Düşmən Torpaqlarında Yemək Götürmək
520
1161. Abdullah İbn Muğəffəl deyir ki, bizlər Xeybər qəsrini mühasirə
etdiyimiz zaman bir insan içi yağ (piy) ilə dolu bir tuluq atdı. Mən də onu
götürmək üçün irəli atıldım. Arxaya döndükdə Peyğəmbəri gördükdə
ondan utandım”. (Buxari 3153, Muslim 4705, 17)
Peyğəmbərin İslama Dəvət Üçün Herakla Yazdığı
Məktubu
521
1162. İbn Abbasın rəvayətinə görə, Əbu Süfyan İbn Hərb ona xəbər
vermişdir ki, o, Qureyş karvanını müşayiət etdiyi zaman Herakl onu öz yanına
çağırtdırdı. O vaxt qureyşlilər Şamda ticarət edirdilər. Bu da Peyğəmbərin
Əbu Süfyan və (başqa) Qureyş kafirləri ilə Hudeybiyədəki
90
sülh müqaviləsi
bağladığı vaxta təsadüf edirdi. Əbu Süfyan yoldaşları ilə birgə İliyaya
91
–
imperatorun yanına gəldilər. Herakl Rum zadəganlarının əhatəsində ikən
qureyşliləri öz məclisinə dəvət etdi. Sonra onları öz hüzuruna çağırtdırdı və
tərcüməçisinin gəlməsini əmr etdi. (Herakl) soruşdu: “Peyğəmbər olduğunu
iddia edən bu adama nəsəbcə ən yaxın olan hansınızdır?” Əbu Süfyan dedi:
Mən: “Onların nəsəbcə ən yaxın olanı mənəm” deyə cavab verdim. İmperator
dedi: “Onu yaxına gətirin, yoldaşlarını isə onun arxa tərəfində saxlayın.” Sonra
tərcüməçisinə dedi: “Onlara de ki, mən bundan o adam haqqında
soruşacağam. Əgər mənə yalan danışsa, siz də onu yalançı hesab edin.” (Əbu
Süfyan): “Vallahi, dostlarımın orada-burada mənim yalanım barədə
danışacaqlarından utanmasaydım, onun barəsində əlbət ki, yalan danışardım.”
Sonra (Heraklın) onun barəsində məndən ilk soruşduğu bu oldu: “Aranızda
onun əsli-nəsəbi necədir?” Mən: “O, bizim aramızda əsilli-nəsəblidir” dedim.
O soruşdu: “Sizlərdən ondan əvvəl bu sözü deyən (peyğəmbərlik iddiası edən)
bir kimsə olubmu?” Mən: “Xeyr!” dedim. O soruşdu: “Heç onun ata-
babalarından padşah olubmu?” Mən: “Xeyr!” dedim. O soruşdu: “Onun
ardınca gedənlər xalqın zadəganlarıdır, yoxsa zəifləri?” Mən: “Xalqın
zəifləridir” dedim. O soruşdu: “Onlar artırlar, yoxsa azalırlar?” Mən:
“Artırlar” dedim. O soruşdu: “İçərilərində onun dinini qəbul etdikdən sonra
narazılığa görə dinindən dönən bir kimsə varmı?” Mən: “Yoxdur!” dedim. O
soruşdu: “Söylədiklərini deməzdən (bu dinə dəvət etməzdən) əvvəl heç onu
yalan danışmaqda ittiham etmişdinizmi?” Mən: “Xeyr!” dedim. O soruşdu:
“Heç əhdi pozurmu?” Mən: “Xeyr (pozmur), lakin bizimlə onun arasında mü-
vəqqəti sülh müqaviləsi mövcuddur və bu müddət ərzində onun nə edəcəyini
də bilmirik” dedim. Əbu Süfyan dedi ki, mən deyilənlərə əlavə etmək üçün bu
kəlmədən başqa bir şey tapa bilmədim. (Herakl) soruşdu: “Heç onunla
90
Hudeybiyyə – Məkkənin 16 kilometrliyində Ciddəyə gedən yolda yerləşən yer. Hicri tarixin 6-cı ilində orada
Muhəmməd Peyğəmbərlə müsəlmanları şəhərə buraxmayan və onları ümrə ziyarəti etməyə qoymayan
məkkəlilər arasında sülh müqaviləsi bağlanmışdı.
91
İliya – Qüds.
522
döyüşmüsünüzmü?” Mən: “Bəli!” dedim. O soruşdu: “Onunla döyüünüz nə
ilə nəticələnib?” Mən dedim: “Bizimlə onun arasında gedən döyüş
dəyişkəndir. Gah o bizə qalib gəlir, gah da biz ona qalib gəlirik.” O soruşdu:
“Sizə nəyi əmr edir?” Mən dedim: “O deyir ki, Tək Allaha ibadət edin, heç
nəyi Ona şərik qoşmayın, atalarınızın söylədiklərini tərk edin. Habelə namaz
qılmağı, zəkat verməyi, doğru danışmağı, iffətli olmağı və qohumluq
əlaqələrini möhkəmləndirməyi də bizə əmr edir.” Sonra (Herakl) tərcüməçiyə
belə buyurdu: “Ona de ki: “Səndən onun nəsəbi barədə soruşdum, aranızda
əsilli-nəsəbli olduğunu bildirdin. Həmçinin (əvvəlki) elçilər də öz xalqlarının
adlı-sanlı nəslinə mənsub olardılar. Sizlərdən ondan əvvəl bu sözü söyləyən
bir kimsə olubmu deyə soruşdum, dedin ki, xeyr. Mən düşündüm ki, əgər
ondan əvvəl bu sözü söyləmiş bir kimsə olsaydı, deyərdim ki, bu adam
özündən əvvəl deyilmiş bir sözü təkrar edir. Ata-babalarının içində padşah
olubmu deyə soruşdum, dedin ki, xeyr. Mən fikirləşdim ki, əgər ata-
babalarından padşah olmuş olsaydı, deyərdim ki, bu adam atasının mülkünü
geri almağa çalışır. Söylədiklərini deməzdən əvvəl onu yalan danışmaqda
ittiham etmişdinizmi deyə soruşdum, dedin ki, xeyr. Mənə aydın oldu ki,
insanlara qarşı yalan danışmayan adam, Allaha qarşı da yalan danışmaz.
Onun ardınca gedənlər xalqın zadəganlarıdır, yoxsa zəifləridir deyə
soruşdum, onun ardınca gedənlərin xalqın zəifləri olduğunu söylədin.
Elçilərin ardınca gedənlər də məhz onlardır. Onlar artırlar, yoxsa azalırlar deyə
soruşdum, dedin ki, onlar artırlar. İmanın vəziyyəti də tamam oluncaya qədər
beləcə davam edər. İçərilərində onun dinini qəbul etdikdən sonra narazılığa
görə dinindən dönən bir kimsə varmı deyə soruşdum, dedin ki, yoxdur. Təbii
ki, bu cür iman qəlblərə daxil olduqda belə olur. Əhdi pozurmu deyə
soruşdum, dedin ki, xeyr. Peyğəmbərlər də belə olur, əhdi pozmurlar. Sizə
nəyi əmr edir deyə soruşdum. Dedin ki, Tək Allaha ibadət edib heç nəyi Ona
şərik qoşmamağı sizə əmr edir və bütlərə tapınmağı sizə qadağan edir. Üstəlik
namaz qılmağı, doğru danışmağı və iffətli olmağı da sizə əmr edir. Və əgər
sənin dediklərin doğrudursa, onda o, bu ayaqlarımın basdığı yerə sahib
olacaqdır. Mən bilirdim ki, o gələcək, lakin sizlərdən olacağını güman
etmirdim. Əgər onun yanına gedib çata biləcəyimə arxayın olsaydım, hər
halda onunla görüşməyə çalışardım. Və əgər yanında olsaydım, ayaqlarını
yuyardım.” Sonra o, Dihyanın
92
vasitəsilə Busranın
93
hökmdarına
94
göndərilmiş
(və onun tərəfindən Herakla çatdırılmış) Peyğəmbərin məktubunu tələb
etdi. Qasid
95
məktubu Herakla verdi. O da oxudu. Məktubda bunlar
92
Dihya İbn Xəlifə əl-Kə
əshabədir.
93
Mədinə ilə Dəməşq arasında yerləşən şəhərdir. Hal-hazırda Suriyanın ərazisində yerləşir.
94
Adı Haris İbn Əbu Şəmr əl-Ğəssanidir.
95
Bu, o zamanlar hələ İslam dinini qəbul etmə
523
yazılmışdı: Mərhəmətli və Rəhmli Allahın adı ilə! Allahın qulu və rəsulu
Muhəmməddən Rum imperatoru Herakla. Haqq yolu tutub gedənlərə salam
olsun! Bundan sonra, mən səni İslama dəvət edirəm. İslamı qəbul et ki, salamat
qalasan və Allah sənin mükafatını ikiqat versin. Əgər qəbul etməsən,
tabeçiliyində olanların günahı sənin boynunda qalacaqdır. (Sənə Allahın mənə
buyurduğunu deyirəm): “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir
kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik
qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək.” Əgər onlar üz
döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”. (Ali İmran 64). Əbu
Süfyan: “Herakl deyəcəyini dedikdən və məktubu oxuyub qurtardıqdan sonra
onun hüzurunda hay-küy qalxdı, səslər ucaldı və bizi bayıra çıxartdılar. Onda
mən yoldaşlarıma dedim: “İbn Əbu Kəbşənin
96
işi (dəvəti) o qədər böyümüşdür
ki, Bəni Əsfarın
97
hökmdarı belə ondan qorxur.” Peyğəmbərin qalib
gələcəyinə Allah İslamı qəlbimə salıncaya qədər qətiyyətlə inanmağa davam
etdim. İliyanın sahibi və Heraklın dostu İbn Nazur
98
Şam xristianlarının baş
keşişi idi. O, rəvayət edir ki, Herakl İliyaya gəldiyi zaman, (farslara qalib
gəldiyi günlərin birində) səhər oyanarkən əhvali-ruhiyyəsi çox pis idi.
Heraklın patriarxlarından bəziləri ona: “Sənin halın xoşumuza gəlmir” dedilər.
İbn Nazur deyir ki, Herakl ulduzlara əsasən fala baxan, kahin idi. Odur ki,
onların sualına belə cavab verdi: “Mən bu gecə ulduzlara baxarkən Sünnət
99
hökmdarının qalib gəldiyini gördüm. (Bir deyin görək) xalqlar arasında sünnət
edənlər kimlərdir?” Onlar dedilər: “Yəhudilərdən başqa heç kəs sünnət etmir.
Onların işi səni təşvişə salmasın. Səltənətinin şəhərlərinə xəbər göndər ki,
oralardakı yəhudiləri öldürsünlər.” Elə bu vaxt Heraklın hüzuruna Ğəssan
hökmdarının Allahın Elçisi barəsində xəbər vermək üçün göndərdiyi adam
gətirildi. Herakl qasiddən xəbər aldıqdan sonra (xidmətçilərinə əmr edib) dedi:
“Gedin baxın görün, bu (kişi) sünnət edilib, ya yox.” (Xidmətçilər o kişiyə)
baxdıqdan sonra onun sünnət edilmiş olduğunu Herakla xəbər verdilər.
Herakl ondan ərəblər barədə soruşdu. (Qasid) dedi: “Onlar da sünnət
olunurlar.” Herakl buyurdu: “Budur, bu xalqın hökmranlığı artıq zühur
etmişdir.” Sonra Herakl Rumiyyada yaşayan və elmdə (fala baxmaqda) özünə
həmfikir olan dostuna məktub yazdı. (Məktubdan sonra) Herakl Himsə
100
getdi
və Peyğəmbərin zühuru və onun həqiqətən də peyğəmbər olduğu barədə
fikirlərinə həmrəy olan dostundan məktub alanadək Himsi tərk etmədi. Herakl
96
Burada Əbu Süfyan Peyğəmbəri qəsd edir. Əbu Kəbşə Peyğəmbərin babalarından birinin adıdır.
97
Ərəblər rumluları belə çağırardılar.
98
Ərəbcə bostan gözətçisi deməkdir.
99
Müsəlmanlarda və yəhudilərdə yetkinlik yaşına çatmamış oğlan uşaqlarının kişilik əzasının dəri hissəsinin
kəsilməsindən ibarət əməliyyat.
100
Hazırda Suriyanın ərazisində yerləşir.
524
Rum zadəganlarını Himsdəki qəsrinə dəvət edib qapıların bağlanılmasını əmr
etdi. Sonra onların qarşısına çıxıb dedi: “Ey Rumlular! Bu Peyğəmbərə beyət
edib nicat tapmaq, doğru yola yönəlmək və bir də mülkünüzün qalmağını
istəmirsinizmi?” Onlar (bu sözləri eşidən kimi) vəhşi eşşəklər qaçışına bənzər
(sürətlə) qapıya doğru qaçdılar, lakin qapıların bağlanmış olduğunu gördülər.
Herakl onlardakı nifrəti gördükdə, iman gətirəcəklərindən ümidini üzüb:
“Onları yanıma gətirin!” deyə buyurdu. (Zadəganlar onun hüzuruna gəldikdə
isə belə) dedi: “Mən bayaq dediklərimi ancaq dininizə olan sıx bağlılığınızı
yoxlamaq üçün söylədim. İndi isə (buna) şahid oldum.” Zadəganlar onun
qarşısında səcdə etdilər və ondan razı qaldılar. Herakl barəsindəki xəbərin
(dəvətə olan münasibətinin) sonu belə oldu. (Buxari 7, 4553, Muslim 4707,
1773/74)
Huneyn Döyüşü
1163. Əbu İshaq rəvayət edir ki, bir kişi əl-Bəranın yanına gələrək dedi: “Ey
Əbu Umara, siz Hüneyn günü (döyüşdən) qaçdınızmı?”. O: “Xeyr, Vallahi
Peyğəmbər qaçmadı. Lakin bu da var ki, onun səhabələrindən cavanları
zirehsiz, silahsız olaraq (döyüşə) çıxdılar. Gözəl atıcılıq məharəti olan Həvazin
və Bəni Nasr topluluğu olan atıcılardan (oxatan) ibarət bir qövmə gəldilər.
Onları ox yağışına tutdular. (Başqa rəvayətdə: Sanki bu oxlar çəyirtkə sürüsü
kimi idi). Onların sıraları dağıldı. Bundan sonra gənc səhabələr oradan
Peyğəmbərin yanına döndülər. Peyğəmbər ağ qatırın üzərində idi. Əmisi
oğlu Əbu Sufyan (onu miniyindən) düşürdü. Peyğəmbər: “Mən
Peyğəmbərəm, yalan yox! Mən AbdulMuttalibin oğluyam. Sonra da
səhabələrini hərb üçün səflərini düzdü”. (Buxari 2930, Muslim 4715, 1776/78)
525
1164. Bəra deyir ki, Qeys qəbiləsindən bir kişi: “Sizlər Huneyn günü
Rəsulullahın yanından qaçdınızmı?” deə soruşdu. Bəra: “Bizlər qaçdıq, lakin
Peyğəmbər qaçmadı. Həvazin qəbiləsi mahir ox atandırlar. Biz döyüş
meydanında bunların üzərinə hücum etdikdə onlar dağılışdılar. Bizlər də
qənimətlər üzərinə düşdük. Bu an Həvazin tərəfdən ox yağışı ilə qarşılaşdıq.
And içirəm ki, mən Peyğəmbəri ağ qatırın üzərində gördüm. Əbu Sufyan da
qatırın ipini tuturdu. Bu an Peyğəmbər: “Mən Peyğəmbərəm, yalan yox! Mən
AbdulMuttalib oğluyam!” dedi. (Buxari 4317, Muslim 4717, 1776/80)
Taif Döyüşü
1165. Abdullah İbn Ömər demişdir: “Peyğəmbər Taifi mühasirəyə
aldıqdan sonra heç bir şeyə nail olmadıqda dedi: “Əgər Allah istəsə, biz
(Mədinəyə) qayıdacağıq.” Bu (söz) əshabələrə ağır gəldi və onlar dedilər:
“Doğrudanmı biz bu (şəhəri) fəth etmədən çıxıb gedəcəyik?” Onda Peyğəmbər
buyurdu: “Elə isə gedin vuruşun!” Onlar döyüşə atıldılar, (lakin onların
çoxu döyüşdə) yaralandı. Belə olduqda Peyğəmbər : “Əgər Allah istəsə, biz
geri qayıdacağıq”- dedi və bu (söz) əshabələrin xoşuna gəldi. Onda Peyğəmbər
gülümsədi.” (Buxari 4325, Muslim 4720, 1778/82)
Kəbənin Ətrafından Bütlərin Götrülməsi
1166. Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbər Məkkəyə daxil
oldu. Kəbənin ətrafında üç yüz altımış büt var idi. O əlindəki ağacla onlara
(gözlərinə) batırır və belə buyurdu: “De: Haqq (İslam) gəldi, batil (şirk və küfr)
526
yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!”. (əl-İsra
81). (Buxari 2478, Muslim 4725, 1781/87)
Hudeybiyyədə Olan Hudeybiyyə Sülhü
1167. Bəra İbn Azib rəvayət edir ki, Hudeybiyyədə müşriklərlə müqaviləsinə
qərar verdiyi zaman tərəflər arasnda sülh müqaviləsini Əli yazırdı. Əli:
“Muhəmməd Allahın Rəsuludur” yazdı. Müşriklər: “Sən Allahın elçisi
Muhəmməd” yazma, biz sənin Rəsul olduğunu qəbul etsəydik səninlə
döyüşməzdik. Peyğəmbər Əliyə: “Rəsulullah sözünü sil” deyə buyurdu. Əli:
“Mən onu silmərəm” dedi. Bundan sonra Rəsulullah özü öz əli ilə onu sildi.
Və gələn il özü ilə səhabələri Məkkəyə girib üç gün qalmağı və ora yalnız
silahlarının ağızlarını bağlamış halda girmələri üzrə Məkkə əhli ilə sülh
bağladı”. Ravi: “Culubbənus Silah” nədir? deyə soruşdular. (Silahın) ağzının
örtüyüdür (silah qabı)” dedi. (Buxari 2698, Muslim 4729, 1783/90)
1168. Əbu Vail deyir ki, Siffin günü Səhl İbn Huneyf ayağa qalxıb dedi: “Ey
insanlar! Öz nəfslərinizi qınayın (töhmət edin). Bizlər Hudeybiyyə günü
Rəsulullahın yanında idik. Əgər bizlər hərb etməyi xeyirli bilsəydik heç
şübhəsiz ki, hərb edərdik. Ömər gəldi və: “Ya Rəsulullah! Onlar (müşriklər)
batil üzərində, bizlər isə haqq üzərində deyilikmi?” ded. Peyğəmbər: “Bəli, biz
haqq üzərindəyik” deyə buyurdu. Ömər: “Bizim ölülərimiz Cənnətdə, onların
ölüləri atəşdə deyilmi?” dedi. Peyğəmbər: “Bəli, belədir” deyə buyurdu. Ömər:
“Elə isə nə üçün nöqsan və qüsurların dinimizə daxil olmasına imkan
527
verməliyik?» deyə soruşdu. Peyğəmbər: “Ey Xattabın oğlu! Həqiqətən mən
Allahın elçisiyəm və heç vaxt Ona asi olmuram! Məhz Allah mənə yardım
edir!» deyə cavab verdi. Sonra mən Əbu Bəkrin yanına gəlib ona da
Peyğəmbərə söylədiklərimin eynisini söylədim. Əbu Bəkr: «Ey insan!
Həqiqətən o Allahın elçisidir və heç vaxt Rəbbinə asi olmur! Allah onun
yardımçısıdır. Ravi: “Bu hadisədən sonra Fəth surəsinin ayələri nazil oldu.
Peyğəmbər dərhal Ömərə xəbər göndərdi və bunu ona oxudu!». Ömər:
«Ya Rəsulullah! Fəth budurmu? Deyə soruşdu. Peyğəmbər: «Bəli!» deyincə
(Ömərin qəlbi rahatlandı. Zuhri xəbər verir ki, Ömər: «Bu əməlimdən sonra
(kəffarə olaraq) bir çox xeyirli işlər görmüşdüm)». (Buxari 3182, Muslim 4733,
1785/94)
Əhzab Döyüşü
1169. Səhl İbn Sad rəvayət edir ki, məndən Peyğəmbərin Uhud günü
yaralanması barədə soruşuldu. Mən: “Peyğəmbərin üzü yaralandı, dişi
sınmışdır, başında olan zirehi yarıldı. Fatimə qanı yuyur, Əli də məsh edirdi.
Qanın artdığını gördükdə bir parça həsir götürüb onu kül olana qədər saydırdı
və sonra külü yaranın üzəinə yapışdırdı və qad dayandı”. (Buxari 2911,
Muslim 4743, 1790/101)
1170. Abdullah İbn Məsud demişdir: “Mən sanki Peyğəmbərin
peyğəmbərlərdən birinin başına gələn hadisəni danışdığını görürəm.
Həmqəbilələri onu döyüb al-qana boyamış, o isə qanı üzündən silə-silə (dua
edib) demişdir: “Allahım, mənim həmqəbilələrimi bağışla, çünki onlar (haqqı)
bilmirlər!” (Buxari 3477, Muslim 4747, 1792/105)
528
Peyğəmbərin Öldürdüyü Kimsəyə Allahın Qəzəbi
Şiddətli Olacaqdır
1171. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər (əli ilə) ön dişlərinə işarə
edib demişdir: “Peyğəmbərinə bunu edən millətə Allah bərk
qəzəblənmişdir. Həmçinin, Rəsulullahın Allah yolunda öldürdüyü kimsəyə
Allah bərk qəzəblənmişdir.” (Buxari 4073, Muslim 4749, 1793/106)
Peyğəmbərin Qarşılaşdığı Müşrik Və Münafiqlərin
Əziyyətləri
1172. Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbər Kəbənin yanında
namaz qılarkən Əbu Cəhl və onun dostları (yaxınlıqda bir yerdə)
oturmuşdular. Onlardan biri digərlərinə: “Hansı biriniz filan qəbilənin
(kəsdiyi) dişi dəvənin döl qişasını gətirib Muhəmməd səcdə edərkən onun
belinə qoya bilər?” dedi. Onların ən bədbəxti gedib onu gətirdi və bir az
gözlədi. Nəhayət, Peyğəmbər səcdə etdikdə onu Peyğəmbərin belinə –
kürəklərinin arasına qoydu. Mən (bunu) görürdüm, lakin qarşısını almağa
qadir deyildim. Kaş (bunun) qarşısını ala biləcək qədər gücüm olaydı.
(Abdullah İbn Məsud rəvayətinə davam edib) dedi: “Onlar (barmaqla) bir-
birlərinə işarə edərək gülməyə başladılar. Allahın Elçisi isə səcdədən başını
qaldırmırdı. Nəhayət, Fatimə
onun yanına gəldi və (qişanı) belindən
götürüb kənara atdı. Peyğəmbər başını qaldırdı və (namazı bitirdikdən)
sonra üç dəfə: “Allahım, Qureyşin cəzasını ver!” dedi. Peyğəmbərin bəddua
529
etməsi onlara pis təsir etdi. Çünki onlar bu şəhərdə edilən bədduanın qəbul
olunacağına inanırdılar. Sonra Peyğəmbər adbaad sayaraq: “Allahım, Əbu
Cəhlin cəzasını ver! Utbə İbn Rəbiyənin, Şeybə İbn Rəbiyənin, Vəlid İbn
Utbənin, Umeyyə İbn Xələfin və Uqbə İbn Əbu Muitin cəzasını ver!” dedi.”O,
yeddincisinin
də adını çəkdi, lakin (ravi) bunu yadda saxlaya
bilmədi.(Abdullah İbn Məsud rəvayətinə davam edib) dedi: “Canım Əlində
olan Allaha and olsun ki, Allahın Elçisinin adlarını çəkdiyi kəsləri Bədr
(Mədinədən 150 km aralıqda yerləşən yer) quyularından birində yerə sərilmiş
gördüm.” (Buxari 240, Muslim 4750, 1794/107)
1173. (Bir dəfə) Peyğəmbərin zövcəsi Aişə
Peyğəmbərdən soruşdu:
“Sənin Uhud günündən daha ağır bir günün olubmu?” Peyğəmbər dedi:
“Mən artıq sənin həmqəbilələrindən (ərəblərdən) çəkdiyimi çəkmişəm. Ən çox
əziyyət çəkdiyim (gün) isə Əqəbə günü (Taifdə) olmuşdur. O vaxt ki, mən ibn
AbduYaleyl İbn AbduKulalədən (Səqif qəbiləsinin başçılarından biri) mənə
himayə olmağı xahiş etdim, lakin o mənə dəstək vermədi. Mən iztirab çəkə-çəkə
geri döndüm və ancaq Qərnis-Səalibə (dağ adı) gəlib çatdıqda özümə gəldim.
Həmin vaxt mən başımı yuxarı qaldırıb üstümə kölgə salan bir bulud gördüm.
Mən buluda diqqət yetirdikdə içində Cəbraili gördüm. O məni səsləyib dedi:
“Allah sənin həmqəbilələrinin nə dediklərini və sənə necə rədd cavabı
verdiklərini eşitdi. Rəbbin dağlar mələyini sənin yanına göndərib ki, onları
(bəlaya düçar etmək) xüsusunda istədiyini bu mələyə əmr edəsən”. Dağlar
mələyi mənə salam verdikdən sonra dedi: “Ey Muhəmməd, nə istəyirsənsə,
(buyur)! İstəyirsənsə, bu iki dağı (Məkkədə olan Əbu Qubeys və Queyqian)
onların başına uçurdum!”. Peyğəmbər: “Xeyr, mən ancaq onu diləyirəm ki,
Allah onların belindən Tək Allaha ibadət edən və Ona heç bir şeyi şərik
qoşmayan kimsələr gətirsin!” (Buxari 3231, Muslim 4754, 1795/11)
530
1174. Cundəb İbn Süfyan rəvayət edir ki, döyüşlərin birində Peyğəmbər
barmağından yaralandığı zaman dedi: “Sən qanayan bir barmaq deyilsənmi?
Sənə üz vermiş bu müsibət Allah yolundadır!” (Buxari 2802, 6146, Muslim
4755, 1796/112)
1175. Cundub İbn Sufyan rəvayət edir ki, Peyğəmbər iki və ya üç gecə
rahatsız (xəstə) olduğu üçün yerindən qalxmadı. Bir qadın gələrək: “Ey
Muhəmməd! Mən ümüd edirəm ki, şeytan səni tərk edib. Görürəm ki, iki və ya
üç gündür sənə yaxınlaşmır” dedi. Bundan sonra Allah: “And olsun səhərə!
And olsun sakitləşən gecəyə! Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı
tutmuşdu”. (əd-Duha 1-3)”. (Buxari 4950, Muslim 4758, 1797/115)
Dostları ilə paylaş: |