Yekun sənədlərə əlavələr 30. Yekun sənədlərə əlavələr audit aparılarkən auditin aşkar etdiyi faktları təsdiq edən sənədlərdir.
31. Yekun sənədlərə aşağıdakı sənədlər əlavə edilir:
1. Maliyyə-təsərrüfat fəaliyyətinin auditinə dair sənədlərin siyahısı (əlavə № 1).
2. Audit nəticəsində aşkar olunan nöqsan və çatışmazlıqlara dair arayış (əlavə № 2).
3. Bankdan alınan nağd pulların hərəkətinə dair arayış (əlavə № 3).
4. Debitor və kreditor borclarına dair arayış (əlavə № 4).
5. Gəlir və xərclərə dair arayış (əlavə № 5).
6. Pul vəsaitlərinin / maddi dəyərlilərin inventarizasiya aktı (əlavə № 6)
7. Maddi-məsul şəxsin-xəzinədarın / anbardarın iltizamı (əlavə № 6/1).
8. Nağd pulların / maddi dəyərlilərin mühasibat qalığına dair arayış (əlavə № 6/2).
9. Nağd pulların inventarizasiyası üzrə müqayisə cədvəli (əlavə № 6/3).
10. Maddi dəyərlilərin inventarizasiyası üzrə müqayisə cədvəli (əlavə № 6/4).
11. Auditorun yekun sənədlərinin təhvil-qəbul aktı (əlavə № 7).
32. Yekun sənədlərə aşağıdakı sənədlər əlavə edilə bilər:
1. Ekspert rəyi.
2. Auditin nəticələrində maraqlı tərəflərin məlumatlandırılması məktubu.
3. İşçilərə hesablanıb ödənilmiş əmək haqqına dair arayış və s.
Bu sənədlərin formasını və məzmununu auditor sərbəst müəyyən edir.
Yekun sənədlərinə sahib olmaq və onların saxlanılması 33. Audit başa çatdıqdan sonra yekun sənədlərinin bir nüsxəsi auditorda (və ya auditor təşkilatında) qalır, digər nüsxəsi auditor rəyi və aktla birlikdə sifarişçiyə verilir.
34. Auditor yekun sənədlərinin məxfilik və mühafizə olunması tələblərini və onların saxlanılmasını təmin etməlidir.
35. Yekun sənədlərinin saxlanma müddəti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir.