Vətən müharibəsi.Dünyanı heyrətə salan 44 gün.Qarabağ
Azərbaycandır.
“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi
qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv
edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və
ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün
Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib
dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi
yaşayacağıq”.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 27 Sentyabr – Anım
Günü ilə əlaqədar xalqa müraciətindən
sentyabr, 2021-ci il
27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı
Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə
tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr
kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və
44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.
Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı
Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev 10 noyabr tarixində
gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi
sayılan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu.
Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən
savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan
cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan
torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı
müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz.
44 günlük Vətən savaşının bir günü bəlkə də hər birimiz üçün 1 il qədər gərgin
və həyəcanlı keçdi. Çünki Azərbaycan xalqının adına yazılmış ləkəni Azərbaycan
oğulları döyüş meydanında qanı, canı bahasına təmizləyirdi. Bu ləkə adımızdan da,
alnımızdan da, şərəfimizdən də yuyulub getdi. Bunu bizə bəxş edən
Rəşadətli Ordumuza və Müzəffər Ali Baş Komandana eşq olsun, - deyirik!
Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində
son qoyuldu. Məhz həmin gün tarixi qələbəmizin başlandığı gündür. Xalqımız
inanırdı ki, bu gün gələcək. Çünki bir milyondan çox azərbaycanlı 30 il ərzində öz
yurd-yuvasından ayrı düşərək qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur
olmuşdur.
1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan
ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişdir. İşğal zamanı yaşayış
məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel,
Ağdaban və Bağanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl
simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı
qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci ilin fevral ayının 26-da Ermənistan
hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir.
Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca
öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə
valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə
yarasından əlil olmuşdur.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi
azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin
iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət
ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış,
şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla
dollar dəyərində maddi ziyan vurmuşdur. İşğal zamanı mülki və təsərrüfat obyektləri
ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir.
Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya
əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173
arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park,
monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət
abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı
22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert
salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası,
85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdır. Uzun illər ərzində Ermənistan
işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti
boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına
imkan verməmişdir.
2020-ci il 27 sentyabr tarixində isə mövcud atəşkəs rejimini kobud şəkildə
pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin
mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana
qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı,
Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi
təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali
Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma
keçmək əmri vermişdir.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27
sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin
əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu
tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. İkinci Qarabağ müharibəsi 30
ilə yaxın gözlədiyimiz tarixi ədaləti bərpa etdi. Beləcə, 27 sentyabrda tarixə
II Qarabağ müharibəsi, Vətən müharibəsi, "Dəmir yumruq əməliyyatı" adları ilə
daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz
başlamış oldu.
Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik
nümayiş etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx
birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından
keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını
geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı.
Bəli, 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun
gücünü göstərərək ölkəmizin qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhəri Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal
sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya
Prezidenti tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam
dayandırılması barədə bəyanat imzalandı və sonunda Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etdi, Ermənistan isə kapitulyasiyaya məcbur edildi. Bu 44 günlük
müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.
Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər
və zabit yaralanmış, 7 nəfər itkin düşmüşdür. Azərbaycanın şəhərləri ballistik
raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Münaqişə zonasında
olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və
yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Müharibə
dövründə düşmənin təxribatları nəticəsində 100-ə yaxın mülki şəxs, habelə, onların
arasında uşaqlar və qadınlar da həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış,
2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş, yararsız hala
düşmüşdür. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və
Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-
hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan
azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi,
Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi,
Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi,
Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın
rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji
yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız
yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də
Ağdam rayonu Azərbaycana təhvil verildi.
Dostları ilə paylaş: |