1
Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından
Elşən Misir oğlu Nəsibov
BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ DÖVLƏTLƏRİN
GÜCLƏRİNƏ GÖRƏ TƏSNİF OLUNMALARININ
ƏSASLARI
(qlobal və regional miqyasda sülhün təmin edilməsində
dövlət gücünün rolu-təsiredici amil kimi)
Bakı -2013
2
Elmi redaktoru:
Turab Qurbanov
siyasi elmlər doktoru
Rəyçi:
Aygün Əsgərzadə
siyasi elmlər üzrə fəlsəfə doktoru
E.M.Nəsibov. Beynəlxalq münasibətlər və dövlətlərin güclərinə
görə təsnif olunmalarının əsasları (qlobal və regional miqyasda sülhün
təmin edilməsində dövlət gücünün rolu-təsiredici amil kimi). Bakı,
“Elm və Təhsil”, 2013, 320 səh.
Kitabda xarici siyasət və beynəlxalq münasibətlərin nəzəri əsaslarının ümumi
aspektdə təhlili məsələləri öz əksini tapır. Üç fəsildən ibarət olan əsərin birinci fəsli xarici
siyasət və beynəlxalq münasibətlərin ümumi əsaslarının bəzi aspektlərinin təhlilinə həsr
olunur. Burada xarici siyasətin və beynəlxalq münasibətlərin tərkib strukturlarının
mahiyyət və məzmununu açmaq əsas məqsəddir. İkinci fəsil diplomatiyaya aiddir və
onun əsasları şərh edilir. Üçüncü fəsil isə dövlətlərin beynəlxalq münasibətlərdə
güclənmələrinin əsaslarını, yollarını göstərir. Belə qənaətə gəlinir ki, dövlətlərin iştirak
səviyyələri və təsir dərəcələri onların potensialları ilə müəyyən olunur. Dövlətlərin
beynəlxalq münasibətlərdə iştirak etmələri və beynəlxalq siyasi hadisələrə təsirləri
onların potensialları ilə müəyyənləşir. Burada belə bir qənaətə gəlinir ki, dövlətin daxili
siyasəti ilə onun xarici siyasəti arasında üzvü bağlılıq var və bu iki istiqamət vahid
ideoloji xətti əmələ gətirir və praktiki fəaliyyəti təmin edir. Dövlətin beynəlxalq
münasibətləri onun “atmosferi”nin əsaslarını təşkil edir. Belə izah olunur ki, beynəlxalq
münasibətlərdə dövlət hakimiyyətlərinin hərəkətlərini özündə əks etdirən dövlət
hərəkətləri bir növ “Yer kürəsinin atmosferi ilə birlikdə Günəş ətrafında və öz oxu ətrafında
fırlanmasını” xatırladır. İzah olunur ki, dövlətlərin gücləri onların beynəlxalq siyasi
çəkilərini yaradır. Geosiyasət gücə bağlı olur. Kitabda həmçinin belə nəticələrə də gəlinir
ki, dövlətlərin güclərinə görə təsnif olunmaları və böyük dövlətlərin formalaşması,
nəhəng iqtisadi güc mərkzələrinin yaranması regional və şəbəkələşmiş regional, yəni
qlobal miqyasda sülhün qorunmasının əsaslarını təşkil edir. Kitabda o da qeyd olunur ki,
böyük dövlətlər beynəlxalq hüquq normalarınmdan istifadə edərək həm digər dövlətlər
üzərlərində birbaşa və dolayı nəzarət əldə edirlər, onları ittifaqlara və digər birləşmələrə
cəlb edirlər, həm də onların resurslarından yararlanırlar. Maraqların sərbəst şəkildə
təmin edilməsində beynəlxalq hüquq normaları mühüm əhəmiyyət kəsb edir.
Kitab beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələr, bu istiqamətdə
elmi-araşdırma aparan tədqiqatçılar, xarici siyasət sahəsində çalışan mütəxəssislər, o
cümlədən diplomatlar üçün faydalı ola bilər. Eyni zamanda dövlət siyasətinin
mahiyyətini, xarici siyasətin və daxili siyasətin məzmununu öyrənmək istəyən
mütəxəssislər və digər oxucular üçün də yararlı ola bilər.
ISBN 978-9952-8142-1-7
2013
098
248
3701000000
−
−
N
qrifli nəşr
© Nəsibov E., 2013
3
MÜNDƏRİCAT:
GİRİŞ .............................................................................. 6
I FƏSİL
XARİCİ SİYASƏTİN VƏ BEYNƏLXALQ
MÜNASİBƏTLƏRİN ÜMUMI ƏSASLARI ............. 39
Dövlət və siyasət ............................................................ 39
Xarici siyasət anlayışının mahiyyəti və məzmunu.
Dövlətin xarici siyasətini zəruri edən amillər ................... 53
Xarici siyasətdə dövlətin məqsədi ............................... 70
Xarici siyasətdə maraq anlayışı. Maraqların
təmin olunmasında (siyasi təsiretmədə) məsafə və
məkan amili ......................................................................... 80
Xarici siyasətin vəzifəsi ................................................ 84
Daxili siyasətin xarici siyasətlə (beynəlxalq
münasibətlə) uyğunlaşdırılması və uzlaşdırılması ........... 88
Beynəlxalq münasibətlər anlayışı ................................ 96
Beynəlxalq münasibətlərin vəzifəsi ............................. 111
Xarici siyasətin və beynəlxalq münasibətlərin
funksiyası (dövlətlərin beynəlxalq arenada
funksiyaları) ......................................................................... 117
Beynəlxalq münasibətlərin prinsipləri (beynəlxalq
hüququn prinsipləri ............................................................ 123
Beynəlxalq münasibətlərin coğrafi məkanlar üzrə
formalaşması-regional xarici siyasət ................................. 197
Beynəlxalq münasibətlərin coğrafi məkanlar üzrə
formalaşması-qlobal xarici siyasət .................................... 134
Beynəlxalq münasibətlərdə ikitərəfli və çoxtərəfli
əlaqələrin əsasları ................................................................ 139
Beynəlxalq aləmdə dövlətlərin tanınmasının əsasları ... 144
Xarici siyasətdə, beynəlxalq münasibətlərdə
münaqişə, böhran və müharibə amili ................................ 147
4
Xarici siyasətdə balanslaşdırma (tarazlaşdırma) və
sülh amili ............................................................................. 150
Xarici siyasətdə əxlaq qaydaları və davranış ............ 152
Dövlətin xarici siyasətinin müəyyən olunmasında
və formalaşmasında dövlət rəhbərinin rolu..................... 154
Dövlətin xarici siyasətində xalqların psixologiyasının
təsiri ..................................................................................... 159
Beynəlxalq münasibətlərin sistemləşdirilməsi .......... 160
Beynəlxalq münasibətlərdə siyasi hərəkətlər ............ 164
Xarici siyasət, beynəlxalq münasibətlər və insan
hüquqlarının təmin olunması ............................................ 166
Xarici siyasətdə və beynəlxalq münasibətlərdə
istifadə olunan sənədlər ..................................................... 170
II FƏSİL
XARİCİ SİYASƏTİN HƏYATA KEÇİRİLMƏSİ
VASİTƏLƏRİ VƏ DİPLOMATİYA ......................... 179
Diplomatiyanın əsasları .............................................. 179
Konsulluğun əsasları ................................................... 196
Xüsusi missiyaçılıq ...................................................... 198
Beynəlxalq təşkilatlarda təmsil olunma .................... 199
Diplomatların təyin edilməsinin və qəbul
olunmasının əsasları ........................................................... 200
Diplomatik immunitet və imtiyazlar .......................... 202
Persona non grata və şəxslərin qəbul edilməməsi .... 209
Diplomatk rütbələr və dərəcələr ................................ 211
Xalq diplomatiyası ....................................................... 216
Diplomatik danışıqların əsasları ................................ 219
Dövlətin diplomatiyasının gücü .................................. 221
5
III FƏSİL
BEYNƏLXALQ MÜNASİBƏTLƏR
SİSTEMİNDƏ DÖVLƏTLƏRİN
GÜCLƏRİNƏ GÖRƏ TƏSNİFAT ............................ 224
Güc, siyasət və dövlət .................................................. 224
Beynəlxalq münasibətlərdə dövlətin gücünün
yaranmasının əsasları ........................................................ 235
Dövlətin güc vasitəsi kimi fəaliyyətinin əsasları və
siyasi fəaliyyətin dalğalanmaları-beynəlxalq aləmdə
inkişaf dalğalarının əmələ gəlməsi .................................... 243
Dövlət gücünün təsnif olunmasının əsasları.
Kiçik dövlət, orta gücə malik olan dövlət, böyük gücə
malik olan dövlət və super gücə malik olan dövlətlərin
təsnifat xüsusiyyətləri ........................................................ 245
Super (qlobal) və regional güc mərkəzləri ............... 246
Regional gücün formalaşması .................................... 250
Qlobal gücün formalaşması. Super və regional güc
mərkəzləri (dövlətlər) arasında rəqabət .......................... 253
Rəqabətdə təsiretmə və təzyiq vasitələri.................... 260
Güc mərkəzlərinin (dövlətlərin) təşkilatlanmaları
və qruplaşmaları ................................................................ 266
Dövlətlərin siyasi qruplarının əldə saxlanılması
vasitələri .............................................................................. 275
Dövlətlərin siyasi qruplaşmalarında
“güc mərkəzləri”nin iqtisadi-siyasi maraqları ................ 277
Dövlətlərin qruplaşmalarında maraqların
toqquşması və ittifaqlar ..................................................... 279
“Güc mərkəzləri”nin beynəlxalq münasibətlərdə
davranışları ......................................................................... 304
Dövlət gücünün beynəlxalq münasibətlərdə sülhün
təmin edilməsində əhəmiyyəti ........................................... 306
Nəticə ............................................................................ 311
İstifadə olunmuş mənbə və ədəbiyyat ........................ 313
6
GİRİŞ:
Siyasət fərdi və kollektiv formalı və insanlara təbii
formada məxsus olan məqsədlərdən, maraqlardan irəli
gələn bir hərəkətdir. Məqsədlərin qarşıya qoyulması və
maraqların
təmin
edilməsi
bir
istəkdir,
həm
də
məcburiyyətdir, zərurətdir. Deməli, siyasət bir forma və
məzmun prosesi və vəziyyəti olaraq, istək və zərurətdən
irəli gələndir və ortaya çıxan fəaliyyətdir. Xarici siyasət
dövlət siyasətinin tərkibidir. Bu baxımdan da xarici siyasət
də istək və zərurətdir, daxili maraqları təmin etmək üçün
məcburi fəaliyyətdir. Burada obyekt və predmet daxili
siyasətin obyekt və predmetindən fərqlidir. Hər iki
istiqamətdə-dövlətdaxili və xarici istiqamətdə- siyasəti icra
edən tərəflər -subyektlər kimi dövlət hakimiyyətinin
strukturları çıxış edirlər. Dövlətin daxili və xarici siyasətini
birləşdirən amil və vasitə ehtiyac və tələbatlara söykənən
daxili maraqdır. Maraq iki siyasət istiqaməti arasında
uyğunlaşdırıcı, uzlaşdırıcı və bağlayıcı vasitə kimi çıxış
edir. Bu iki istiqaməti dövlətin vətəndaşlarının (əhalisinin,
xalqının)
maraqları,
xalqın,
sakinlərin
maraqları
birləşdirir. (Qeyd: əhalinin maraqları ilə xalqın maraqları
arasında həm vəhdətlik və eynilik vardır, həm də bir qədər
fərqlilik mövcuddur. Belə ki, əhalinin maraqları dedikdə,
burada daha çox maddi-mənəvi əsaslı sosial və məişət
məzmunlu maraqları nəzərə almaq lazımdır və maraq anlayışını
bu prizmadan anlamaq daha yaxşıdır. Xalqın maraqlarına isə
çox geniş aspektlər aid olunmalıdır. Bu nöqteyi-nəzərdən,
xalqın
maraqlarına
insanların
(əhalinin)
maddi-mənəvi
maraqları ilə yanaşı, onların mədəni, siyasi, sosial, dövlətçilik,
dünya subyektlərinin mənbəyi olmaq, vahid dünyanın tərkib
hissəsi olmaq və s. kimi maraq sahələri aid edilməlidir. Xalqın
maraqları bütövlük və vəhdətlik təşkil edir. Əhali maraqları ilə
xalqın maraqlarını “insan və onun həyat tərzi, istəyi, ehtiyac və
7
tələbatı-maddi-mənəvi aləmi” birləşdirir. İnsan maraqları
“xalq-əhali” vəhdətini yaradır və bütün sahələri əhatə edir).
Bu baxımdan da hesab etmək olar ki, beynəlxalq
münasibətlər və dövlətin daxili siyasət münasibətləri daxili
münasibətlər baza olmaqla, bir-birini şərtləndirən və vahid
mərkəzə xidmət edən iki şaxədir.
Dövlət (burada dövlət hakimiyyəti) özünü siyasətlə
sübut və təsdiq edir, gerçəkləşdirir. Dövlət özü bir hərəkət
strukturu və mexanizmisidir, sistem vahidi və enerji
mənbəyidir, təsiredici, nizamlayıcı və bunlardan irəli
gələrək, idarəedici bir mexanizmdir. Dövlət öz bütöv
enerjisini strukturlarının fəaliyyətinin cəmindən forma-
laşdırır. Dövlət siyasəti ilə özünü təmin edir (resursların
qarşılıqlı vəhdəti və birlikdə fəaliyyəti dövləti yaradır),
inkişafa məruz qalır və bütün inkişaf proseslərində özünü
qoruyur. Bu prinsipdən çıxış edərək hesab etmək olar ki,
dövlətin inkişaf və müdafiə qabiliyyəti vardır və bu, həm
daxili, həm də xarici fəaliyyətdə özünü göstərir. Dövlət bu
iki fəaliyyət sahəsi arasında da birləşdirici inkişafı və
müdafiə funksiyasını formalaşdırır. Bu baxımdan da dövlət
onun strukturların qarşılıqlı birləşmiş vəhdət təşkil edən
canlı bir orqanizm kimi qəbul olunur. Dövlət resursları
hərəkət vəziyyətində saxlayan və resursların hərəkətindən
zamanla faydalanan və resursların hərəkəti üçün ardıcıl
trayektoriya yaradan bir qurumdur. Bu prinsipdən irəli
gələrək hesab etməliyik ki, xarici siyasət dövləti lazımi
resurslarla təmin edən və qoruyan fəaliyyətdir. Dövlətin
cəmiyyəti inkişaf etdikcə, resurslara da tələbat artır. Dövlət
resurslarla zəngin olan bir ictimai-siyasi qurumdur. Dövlət
əslində cəmiyyətə xidmət üçün təşkil edilən, onu mühafizə
edərək inkişaf etdirən bir qurumdur. Cəmiyyət müstəqil
(nisbi olaraq və müəyyən anlarda mütləq formada) şəkildə
inkişaf edən və öz-özünü daxilən tənzimləyən və dövlət
hakimiyyəti vasitəsilə kənardan müşahidə edilən bir
8
bütövdür. Cəmiyyət-dövlət hakimiyyəti münasibətləri
ümumilikdə insan maraqlarının “doymasına” xidmət edir.
Cəmiyyət-dövlət hakimiyyəti münasibətlərinin möhkəmliyi
və sərbəstliyi ümumilikdə dövlətin və onun mənbəyi olan
əhalinin güclənməsinə və tərəqqisinə xidmət edir. (Qeyd:
dövlətin siyasəti dedikdə, ölkə daxilində -buraya dövlət
hakimiyyətinin və vətəndaşların qarşılıqlı münasibətlərini
tənzim edən hərəkətlər başa düşülməlidir. Xaricdə dövlət
siyasəti dedikdə isə, dövləti beynəlxalq aləmdə təmsil edən
dövlət
hakimiyyətinin
fəaliyyəti
nəzərdə
tutulmalıdır.
Beynəlxalq aləmdəki xalqlararası rəsmi münasibətlərdə
dövlətləri tərəf kimi onların hakimiyyətləri təmsil edirlər.
Vətəndaşların təmsilçiliyi isə “xalq diplomatiyası” adlanır.
Vətəndaşların
təmsilçiliyi
də
onların
dövlətlərinin
hakimiyyətləri vasitəsilə yerinə yetirilir. Buradan da belə bir
məntiqi nəticələrə gəlmək olur ki, dövlət siyasətində əsas
aparıcı tərəf dövlət hakimiyyətidir. Vətəndaş tərəfi isə dövlət
hakimiyyətini təmin etmək üçündür, mənbədir).
Dünya siyasətinin və beynəlxalq münasibətlərin (beynəl-
xalq münasibətlər dünya siyasətinin tərkibidir, dünya
siyasətinin vahid tərkibinin iki istiqamətindən biridir. Digər
tərkib isə dövlətlərin (hakimiyyətlərinin) öz daxillərində baş
verən, dövlətlərin öz sərhədləri daxillərində-daxili məkanla-
rında, həyata keçirdikləri siyasətdir) əsas iştirakçıları olan və
siyasəti formalaşdıran, münasibətlər və əlaqələr sistemini
meydana gətirən dövlətlər (beynəlxalq münasibətlərdə dövlət
hakimiyyəti yox, dövlət anlayışı işlənməlidir. Çünki tərəf kimi
dövlət bütöv olaraq tanınır. Dövlət hakimiyyəti xalqını
beynəlxalq münasibətlərdə təmsil edir) güclərinə görə bir-
birilərindən fərqlənirlər. Fərqlənmə sayəsində dövlətlər
arasında təsir, əks təsir, qruplaşma və qrup formasında təsir
(fərdi və kollektiv təsir) prosesləri meydana gəlir ki, bu da öz-
özlüyündə dünya bütövlüyünü yaradır. Dövlətlərin bu və ya
digər formada asılılığını ortaya çıxarır. Bu əks olunma qaydası
9
və forması real dünya siyasətinin əsaslarını, şərtləndirici
bazasını və istiqamətlərini meydana gətirir. Reallıqdan
maraqların təmin olunması məsələləri xüsusi əhəmiyyət kəsb
edir. Məlumdur ki, dünyanın siyasi xəritəsi müxtəlif gücə
malik olan dövlətlərin (müxtəlif rənglərdə təsvir olunan
sərhədlərlə) birliyindən formalaşıbdır. Bu formalaşmada tarixi
proseslər coğrafi amillərlə vəhdət təşkil edərək coğrafi məkan-
larda siyasi proseslərin formalaşmasını zəruri edibdir. Siyasi
xəritədə olan fərqlənməni (ərazi böyüklüyünə görə) dövlət-
lərin siyasi gücləri və potensial imkanları baxımından “növlərə
ayrılmaları” (dövlətlərin güclərinə görə təsnif olunmaları)
kimi də adlandırmaq olar. Hər bir dövlət həm xalqına
(millətlərinə, etnik tərkiblərinə) görə özünəxas xüsusiyyətə
(burada cəmiyyətlərin də fərqli olması labüd şərtlərə çevrilir),
həm də forması (burada əhalinin sayı, ərazinin böyüklüyü və
ya da kiçikliyi baxımından) nöqteyi-nəzərdən fərqli tərkibə və
ölçüyə malikdir. Lakin bütün dövlətlər, formalarına baxmaya-
raq (burada ərazi ölçüsü və əhali sayı baxımından), oxşar və
eyni məzmunlu fəaliyyətə malikdirlər. Dövlətlər irli-xırdalı
“dövlət” məfhumu prinsipləri ilə fəaliyyət göstərirlər. Dövlət
öz vətəndaşlarının hüquqlarını müxtəlif sahələr üzrə təmin
etməkdə və qorumaqda borcludurlar. Məhz dövlətlərin mahiy-
yətində, onların quruluşunun məğzində bu amil dayanır. Bütün
dövlətlər insanlardan və onların toplusundan meydana gəldik-
lərindən, təbii proses olaraq eyni məzmunlu fəaliyyət göstər-
mək məcburiyyətində qalırlar. Bu da insanların təbii qurulu-
şundan və genetik maraqlarından ortaya çıxan bir zərurətlə
bağlıdır. Buradan da belə bir məntiqi nəticə əldə olunur ki,
dövlətin bir qurum kimi fəaliyyəti təbii qanunauyğunluqlardan
ibarətdir. Dünya dövlətlərinə bütün dünya insanlarının vahid
maraqlarını təmin edən ayır-ayrı vasitələr kimi baxılmalıdır.
Maraqların təmin olunması istiqamətində görülən işlər bütün
dünyada insanların təbiətində özünü əks etdirir. Bu oxşarlıq da
dövlətləri beynəlxalq aləmdə bir araya gətirməyə məcbur edir.
10
Bütün insanlar eyni və oxşar məzmunlu və formalı xüsusiyyət-
lərə malik olduğundan onların yaratdıqları qurumlar da eyni və
oxşar məzmunlu siyasəti rellaşdırırlar. Bu baxımdan bütün
dövlətlərin fəaliyyətlərinin bazasında, təşkilati funksiyalar
yerinə yetirməklə, xidmət amili üzərində siyasəti reallaşdır-
maq dayanır. Buna görə də dövlətlər siyasət qurumlarıdır.
Dünya dövlətlərinin eyni məzmunları və oxşar formaları onlar
arasında uyğunluğu (fəaliyyət və struktur baxımından) və
eləcə də fərqliliyi, yəni, dövlətlərin güclərinin müxtəlifliyi
baxımından meydana gələn fərqləri yaradır. Kiçikli-böyüklü
bütün dövlətlər öz hərəkətlərini (beynəlxalq münasibətlərdə
dövlətlərin hərəkətlərini onların hakimiyyəti həyata keçirir),
siyasi fəaliyyətlərini maraqlar üzərində qururlar. Dövlət
maraqları qruplaşdıran (həm daxildə, həm də beynəlxalq
sferada) və bu maraqları fərdi və universal qaydada (mərkəzi və
regional istiqamətli əsaslarla) təmin edən əsas qurum kimi
əhəmiyyət kəsb edir. Buradan da dövlətlərin siyasi fəaliyyət-
lərinin təsnifatı (dərəcələnməsi məsələləri) ortaya çıxır.
Təsnifat həm daxildə görülən işlərdə özünü göstərir, həm də
beynəlxalq aləmdə müəyyən olunur.
Dünya dövlətləri öz aralarında olan münasibətləri “dövlət”
olduqlarına görə, dövlət ideyası mərkəz olmaqla, yaradırlar,
tərəflər arasında əlaqələri təşkil edirlər. Əlaqələri təmin edən,
münasibətləri nizama salan dövlət ideyasının da bazasında və
dövlətin fəaliyyətinin əsasında öz xalqına xidmət amili durur.
Xidmət müsbət məzmuna malikdir. (Qeyd: dövlət mahiyyət
etibarilə ədaləti təmin edən, ədalətin ardıcıl olaraq mövcud-
luğunu qoruyan bir qurumdur. Dövlətin daxilində siyasətin
dərəcələnməsi iyerarxiyanı meydana gətirdiyindən bağlılıq
ortaya çıxır. Bağlılıq zamanı ziddiyyətlərin tam şəkildə ortaya
çıxmaması üçün və nisbi əsaslarla hüquqi bərabərliyi təmin
etmək məqsədilə dövlət daxilində tərəflər arasındakı
münasibətlərdə “mənim sənin hüququnu təmin etmək
hüququm vardır” ideyası əsas mərkəzi ideya kimi qəbul
11
edilməlidir. Bu anda nisbi bərabərlik (özündə mütləqliyi əks
etdirməklə) və sabitlik, eləcə də vahid enerjilik ortaya çıxa
bilir.
Dövlətin fəaliyyəti həm sabit və loyal olaraq yerinə
yetirilir, həm də burada funksiyanın icrası zamanı
gərginliklər və qeyri-sabitliklər üzə çıxır. Dövlətin (burada
dövlət hakimiyyətinin güc tətbiqi nəzərdə tutulur) zorakı
məzmunu da vardır. Zorakı aparat kimi fəaliyyəti insanlar
arasında onun mənfi və qəbul edilməyən xüsusiyyətlərini
ortaya çıxarır. Dövlət hakimiyyəti zor tətbiq edir. Bu anda öz
maraqlarını güdür. Dövlət hakimiyyəti həm də özünün siyasi
forma kimi mövcudluğunu qorumaqda maraq nümayiş etdirir
və təhlükə yarandıqda güc tətbiqinə əl atır. Dövlət
hakimiyyəti gücün tətbiqini də o halda reallaşdırır ki, həm
dövlətin tərkib elementi olan vətəndaşlarını qorusun, həm də
özünün siyasi qurum kimi fəaliyyətini təmin etsin. Zorakılıq
dövlətin formasını qorumaq baxımından və tərkib element-
lərini mühafizə etmək zərurətindən irəli gəlir. Zor tətbiq
etmək də dövlətin leqal, qanuni (onun hüququdur)
hərəkətinin əsaslarını yaradır. Dövlət hakimiyyətinin güc
tətbiq etmək hüququ onun öz sistemini qoruması istəklə-
rindən irəli gəlir. Burada bir məsələni xüsusi olaraq, nəzərə
almaq lazımdır ki, siyasət dövlət hakimiyyətinə aid olan
məsələdir. Çünki idarəetmədir. Dövlət hakimiyyəti ilə yanaşı
mətndə dövlət sözünü də işlətəmk mümkündür. Bu halda
dövlət hakimiyyəti başa düşülməlidir. Dövlət hakimiyyətinin
siyasəti düşüncələrdə elə dövlət siyasəti kimi qəbul olunur.
Dövlət hakimiyyətləri öz siyasətlərini dövlət adından həyata
keçirirlər. Lakin onu da nəzərə almaq lazımdır ki, dövlət
hakimiyyəti ilə vətəndaşlar, yəni cəmiyyət birlikdə dövlətin
tərkib komponentidir və bir-birinə bağlı olan iki şərti
strukturdur. Onu da nəzərə almaq lazımdır ki, dövlət rəhbəri
ilə hakimiyyət rəhbərləri anlayışları arasında həm oxşar, həm
də fərqli məzmunlar vardır. Dövlət rəhbəri özündə dövlətin
12
bütün komponentlərini, yəni hakimiyyətlərini və cəmiyyətini
vəhdət şəkilində əks etdirir. Hakimiyyət rəhbərləri isə ayrı-
ayrı qolların rəhbərləri olaraq dövlətin müəyyən etdiyi siyasət
istiqamətlərini icra edirlər. Oxşarlıq isə onunla izah oluna
bilər ki, dövlət rəhbərləri də qərar qəbul etmək və icraya
yönəltmək funksiyasını yerinə yetirirlər).
Dövlət xarici siyasəti ona görə həyata keçirir ki,
vətəndaşlarının daxili (əsas) və beynəlxalq maraqlarını
Dostları ilə paylaş: |