Ailənin pedaqoji-psixoloji əsasları və funksiyaları Ailə



Yüklə 150,87 Kb.
səhifə18/43
tarix28.12.2021
ölçüsü150,87 Kb.
#48235
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   43
ailə tərbiyəsi

Hipohimayəçilik himayəçilik səviyyəsinin son dərəcə zəif, aşağı vəziyyətidir. Yeniyetmə belə olduqda valideynlərinin diqqət mər­­kəzindən kənarda qalır. Sanki ailədə uşaq haqqında heç kəs fikirləşmir. Valideynlər uşaqla yalnız mühüm bir hadisə baş ver­dik­də məşğul olur, onunla maraqlanır, onlar haqqında düşünürlər.

2. Yeniyetmənin tələblərinin yerinə yetirilməsi dərəcəsi. Valideynlərin fəaliyyəti, əsasən, yeniyetmənin tələblərinin ödənil­mə­sinə istiqamətlənir. Bu da onların maddi həyatı, məişəti, qida-lan­ması, geyimi, eləcə də mənəvi, hər şeydən öncə, valideynlərlə ünsiyyəti, onların sevgisi diqqət mərkəzində durur. “Sparta tər­biyəsi” himayəçilik səviyyəsinin yüksək nümunəsi (valideyn tərbiyə ilə daha çox məşğul olur, ona daha çox diqqət yetirir) və uşaqların (yeniyetmə və gənclərin) tələblərinin ən aşağı səviyyədə yerinə yetirilməsi kimi qiymətləndirilə bilər.Tələblərin ödənilməsi dərəcəsində iki kənarlaşma müm- kündür:

a) uşaqların hərəkətlərində pis işə göz yumma, əsasən, o zaman baş verir ki, valideynlər yeniyetmənin hər hansı bir tələbini maksimum dərəcədə ödəməyə çalışırlar, daha doğrusu, onu ərkö­yün­ləşdirirlər. Uşağın hər bir arzusu qanuna çevrilir. Belə tərbiyənin zəruriliyini bəzən izah etmək üçün valideynlər arqumentlər gətir­mək­dən çəkinmirlər. Buna səbəb uşağın zəifliyi, onun fərdiliyi, valideynin vaxtilə özü əldə edə bilmədiyini uşağına verməsi, uşağın ailədə tək olması və yaxud uşağın atasız böyüməsi və s. ola bilər.

b) yeniyetmənin bütün tələblərinin nəzərə alınması: tərbiyənin belə üsulu valideynin yeniyetmənin tələblərinin lazımınca ödənil­mə­sinə can atması ilə xarakterizə olunur. Hər şeydən öncə, burada uşaq mənəvi tələblər üzündən, daha doğrusu, emosional münasibət, ünsiyyət və valideynlərin onlara məhəbbətinin ifrat dərəcədə olma­sın­dan əziyyət çəkirlər.


Yüklə 150,87 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin