Yuxarıda sadalanan vasitələr (resurslar) və istiqamətlər
(resursların cəmləşdiyi sahələr və transferinin, tranzitinin
müəyyən
olunduğu
sahələr)
dövlətlərin
beynəlxalq
münasibətlərdə güclərinə görə təsnif olunmasını zəruri
1
Məşhur Milyarder sərvətini kasıblara verdi. “Kaspi” qəzeti, №034(2888).
35
edir. Dünyanın strateji cəhətdən əhəmiyyət kəsb edən
məhsulları və onların tranzit daşınmaları, strateji vasitələrin
dislokasiyası,
baza
olaraq
yerləşdirilməsi
sahələri
və
istiqamətləri
də
dövlətlərin
beynəlxalq
münasibətlərdə
güclərinin təsnif olunnmasını yaradır. Bu strateji məhsullar
dövlətlərin birləşməsinin, cəmləşməsinin və qruplaşmasının
əsaslarını təşkil edir. Buna görə də beynəlxalq münasibətlərdə,
istehsal məhsullarının böyük həcmdə istehsalı və tranzit
daşınması baxımından,
-neft və qaz məhsullarına və ixracına sahib olan ölkələr;
-elektrik enerjisi istehsalına və ixracına sahib olan ölkələr;
-ət və ət məhsullarına və ixracına sahib olan ölkələr;
-quşçuluq təsərrüfatına, maldarlıq və heyvandarlıq sahəsinə
sahib olan ölkələr;
-buğda istehsalına və daşınmasına sahib olan ölkələr;
-şəkər çuğunduru və şəkər tozu istehsalına və ixracına
sahib olan ölkələr;
-düyü, kartof, lobya, qreçka və digər kənd təsərrüfatı
məhsulları istehsalına sahib olan ölkələr;
-ağır sənaye, maşınqayırma istehsalına sahib olan ölkələr;
-ağır sənaye avadanlıqları (dəzgahlar, qurğular, aparatlar
və s.) və ağır sənaye mobil mexaniki vasitələri-vaqonlar,
gəmilər, təyyarələr, raketlər, yük avtomobilləri və s. istehsal
edən ölkələr;
-transmilli korporasiyaların-istehsal, sərmayə, maliyyə
resurslarına malik olan korporasiyaların təmsil olunduğu
ölkələr;
-geniş miqyaslı və böyük həcmli nəqliyyat daşınmalarına
(qatarlarla, aviareyslərlə, gəmilərlə yük daşımaları) sahib olan
ölkələr;
-qiymətli metallar (almaz, qızıl, gümüş, platin) bazarlarına
sahib olan dövlətlər;
-dəmir filizi istehsalına sahib olan dövlətlər;
-qara və əlvan metallar istehsalına sahib olan dövlətlər;
36
-taxta və kağız istehsalına sahib olan dövlətlər;
-kömür isthsalına və ixracına sahib olan ölkələr;
-elektrik enerjisi istehsalına və ixracına sahib olan ölkələr;
-yüngül sənaye məhsulları istehsalına sahib olan ölkələr;
-toxuculuq sənayesinə sahib olan ölkələr;
-yun və pambıq istehsalına və ixracına sahib olan ölkələr;
-kimya məhsulları istehsalına sahib olan ölkələr;
-məişət avadanlıqları istehsalına sahib olan ölkələr;
-sənayesi güclü şəkildə avtomatlaşdırılmış olan və sənaye
sahələrində cihazqayırması güclü olan ölkələr;
-yüksək səviyyəli xidmət sahələrinin, istirahət, turizm və
səhiyyə-sağlamlıq komplekslərinin sahib olduğu ölkələr;
-informasiya texnologiyalarının geniş şəkildə istehsal
olunduğu və ixracına sahib olan ölkələr;
-miqrasiyanın,
xüsusilə,
əmək, elm miqrasiyasının
cəmləşdiyi ölkələr.
Bu kimi istiqamətləri çox göstərmək olar. Dövlətlərin baza
olaraq güclərinin təsnifatında resursların qruplaşdırılması
xüsusi əhəmiyyət kəsb edir. O dövlətlər daha da güclü olurlar
ki, əvvəldə sadalanan istiqamətlərin və resursların kompleks
tərkibini (bu istiqamətlərə xas olan elementlərin əksəriyyətini)
özündə əks etdirir. Bu baxımdan dövlətlər milli və daxili
gəlirlərinə görə təsnif olunurlar. Böyük dövlətlər dünya
məhsulları istehsalının böyük bir qismini öz əllərində
cəmləşdirirlər. Böyük dövlətlərin dövlət büdcələri və digər
sosial-humanitar fondları da böyük məbləğlərə sahib olur. O
dövlətlər daha öndə olurlar ki, onların dövlət büdcələrinin və
digər fondlarının mədaxili və məxarici yüksək olur və
adambaşına düşən illik gəlirin həcmi də müqayisədə üstün olur.
Böyük dövlətlər dünya qızıl ehtiyatlarının (banklarda
saxlanılan qızıl ehtiyatları) böyük həcmini də öz əllərində
cəmləşdirirlər. Dünyanın aparıcı dövlətləri, “Böyük Səkkizlər”,
“Böyük İyirmilər” kimi formatlar meydana gəlir. Bununla
yanaşı, böyük dövlətlərin qruplaşmaları da ortaya çıxır. Belə
37
ki, Avropa İttifaqı, NATO, BRİCS (Braziliyia, Rusiya, Çin,
Hindistan, Cənubi Afrika Respublikasından ibarət olan
iqtisadi-siyasi birləşmə) kimi birləşmələr də ortaya çıxır.
Xarici siyasətin gücünü əks etdirən (formalaşdıran)
elementlər və vasitələr. Xarici siyasətin gücünü əks etdirən
elementlər içərisində ilk olaraq güclü şəkildə təşkil olunan
diplomatiyanı qeyd etmək olar. Bununla bərabər, dövlət digər
dövlətlərlə münasibətlərdə öz daxili resurslarından səmərəli
qaydada istifadə etməlidir. Bir dövlətin digər dövlətin
(dövlətlərin) daxili siyasətinə təsir imkanları və vasitələri də
dövlətin xarici siyasətini gücləndirən element kimi qəbul
edilməlidir. Bir dövlətə məxsus olan şirkətlərin digər dövlətin
iqtisadiyyatında yaxından iştirakı amili həmin dövlət üzərində
təsir imkanları qazandırır. Bir dövlətin digər dövlət üzərində
olan iqtisadi təsirləri və dövlətin daxili iqtisadiyyatı da dövlətin
xarici siyasətini gücləndirir. Xarici siyasətin gücünün təsnifatı
eləcə də dövlətlərin təsir gücünün miqyasından, ölçüsündən və
kəmiyyətindən ortaya çıxır. O dövlətlər xarici siyasəti güclü
edirlər ki, həmin dövlətlərin daxili resursları digər ölkələrin
daxili resurslarına və ümumilikdə iqtisadi sistemlərinə təsir
imkanlarına malik olsunlar. Xarici siyasət istiqamətlərində
yaranan potensiallığı xarici siyasətin resursları (xarici siyasətə
yönəldilmiş resurslar) formalaşdırır. Dövlətin ümumi potensialı
böyük axın yaradır və beynəlxalq münasibətlərdə onun ümumi
gücünü ortaya çıxarır. Dövlət xarici siyasətini ümumi
potensialı ilə gücləndirir. Çünki bu potensialı xaricə ixrac edir.
Xarici siyasət sahəsində fəaliyyətin həyata keçirilməsi və
planların qurulması sayəsində, eləcə də normaların qəbul
edilməsi zamanı xarici siyasətin forma və məzmundan irəli
gələn ümumi və konkret mahiyyəti üzə çxır. Xarici siyasətin
tərkib hissələrə ayrılması prosesləri baş verir. Tərkib hissələrə
ayrılmalar sayəsində məsuliyyət və öhdəlik daşıyan tərəflər
müəyyən olunur. Normaların qəbul edilməsi və sənədlərə
qoşulmalar özü xarici siyasətin tərkib proseslərinin formalaş-
38
masını zəruri edir. Normalar əsasən xarici siyasətin maraqlara
bölünməsini şərtləndirir. Hər bir addım burada qaydalar
şəklində əks olunur və qaydalar da riyazi ölçmələrin əsaslarını
yaradır. Buradan da belə bir məntiqi fikir ortaya çıxır ki, xarici
siyasət özü hərəkətlərin riyazi ölçülərinə tabe olur. Maraqların
ölçülərlə müəyyən olunması addımların ölçülərə tabe olmasının
əsaslarını yaradır.
Dövlətlərin güclərinə görə təsnif olunmaları da onların
maraqları, mənafə və məqsədlərinin də ölçülərə tabe olmasının
əsaslarını ortaya çıxarır. Beynəlxalq münasibətlər sferasında
bütün dövlətlər vahid qaydalar əsasında öz güclərinə görə
iştirak edirlər və bu, onların real prinsiplərdən (real potensialın
yaratdığı gerçəkliklərdən) çıxış etmələrini ortaya çıxarır. Real
prinsiplər də ideal-nəzəri prinsiplərin əsaslarını formalaşdırır,
ideal prinsiplər çox zaman real prinsipləri özünə tərəf çəkməyə
səy göstərir. Bu baxımdan da real prinsiplərin tətbiqində
məhdudiyyətlər meydana gəlir. Beynəlxalq münasibətlərin
hərəkət sahələrində dövlətlərarası münasibətlərdə “sərhədlər”
prinsipi ortaya çıxır. Bütün dövlətlərin mövcudluğu və sərbəst
fəaliyyət prinsipi, eləcə də yaşamaq prinsipləri beynəlxalq
münasibətlərin idealizm əsaslarını ortaya çıxarır. Bu idealizm
prinsipləri də özündə ideal ədaləti əks etdirir. Bununla yanaşı,
real ədalət prinsipləri də mövcud olur. Bu da real gücün ortaya
çıxmasının əsaslarını təşkil edir. İdeal ədalət- humanizmə,
real ədalət isə real gücə əsaslanır. Hər iki amilin mövcudluğu
və qarşılıqlı şəkildə bir-birini şərtləndirməsi həm sabitliyi
meydana gətirir, həm də inkişafı yaradır. Sabitlik və inkişaf
qarşılıqlı kompromislərdən də ortaya çıxır. İdeal ədalət
beynəlxalq münasibətlərdə böyük dövlətlərin kiçik dövlətlərə
qarşı münasibətlərində daha çox özünü büruzə verir, real ədalət
isə reallığa söykəndiyindən, burada hər bir dövlətin gücü
amilini meydana gətirir. Beynəlxalq münasibətlərin sabitləş-
məsi real ədalətin tətbiqindən daha çox asılı olur.
39
I FƏSİL:
Xarici siyasətin və beynəlxalq münasibələrin
ümumi əsasları
Dövlət və siyasət
Xarici siyasət fəaliyyətinin əsaslarını təhlil etməmişdən
öncə bu siyasəti həyata keçirən dövlət və onun fəaliyyətinin
əsaslarını təşkil edən siyasət (fəaliyyət və idarəetmədən
ibarət olan məzmun) anlayışlarının qarşılıqlı əlaqəli və vəhdət
təşkil edən məzmununa şərh vermək lazım gəlir. Siyasət və
dövlət anlayışlarının həm qədim və klassik, həm də
postmodernist (təkmilləşmiş və yüksək liberal məzmunlu
siyasət həyat keçirən dövlət hakimiyyətləri) məzmunu ortaya
çıxır. Klassik dövrdə və bu dövrəqədərki mərhələdə siyasət və
zorakılıq, siyasət və güc tətbiqi mənası daha geniş əhəmiyyət
kəsb edirdi. İşgəncələrin verilməsi, zorakılıqlar, edamlar buna
misaldır.
Burada
əsas məsələ dövlətin saxlanılması,
hakimiyyətin əldə saxlanılması idi. Bütün zorakı vasitələrin
istifadəsinə hakim təbəqə haqq qazandırırdı. Dövlətin və
hakimiyyətin saxlanması üçün kifayət qədər resurslar (burada
liberalığı yaratmaq üçün lazım olan resurslar) yox idi. Bu
baxımdan da zorakılığın tətbiqi təbii hal olaraq meydana
gəlirdi. (Qeyd: kasıb cəmiyyətlərdə hakimiyyət zorakılıq-
larının çoxluğu da məhz bu amildən ortaya çıxır. Varlı
dövlətlər liberal və sabit cəmiyyətlərə malik olurlar).
Postmodernist məzmun baza forma və məzmunun (xüsusilə
XIX əsrin sonları-XX əsrin əvvəllərinin formasını) böyük
mənasını özündə saxlamaqla bərabər, yeni liberal məzmun da
əlavə etmişdir. Belə ki, postmodernizmdə informasiya diplo-
matiyasının güclənməsi, informasiya resurslarının dünyada
geniş yayılması, “insan” amilinin, insanların təbii hüquqlarının
daxili və xarici siyasətdə baza obyektə və predmetə çevrilməsi
40
dövlətlərdə “vətəndaş hakimiyyəti” (“cəmiyyət hakimiyyəti”
– “sosiokratiya”) ideyalarının ortaya gəlməsini zəruri
etməkdədir.
1
Dövlət burada daha çox liberal nəzarətedici və müşahidəçi,
təşkiledici və istiqamətləndirici funksiya daşıyır. Beynəlxalq
münasibətlərdə də vətəndaşa xidmət anlayışları ayrı-ayrı
dövlətlərin vətəndaşları arasında birbaşa əlaqələrin qurulmasını
zəruri etmişdir. Bundan da irəli gələrək “xalq diplo-
matiyaları” daha da geniş əhəmiyyət kəsb etməyə başlamışdır.
Posmodernist dövlətlərin tənzimləmə funksiyasında daha çox
istiqamətlərin yaradılması və bu istiqamətlər üzrə vətəndaşların
sabit və sərbəst şəkildə hərəkət etmələrini təmin etmək başlıca
məqsədə çevrilmişdir. Liberal inkişaf yolunu tutmuş dövlətlər
birbaşa müdaxilələrə yox, müşahidələrə üstünlük verirlər.
Başlıca məqsəd dövlətin gücü üçün əsas potensialı yaradan
cəmiyyətin özünü güclü etməkdir. Mövcud dövlətlər
cəmiyyətin müdafiəsi ilə özlərinin müdafiə olunmaq strate-
giyasını yerinə yetirirlər. Özlərinin güclərini cəmiyyətlərinin
potensiallarında axtarırlar. Bu kimi xüsusiyyətlər indiki
dövlətlərin fəaliyyətini məzmun baxımından klassik forma və
məzmundan fərqləndirir. Mövcud sivil inkişaf yolunu tutmuş
dövlətlər öz proteksionizm siyasətlərini daha çox sərbəstlikdən
formalaşdırırlar. Liberal iqtisadiyyat, yumşaq sosial münasi-
bətlər də məhz bunlara əsaslanır. Mövcud sivil dövlətlər öz
aralarında qəbul olunmuş normalara yüksək düşüncəli
yanaşmalar üsulundan baxırlar və dünya sakinlərinin qarışması,
qovuşması və birləşməsi üsullarına əl atırlar. Dünyanın
münasibətlər strukturu həm də vahidləşmə (bütövləşmə)
prinsipindən meydaan gəlir.
Dövlət -bütün münasibətləri rəsmi əsaslarla tənzim edən,
bütün tərəflərin hüquqlarını qəbul edən, tanıyan və hüquqların
1
E.M. Nəsibov. Gələcək dünya düzəni və geosiyasi mənzərə. Siyasi
proqnozların əsasları. Ümumi hissə. I kitab. “Elm və təhsil ” nəşriyyatı,
Bakı-2013, 544 səh., səh.24.
41
təmini üçün müvafiq siyasət həyata keçirən, siyasətini hüquq
normaları ilə reallaşdıran və əlaqələri tənzim edən bir
qurumdur.
Dövlət-tərəfləri maraqlar və mənafe uğrunda bir arada
birləşdirən,
maraqları
qruplaşdıran
və
uyğunlaşdıran,
koordinasiya edən bir vasitədir.
Dövlət-münasibətləri təşkil edən, bunun üçün müvafiq
şəraitləri yaradan əlaqələri təşkilatlandıran və strukturlar
yaradan bir vahid mexanizmdir və kompleksdir.
Dövlət-resursları müəyyən formalara salan və onları
insanların istifadəsi üçün yararlı edən bir mexanzimdir və
qurumdur, sistem vahididir.
Dövlət-insanların ayrı-ayrı təbəqələri arasında münasibət-
lərin yaranması üçün şərait yaradan və insanların hər bir yaş
dövründə maraqlarını təmin edən bir təsisatdır.
Dövlət-insanların ictimai-siyasi fəaliyyətini təmin edən və
ictimai-siyasi münasibətləri tənzimləyən bir təsisatdır.
Dövlət-cəmiyyətdə əxlaqi dəyərləri təbliğ edən və
cəmiyyətin müdafiəsi üçün bütün resursları səfərbər edən bir
qurumdur.
Dövlət-öz tərkib strukturlarının üzvlərini (elementlərini,
komponentlərini) qoruyan, ictimai-siyasi və mənəvi-əxlaqi
dəyərləri qoruyan bir təsisatdır.
Dövlət-öz tərkib komponentlərinin maraq və tələbatlarını
ödəyən və zaman və şəraitlə əlaqələndirən bir qurumdur.
Dövlət-vətəndaşlarını öz daxilində və beynəlxalq aləmdə
müdafiə edən bir qurumdur. Bu baxımdan hər bir vətəndaş
hərəkət edərkən özü ilə birlikdə dövlətin müdafiəsini də hiss
edir. Həmin vətəndaş beynəlxalq aləmdə özünü öz dövlətinin
digər dövlətlərlə yaratdığı və qəbul etdiyi hüquq normaları ilə
müdafiə olunmuş hesab edir. İki və ya da çoxlu dövlətlər
arasında qəbul edilmiş hüquq normaları ilə bir dövlətin
vətəndaşı digər dövlət tərəfindən öz ərazisində müdafiə olunur.
42
Ümumiyyətlə, dövlət adlanan siyasi (ali siyasi) bir qurum
haqqında, anlayış haqqında çox geniş fikirlər yürütmək, təriflər
vermək olar.
Siyasət nədir. İlk növbədə qeyd etmək lazımdır ki, siyasət
-dövlətin tənzimləmə (idarəetmə, idarəetmənın tərkibi olaraq
normayaratma, icraetmə, hüquqları qoruma və pozulmuş
hüquqları bərpa etmə, bu baza funksiyanın tərkibi olaraq və
mexanizm kimi əhəmiyyət kəsb edərək, icraetmə, müşahidə və
nəzarət etmə, o cümlədən yoxlama, müayinə, hesabat tələb
etmə və s.) funksiyasının özüdür. Siyasət fərdi (bir şəxs
tərəfindən, məsələn, dövlət və hökumət rəhbəri) və kollektiv
(şəxslər qrupu, yəni hakimiyyətin qolları olan mərkəzlər-yerli
və mərkəzi idarələr, təşkilatlar) formada olmaqla, iki formalı
subyekt (burada formalar dedikdə, şəxsin fərdi fəaliyyəti və
mərkəzin fəaliyyəti nəzərdə tutulmalıdır) tərəfindən müəyyən
edilir və icra olunur. Siyasətin müəyyən olunması dedikdə,
onun sahələr üzrə, eləcə də obyektlər və subyektlər üzrə
istiqamətləndirilməsinin ilkin əsasları, ilkin layihəsi başa
düşülür. Siyasət mərkəzlərdə yaranır və bütün cəmiyyətləri
əhatə edir. Fərdlər (burada şəxslər) öz maraqlarını və
potensiallarını daha çox mərkəzlərdə cəmləşdirirlər. Siyasət
mərkəzlərində şəxslərin iradələrinə uyğun olaraq siyasət
normaları (burada hüquq normaları) hazırlanır və icraya
istiqamətləndirilir. Siyasi fəaliyyətin mərkəzində məhz bütün
sahələri əhatə edən hüquq normaları (universal və xüsusi)
dayanır. Siyasət mərkəzləri əsas etibarilə ötürücülük və
paylayıcılıq funksiyanını yerinə yetirirlər.
1
Mərkəzlər arasında
pilləli (səlahiyyət bölgüsünə görə yerli qurumların mərkəzi
hakimiyyət qurumlarına tabe olması) və eynixətli (burada
təqribən eyni səlahiyyətləri özündə cəmləşdirən strukturlar
nəzərdə tutulur. Məsələn, yerli icra və hüquq-mühafizə
1
Nəsibov E.M. “Siyasətin tərkib hissələrinin hərəkət xüsusiyyətləri”, Bakı-
“Elm və Təhsil”-2010. 116 s., ss.11-13.
43
qurumları, yerli məhkəmələr və s. buna aid olunur)
münasibətlər formalaşır və əlaqələr yaranır. Siyasətə həmçinin
siyasi proseslərin hazırlanması və istiqamətləndirilməsi kimi
hərəkətlər istiqamətləri də aid olur. Siyasət insanlar üçündür,
insan hüquqlarını təmin etmək üçündür və normalarla
ifadə olunur. Hüquq normaları siyasətin hazırlanması və icrası
üçün əsas vasitədir. Siyasət normaların icrasında öz məzmu-
nunu tapır. Normaların icrası üsulları isə siyasətin həyata
keçirilməsi üsullarıdır. Siyasət dövlətə aid olan hərəkətdirsə,
onun baza mahiyyəti hakimiyyət qurumlarının fəaliyyətində
əks olunur.
Siyasi mənada dövlət – özünün müəyyən sərhədləri
daxilində yaşayan əhalinin (xalqın, xalqlar toplumunun)
maraqlarını özündə birləşdirən, öz daxilində və beynəlxalq
aləmdə vətəndaşlarının maraqlarını təmin edən, münasibətləri
qruplaşdıran və ixtisaslaşdıran, münasibətləri və əlaqələrin
istiqamətlərini yaradan, bu baxımdan münasibətləri və əlaqələri
sahələr üzrə tənzim edən, fərdi və universal əsaslarla
münasibətlər yaradan, sahələr arasında əlaqələri təşkil edən,
münasibətlərə siyasi məna verən bir siyasət təşkilatıdır,
müəyyən strukturlara malik olan siyasət mexanizmisi və
sistemidir. Dövlət sərhədləri daxilində mövcud olan, eləcə də
sərhədlərindən kənarda ona məxsus olan obyektlər üzərində
leqal (səlahiyyətləri hüquqla müəyyən olunan fəaliyyət)
fəaliyyətə malik olan bir qurumdur. Dövlət adlanan vahid
formula (fəaliyyətdə olan formula və siyasi model, müəyyən
əlaqəli strukturu və mexanizmisi olan siyasi quruluş)) müəyyən
tərkiblərə malik olan vahid bir strukturdur. Dövlət vahid
struktur olaraq, eləcə də strukturlar birliyini özündə əks etdirən
şaxələnmə proseslərini müəyyən edir və tənzimləyir. Siyasət
istiqamətləri və cərəyanları həmin strukturlardan yaradılır və
əlaqəli şəkildə də siyasət axınları müəyyən olunur. Dövlət
üzərində siyasət həyata keçirilən və siyasətlə tənzim olunan
elementlər birliyindən ibarətdir.
44
Dövlət münasibətləri və əlaqələri strukturlarda yaranan və
strukturların işləməsinə istiqamət və təkan verən, strukturları
yaradan elementləri qruplaşdıran və tənzim edən bir siyasi
mexanizmdir. Dövlətin strukturları (nazirlikləri, komitələri,
səhmdar cəmiyyətləri, şirkətləri, xidmət mərkəzləri və digər
idarələri) başlıca olaraq onun sərhədləri daxilində və xaricində
fəaliyyətinin şaxələnməsini təmin edirlər. Dövlətin strukturları
mütləq qaydada piramidal formada iyerarxik əsaslarla fəaliyyət
göstərir. Dövlətin strukturları ayrı-ayrı maraq sahələri (maraq
birləşmələri) üzrə formalaşır və ayrı-ayrı sahələrdə insanların
ehtiyac və tələbatlarının ödənilməsini təmin edir. Bununla
bərabər, strukturlar arasında əlaqələrin yaranması insan
tələbatlarının ödənilməsinin əlaqəli əsaslarını yaradır. Struk-
turlar arasında olan əlaqəli və sxematik fəaliyyət cəmiyyətlərdə
insanlar arasında əlaqələrin yaradılmasını təmin edir və vahid
cəmiyyətlərin formalaşmasını meydana gətirir. Strukturlar
arasında əlaqəli fəaliyyət dövlətin vahid gücünün formalaş-
masının əsaslarını təşkil edir. Dövlət bu baxımdan ayrı-ayrı
sahələrdə enerji toplayan və vahid mərkəzlərdə toplaşan
(unifikasiya olunan), enerji yaradan və enerji paylayan
stukturların mexanizmisini təmin edən baza əsaslı bir siyasi
təşkilatdır. Dövlət məhz insanların çoxlu sahələr üzrə maraq
sahələrini təmin edən, maraqları birləşdirən və tərkib
hissələrini müəyyən edərək tənzim edən bir ümumi və bütöv
təşkilatdır. Bu ümumi və vahid təşkilat öz tərkibində sadə və
sadələrdən birləşən ayrı-ayrı təşkilatlardan ibarətdir. Əvvəlcə
qeyd olunduğu kimi, dövlət strukturları həm iyerarxik qaydada,
həm də qarşılıqlı nəzarətedici əsaslarla fəaliyyət göstərirlər.
Dövlət strukturları (həm daxili siyasət, həm də xarici siyasət
istiqamətləri) bir-biriləri ilə həm qarşılıqlı nəzarət, həm də
qarşılqılı asılılıq (burada hesabat vermək, nəzarət etmək,
müşahidə etmək və s.) şəraitində fəaliyyət göstərirlər. Dövlətlər
özlərindəki komponentləri ilə müəyyən sahələr üzrə strukturlar
yaradırlar və bu strukturlar xarici və daxili siyasət sahəsində
45
hərəkətləri şərtləndirir və hərəkətlər arasında asılılıq yaradır.
Bu nöqteyi-nəzərdən dövlət öz fəaliyyətini qruplaşdıran, onu
istiqamətlərə ayıran və daxili siyasətlə xarici siyasət arasında
asılılıq yaradan və vahid siyasi xətt təşkil edən bir mərkəzdir.
Dövlətin fəaliyyəti ilə siyasi hadisələrin ardıcıl şəkildə
törədilməsi sayəsində strukturlar daxilində və strukturlar
arasında zəncirvari əlaqələr təmin edilir. Dövlətin daxili və
xarici siyasətini təmin edən və bu iki istiqamət arasında əlaqəni
yaradan qurumların fəaliyyəti dövlətin daxili və xarici siyasət
istiqamətləri arasında uzlaşmanı, uyğunlaşmanı, səbəb və
Dostları ilə paylaş: |