AZƏrbaycan respublikasi adindan q ə r a r d a d sumqayit apellyasiyaməHKƏMƏSİNİn müLKİ kollegiyasi



Yüklə 29.87 Kb.
PDF просмотр
tarix16.02.2017
ölçüsü29.87 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə R A R D A D

SUMQAYIT APELLYASİYAMƏHKƏMƏSİNİN

MÜLKİ KOLLEGİYASI

29 iyul 2016-cı il

İş № 2(105)-1966/2016

Sumqayıt şəhəri

Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli

oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Məmmədova

Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, maraqlı

şəxs Sumqayıt şəhər Səhiyyə şöbəsi Psixiatriya Xəstəxanasının nümayəndəsi Bəbirov Elzibar

Eldar oğlunun iştirakı ilə,

Ərizəçi Nəciyev Şirvan Sənham oğlunun maraqlı tərəflər Nəciyeva Vüsalə Şirvan qızı

və Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinə şəxsin psixiatriya stasionarına qeyri-

könüllü yerləşdirilməsi tələbinə dair Sumqayıt şəhər məhkəməsinin 2(060)8959/2016 saylı,

26 may 2016-cı il tarixli qərardadından ərizəçi Nəciyev Şirvan Sənham oğlu tərəfindən

verilmiş şikayət üzrə işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq

məhkəmə iclasında apellyasiya qaydasında baxaraq,



MÜƏYYƏN ETDİ

Sumqayıt şəhər məhkəməsinin 26 may 2016-cı il tarixli qərardadı ilə (hakim

E.Məmmədov) ərizəçi Nəciyev Şirvan Sənham oğlunun maraqlı tərəflər Nəciyeva Vüsalə

Şirvan qızı və Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinə qarşı Nəciyeva Vüsalə

Şirvan qızının psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi tələbinə dair ərizəsinin və

ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.

Ərizəçi Nəciyev Şirvan Sənham oğlu qərardaddan şikayət vermişdir.

Sumqayıt şəhər məhkəməsinin 28 iyun 2016-cı il tarixli qərardadı ilə şikayətin təmin

edilməməsi, Sumqayıt şəhər məhkəməsinin 26.05.2016-cı il tarixli 2(060)8959/2016 saylı

qərardadının dəyişdirilmədən saxlanılması, ərizəçi Nəciyev Şirvan Sənham oğlunun Sumqayıt

şəhər məhkəməsinin 26.05.2016-cı il tarixli 2(060)8959/2016 saylı qərardadından verdiyi

şikayət ərizəsinin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə

göndərilməsi qərara alınmışdır.

İŞİN HALLARI

Ərizəçi Şirvan Sənham oğlu maraqlı şəxslər Nəciyeva Vüsalə Şirvan qızına və Sumqayıt

şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək,

Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 10, mənzil 39 ünvanında qeydiyyatda olan 19 may

1977-ci il təvəllüdlü Nəciyeva Vüsalə Şirvan qızının psixiatriya stasionarına qeyri-könüllü

yerləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 10,

mənzil 39 ünvanında qeydiyyatda olan 19 may 1977-ci il təvəllüdlü Nəciyeva Vüsalə Şirvan

qızı onun qızıdır. O, uşaq vaxtlarında əsəb xəstəliklərindən əziyyət çəkmişdir. Uzun müddət

onu müalicə etdirsələr də, qız olduğu üçün dispanserdə qeydiyyata aldırmamışlar ki,

gələcəyinə problem olmasın. Lakin mütəmadi olaraq ev şəraitində müalicəsini davam

etdirmişlər. 25 fevral 2001-ci ildə o, rəsmi nikaha daxil olaraq ailə qurmuş, Nihad adlı övladı

olmuş, lakin 2009-cu ildə ailəsindən boşanmışdır. O, nikahda olduğu müddətdə onlar onu

qeyri-xəstəxana şəraitində müalicə etmişlər. Boşandıqdan sonra övladı ilə birlikdə onlarda

yaşamış və 2014-cü ildə uşağını da götürərək evdən qaçıb getmişdir. Onu taparaq evə

qaytarsa da, yenidən evdən qaçaraq getmişdir. Hazırda Bakı şəhəri Nizami rayonu ərazisində



yaşayır, əqli yerində olmadığı üçün özünü müxtəlif şəxslərə vəzifəli şəxs kimi təqdim edir,

insanlara problemlər yaradır. Hamı da onun qeydiyyatda olduğu ünvan üzrə gələrək ona

şikayət edirlər. Ona görə da hazırkı ərizə ilə məhkəməyə müraciət edir.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.



ŞİKAYƏTİN DƏLİLLƏRİ

Ərizəçi Nəciyev Şirvan Sənham oğlu Sumqayıt şəhər məhkəməsinin 26 may 2016-cı il

tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətə

baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

O, şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qərardadını ərizədə şəxsin stasionara

yerləşdirilməsi barədə əsaslar sadəcə göstərilməməli, həmin əsasları təsdiq edən sübutlar da

öz əksini tapmalıdır. Məhkəm öz mövqeyini Psixiatriya yardımı haqqında Qanunun 11-ci

maddəsi ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır.

Belə ki, işdə sübutları olmaması şəxsin tələbinin rədd edilməsi üçün əsas ola bilər, ərizənin

geri qaytarılması üçün yox. Bundan əlavə digər qərardadla sənədlər geri qaytarılanda, həmin

qərardadda göstərilən çatışmamazlıqlar aradan qaldırılaraq yenidən müraciət olunmuşdur.

Əgər belə nöqsanlar vardısa ilk dəfə ərizə geri qaytarılanda həmin nöqsanlar göstərilməli idi.



İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATI

Məhkəmə kollegiyasının iclasında dindirilən maraqlı şəxs Sumqayıt şəhər Səhiyyə

şöbəsi Psixiatriya Xəstəxanasının nümayəndəsi Bəbirov Elzibar Eldar oğlu şikayətin təmin

edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ərizəçi Nəciyev Şirvan Sənham

oğluna, nümayəndəsi Qasımlı Anar Elman oğluna və maraqlı şəxs Nəciyeva Vüsalə Şirvan

qızına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar

məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-

nin 376.2. və 397.2. maddələrinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını

mümkün hesab etdi.

İş materiallarını, məruzəçini, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin

dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli,

Sumqayıt şəhər məhkəməsinin 26 may 2016-cı il tarixli və onunla bağlı 28 iyun 2016-cı il

tarixli qərardadları ləğv edilməlidir.



HÜQUQİ MƏSƏLƏLƏR

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən

apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin

maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası

məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya

üçün müəyyən olunmuş qaydada baxır.

Birinci instansiya məhkəməsi ərizənin geri qaytarılmasını iddia ərizəsinin forma və

məzmununa riayət etməməsi ilə əsaslandırmışdır.

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və

əsaslı hesab etmir.

Ərizədən görünür ki, o, övladı olan Nəciyeva Vüsalə Şirvan qızının əqli yerində

olmadığı üçün özünü müxtəlif şəxslərə vəzifəli şəxs kimi təqdim edərək, insanlara problemlər

yaratdığından və hamının da onun qeydiyyatda olduğu ünvan üzrə gələrək ona şikayət

etdiklərindən psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə qətnamə qəbul

edilməsini xahiş etmişdir.

2


Mülki Prosessual Məcəllənin 335.1. maddəsinə əsasən şəxsin psixiatriya stasionarına

qeyri-könüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə

psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin

yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur.

Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı şəxsin psixiatriya stasionarına qeyri-

könüllü yerləşdirilməsi barədə ərizəni ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya

müəssisəsinin rəhbəri verə bilər. Ş.Nəciyevin ərizəsinin mahiyyəti övladının qeyri-könüllü

şəxsin psixiatriya stasionarında yerləşməsinə yönəlmişdir. O, ərizəsində övladının əqli

yerində olmadığı üçün özünü müxtəlif şəxslərə vəzifəli şəxs kimi təqdim etdiyini, insanlara

problemlər yaratdığını və həmin şəxsin onun qeydiyyatda olduğu ünvan üzrə gələrək ona

şikayət etdiklərini göstərmişdir. Şəxsin əqli yerində olmaması hər hansı sübutla deyil, yalnız

müvafiq psixiatriya müayinəsi və zərurət yaranarsa müvafiq ekspertiza keçirilməklə müəyyən

edilə bilər.

Şəxsin stasionarda yerləşməsi üçün əsasların ərizədə sadəcə göstərilməsi ilə

kifayətlənməməli, həmin əsasları təsdiq edən sübutları ərizəyə əlavə etməməsinə görə

ərizənin forma və məzmununa riayət edilməməməsi nəticəsinə gəlməklə ərizənin geri

qaytarılması barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası

qanuni və əsaslı hesab etmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə,

apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan

məsələni həll etmək hüququna malikdir.

Mülki Prosessual Məcəllənin 152.3. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması

haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə

müraciət edildiyi gündən verilmiş hesab edilir.

Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər

məhkəməsinin 26 may 2016-cı il tarixli və onunla bağlı 28 iyun 2016-cı il tarixli qərardadları

ləğv edilməli və ərizə icraata qəbul edilməlidir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399,

400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizəçi Nəciyev Şirvan Sənham oğlunun şikayəti təmin edilsin.

Sumqayıt şəhər məhkəməsinin 26 may 2016-cı il tarixli və onunla bağlı 28 iyun 2016-cı

il tarixli qərardadları ləğv edilsin.

Ərizə icraata qəbul edilsin.

Mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilsin.

Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt

Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki

kollegiyasına kassasiya şikayəti verilə bilər.



Sədrlik edən: imza

Hakimlər: imzalar

Əsli ilə düzdür

Hakim

Səyyad Qafari

3


Sədrlik edən

Səyyad Qafari

Hakimlər

Elman Rəhimov

Lətifə Məmmədova

4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə