20
Araşdırdığımız
mənbələrdə şahzadələr haqqında
müəyyər fikirlər
söylənilmiş, onların səlahiyyətləri xüsusunda danışılmışdır. Əmir Teymur öz
şahzadələri ilə necə davranması barədə yazır: "Əmr elədim ki, əgər oğullarımdan
hansı biri səltənətə yiyələnmək iddiasıyla başını qaldırarsa onu döyüb-söyməyə,
öldürməyə, yaxud da bədəninin bir hissəsini kəsib götürməyə heç kəs cürət
etməsin. Lakin onu öz iddiasından dönənə qədər göz altında saxlasınlar ki, tanrı-
taalanın mülkündə fitnə-fəsad törənməsin. (Bax: "Əmir Teymurun vəsiyyətləri"
səh. 67) Teymurləng bu məsələdə hətta şahzadələrin oğulları
və özünün başqa
qohum-qardaşları ilə də necə davranmaq barədə vəsiyyət etməyi unutmur.
"Əgər nəvələrim, qohum-qardaşlarım düşmənçilik eləsələr, onların
məvacibini kəsərək dərviş kökünə salsınlar" (Bax: "Əmir Teymurun vəsiyyətləri"
səh. 67)
Amma, qeyd olunmalıdır ki, bu kimi məsələlərdə Qaraqoyunlu və
Ağqoyunlu hökmdarları daha qəddar olmuşlar. Məsələn,
Cahanşah Qaraqoyunlu
oğlu Pirbudağı qətl etmiş, Uğurlu Məhəmməd Ağqoyunlu isə atası Uzun Həsənin
qəhr və qəzəbinə gəlib öldürülmüşdür.
Lələ: O, şah tərəfindən rəsmən təyin edilir və şahzadənin bütün hərbi, mülki
və maliyyə işlərini onun adında idarə edirdi. Məsələn, Cahanşah Qaraqoyunlu
İsfahan əyalətini oğlu Məhəmmədi Mirzəyə verərkən «şahzadə həddi-buluğa
çatmadığı üçün» əyalətin bütün işləri Lələ Məhəmmədə tapşırılmışdı. Bu lələnin
vəfatından sonra isə həmin Qaraqoyunlu şahzadəsinin lələsi sabiq lələnin qardaşı
Lələ Səfərşah olmuşdu.
56
Qaraqoyunlu dövlətinin ilk illərinin təsvirini verən tarixçi Həsən bəy Rumlu
«lələ» istilahını «atabəy» kimi işlətmiş və Qara Yusifin oğlu Pirbudağın Əmir Qara
adlı atabəyinin adını çəkmişdir.
57
Lələ adlı-sanlı əmirlərdən təyin edilirdi. Ağqoyunlu
dövlətində böyük rol
oynamış Əmir Süfi Xəlil bir müddət şahzadə Baysunqurun (hakimiyyət illəri 1490-
1492) lələsi və «mürəbbisi» olmuşdu.
58
Əmirin lələliyə keçirilməsi üçün xüsusi
fərman verilir və bu təyinat lələ tərəfindən böyük hadisə kimi qiymətləndirilirdi,
çünki azyaşlı şahzadəyə lələ təyin edilən əmirin böyük də səlahiyyətləri olurdu.
Şahzadə lələdən ötrü gəlir vasitəsi idi.
59
Əmirül-üməra: XV əsrdə Azərbaycanda dövlətin idarə olunmasında ən
mötəbər vəzifələrdən biri «əmirül-üməra» («əmirlər əmiri») vəzifəsini daşıyan
hərbçiyə məxsus olmuşdur. Əmirül-üməra ölkənin hərbi qüvvələrinə başçılıq
56
S.Onullahi. Göst.məq. səh.38.
57
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.44.
58
Tarixi-qızılbaşan, Tehran, səh.17
59
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.44-45.
21
edirdi.
60
XVI əsr Azərbaycan tarixçisi Həsən bəy Rumlunun qiymətli «Əhsənüt-
təvarix» («Tarixlərin ən yaxşısı») salnaməsində və dövr hadisələrini əks etdirən
başqa mənbələrdə olduqca böyük səlahiyyətə malik olan əmirül-üməra vəzifəsinin
sahibi «məlikül-üməra, məliki-əzəm, əmiri-bozorg, əmiri-əzəm adlandırılmış»
61
və
«ölkə işlərinin idarəsinin» (təbii ki, hərbi işlərin - Ş.F.)
onun əlində olduğu
göstərilmişdir. Həsən bəy Rumlu yazır ki, əmirül-üməraya məxsus olan möhür «ali
divanın başqa möhürlərindən yuxarıda vurulurdu».
62
Əmirül-üməralar və əmirlər barədə öz əsərində ehtiramla danışan Əmir
Teymurun əmirlərə və əmirlik vəzifəsinə xüsusi diqqət və qayğısı olmuşdur. Elə
özü də "şah", "padşah", "sultan" titulunu qəbul etməyib, sadəcə "əmir" adlanan
Teymurləng yazır:
"Öz başımın çəkdiklərindən sınayıb bildim ki,
müharibənin sirlərini,
düşmən əsgərlərini sındırmağın yolunu bilən, döyüş qızışanda gözdən yayınaraq əl-
ayağı boşlamadan əsgər bölüklərini döyüşə gətirən, qoşunun cərgələrinə qarışıqlıq
düşdüyü hallarda onu tezcə qaydaya salmağı bacaran adam əmirliyə və
hökmdarlığa layiq sayılmalıdır." Əmir Teymurun əmirül-üməra mənsəbində
görmək istədiyi adamda məhz indicə yuxarıda sadalanan hərbi keyfiyyətlər olmalı
və yalnız bu keyfiyyətlər nəzərə alınmaqla ona ən yüksək titul olan əmirül-
üməralıq verilməlidir. "Bu cür adam mənim olmadığım xeyirdə-şərdə müavinim
olaraq şan-şövkət ilə əsgərlərimin hamısına buyruq
verməyə, dikbaşlıq
edənləri
cəzalandırmağa səlahiyyəti çatan əmirül-üməra rütbəsinə layiqdir" cümləsi ilə bu
cığatay hökmdarı əmirül-üməranı özünə müavin hesab edir
(Bax: "Əmir Teymurun
Dostları ilə paylaş: