AġLƏ HÜququnun əsaslari


Ailənin başqa üzvlərinin aliment öhdəlikləri



Yüklə 197,5 Kb.
səhifə17/31
tarix02.01.2022
ölçüsü197,5 Kb.
#34748
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   31
MÜHAZİRE 5 - AİLƏ HÜQUQU

Ailənin başqa üzvlərinin aliment öhdəlikləri

Ailənin digər üzvləri dedikdə, ailə qanunvericiliyi valideynlərdən, ər-arvaddan və övladlığa götürülənlərdən başqa, babanı, nənəni, nəvələri, doğma qardaş və bacıları, ögey ata və ananı, ögey oğul və qızları, habelə faktiki tərbiyəçiləri və tərbiyə edilənləri nəzərdə tutur. Göründüyü kimi, bu tərkibə qəyyumlar (himayəçilər) və üzərində qəyyumluq və himayəçilik müəyyən edilən şəxslər daxil edilmir, çünki həmin şəxslər arasında aliment hüququ və vəzifələri əmələ gəlmir.

Ailənin başqa üzvlərinin aliment öhdəlikləri Ailə Məcəlləsinin 88-93-cü maddələri ilə müəyyən edilir. Məcəllənin 88-ci maddəsində deyilir ki, yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub valideynlərdən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, böyük qardaş və bacıların aliment vəzifəsi yalnız onlar kifayət qədər vəsaitə malik olduqda əmələ gəlir.

Hüquq ədəbiyyatında haqlı olaraq göstərilir ki, yetkinlik yaşına çatmayan qardaş və bacıların xeyrinə aliment vermək vəzifəsi nəinki əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış qardaş və bacıların üzərinə, habelə əmək qabiliyyəti olmayan, lakin maddi yardım göstərmək imkanı olan böyük qardaş və bacıların də üzərinə qoyulur (məsələn, yetkinlik yaşına çatmış əlil qardaş kifayət qədər pensiya alır, onun həyatını yardımçı təsərrüfatından əlavə gəliri vardır v. s).

Ailə Məcəlləsinin 89-cu maddəsinə görə yetkinlik yaşına çatmamış nəvələr öz baba və nənəsindən aşağıdakı şərtlərlə aliment tələb edə bilərlər:

1. Baba və nənə kifayət qədər vəsaitə malik olduqda;

2. Uşaqların valideynləri olmadıqda və ya valideynlər öz uşaqlarını saxlaya bilmədikdə.

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış nəvələr də aliment hüququna malikdir. Lakin belə nəvələrin bu hüququ göstərilən iki şərtdən əlavə onlar öz ərindən (arvadından) maddi yardım ala bilmədikdə əmələ gəlir.

Ailə Məcəlləsinin 90-cı maddəsində deyilir ki, «Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatmayan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər».


Yüklə 197,5 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin