqqında məlumat verən bu sənəddə Şirvan tarixinin bir sıra 
işıqlandırılmamış məsələləri əks olunmuşdur. Sənədin tərtib edildiyi tarix Şirvan 
dövlətinin sosial-siyasi və mədəni cəhətdən inkişaf etmiş bir dövrünə təsadüf edir. 
О zaman Yaxın Şərqin zəngin dövlətlərindən biri sayılan Şirvanın bir sıra şəhərləri 
Avropa ilə Şərq ölkələrini birləşdirən karvan-ticarət yollarının əsas düyünlərində 
yerləşdiyi üçün ölkə tranzit ticarətində də mühüm rol oynayırdı».
125
Sənəddən müəyyən edildiyinə görə Şirvanşah Fərrux Yəsar Şirvan dövlətinə 
tabe olan Gəştasfı və Salyan vilayətlərinin, eləcə də Mahmudabad şəhərinin 
idarəsini böyük oğlu Şamxal Sultan Məhəmməd Qazi bəyə tapşırır və onun həmin 
yerləri necə idarə edəcəyini müəyyənləşdirir: müəyyən vəzifə sahiblərinin rütbəsini 
yüksəltmək, alçaltmaq, müqavilə bağlamaq, müqavilələri ləğv etmək 
Məhəmməd Qazi bəyin hökmranlıq (hakimlik) səlahiyyətinə daxil edilir. Əhalinin 
122
S.Onullahi. Göst.əsər. səh.44. 
123
Kitabi-Diyarbəkriyyə, səh.67. 
124
Yenə orada, səh.138. 
125 Сборник статей по истории Азербайджана. Стр.210; С.Ашурбейли. Очерки истории 
средневекового Баку, Bakı, 1964. səh.91; M.X.Nemətova XV əsr Şirvan tarixinə dair qiymətli sənəd, 
Azərb.SSR EA «Xəbərlər»i, Tarix, fəlsəfə və hüquq seriyası, 1966, №4, səh.63. 


35 
mülki, şəri məsələlərini ruhani alimlər və axundlarla müzakirə etmək, onların fikri 
ilə razılaşmaq şahzadəyə xüsusi tapşırılır və məsləhət görülürdü. 
Məhəmməd Qazi bəyə tapşırılırdı ki, «islam dininin qayda-qanununa əməl 
etsin, əzəmətli seyidlərə, görkəmli şeyxlərə, imamlara hörmət bəsləsin, onlardan 
vergi toplanmasına yol verməsin». Sənəddə seyidlər, şeyxlər ölkədə, hətta dünyada 
nizam-intizamın dayağı kimi qeyd edilmişdir. Beləliklə bir daha məlum olur ki, 
bütün müsəlman Şərq dövlətlərində olduğu kimi Şirvanşahlar dövlətində də din 
əhlinə böyük intiyazlar verilmiş, onlar feodal Azərbaycan dövlətlərinin dayağı 
olmuşlar. 
Şirvanşah Fərrux Yəsar oğlundan tələb edirdi ki, yüksək rütbəli dövlət 
məmurlarına divan üçün vəsait toplayarkən ədalətsizliyə yol verməmələri üçün 
onların üzərində nəzarət etsin. Həddindən artıq soyğunçuluğa yol verməsinlər, elə 
etməsinlər ki, əhali dağılıb qaçsın. Günahkarları cərimə edərkən dəftərlərdə qeyd 
olunmuş qayda-qanunlardan kənara çıxmasınlar. Bu sənədə görə Şirvanda möhkəm 
bürokratik dövlət aparatının və ciddi dövlət qanunlarına əsaslanan üsuli-idarə 
olmasını güman etmək olar.
126

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin