54
məhkəmələri vasitəsilə həyata keçirilir. Hər bir müsəlman özünü və əmlakını hər
cür qanunsuzluqdan və zorakılıqdan müdafiə edə bilər, digər mömin müsəlmanlar
də onu müdafiə etməyə borcludur, lakin nəzərə alınmalıdır ki, cəzalandırma
hüququ yalnız şəriət məhkəməsinə verilir. Öz əməlləri ilə başqalarına zərər vurmuş
müsəlman vurduğu zərəri könüllü olaraq ödəməyə borcludur, belə etmədiyi
təqdirdə axirət günündə layiq olduğu cəzanı alacaqdır.
205
Şübhəsiz ki, bütün bunlar
şəriətin əmlak hüququ barədə olan nəzəri normalarıdır.
Əməli olaraq isə feodal
dövlətlərimizin hər biri öz hökmdarlarının və hakim feodal sinfin dedikləri ilə idarə
olunurdu.
XV əsrdə Azərbaycanda bərqərar olan hər üç dövlətin ərazilərində olan
bütün torpaq və mülklərin ümumi sahibkarı, məlumdur ki, şah (şirvanşah)
olmuşdur. Amma şahın razılığı və fərmanı ilə Azərbaycan 4 feodal sinfi arasında
bölünmüşdü və feodalların kəndlilər üzərində hökmranlığının iqtisadi əsasını
torpaq üzərində feodal mülkiyyəti təşkil edirdi. Bu iqtisadiyyatın aparıcı növü isə
əkinçilik deyil, maldarlıq idi. «Asiya istehsal üsulu» konsepsiyasında irəli
sürüldüyü
kimi mücərrəd deyil, gerçək surətdə mövcud olan feodal mülkiyyəti
daha çox dövlət mülkiyyəti formasında çıxış edirdi. Dövlət mülkiyyətinin üstünlük
təşkil etməsi başlıca olaraq onunla izah edilirdi ki, dövlət əkinçiliyinin və deməli,
minlərlə insan həyatının asılı olduğu süni suvarma qurğularının mülkiyyətçisi idi.
Torpaq üzərində dövlət mülkiyyəti torpaq vergisi şəklində (xərac, malcehat)
xəzinəyə daxil olan məhsul payının (renta-vergi) mənimsənilməsində ifadə
olunurdu. Feodalların istifadə etdiyi vergi toxunulmazlığı imtiyazına (yəni vergi
ödəməkdən azad olunmaq) dövlətin həmin ərazidə özünün müstəsna
səlahiyyətinə güzəşti kimi baxılırdı.
Müsəlman hüququ torpaq sahibliyinin beş əsas növünü qəbul edirdi:
1.Dövlət torpaqları (xəzinə torpaqları) - əraziyi-divani;
2.Hakim sülalənin şəxsi mülkləri - əraziyi-xassə;
3.Müsəlman ruhani idarələrinə vəsiyyət edilmiş torpaqlar-ərziyi-movqufat;
4.Xüsusi mülkiyyətdə olan torpaqlar - mülk;
5.Kənd icmalarının mülkiyyəti olan torpaqlar cəmaətiye-deh.
206
Bütün idarə orqanlarının iki böyük kateqoriyaya - dərgah (saray) və divana
(dəftərxana)
bölünməsi müsəlman Şərqinin, о cümlədən də Azərbaycanın siyasi
təşkilatının bütün sisteminin əsas xəttini təşkil edirdi. Torpaq sahibliyi
kateqoriyalarının idarələri «divani-məmalik» və «divani-xassə» adlanan, hər
birinin çoxlu məmurlar ştatı olan iki müxtəlif idarədə mərkəzləşdirilmişdi.
207
205
F.Cəlilov. Göst. əsər, səh.164.
206 О. Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti, Bakı,1993, səh.184-185.
207 Yenə orada. Göst.əsər, səh.187.
55
Qaraqoyunlu
və
Ağqoyunlu
dövlətlərinin
hakimiyyəti
zamanı
Azərbaycanda Səfəvi şeyxlərinə mənsub olan vəqf mülkləri mövcud idi. Müxtəlif
feodal hakimlərin hədiyyə verdiyi torpaqlar sayəsində vəqf mülkləri
genişlənməkdə idi. Qeyd olunmalıdır ki, vəqf torpaq mülkiyyəti sahəsinin artım
mənbələri yalnız hökmdarların bəxşişlərindən ibarət deyildi. Bu dövrdə torpaq
sahibləri arasında gözə çarpan faydadan çıxış edərək öz mülklərini vəqfə çevirmək
ənənəsi özünü göstərirdi.
Məlumdur ki, vəqflər adətən vergi və inzibati
toxunulmazlıq hüququndan istifadə edir, çox nadir hallarda müsadirəyə məruz
qalırdı. Həmin feodallar bu yolla öz mülkiyyətlərini ruhanilərin etibarlı mühafizəsi
altında keçirir və öz soyadının ardınca mütəvəlli (vəqf işləri müdiri) vəzifəsini
yazdırmaqla xəzinəyə ödəyəcəyi vergilərdən canlarını qurtarırdılar.
208
Azərbaycanda
bütün XV əsr boyu iqta, soyurqal və tiyul institutları
fəaliyyətdə olmuşdur. İqta təsisatı XVI əsrə qədər mövcud olsa da, bu istilaha
sonrakı əsrlərdə də təsadüf olunur. Deməli, sonrakı əsrlərdə də аrа-sıra işlənən bu
istilah onu əvəz edən soyurqalı və tiyulu bildirirdi. İndi isə vəqf, iqta, soyurqal və
tiyul institutları barədə müxtəsər məlumat vermək məqsədə müvafiqdir.
Dostları ilə paylaş: