DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCAN ALİMİ
157
Milli Onkologiya Mərkəzi adlandırıldı). Bu vəzifə-
də çalışdığı qısa müddətdə gənc alim özünü yetkin
professional tədqiqatçı, bacarıqlı həkim, səriştəli
təşkilatçı kimi göstərdi və bu keyfiyyətlərinə görə
1980-ci ildə ona direktorun elmi işlər üzrə müavini
vəzifəsi etibar edildi.
1990-cı ildə C.Ə.Əliyev Səhiyyə Nazirliyinin
indiki Milli Onkologiya Mərkəzinin baş direktoru
vəzifəsinə təyin edildi və o, artıq 26 ildir ki, bu çə-
tin və məsuliyyətli vəzifəni şərəflə və yorulmadan
yerinə yetirir.
C.Ə.Əliyev təkcə respublikamızda deyil, onun
hüdudlarından kənarda da onkologiya sahəsi üzrə
bacarıqlı və nüfuzlu mütəxəssis kimi tanınır. Alim
süd vəzisi, dəri və dayaq-hərəkət aparatı və digər
orqanların şişləri zamanı ehtiyac duyulan bütün
mürəkkəb cərrahi əməliyyatları bilavasitə özü yeri-
nə yetirir və xəstələrin fəal əməyə qayıtmalarına
həkim həssaslığı ilə yaxından köməkliklər göstərir.
Cəmil müəllim süd vəzisi şişləri zamanı yerinə ye-
tirdiyi operativ müdaxilələrdə, xüsusilə də süd və-
zisinin rezeksiyası və mastektomiyalarında müxtəlif
modifikasialar təklif etmiş və onların cərrahlıq
praktikasında həyata keçirilməsində mühüm rolu
olmuşdur. Onun rəhbərliyi altında və bilavasitə iş-
tirakı ilə Azərbaycanda daha çox rast gəlinən bəd-
xassəli şişlərdən süd vəzisi, dəri, qırtlaq və digər or-
qanların xərçəngi üzrə silsilə elmi-tədqiqat işləri
aparmışdırvə hazırda da bu elmi istiqamət müvəffə-
qiyyətlə davam etdirilir. Cəmil müəllimin əməliy-
yatönü müalicənin aparılmasında yeni metodlar iş-
ləyib hazırlaması və onları səhiyyə praktikasında
geniş tətbiq etməsi travmatik əməliyyatlara göstə-
rişləri məhdudlaşdırmağa imkan vermiş, orqansax-
layıcı əməliyyatların istifadə imkanlarını xeyli ge-
nişləndirmişdir. Süd vəzisi xərçəngi zamanı işlənib
hazırlanmış reabilitasiya-bərpa müalicə kompleksi
və orqansaxlayıcı əməliyyatlarda istifadə edilən ori-
jinal aparatların yaradılması belə xəstələrin əksəriy-
yətinin tamdəyərli həyata və ictimai-faydalı əməyə
qayıtmalarına imkan vermişdir. Akademik C.Ə.Əli-
yevin bilavasitə rəhbərliyi altında bu kompleksin
praktikaya tətbiqi nəticəsində əlil xəstələrin sayı 2,5
dəfə azalmışdır. Eyni zamanda, alimin süd vəzisi
xərçəngi xəstəliyinin inkişaf mərhələlərinin Beynəl-
xalq Təsnifatına etdiyi düzəliş dünya miqyasında
həmin səviyyədə qəbul edilərək, xəstələrin müalicə
taktikasının yenidən qurulmasına şərait yaratmışdır.
Akademik C.Ə.Əliyevin və onun rəhbərlik et-
diyi kollektivin apardığı elmi-tədqiqat işlərinin bir
hissəsi də süd vəzisinin bədxassəli və xoşxassəli
şişləri olan xəstələrdə hepatit B və C viruslarının
yayılmasına aiddir. Bu tədqiqatların nəticələri dün-
yada ilk dəfə sübut etmişdir ki, gizli keçən hepatit
B süd vəzisi xərçəngi olan xəstələrin müalicəsinin
nəticələrinə mənfi təsir göstərir. Belə tədqiqatların
nəticələri 1996-cı ildə çapdan çıxmış “Süd vəzisi
xərçəngi və qaraciyərin funksional vəziyyəti” və
2006-cı ildə çap olunmuş “Onkoloji xəstələrdə qa-
raciyərin subklinik patologiyası” adlı monoqrafiya-
larda öz əksini tapmışdır.
1988-ci ildə SSRİ Ali Attestasiya Komissiyası
tərəfindən Cəmil müəllimə professor elmi adı ve-
rilib. Onun rəhbərliyi altında 40 nəfərdən çox na-
mizədlik və 8 nəfər doktorluq dissertasiyası müda-
fiə edib. Hazırda o, daha bir neçə doktorluq və na-
mizədlik dissertasiyasının məsləhətçisi və elmi rəh-
bəridir. Gənc elmi kadrların yetişdirilməsindəki
fəaliyyətini fəal surətdə davam etdirir. Onun elmi
məktəbinin yetirmələri təkcə Azərbaycanda deyil,
xarici ölkələrdə də onkologiyanın kliniki, eksperi-
mental və nəzəri sahələri üzrə çalışır, elmi axtarış-
larını davam etdirirlər.
Akademik Cəmil Əliyev 600-dən çox elmi
işin, 17 monoqrafiya və 14 metodiki göstərişin, 10
ixtira üzrə müəlliflik şəhadətnaməsinin, 2 patentin
müəllifidir. O, həmmüəlliflərlə birgə yazdığı “Dəri-
nin bədxassəli şişlərində plastik operasiyalar” adlı
monoqrafiyasına görə 1980-ci ildə SSRİ Tibb Elm-
ləri Akademiyasının akademik N.N.Petrov adına
mükafatına layiq görülüb. Rusiyada, Almaniyada,
ABŞ-da, İngiltərədə, Fransada, Yaponiyada, Avstri-
yada, Türkiyədə, Özbəkistanda və digər xarici ölkə-
lərdə keçirilən beynəlxalq qurultay, simpozium,
konqres və konfranslarda təqdim etdiyi elmi məru-
zələri çox yüksək qiymətləndirilmişdir.
Cəmil müəllim 1994-cü ildə Əziz Əliyev adına
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İns-
titutunun onkologiya kafedrasının müdiri vəzifəsinə
seçilmiş və bu günə qədər də həmin vəzifədə peda-
qoqluq fəaliyyətini yorulmadan davam etdirir.
C.Ə.Əliyevin 2001-ci ildə Rusiya Tibb Elmləri
Akademiyasının, bir qədər sonra isə Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş-
dir.
İngiltərənin Xammersmitt Kral Universitetinin
fəxri professoru, Avropa Tibbi Onkologiya Cəmiy-
yətləri Assosiasiyasının üzvü, MDB ölkələri Onko-
loji Cəmiyyətləri Assosiasiyasının üzvü, Nyu-York
Elmlər Akademiyasının, Beynəlxalq Ekoenergetika
Akademiyasının həqiqi üzvü seçilmiş, “Azərbaycan
onkologiya və həmmərz elmlər jurnalının baş re-
daktoru, “Biomedisina” jurnalının redaksiya şurası-
nın üzvü, respublika Səhiyyə Nazirliyinin onkolo-
giya üzrə Attestasiya Komissiyasının sədri, respub-
lika Elmi-Tibbi Onkoloqlar Cəmiyyətinin sədri,
onkologiya üzrə doktorluq və namizədlik disserta-
siyalarının Müdafiə şurasının sədri vəzifələrini
uğurla yerinə yetirir. O, həmçinin “Dünya həkim-
ləri nüvə müharibəsinə qarşı” Beynəlxalq Təşkilatı-
nın Azərbaycan Komitəsinin sədridir. Cəmil müəl-
lim uzun müddət Azərbaycan Respublikası Prezi-
denti yanında Ali Attestasiya Komissiyasının Tibb
üzrə Ekspert Şurasına rəhbərlik etməsi, onkologiya
Ə.T. ƏMİRASLANOV
158
üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
baş mütəxəssisi vəzifəsində uğurla çalışır.
Akademik C.Ə.Əliyev Azərbaycan Respubli-
kasının “Şöhrət” ordeninə, “Səhiyyə əlaçısı” döş ni-
şanına, Y.Məmmədəliyev adına mükafata, Azərbay-
can Respublikası Səhiyyə Nazirliyinin “M.Topçu-
başov mühazirələri” mükafatına, AMEA-nın akade-
mik M.Mirqasımov adına mükafatına, eləcə də bir
sıra nüfuzlu beynəlxalq təltif və mükafatlara layiq
görülüb. O, Beynəlxalq Ekoenergetika Akademiya-
sının Böyük qızıl medalı ilə təltif olunub.
Zənginliklərlə dolu məhsuldar yaradıcılığının
müdriklik dövrünü yaşayan və gənclərə örnək olan
görkəmli alimimizi yubileyi münasibətilə ürəkdən
təbrik edir, Sizə Azərbaycan onkologiya elminin və
səhiyyəsininn gələcək inkişafı naminə uzun illər sə-
mərəli fəaliyyət arzulayırıq.
Akademik ƏHLİMAN ƏMİRASLANOV,
AMEA Biologiya və Tibb Elmləri
Bölməsinin akademik-katibi, AR Milli
Məclisinin Səhiyyə Komitəsinin sədri