Al-lulu vəl-mərcan


Təşrik Günləri Minada Gecələməyin Vacib Olması, Su



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə27/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   23   24   25   26   27   28   29   30   ...   64

 

 

Təşrik Günləri Minada Gecələməyin Vacib Olması, Su 

Paylayan Kəslərə İsə Gecələməməyə İzn Verilməsi  

 

 



 

828.  İbn  Ömər    demişdir:  “Abbas  İbn  AbdulMuttəlib  Mina  gecələrində 

hacılara su vermək (şərəfinə nail olmaq) məqsədilə Məkkədə gecələmək üçün 

Peyğəmbərdən    izn  istədi,  o  da  ona  izn  verdi.”  (Buxari  1634,  Muslim  3238, 

1315/346)  


 

 

352 



 

 

Qurbanlıq Heyvanlarının Ətlərini, Dərilərini Sədəqə Etmək 

 

 

 



829.  Əli    rəvayət  edir  ki,  Peyğəmbər    mənə  qurbanlıq  heyvanlarına 

baxmağımı  və  bu  heyvanların  ətlərini,  dərilərini  (kasıblara)  paylamağı  və 

qəssablara  bu  heyvanlardan  heç  bir  şey  verməməyi  əmr  etdi”.  (Buxari  1717, 

Muslim 3241, 1317/348)  

 

 

 

Dəvələri Bağlı Olaraq, Ayaq Üstə Kəsilməsi 

 

 

 



830. Abdullah  İbn  Ömər    dəvəsini yerə çökdürüb  kəsmək  istəyən  bir nəfəri 

görüb dedi: “Onu ayağa qaldır, Peyğəmbərin  Sünnəsinə müvafiq qayda üzrə 

– ayaq üstə, həm də ayaqları bağlı olduğu halda (kəs).” (Buxari 1713, Muslim 

3255, 1320/358)  

 

 

 

Özü Getmək İstəməyən Kimsənin Qurbanlıq Heyvanını 



Harama Göndərməsinin Müstəhəb Olması Və Qurbana 

Nişan Vurulması (Boynuna İp Bağlayaraq) Müstəhəb 

Olması, Göndərən Kimsənin Ehrama Girməməsi Və Ona 

Heç Bir Şeyin Haram Olmaması  

 

 



 

 

 

353 



831.  Aişə 

  deyir  ki,  Peyğəmbərin   qurbanlıq  heyvanlarını  (seçilsin  deyə) 



öz  əlimlə  (boyunlarını)  iplə  bağladım.  Sonra  Peyğəmbər    nişanlanmış 

qurbanlıq  heyvanlarını  göndərdi.  Onun  qurbanı  kəsilənə  qədər  Allahın  ona 

halal  etdiyi  heç  bir  şey  ona  haram  olmadı”.  (Buxari  1696,  Muslim  3261, 

1321/362)  

 

 

 



832. Aişəyə 

 xəbər verdilər ki, İbn Abbas  belə demişdir: “Kim qurbanlıq 



heyvanlarını  (Məkkəyə)  göndərərsə,  hacılara  haram  olan  şeylər,  qurbanlar 

kəsilənədək ona da haram olur.” Aişə: “(Xeyr,) İbn Abbasın dediyi kimi deyil. 

Mən  Peyğəmbərin    qurbanlıq  heyvanlarının  iplərini  öz  əllərimlə  hördüm. 

Sonra Peyğəmbər  öz əlləri ilə heyvanların boynuna nişan taxdı. Daha sonra 

onları  atamla  (Məkkəyə)  göndərdi.  Buna  rəğmən,  qurbanlıq  heyvanları 

kəsilənədək  Allahın  Öz  peyğəmbərinə    halal  buyurduğu  şeylər  ona  haram 

edilmədi.” (Buxari 1700, Muslim 3268, 1321/369) 

 

 

 

Ehtiyacı Olan Kimsənin Qurbanlıq Heyvanına Minməyinin 

İcazəli Olması 

 

 



 

833.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    bir  nəfərin  qurbanlıq 

heyvanı  apardığını  görüb:  “Dəvəyə  min!”  deyə  buyurdu.  Adam:  “Bu, 

qurbanlıq  dəvədir”  dedi.  (Peyğəmbər):  “Dəvəyə min!”  deyə  buyurdu. Adam: 

“Bu,  qurbanlıq  dəvədir”  dedi.  (Peyğəmbər)  ikinci  və  ya  üçüncü  dəfə:  “Vay 

sənin  halına,  dəvəyə  min!”  deyə  buyurdu.  (Buxari  1689,  Muslim  3271, 

1322/371)  

 

 



 

834.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    bir  nəfərin  qurbanlıq  heyvanı 



 

 

354 



apardığını  görüb:  “Dəvəyə  min!”  deyə  buyurdu.  Adam:  “Bu,  qurbanlıq 

dəvədir”  dedi.  (Peyğəmbər):  “Dəvəyə  min!”  deyə  buyurdu.  Adam:  “Bu, 

qurbanlıq  dəvədir”  dedi.  (Peyğəmbər)  üçüncü  dəfə:  “Dəvəyə  min!”  deyə 

buyurdu. (Buxari 1690, Muslim 3275, 1323/373) 

 

 

 

Vida Təfavının Vacibliyi Və Heyizlinin Bu Vacibliyin 



Boynundan Düşməsi  

 

 



 

835.  İbn  Abbas    demişdir:  “(Həcc  ziyarətində  olan)  insanlara  son  (ayin) 

olaraq  Kəbəni  təvaf  etmək  əmr  edilmişdir.  Yalnız  heyzli  qadınlar  üçün  bu 

(hökm) yüngülləşdirilmişdir.” (Buxari 1755, Mulim 3284, 1328/380)  

 

 

 



836. Peyğəmbərin  zövcəsi Aişədən 

 rəvayət edilir ki, o, Peyğəmbərə: “Ya 



Rəsulullah,  Səfiyyə  Bint  Huyey 



heyz  oldu”  deyə  xəbər  verdi. 



Peyğəmbər:  “O,  bizi  ləngidə  bilər.  Məgər  o,  sizinlə  bərabər  təvaf  etmədimi?” 

dedi.  Onlar:  “Bəli”  deyə  cavab  verdilər.  Peyğəmbər:  “Elə  isə  çıx!”  deyə 

buyurdu. (Buxari 328, Muslim 3290, 1211/385) 

 

 



 

837.  Aişə    deyir  ki,  Səfiyyə    (Minadan)  çıxma  gecəsi  heyz  oldu. 

(Xəstəliyə  görə  həcci  tamamlamayıb)  sizi  yolunuzdan  saxlayacayam. 

Peyğəmbər: “Ay boğazıva ağrı, bədəninə sancı olsun! Sonra Səfiyyə nəhr 

günü İfadə təvafı etdimi?” deyə soruşdu. Ona: “Bəli” deyildi. Peyğəmbər: “O, 

zaman (Məkkədən) çxın” deyə buyurdu. "Hay kesici ve kökten kazıyıcı kadın! 

(Buxari 1771, Muslim 3292, 1211/387) 

 

 

 


 

 

355 



Həcc Edən Və Ya Qeyriləri Üçün Kəbəyə Daxil Olub Orada 

Namaz Qılması, Dua Etməsinin Müstəhəb Olması 

 

 



 

838. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  Kəbəyə daxil oldu və 

(onunla  birgə)  Üsamə  İbn  Zeyd,  Bilal  və  Osman  İbn  Təlhə  əl-Həcəbi    də 

(oraya  daxil  oldular),  bundan  sonra  (Osman  İbn  Təlhə)  Kəbənin  qapısını 

bağladı və Peyğəmbər  (bir müddət) orada qaldı. Bilal  bayıra çıxanda mən 

ondan: “Peyğəmbər  orada nə etdi?”- deyə soruşdum. O dedi: “(Peyğəmbər 

  orada)  sol  tərəfində  bir  sütun,  sağ  tərəfində  bir  sütun  və  arxa  tərəfində  üç 

sütun qaldığı halda namaz qıldı. O vaxt (müqəddəs) Ev altı sütun üzərində idi. 

Digər hədisdə (Bilal) “sağ tərəfində iki sütun” olduğunu demişdir. (Buxari 505, 

Muslim 3294, 1329/388)  

 

 

 



839.  İbn  Abbas    demişdir:  “Peyğəmbər    Kəbəyə  daxil  olduqda  onun  hər 

tərəfində dua etdi və oradan çıxanadək namaz qılmadı. Oradan çıxanda üzünü 

Kəbəyə  çevirib  iki  rükət  (namaz)  qıldı  və:  “Qiblə  budur”  dedi.  (Buxari  398, 

Muslim 3301, 1330/395) 

 

 

 



840. Abdullah İbn Əbu Əufə  demişdir: “Peyğəmbər  ümrə ziyarətini yerinə 

yetirdi,  Kəbəni  təvaf  etdikdən  sonra  İbrahim  məqamının  arxasında  iki  rükət 

namaz qıldı. (Bu əsnada) onun yanında insanları (onun qarşısından keçməyə) 

qoymayan  adamlar  var  idi.”Bir  nəfər  Abdullahdan:  “Peyğəmbər    Kəbənin 

içinə  daxil  oldumu?”  deyə  soruşdu.  Abdullah:  “Xeyr”  deyə  cavab  verdi. 

(Buxari 1600, Muslim 3303, 1332/397) 

 

 

 


 

 

356 



Kəbənin Sökülərək Yenidən Tikilməsi 

 

 



 

841. Aişə 



rəvayət edir ki, Peyğəmbər   mənə buyurdu: “Sənin qövmün 



küfrdən yeni  çıxmış olmasaydı  Beyti sökər və onu İbrahimin  təməli  üzərində 

bina  edərdim.  Şübhəsiz  ki,  Qureyş  Beytin  binasını  qısaltmış  və  Beyt üçün  bir 

Xalf (çıxış, qapı) etmişdir”. (Buxari 1585, Muslim 3312, 1333/404) 

 

 



 

 

842.  Peyğəmbərin    zövcəsi  Aişə 





rəvayət  edir  ki,  Peyğəmbər    mənə 

xitabən  buyurdu:  “Qövmün  (Qureyşin)  Kəbəni  inşa  edərkən  İbrahimin 

qoyduğu  bəzi  təməlləri  tərk  edərək  qısaltdıqlarını  bimirsənmi?”.  Mən:  “Ya 

Rəsulullah!  Kəbənin  divarlarını  (İbrahimin  təməlləri)  üzərinə  qaytarmaq 

olmazmı?” dedim. Peyğəmbər: “Qövmün küfrdən yeni çıxmış olmasaydı mən 

bunu  edərdim”  deyə  buyurdu.  Abdullah  (İbn  Ömər):  “Aişə  bu  sözü 

Rəsulullahdan    eşitmişdir:  “Mən  Rəsulullahın    Qara  daşa  yaxın  olan 

Kəbənin iki küncünə əli ilə məst etdiyini tərk etdiyini görməmişəm, hətta Beyt 

İbrahimin  təməlləri  üzərində  tamam  olmamışdır.  (Buxari  1583,  3368,  4484, 

Muslim 3306, 1333/399)  

 

 

 

Kəbənin Divarı Və Qapısı 

 

 



 

843. Aişə 

 demişdir: “Mən Peyğəmbərdən  : “Divar



56

 Kəbədəndirmi?” deyə 

soruşdum.  O:  “Bəli”  dedi.  Mən  soruşdum:  “Bəs  nə  üçün  onlar  bunu  Kəbəyə 

                                                

56

 Divar deyildikdə Kəbənin yanında yerləşən yarımdairəvi şəkilli, hündür olmayan divar nəzərdə tutulur.  



 

 

357 



birləşdirməmişlər?”  O  buyurdu:  “Sənin  həmtayfalarının  buna  maddi  imkanı 

çatmamışdır.”  Mən  soruşdum:  “Bəs  nə  üçün  Kəbənin  qapısını  yuxarı 

qaldırmışlar?” Dedi: “Onlar bunu ona görə belə etmişlər ki, dilədikləri kimsəni 

(Kəbənin)  içinə  buraxsınlar,  dilədiklərini  də  buraxmasınlar.  Əgər  sənin 

qövmün  cahiliyyət  dövrünə  yaxın  bir  zamanda  yaşamasaydı  və  (müqəddəs 

Evin  quruluşunun  dəyişilməsinin)  onlarda  nifrət  oyadacağından  qorxmasay-

dım, mən divarı Kəbəyə birləşdirər, qapını da yerdən qoyardım.” (Buxari 1584, 

7243, Muslim 3313, 1333/405)  

 

 

 

Xəstəlik, Qocalıq Və Ya Ölüm Səbəbilə Aciz Qalan 



Kimsənin Yerinə Həcc Etmək 

 

 



 

844.  Abdullah  İbn  Abbas    demişdir:  “Fədl    (İbn  Abbasın    qardaşı) 

Peyğəmbərin    tərkinə  minmişdi.  Bu  əsnada  Xəsəm  qəbiləsindən  bir  qadın 

(onların  yanına)  gəldi.  Fədl    o  qadına,  o  da  Fədlə  baxmağa  başladı.  Belə 

olduqda  Peyğəmbər    Fədlin  üzünü  başqa  tərəfə  çevirdi.  Qadın  dedi:  “Ya 

Rəsulullah!  Allah  Öz  qullarına  həcc  ziyarətini  elə  bir  vaxtda  vacib 

buyurmuşdur  ki,  (artıq)  atam  qocalmış  və  minik  üzərində  oturmağa  halı 

qalmamışdır.  Belə  olduqda,  mən  onun  əvəzinə  həcc  edə  bilərəmmi?” 

Peyğəmbər:  “Bəli!”  deyə  buyurdu.  Bu  hadisə  vida  həccində  baş  vermişdir. 

(Buxari 1513, 1855, Muslim 3315, 1334/407)  

 

 

 



845. Fadl İbn Abbas  rəvayət edir ki, Xəsəm qəbiləsindən Vəda həcci zamanı 

bir  qadın  gəlib  dedi:  “Ya  Rəsulullah!  Allah  qulları  üzərinə  həcc  etməyi  fərz 

etmişdir.  Atam  ixtiyar  adamdır,  hansıki  minik  üzərində  dayana  bilmir.  Mən 

onun  yerinə  həcc  edə  bilərəmmi?”  dedi.  Peyğəmbər:  “Bəli”  deyə  buyurdu. 

(Buxari 1854, Muslim 3315, 1334/407) 


 

 

358 



 

 

Həccin Ömürdə Bir Dəfə Fərz Olması 

 

 

 



846.  Əbu  Hureyrə,  AbdurRahmən  İbn  Saxr    rəvayət  edir  ki,  Peyğəmbər   

buyurdu:  “Mən  sizə  nə  öyrətmişəmsə  onunla  kifayətlənin.  Həqiqətən  sizdən 

əvvəlki  ummətləri  çox  sual  vermələri  və  Peyğəmbərlərinə  müxalif  olmaları 

həlak etdi. Sizə nəyi qadağan etsəm ondan çəkinin, nəyi əmr etmişəmsə ondan 

bacardığınız qədər yerinə yetirin»

57

. (Buxari 7288, Muslim 3221, 1337/412)  



 

 

 

Qadının Həccə Və Digər Səfərlərə Məhrəmlə Getməsi 

 

 

 



847.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Məhrəmi  yanında 

olmadığı halda qadın üç gün belə səfərə çıxmaz”.  (Buxari 1087, Muslim 3327, 

827/417)  

 

 



 

848. Peyğəmbərlə  birlikdə on iki döyüşdə iştirak etmiş Əbu Səid  demişdir: 

“Peyğəmbərdən    eşitdiyim  bu  dörd  şey  məni  təəccübləndirmiş  və  mənim 

xoşuma  gəlmişdir:–  qadın,  yanında  əri  və  ya  məhrəmi  olmadan  iki  günlük 

səfərə  çıxmamalıdır;–  orucluq  və  qurban  bayramlarında  oruc  tutmaq  olmaz;– 

iki  namazdan  sonra  –  əsr  namazından  sonra  ta  gün  batanadək  və  sübh 

namazından  sonra  ta  gün  çıxanadək  namaz  qılmaq  olmaz;  –  üç  məsciddən  – 

Məscidülhəramdan,  mənim  məscidimdən  və  Məscidüləqsadan  –  başqa  heç  bir 

                                                

57

 Bu  hədisin  əvvəli  belədir:  Peyğəmbər    buyurdu:  «Ey  insanlar!  Allah  üzərinizə  Həcc  etməyi  fərz  qıldı, 



artıq siz də Həcc edin». Bir nəfər: «Ey Allahın Rəsulu, hər il Həcc edək?» Peyğəmbər  susdu. Həmin şəxs 

sualını bir neçə dəfə təkrarladı. Peyğəmbər: «Əgər mən hə desəm, sizə hər il Həcc etmək vacib olardı. Sizin 

də buna gücünüz çatmazdı…». 


 

 

359 



yerə  (ibadət  məqsədilə)  səfərə  getmək  olmaz.”  (Buxari  1864,  Muslim  3450, 

1397/511) 

 

 

 



849. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allaha və Axirət 

gününə  iman  gətirən  qadına  yanında  bir  məhrəmi  olmadan  bir  gün  və  bir 

gecəlik səfərə çıxmaq halal deyildir.” (Buxari 1088, Muslim 3332, 1339/421) 

 

 



 

850.  İbn  Abbas    Peyğəmbərin    belə  dediyini  eşitmişdir:  “Heç  bir  kişi 

(naməhrəm) bir qadınla təklikdə qalmamalı və heç bir qadın yanında məhrəmi 

olmadan  səfərə  çıxmamalıdır!”  Bu  vaxt  bir  nəfər  ayağa  qalxıb  dedi:  “Ya 

Rəsulullah,  mən  filan  (döyüşdə  iştirak  etmək  üçün)  orduya  yazılmışam, 

zövcəm  isə  həcc  ziyarəti  üçün  yola  çıxmışdır”.  Peyğəmbər:  “Get,  zövcənlə 

birlikdə həcc ziyarətini yerinə yetir!” (Buxari 3006, Muslim 3336, 1341/424) 

 

 

 

Bir Kimsənin Həcc Səfərindən Və Başqa Səfərlərdən 

Döndüyü Zaman Oxuyacağı (Dualar) 

 

 



 

851. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  döyüşdən, həcdən və 

ya  ümrədən  qayıdarkən  (yol  üstü)  hər  dəfə  yüksəkliyə  qalxdıqda  üç  dəfə 

təkbir  gətirər,  sonra  da  deyərdi:  “Lə  ilahə  illəllahu  vəhdəhu  lə  şərikə  ləh, 



ləhulmulku  və  ləhulhəmdu  və  huvə  alə  kulli  şeyin  qədir.  Ayibunə,  taibunə, 

abidunə, sacidunə li Rabbinə hamidun. Sədəqallahu və'dəhu, və nəsəra abdəhu 

və  həzəmələhzabə  vəhdəhu  -  Allahdan  başqa  məbud  yoxdur,  O  təkdir,  Onun 

şəriki yoxdur. Mülk Onundur və həmd Ona məxsusdur! O hər şeyə Qadirdir. 

(Biz) geri dönənlər, tövbə edənlər, ibadət edənlər, səcdə edənlər və Rəbbimizə 

həmd  edənlərik!  Allah  vədinə  sadiq  oldu,  quluna  kömək  etdi  və 



 

 

360 



(düşmənlərdən olan) dəstələri tək Özü məğlub etdi!”. (Buxari 1797, 2995, 4116, 

6385, Muslim 3343, 1344/428)  

 

 

 

Həcc Və Ümrədən Döndükdə Zul Huleyfədə Dayanaraq 



Namaz Qılmaq 

 

 



 

852.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    Zul  Huleyfədə 

düzəngah bir yerdə dəvəsini yerə çökdürdü və orada (iki rükət) namaz qıldı. 

(Hədisi  danışan  ravi)  demişdir:  “Abdullah  İbn  Ömər    də  belə  edərdi.” 

(Buxari 1532, Muslim 3347, 1257/430) 

 

 



 

 

853.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    Zul  Huleyfədəki  vadidə 



dayanarkən  yuxuda  ona:  “Sən  mübarək  vadidəsən”  deyilmişdir.  Ravi  Musa 

İbn  Uqbə  deyir  ki:  “Həcc  səfərlərinin  birində  Səlim  İbn  Abdullah,  atası 

Abdullah  İbn  Ömərin  vaxtıyla  dəvəsinin  çökdüyü  yeri  araşdıraraq  bizi  ora 

gətirdi  ki,  İbn  Ömərin  Rəsulullah  Vida  həccinə  gedərkən  bu  vadidə 

dəvəsindən  enib  gecələdiyi  yerdir  –  deyə  araşdıraraq  buraya  gəlib  endiyini 

Səlim görmüşdür.  Vadinin içində olan  məscidin alt  tərəfində  idi.  Vadi ilə  yol 

arasında tam orta bir yerdədir”. (Buxari 1535, Muslim 3351, 1346/434) 

 

 

 

Beyti Müşrik Və Lüt Olan Kimsə Təvaf Etməsin Və Böyük 

Həcc Gününün Bəyanı 

 

 



 

 

 

361 



854.  Əbu  Hureyra    rəvayət  etmişdir  ki,  vida  həccindən  öncəki  (ildə) 

Peyğəmbər  Əbu Bəkri  camaata başçı təyin edib həcc ziyarətinə göndərdiyi 

zaman  –  Qurban  günü  Əbu  Bəkr    onu  bir  dəstə  adamla  birlikdə  (Mina 

vadisinə)  göndərdi  ki,  gedib  (oradakılara)  elan  edək  ki,  gələn  ildən  heç  bir 

müşrik  həcc  ziyarətinə  gəlməyəcək  və  heç  kəs  lüt-üryan  Kəbəni  təvaf 

etməyəcəkdir.” (Buxari 1622, Muslim 3353, 1347/435)  

 

 

 

Həcc, Ümrə Və Ərafə Gününün Fəziləti 

 

 

 



855.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Ümrə  ziyarəti, 

növbəti  ümrəyədək  arada  olan  (kiçik  günahlar  üçün)  kəffarədir.  Qəbul 

olunmuş  həccin  mükafatı  isə  ancaq  Cənnətdir.”  (Buxari  1773,  Muslim  3355, 

1349/437) 

 

 

 



856.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  günah 

etmədən (söz və əməl) olaraq Allahın evini həcc edərsə geri anası onu doğruğu 

kimi  (günahlardan)  təmizləmiş  qayıdar”.  (Buxari  1819,  1820,  Muslim  3357, 

1350/438) 

 

 

 

Hacinin Məkkəyə Enməsi Və Məkkə Evlərinin Miras 



Olaraq Alınması 

 

 



 

857.  Üsamə  İbn  Zeyd    demişdir:  “Ya  Rəsulullah,  harada  qalacaqsan? 

Məkkədə öz  evindəmi  (qalacaqsan)?”. Peyğəmbər:  “Məgər  Əqil  bir  ev  qoyub 


 

 

362 



ki,  (orada  qalım)?!”.  Əqil  və  (qardaşı)  Talib  Əbu  Talibin  mirasını  (özlərinə) 

götürmüşdülər. Cəfər və Əli müsəlman olduqları üçün mirasdan onlara heç bir 

şey  verilməmişdi.  Əqil  və  Talib  kafir  idilər”  (Buxari  1588,  Muslim  3360, 

1351/439)  

 

 

 

Məkkədən Hicrət Edən Kimsənin Həcc İlə Ümrəni 



Bitirdikdən Sonra Üç Gün Məkkədə Qalmasinin İcazəli 

Olması 

 

 



 

858.  Əla  İbn  Hədrəmi    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Mühacir 

(həcc ayinlərini tamamlayıb geri qayıtdıqda Məkkədə) yalnız üç gün qala bilər” 

(Buxari 3933, Muslim 3365, 1352/443)  

 

 

 

Məkkənin Haram Olması, Məkkənin Ovunun, Otunun, 



Ağacının Və Davamiyyətli Sahibini Axtaran İstisna 

Olmaqla Onda İtən Bir Şeyi Götürməyin Haram Olması  

 

 



 

 

859. İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  Məkkənin fəthi günü demişdir: 



“(Bu gündən etibarən artıq) hicrət yoxdur. Lakin cihad etmək və niyyət vardır. 

Əgər sizi cihada çağırsalar, tələsin! Həqiqətən bu şəhər Allah göyləri və yerləri 

yaratdığı gündən haram  edilmişdir.  Allahın  haram  etməsilə  Qiyamət gününə 

qədər  haramdır.  Məndən  əvvəl  burada  öldürmək  kimsə  üçün  halal 

olmamışdır.  Mənim  üçün  də  gündüzün  bir  saatından  başqasında  halal 

olmamışdır.  Bu  şəhər  Allahın  haram  etməsilə  Qiyamət  gününə  qədər 

haramdır.  Buranın  dikanı  belə  kəsilməz,  ov  heyvanı  da  hürküdülməz, 


 

 

363 



tapıntısını sahibindən başqası əl uzadıb götürə bilməz, yaşıl otları qoparılmaz. 

İbn  Abbas:  “Ya  Rəsulullah!  İzxir  (gözəl  iyli)  bitkisi  bundan  müstəsna  olsun. 

Çünki  İzxir  bitkisi  Məkkəlilərin  dəmirçiləri  üçün  və  evləri  üçün  lazımlıdır”. 

Peyğəmbər: “İzxir mustəsna”. (Buxari 1834, 3189, Muslim 3368, 1353/445)  

 

 

 



860.  Əbu  Şureyh    rəvayət  edir  ki,  mən  Məkkənin  fəthinin  ertəsi  günü 

Rəsulullahın    dediyi  sözləri  eşitdim.  O  sözləri  mənim  bu  qulaqlarım  eşitdi, 

qəlbim duydu və o, bu sözləri söyləyərkən gözlərim onu gördü. (Peyğəmbər) 

Allaha  həmd  edib  Onun  şəninə  təriflər  dedikdən  sonra  belə  buyurdu: 

“Məkkənin  toxunulmaz  olduğunu  insanlar  deyil,  məhz  Allah  buyurmuşdur. 

Odur ki, Allaha və Axirət gününə iman gətirən adama orada nə qan  tökmək, 

nə  də  bir  ağac  baltalamaq halal olmaz.  Əgər  kimsə  Allahın  Elçisinin   orada 

döyüşdüyünü əlində əsas tutaraq buna rüsxət versə, (ona): “Allah Öz elçisinə 

izn  vermişdir,  sizə  isə  izn  verməmişdir”  deyin.  O,  mənə  yalnız  bu  günün  bir 

saatında  belə  etməyə  izn  verdi  və  bu  gün  (Məkkə),  yenə  də  dünənki  kimi 

toxunulmaz  oldu.  Qoy  burada  olanlar  (eşitdiklərini)  aramızda  olmayanlara 

təbliğ etsinlər.” (Buxari 104, 1832, 4295, Muslim 3370, 1354/446)  

 

 

 



861.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Uca  Allah  Peyğəmbərə    Məkkənin 

fəthini  müyəssər  etdikdən  sonra  insanlar  içərisində  ayağa  qalxaraq  Allaha 

həmd  səna  etdikdən  sonra  buyurdu:  “Allah  (Əbrəhənin)  fillərini  Məkkəyə 

girməkdən  həbs  etmişdir.  Rəsulunu  və  möminləri  də  (bir  dəfə olaraq) Məkkə 

əhalisinə  göndərmişdir.  Məkkə  məndən  öncə  heç  bir  kimsə  üçün  halal 

olmamışdır.  Mənim  üçün  də  gündüzün  bir  saatından  başqasında  halal 

olmamışdır. Məndən sonra heç bir kimsə üçün əbədiyyən halal olmayacaqdır. 


 

 

364 



Buranın  dikanı  belə  kəsilməz,  ov  heyvanı  da  hürküdülməz,  tapıntısını 

sahibindən başqası əl uzadıb götürə bilməz, yaşıl otları qoparılmaz. Hər kimin 

adamı öldürülərsə o, iki şeydən hansı daha xeyirlidirsə onu istəyə bilər. Ya qan 

pulu alır, ya da qisas olur”. İbn Abbas: “Ya Rəsulullah! İzxirdən başqa. Çünki 

bizlər  onu  qəbirlərimizdə  və  evlərimizin  inşasında  istifadə  edirik”  dedi. 

Peyğəmbər: “İzxirdən başqa” deyə buyurdu. Bundan sonra Yəmənli bir kimsə 

Əbu  Şah  ayağa  qalxaraq:  “Bunları  mənim  üçün  yazın  Ya  Rəsulullah!”  dedi. 

Peyğəmbər:  “Bunları  Əbu  Şah  üçün  yazın”  deyə  buyurdu.  (Buxari  2434, 

Muslim 3371, 1355/447)  

 

 

 

Məkkəyə Ehramsız Girməyin İcazəli Olması 

 

 



 

862.  Ənəs  İbn  Malik    rəvayət  edir  ki,  Peyğəmbər    zəfər  (Fəth)  ilində 

(Məkkəyə)  daxil  olduqda  başında  dəbilqə  var  idi.  O,  dəbilqəni  başından 

çıxartdıqda bir nəfər gəlib dedi: “İbn Xətəl Kəbənin örtüyündən yapışıb

58

 (aman 


diləyir).”  Peyğəmbər:  “Öldürün  onu!”  deyə  buyurdu.  (Buxari  1846,  3044, 

Muslim 3374, 1357/450) 

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin