nəticə məsələlərini, tarazlığı, tamamlamanı təmin edir.
Dövlətin xarici siyasəti həm də onun daxili siyasətinin davamı
kimi qəbul edilməlidir. Xarici siyasət baza etibarilə dövlətin
özünə, özəyinə xidmət edir və vətəndaşlarının maraqlarının
təmin edilməsinə yönəlir. Dövlət iki istiqamətdə fəaliyyət
göstərməklə, iki istiqamətdə olan komponentləri birləşdirməklə
və vahid siyasi rels yaratmaqla daha da güclənir. İstiqamətlərin
birləşməsi zamanı daxili siyasət cərəyanının tərkib elementləri
xarici siyasət cərəyanının tərkib elementləri ilə zənginləşdirilir.
Xaricdən daxil olan siyasət cərəyanları təbii ki, daxildəki
siyasətin böyüməsinə təsir göstərir. Xarici siyasət fəaliyyəti
özü ilə daxildə olmayan elementləri də gətirir. Yəni dövlət
xarici siyasəti ilə daxilini təmin edir, nüvəsini gücləndirir.
Məsələn, iqtisadi-ticarət əlaqələri bu zərurətdən təşkil edilir.
Dövlətin ayrı-ayrı strukturları tərəfindən həyata keçirilən
beynəlxalq iqtisadi əlaqələr dövlətin beynəlxalq siyasətinin
baza gücünü və avanqard elementini meydana gətirir. Beynəl-
xalq əlaqələr sayəsində daxildəki siyasət cərəyanları böyüyür.
Böyümə prosesləri ilə dövlətin siyasət istiqamətləri möhkəm-
lənir, daxili tələbat üçün böyük baza yaranır, nəticədə dövlət
böyüyür və daxili imkanlarını-şaquli və sistem çərçivəsində
üfiqi olaraq genişləndirir. İki dövlət arasında hərbi-siyasi və
təhlükəsizlik sahəsində olan əlaqələr də həm dövlətlərin xarici
siyasətlərini qorumaq, resursları qorumaq, prosesləri rahat və
46
sərbəst şəkildə təmin etmək, ümumiyyətlə isə daxili və xarici
siyasəti birləşmiş formada mühafziə etməkdən ibarətdir.
Beynəlxalq təhlükəsizliyi təmin etmək siyasəti dövləti nüvə
mərkəzi kimi forma olaraq qorumaq məqsədini də güdür.
Buradan da bir daha belə bir məntiqi fikirə rast gəlmək olur ki,
dövlətin xarici siyasəti onun daxilən mövcudluğuna və xaricən
(yəni beynəlxalq münasibətlərin subyekti kimi) mövcud
olmasına xidmət edir.
Dövlətin daxili və xarici siyasətini təmin edən strukturlar
öz imkanlarına görə, siyasəti icra etmələrinə görə (burada
səlahiyyət və vəzifə sahələrinə və gördükləri işlərin həcminə
görə) təsnif olunurlar. Təsnifat dövlət siyasətinin iyerarxiya-
sını ortaya çıxarır və piramidal əsaslar meydana gəlir.
1
Təsnifat sayəsində vəzifə bölgüləri arasında səlahiyyət
baxımından vəzifə funksiyalarının tərkibi müəyyən olunur.
Böyük məsuliyyətə malik olan vəzifələrdən tutmuş aşağı
məsuliyyətə qədər olan vəzifələr yaranmış olur. Dövlət özünün
şaxəli strukturlar fəaliyyətində öz məkanı üzrə özünü
təsdiq etmiş olur. Məkan üzrə idarə olmadan, eləcə də
xarici məkanlar (beynəlxalq münasibətlər sahələri) üzrə
idarəçilik olmadan, dövlətin varlığından söhbət gedə
bilməz. Dövlət, məhz siyasət həyata keçirərkən özünün
məzmununu üzərə çıxarır. Hərəkətsiz və fəaliyyətsiz dövlət
hakimiyyətinin mövcudluğundan söhbət gedə bilməz.
Dövlət həm idarəedən, həm də öz məkanında və
məkanından kənarda idarəolunandır. İdarə etmək və idarə
olunmaq dövlətin daxilindən gələn cərəyanlarda, təsirlərdə
öz əksini tapır. Dövlətin məkanı idarəetmənin məkanıdır.
Dövlət-müəyyən məkan üzərində ünsürlərin, elementlərin,
vasitələrin qarşılıqlı təsir vəziyyətini əks etdirən bir
kompleksdir və kompozisiyadır. Burada kompozisiya
1
Nəsibov E.M. “Siyasətin tərkib hissələrinin hərəkət xüsusiyyətləri”, Bakı-
“Elm və Təhsil”-2010. 116 s., ss.11-13.
47
hərəkətdə olan şəxslərin (insanların) mənəvi-ruhi xüsu-
siyyətlərindən ortaya çıxır. Dövlət cəmiyyətə təsir göstərən,
həm də cəmiyyətdən təsirlənən, cəmiyyətə enerji verən,
cəmiyyətdən enerji alan, bu baxımdan üzvlərinin sosial-
siyasi münasibətlərini tənzim edən bir strukturdur.
Məlumdur ki, dövlət müəyyən komponentlərdən təşkil
olunur: ərazi, əhali; hakimiyyət aparatı-idarəetmə aparatı
(bürokratik aparat) və s. Bu komponentlər dövlətin yaranma
mənşəyindən hal-hazıra qədər mövcudluğunu və mahiyyətini
saxlamaqdadır. Sadalanan komponentlərin vəhdəti dövlətin
siyasi bir qurum kimi formasını təşkil edir. Tarixən dövlət öz
formalarını saxlamışdır, lakin məzmununu genişləndirmişdir.
İnkişafa və yeni tələblərə müvafiq olaraq dövlət aparatının
fəaliyyətinin məzmunu böyümüşdür. Cəmiyyətdə ünsürlərin
sayı artdıqca dövlət aparatının da fəaliyyəti genişlənmişdir.
Hakimiyyət tarixən bütün sahələrdə maraq nümayiş etdirib.
Onun maraqları həm birbaşa müdaxilə ilə (birbaş idarəetmə),
həm də dolayı müdaxilə ilə (kənardan müşahidə ilə) təmin
edilıb. Dövlətin tənzimləmə funksiyasında həm birbaşa
müdaxilə, həm də kənardan müşahidə ilə xarakterizə olunan
iki mühüm baza istiqaməti vardır. Dövlət bu iki baza istiqaməti
ilə bütün məsələlərin birbaşa və dolayı yollarla tənzim-
lənməsi funksiyasnı yerinə yetirir. Dövlət idarəetmə ilə öz
funksiyasını, bu baxımdan da vəzifə və öhdəliyini, məsuliy-
yətini müəyyən edir. Ali hakimiyyət qanunvericilik sənədlərini
hazırlamaqla və icra etməklə öz mövcudluğunu əks etdirir.
Dövlət daha çox özünün hakimiyyətinin mövcudluğunun və
hakimiyyətinin fəaliyyətinin simasında büruzə olunur. Dövlət,
bu baxımdan əks effekt yaradan (təzahür edən) idarəetmə
təşkilatıdır. İdarəetmə sahəsində iki-idarəedən və idarəolunan,
tərəf olur. Bu tərəflərin hər ikisi vahid normalara tabe olur. Hər
iki tərəf çalışır ki, ortaq mövqelərin meydana gəlməsi üçün
vahid qaydalar yaradılsın. Bu anda dövlətin hüquqi təbiəti
(münasibətlərin hüquq normaları ilə tənzimlənməsi) ortaya
48
çıxır. Dövlətçilik və hüquqi dövlət anlayışları da məhz hüquq
normaları ilə tənzimlənmə proseslərini özüsndə əks etdirən
anlayışlardır. Dövlət hüquq normalarını insanların bioloji və
sosial varlıqlar kimi müəyyən məkanlarda olan tələbatlarından
irəli gələrək müəyyən meyarlarla qəbul edir. Hüquq normaları
tələbatların riyazi əsaslarla ölçülməsindən ortaya çıxır. Dövlət
özünün hakimiyyətinin idarəçiliyini aparatı vasitəsilə yerinə
yetirir, aparat burada tənzimedici (elementlərin hərəkətlərini
mərkəzlərə toplayıcı və mərkəzlərdən paylayıcı) subyekt
rolunu oynayır. Dövlət hakimiyyəti özünü qorumaq və eləcə də
ərazisini, vətəndaşlarını müxtəlif təsirlərdən və təzyiq
elementlərindən (daxildən meydana gələn və xaricdən gələn)
qorumaq üçün müəyyən birləşmələr-güc strukturları, hüquq
mühafizə orqanları və hərbi-silahlı qurumlar təşkil edir. Bu güc
qurumları siyasətin həyata keçməsini təmin edən tərəflər-
subyektlər hesab olunurlar. Dövlət ümumilikdə təsirlər zamanı
müəyyən olunan siyasi bir quruma çevrilir. Dövlətin
vəzifələrindən biri də onun tənzimləmə funksiyasını yerinə
yetirməsi zamanı insanların maraqları arasında koordinasiyanı
müəyyən etmək, bağlılığı üzə çıxarmaq və maraqların
istiqamətləndriliməsi üçün koordinasiyanı təmin etməkdən
ibarətdir. Dövlət cəmiyyətlə öz əlaqələrini çağırışlar,
sifarişlər-cavablar və yerinə yetirmələr prinsipləri əsasında
qurur. Dövlətin norma yaratmaq funksiysının tərkibində həm
də araşdırmaq və tələbləri yerinə yetirmək kimi mühüm
istiqamətlər mövcud olur. Təbii ki, dövlət insan hüquqlarının
ardıcıl şəkildə müdafiəsini həm də insan hüquqlarını müdafiə
etməklə təmin edir. Burada icra, icraya nəzərat və müdafiə
funksiyaları vəhdət şəklində həyata keçirilir.
Siyasət məfhumu, xüsusilə yuxarı maraq sferalarında,
ümumiyyətlə, dövlətə bağlı olan, dövlət fəaliyyətini ifadə edən
bir anlayışdır. Dövlət siyasəti sakinlərinin maraq daşıyıcısı
cərəyanlarından, bu cərəyanları meydana gətirən hərəkətlərdən,
aktlar cəmindən, zəncirvari hadisələr toplusundan ibarətdir.
49
Dövlət siyasəti müəyyən icra məqamlarında həm liberal, həm
də kəskin-radikal məzmunlu olur. Dövlət siyasəti “atmosfer
təbəqəsi” kimi onun bütün ərazisini örtür. Burada hər kəs
dövlət “atmosferi” ilə qidalanır və daxili və xarici təsirlərdən
qorunur. Eyni zamanda hər kəs “dövlət atmosferi”nə öz payını
verir. Dövlət siyasəti, bu baxımdan yuxarı idarəçilikdən tutmuş
hətta məişət sahələrinə də sirayət edir. Məişətdən-sosial
sahələrə, oradan da qlobal əhəmiyyət kəsb edən sahələrə doğru
dövlət siyasəti şaxələnir. Dövlət siyasətinin qlobal əhəmiyyəti,
onun forma və məzmunu, kəmiyyəti təbii ki, onun bütün
məkanları üzrə yayılan tərkib hissələrdən formalaşır. Tərkib
hissələr cəmi ayrı-ayrı istiqamətlər üzrə axınları və cərəyanları
meydana gətirir. Dövlət siyasətinin şaxələnməsi onun
nüvəsini-mərkəzini (yəni dövlətin bəlli məkanlarda bəlli
sərhədlər çərçivəsində bir vahid kimi mövcudluğunu) və
periferiyasını (digər dövlətlərlə olan siyasətini, beynəlxalq
neytral ərazilərdə olan siyasətini) formalaşdırır. Dövlət siyasəti
mərkəz və sərhədlərdən kənarlara yayılan (ətraf) olmaqla
sistem təşkil edir. Dövlət siyasəti həm mərkəzdə sistemləşir,
həm də ətraflarda sistem xarakteri kəsb edir. Buradan belə
qənaətə gəlmək olur ki, siyasət özü sistemi təmin edən aktdır,
qaydadır (qaydanı yaratmaq aktıdır və icra aktıdır), hərəkətdir.
Dövlətin daxili siyasəti nüvə mərkəzini təmin edən qaydaların
yaradılması, icrası və hərəkətləridir, xarici siyasəti isə ətrafıdır,
öz daxilindən kənara çıxmasıdır. Bu iki sistemin tərkibi olan
komponentlər bir-birinə xidmət edir və nəticədə dövlət bir nüvə
kimi güclənir. Gücləndikcə ətrafına da enerji verir. Böyük
dövlətlərin geosiyasi maraqlarının formalaşmasının əsaslarını,
o cümlədən istiqamətlərini buna nümunə göstərmək olar.
Böyük dövlətlər öz ətrafları əraziləri özlərinin daxili enerjiləri
hesabına özlərinə doğru çəkirlər. Bu enerjidən də dövlətin
beynəlxalq münasibətləri (geosiyasi aspektlərdə) formalaşır
və güclənir. Siyasət – fəaliyyət sisteminin işləməsi
mexanizmisinin ümumiləşdirilmiş nəzəri adıdır, hərəkətlərin
50
ifadəsidir. Siyasətin reallaşması (yəni hərəkətlərin edilməsi)
sayəsində isə mexanizm işə düşür, dövlət öz fəaliyyətini
göstərmiş olur. Dövlət siyasəti, hərəkətlər fonunda - onu
təmsil edən hakimiyyət nümayəndələrinin və digər vətən-
daşlarının qarşılıqlı hərəkətləri ilə daşınan bir anlayışdır.
Dövlətin fəaliyyəti siyasətdirsə, siyasətin məzmunundan da
dövlətin fəaliyyətinin məzmunu gerçəkləşir. Dövlət hakimiy-
yəti öz siyasətini həyata keçirərkən müəyyən axınları (siyasi
aktlar cəmindən ibarət olan axınlar) meydana gətirir. Böyük
axınlar böyük cərəyanı formalaşdırır. Siyasət elementlərə və
elementlər qrupuna (burada maddi və material aləmdən söhbət
gedir) təsir edən aktlardır və aktlar toplusudur. Maddi aləmə
təsirlər o deməkdir ki, insanlar həm bir-biriləri ilə qarşılıqlı
əlaqələrini təsirlər edərək qururlar, həm də qarşılıqlı qaydada
material aləmə təsir edirlər və onları öz ehtiyaclarına uyğun
formalara salırlar. Siyasətin həyata keçirilməsi aktları ehtiyac
və tələbatların ödənilməsi zərurətindən meydana gəlir. Ehtiyac
və tələbatların zəncirvari ardıcıllığı isə yeni siyasətin
rallaşmasını ortaya çıxarır. Siyasətin yeni və ardıcıl tərkibi
şəraitin ortaya çıxardığı zərurətdən formalaşır. Yeniləşən tərkib
də yeni məzmunu və gerçəkliyi, eləcə də bunlardan irəli
gələrək formanı müəyyən edir. Belə anda siyasi hadisələr
arasında trayektorik bağlılıq meydana gəlir. Trayektorik
bağlılıqda da hadisələr bir-birini şərtləndirir: başlanğıc
səbəbə, səbəb başlanğıca, məqsəd və maraq səbəbə, səbəb
marağa, son yeni başlanğıca, nəticə yeni başlanğıca və s.
gətirib çıxarır. Bu baxımdan da siyasət maraqların əks
olunduğu resursları daxildən müəyyən istiqamətlər üzrə
daima hərəkət vəziyyətində saxlayan, resursları dövr
etdirən, resurslar üzərində təsirlər yaradan və bu
təsirlərdən də dövriyyə üçün yeni elementləri ortaya
çıxaran bir fəaliyyət kimi də başa düşülməlidir. Siyasət
nəticələrin inkarı sayəsində formalaşır və inkişaf edir.
Siyasət cəmiyyətin üzvlərinin siyasi maraqlarının sistemləş-
51
dirilməsidir. Siyasət hədəfləri müəyyən edir, maraqların nisbi
sonluqla bitən şərti sərhədlərini müəyyənləşdirir və s. Siyasət
qidalandırıcı funksiya daşıyır. Siyasətin qidalandırıcı əhəmiy-
yəti onun komponentləri təmin etməsindən irəli gəlir.
Hər bir dövlət siyasət həyata keçirərəkən qarşılıqlı
münasibətlər sferasında öz varlığını (burada həm də gücünün
səviyyəsini, çəkisini, hərəkətlərinin kəmiyyətini) təsdiq etmiş
olur. Dövlət məhz siyasəti sayəsində, siyasi-hüquqi və sosial
hərəkətləri ilə öz cəmiyyətində və beynəlxalq aləmdə tanınır.
Dövlət hakimiyyəti və digər tərəflər (burada elitanı, əks-elitanı,
digər siyasi qurumları, ümumilikdə maraq nümayiş etdirən
tərəfləri) hərəkətlər sayəsində siyasəti icra etmiş olurlar. Dövlət
təbii ki, beynəlxalq münasibətlərdə mücərrəd qaydada
hərəkət edir. Yəni, əslində dövlətlərin özləri real olaraq bir
bütöv kimi hərəkət etmirlər. Hakimiyyətləri onlar adından
çıxış edirlər, hərəkət edən hakimiyyətləri olur. Burada
dövlətlərin siyasi qurumları kimi mücərrəd hərəkətləri
anlayışı ortaya çıxır. Bu da ondan irəli gəlir ki, dövlət
vətəndaşlarının, sakinlərinin siyasi qurumlarından, siyasi
təşkilatlanmalarından kənarda mövcud deyil. Qruplaşmış və
işxtisaslaşmış münasibətlər sferaları cəmi dövlətin əsas təşkilati
məzmununu meydana gətirir.
Siyasət bir fəaliyyət olmaqla, məqsədlərə söykənən ümumi
və xüsusi, fərdi və konkret hərəkətlərdən ibarətdir. Siyasət
hərəkətlərin (burada icra, əməl, riayət kimi hərəkət
vəziyyətlərini özündə cəmləşdirən həyata keçirmə proses və
vəziyyəti nəzərdə tutulur) zahiri və daxili məzmun gerçək-
liyinin, hərəkətlərin real əsaslarının və obyektivliyin subyektiv
inikasından ibarətdir. Siyasət hərəkətlərlə müşahidə olundu-
ğundanm və hərəkətlərin (hərəkətsizliklərin) daxili məzmu-
nunu ifadə etdiyindən, nisbi və mütləq xarakterə malikdir.
1
1
Həmçinin əlavə üçün baxmaq olar.- Nəsibov E.M. “Siyasətin tərkib
hissələrinin hərəkət xüsusiyyətləri”, Bakı-“Elm və Təhsil”-2010. 116 s.
52
Siyasətdə istifadə səlahiyyətləri və tərəflərə verilən hüquqlar da
mütləq olmaqla bərabər, həm də nisbi əsasları özündə
cəmləşdirir. Bu baxımdan da bir bütövün və tərkibin hüquq və
vəzifələri, eləcə də səlahiyyət və öhdəlikləri nisbi xarakteri
kəsb edir. Tərəflərin immunitet və imtiyazları da nisbi
xarakterə malikdir və bu baxımdan da nəyəsə münasibətdə öz
mütləqliyini dəyişir. Bu da hər şeydən öncə sərhədlənmələr ilə
əlaqəlidir. Bu dəyişmələr bir tərəfdən inkişaf və qabağa doğru
hərəkətlə əlaqəlidirsə, digər tərəfdən də müdafiə və qorumağa
əsaslanır. Məsələn, Diplomatik əlaqələr haqqında 1961-ci il
tarixli Vyana Konvensiyasının 25-cı maddəsində yazılır:
Yerləşmə dövləti nümayəndəliyin funksiyalarının yerinə
yeririlməsi üçün hər cür inmkanı yaratmalıdır. 26-cı
maddədə isə göstərilir ki, əgər bu, dövlətin təhlükəsizliyi
baxımından gedilməsi qadağan edilən və ya tənzimlənən
zonalar haqqında qanun və qaydalara zidd deyildirsə,
yerləşmə dövləti nümayəndəliyin bütün əməkdaşlarının öz
ərazisində azad hərəkətini təmin etməlidir. 34-cü maddədə
də qeyd olunur ki, diplomatik agent müəyyən istisnalar
olmaqla bütün dövlət, rayon və bələdiyyə vergilərindən,
yığımlarından, şəxsi və əmlak rüsumlarından azad edilir.
İstisnalar bunlar hesab olunur: adətən malların və ya
xidmətlərin qiymətinə daxil edilən dolayı vergilər; yerləşmə
dövlətinin ərazisində yerləşən şəxsi daşınmaz əmlaka həmin
şəxs
akkreditiv
dövlətin
adından
nümayəndəliyin
məqsədləri üçün malik deyildirsə, həmin daşınmaz əmlaka
görə yığımlar və vergilər; konkret xidmət növlərinə görə
tutulan rüsumlar və s. Buradan görünür ki, nümayəndəliyin
immunitetləri və imtiyazları başqa hallarda (digər məsələlərdə
meydana gələn gerçəkliklərdə) öz mütləqliyini itirir və nəzəri
və nisbi anlayışa çevrilir. Burada immunitet və imtiyazların da
sərhədləri amili üzərə çıxır. Məhdudlaşdırıcılıq ortaya çıxana
qədər mütləqlilik öz mövcudluğunu qoruyub saxlayır. Siyasətin
mütləqliyi, eləcə də nisbiliyi və keçiciliyi yaxşılığa və inkişafa,
53
eləcə də özünü bütün hallarda qorumağa söykənir. Bu da
onunla izah olnmalıdır ki, siyasət pozitiv anlamda ədaləti
özündə əks etdirən bütün mütləqliklərdən və nisbiliklərdən
ibarətdir. Siyasətin inkişafı və siyasi fəaliyyətin özünü-
müdafiəyə yönəldilməsi o halda müsbət olur ki, orada
mütləqliklər və nisbiliklər tarazlığı yaranır. Bu anda inkişaf və
sabitliyin qarşılıqlı vəhdəti meydana gəlir və sül vəziyyətləri
ortaya çıxır.
Hər bir subyektin öz sərhəddi var və hərkətlər edərkən
mütləq qaydada bu sərhədlər daxilində hərəkətlər nəzərə alınır.
Bu baxımdan Diplomatik əlaqələr haqqında Vyana Konven-
siyasının 41-ci maddəsinə əsasən, imtiyaz və immunitetlərdən
istifadə edən bütün şəxslər bu imtiyaz və immunitetlərə
ziyan vurulmadan yerləşmə dövlətinin qanun və qərar-
larına hörmət etməyə borcludurlar. Onlar, həmçinin bu
dövlətin daxili işlərinə qarışmamalıdırlar. Kənara çıxmalar
isə
öz-özlüyündə
müəyyən
qarşıdurmaları,
eləcə
də
uzlaşmaları, birləşmələri və ya da trayektorik davamılığı
(ittifaqların və birliklərin yaranmasını buna misal çəkmək olar)
meydana gətirir.
Xarici siyasət anlayışının mahiyyəti və məzmunu.
Dövlətin xarici siyasətini zəruri edən amillər
Məlumdur ki, ümumi siyasət anlayışında xarici siyasət
məfhumu dövlət sərhədlərindən kənarda olan məkanı əhatə
edən fəaliyyətdir. Xarici siyasət subyektlərin (burada canlı
vasitələrin) öz məkanından xaricə çıxmasını təmin edən
mücərrəd və konkret fəaliyyətdir. Xarici siyasəti olmayan
dövlət mövcud zamanda yaşaya bilməz. Dövlətin varlığı onun
daxili və xarici siyasətinin vəhdətindədir. Xarici siyasət
dövlətin beynəlxalq aləmdə mücərrəd hərəkətinin xəyali
sferasını və üfiqi (münasibətlər sistemi üzrə coğrafi
məkanın üzərisi ilə) ətraflara istiqamətli hərəkətini
54
meydana gətirir. Xarici siyasət beynəlxalq münasibətlərin həm
də şaquli hərəkətlərindən formalaşır. Xarici siyasət dövləti (öz
məzmunu və forması ilə birlikdə) öz məkanından xaricə çıxarır
və dövlət fəaliyyətinin “kök” və “budaqlar” formasını və
məzmununu ortaya çıxarır. Xarici siyasət şaxələrə ayrıl-
dığından, “kok” və “budaq” prinsipinin özü də xarici siyasətə
aid oluna bilər. Xarici siyasətin fundamental hissəsi onun
“kökü”, ətrafı isə “budaqları” kimi əhəmiyyət kəsb edir.
Əvvəlcə qeyd olunduğu kimi, dövlət öz siyasətini, məkanı
əhatə etmək baxımından, başlıca olaraq iki mühüm istiqamətdə
qurur: sərhədlərinin daxilində və öz sərhədlərindən
kənarda. Hər iki istiqamət həm məqsədlərin bütöv-
lüyündən meydana gəlir, həm də ayrı-ayrı tərkib hissələrə
ayrılmasından. Yəni, insanların yerli və beynəlxalq
maraqları həm vəhdəti əmələ gətirir, həm də tərkibi
hissələrə ayırır. Dövlət əhalinin (fərdi qaydada hər bir
insanın) bəşəri maraqlarını təmin edən əsas qüvvəyə,
mərkəzi subyektə çevrilir. Dövlət siyasətinin başlıca məqsədi
vətəndaşlarının xoşbəxtliyini təmin etməkdən ibarətdirsə, onda,
belə qəbul etmək olar ki, onun daxildə və kənarda həyata
keçirilən siyasətinin başlıca məqsədi dövlətin vətəndaşlarının
(əhalinin, xalqın) maddi və mənəvi maraqlarını (daxildə və
digər dövlətlər daxilində) təmin etməkdir. Dövlət ali siyasi
qurumdur və özünün tərkibində orta və kiçik məzmunlu
siyasəti birləşdirir. Dövlət özünün kiçik tərkiblərdən forma-
laşan ali məqədlərini yerinə yetirir. Dövlət öz vətəndaşlarının
xoşbəxtliyini onların daxili məkanlar və xarici məkanlar üzrə
maraqlarını təmin etməkdə axtarır. Bu baxımdan xarici siyasət
xoşbəxtliyin məkanını da genişləndirir. Dövlət öz kompo-
nentlərini müəyyən məkanlarda yaratmaqla, müəyyən məkan-
larda cəmləşdirməklə, özünü bütöv kimi təsdiq etdirmiş olur.
Dövlətin gücünün artması məhz bu maraqların da gücünü
(maraqların böyüməsini, çoxalmasını) meydana gətirir. Maraq-
ların potensialının artması məzmun etibarilə dövlətin gücünün
55
artmasına bərabər olur. Yəni, maraq özündə gücü əks etdirən
bir mücərrəd vasitəyə çevrilir. (Qeyd: dövlət inkişaf etdikcə,
cəmiyyət böyüdükcə vətəndaşların da maraqları böyüyür.
Vətəndaşların maraqları artan resurslar hesabına artır.
Artan resurslar vətəndaşların maraqlarını da artırır. Vətən-
daşların maraqlarının artması həmin maraqların müdafiəsi
zərurətini ortaya çıxarır. Dövlət vətəndaşlarının həm artan,
həm də müdafiəyə ehtiyacı olan maraqlarını tələbat
meyralarını özündə əks etdirən, tələbat normalarını təsbit
edən hüquq normaları vasitəsilə yerinə yetirir). Burada inkişaf
özü yeni istəkləri meydana gətirir. Xarici siyasətin genişlən-
məsi vətəndaşların da tələbatlarını genişləndirir. Genişlənmiş
xarici siyasət hesabına yeni-yeni nəsil vasitələrin məkanlara
daxil olması dövlətin vətəndaşlarında yeni tələbatları və
istəkləri yaradır. Vətəndaşlar dövlətlərindən daha çox şeyləri
tələb etməyə başlayırlar. Dövlətin vətəndaşları, xidmət və
fəaliyyət məzmunu baxımından, şərti olaraq iki tərəfə ayrılır:
Dostları ilə paylaş: |