Ailənin pedaqoji-psixoloji əsasları və funksiyaları Ailə


Arzuolunmaz keyfiyyətlərinin yeniyetmədə əks olunması



Yüklə 150,87 Kb.
səhifə28/43
tarix28.12.2021
ölçüsü150,87 Kb.
#48235
növüQaydalar
1   ...   24   25   26   27   28   29   30   31   ...   43
ailə tərbiyəsi

Arzuolunmaz keyfiyyətlərinin yeniyetmədə əks olunması. Bu da tərbiyənin pozulması ilə şərtlənir: emosional rəddetmə, ciddi, sərt tərbiyə üsulu. Belə tərbiyənin səbəbi bəzən yeniyetmənin vali­dey­­nin onda elə xüsusiyyətlər görməsidir ki, o, onu özündə hiss etmir.

Bu təcavüzkarlıq, tənbəllik, alkoqol içkilərə meyllilik yaxud da həddin­dən artıq müqavimətlilik, ziddiyyətlilik, aqressivlik və ya səbirsizlik ola bilər. Yeniyetmələrdə olan belə key­fiyyətlərə qarşı mübarizə apar­maqla valideyn bundan özü üçün nəticə çıxarır.

Hər kəsdə arzuolunmaz keyfiyyətlərlə mübarizə ona imkan verir ki, o, onda bu keyfiyyətlərin olmadığından danışsın. Belə vali­deyn­lər daha böyük həvəslə öz müsbət keyfiyyətləri, yeniyetmənin isə zəif cəhətləri, onlarla bağlı tədbirlər haqqında danışır və onları həyatda tətbiq etməyə çalışırlar.

Valideynlərin danışıqlarında bəzən oğluna inamsızlıq, hətta müsbət hərəkətində xoşagəlməz bir cəhət tapmağa canatma özünü göstərir. Belə səbəb sonralar elə bir keyfiyyətə çevrilir ki, valideyn onunla özü də bilmədən mübarizə aparır.

Bəzən də yeniyetməyə kiçik bir tapşırığı, tələbi etməməsi üzündən ciddi cəza verilir və ya inamsızlıq göstərilərək deyilir: “Bi­zim oğlan heç vaxt ev işlərinə kömək etməz” və s. Bu sözlərdən son­ra çətin ki, yeniyetmə ev işlərində ailəyə kömək edər.Ər-arvad arasındakı ziddiyyətlərin tərbiyə müstəvisinə keçirilməsi. Bu da tərbiyənin pozulmasını şərtləndirir. Burada bir valideynin hiperhimayəçiliyi digərinin aparıcı hiperhimayəçiliyi ilə toqquşur. Ərlə arvad arasındakı qarşılıqlı münasibətlərdəki zid­diy­yət bəzən stabil ailələrdə də özünü göstərir. Valideynlər bir-bir­lə­rin­dən daha çox narazılığı ön plana çəkir, bir-biri ilə ziddiyyətə gir­mək­lə uşağın (yeniyetmənin) rifahı ilə bağlı qayğını kənara qo­yur­lar.

Valideynlər özlərini elə göstərməyə çalışırlar ki, guya onlar “uşaq barədə daha çox düşünürlər”. Bununla belə, valideynlərin fikirlərində fərqlər daha çox diametral xarakter daşıyır. Onlardan biri daha sərt tərbiyəyə üstünlük verir (bu aparıcı hiperhima­yə­çilik­dir), digərinin isə yeniyetməyə daha çox “yazığı” gəlir.

Burada bu cəhətin xarakterik şəkildə özünü göstərməsi ərlə arvadın bir-birinin tərbiyə metodlarından necə istifadə etməsi özünü ifadə edir. Bununla belə, aydın görünür ki, onlardan hər biri ye­ni­yet­məni tərbiyə etmək deyil, öz tərbiyəvi mübahisələrində kimin daha çox haqlı olduğunu sübuta yetirmək məsələsidir.


Yüklə 150,87 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin