24
İstinad etmə və sitat gətirmə
6
Akademik m
ənbələri müəyyənlə dirmə
Akademik yazıda istifadə edəcəyiniz məlumat mənbələri, bir qayda olaraq,
etibarlı mənbələr olmalıdır. Akademik mühitdə etibarlı mənbə dedikdə, adətən,
n
əşr edilmiş material başa düşülür. Bu material aşağıdakı formada ola bilər:
• Kitablar
• Jurnal məqalələri
• Nəşr edilmiş hesabatlar
Bu növ m
əlumatların faydası ondan ibarətdir ki, onlar sizi nəzəri ideyalar, mühüm
qiym
ətləndirmələr, tədqiqat tapıntıları və elmi rəylər formasında ola biləcək
yanaşmalarla, əsaslarla təmin edir. Eyni zamanda, bu elmi məlumatlar sizin qeyd
etdiyiniz m
əqamları əsaslandırmağa kömək edir. Bəzən bu mənbələr iki
kateqoriya üzr
ə qruplaşdırılır: birinci və ikinci dərəcəli mənbələr
Birinci d
ərəcəli (ilkin) mənbələrə tarixi sənədlər (məsələn, tarixə aid sənədlər,
müsahib
ələrdən alınan məlumatlar), təcrübələrdən əldə edilən və emal
edilm
əmiş məlumatlar və yaxud demoqrafik siyahılar kimi ictimaiyyətə açıq olan
m
əlumatlar şamil edilir. İkinci dərəcəli mənbələr isə birinci mənbə məlumatlarına
əsaslanır və onlar elmi jurnal məqaləsi və ya redaktə edilmiş kitabda bir bölmə
formasında ictimaiyyətin istifadəsi üçün hazırlanır.
Birbaşa tədqiqat işinə cəlb edilmişsinizsə, birinci dərəcəli mənbələrdən, cəlb
edilm
əmişsinizsə, deməli, ikinci dərəcəli mənbələrdən istifadə etmiş olacaqsınız.
Eyni zamanda, ikinci d
ərəcəli mənbələr ikinci dərəcəli sitatgətirmədən fərqlənir.
İkinci dərəcəli sitatgətirmə ilkin mənbədən deyil, bir başqa mənbədən gətirilən
sitata istinad etdikd
ə baş verir.
Aşağıdakı məlumat və dəlillər akademik mənbələr deyil:
Şəxsi fikirləriniz
Dostlar v
ə ya qohumlarla bir mövzu üzrə aparılan müzakirənin nəticələri
M
əşhur bir insanın düşüncələri
M
əşhur gündəlik həyat jurnallarından məqalələr
Q
əzetlərdəki köşə yazarlarının rəyləri (qəzet məqalələrindən fərqli olaraq)
6
Bu bölm
ə Bowker, N. (2007).
Academic Writing: A Guide to Tertiary Level Writing-dən
götürülmüşdür.
25
Əlbəttə ki, elmi yazı işinizində bu materiallara əsaslana bilərsiniz, lakin xüsusi bir
t
ələb olmadığı halda, onlardan əsaslı mənbələr kimi istifadə etməyin. Müvafiq
akademik m
ənbələri müəyyənləşdirdikdən sonra növbəti mərhələ yazınızda bu
m
ənbələrdən istifadə etməkdən ibarətdir.
Dostları ilə paylaş: