4.Dünya təhsil sisteminin inkişaf istiqamətləri .
Təhsilin müasir Təhsil cəmiyyətin bütün
vəziyyəti qənaətbəxş istiqamətlərdə
deyil tərəqqisinin əsas faktoru
olmalıdır
Mövcud ənənəvi təlim İnnovasiyalara əsaslanan
təlimə keçilməlidir
Dünya təhsil böhranının
mahiyyəti bundan ibarətdir.
Paradiqmalar dəyişməlidir.
Bütün dünyada olduğu kimi, respublikamızın da təhsil sistemində müəyyən çatışmazlıqlar vardır. Bu, bir tərəfdən, qlobal təhsil böhranınnın təzahürüdür. Digər tərəfdən sosialiqtisadi, ictimai – siyasi həyatın inkişafı ilə bağlı ziddiyyətlərin nəticəsidir. Üçüncü səbəb insanların şüurunun, adekvat davranışının, müstəqilliyin və demokratiyanın vüsətli inkişafından geri qalmasıdır. Lakin inkişafla bağlı ziddiyyətlərə baxmayaraq, respublikamızda təhsilin, xüsusən də ali təhsil sisteminin təkmilləşdirilməsinə elmi və texniki innovasiyalar əsasında yenidən qurulmasına dövlət səviyyəsində qayğı göstərilir və bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir. Ali təhsil müəssisələrinə geniş özünüidarə imkanlarının verilməsi, ali məktbin dövlət təhsil siyasətinin reallaşdırılması prosesində daha fəal iştirakı, ali təhsil müəssisələrinə fəaliyyətlərinin bütün sferalarında daha geniş hüquqlar verilməsi, müəllim və tələbələrin sosial müdafiəsinin gücləndirilməsi, ali təhsilin məzmununun dəyişdirilməsi, təhsilin sürətlə yeniləşən müstəqil və demokratik cəmiyyətimizin ideologiya və maraqlarına yönəlməsi, təhsilin paradiqmalarının dəyişməsi, təhsilin fəlsəfəsinə, insan və cəmiyyət haqqında elmlərə diqqətin artması, təhsilin menecment (inciliscə manage - idarə etmək deməkdir) sisteminin inkişaf etdirilməsi ; təhsil sisteminin sürətlə dəyişən sosial şəraitə uyğunlaşdırılması respublikamızda ali təhsil sisteminin inkişaf etdirilməsi sahəsində atılan addımlardır.
Respublikamızda ali təhsil sisteminin inkişaf etdirilməsində “Boloniya prosesi” nin rolunu xüsusi qeyd etmək lazımdır. “Boloniya prosesi” nin əsas mahiyyəti yaxın illərdə “Avropa ali təhsil zonası” adlanan və fundamental fəaliyyət prinsiplərinin vahidliyinə əsaslanan ümumavropa ali təhsil sisteminin formalaşdırılması respublikamızda ikipilləli ali təhsil və kredit sistemlərinin tətbiqi, təhsilin keyfiyyətinə nəzarət, mobilliyinin genişləndirilməsi, dərəcələrin tanınması, ali məktəb məzunlarının işlə təmin olunması, Avropada təhsil alacaq tələbələrin təminatı, fasiləsiz təhsil və digər problemlərin uğurla həlli üçün geniş imkanlar açır.
Göründüyü kimi, sivill cəmiyyət ali təhsil qarşısında çox ciddi problemlər qoyur və bununla ali məktəb pedaqogikasını yeni aspektlərdə tədqiqatlara cəlb edir.
Dostları ilə paylaş: |