UŞaqlarin hüquqlari və jurnaliSTİka praktikasi hüquqlara əsaslanan perspektiV



Yüklə 1.25 Mb.
PDF просмотр
səhifə1/18
tarix22.04.2017
ölçüsü1.25 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   18

1

UŞAQLARIN HÜQUQLARI VƏ JURNALİSTİKA PRAKTİKASI - 

HÜQUQLARA ƏSASLANAN PERSPEKTİV

BMT Uşaq Fondunun Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi 

üzrə Regional Ofisi tərəfindən təyin olunmuş Proqram 

© BMT Uşaq Fondu - Dublin Texnologiya İnstitutu 2007



2

MÜNDƏRİCAT 

UŞAQLARIN HÜQUQLARI VƏ JURNALISTIKA PRAKTIKASI - 

HÜQUQLARA ƏSASLANAN PERSPEKTIV 

   


Müqəddimə 

 

BÖLMƏ 1: UŞAQLARIN HÜQUQLARININ TƏQDIMATI



 

1. İNSAN HAQLARI KONSEPSIYASININ TƏQDIM EDILMƏSI

 

   


İNSAN HAQLARI VƏ TƏBII HÜQUQLAR

 

   



İnsan Haqlarına dair Ümumbəşəri Bəyannamə

 

   



Hüquqların müdafiə edilməsi 

   


2. UŞAQLARIN HÜQUQLARI 

                     

Uşaq Hüquqları haqqında Konvensiya 

 

Uşaq Hüquqları Komitəsi 



3. UŞAQLARIN HÜQUQLARI VƏ MEDİA 

Oslo Çağırışı 

Uşaqların mediada işıqlandırılması 

Mediada uşaqların istismarı 

Mediada uşaqların iştirakı 

 

4. UŞAQLARIN HÜQUQLARININ REALLAŞDIRILMASINA QARŞI MANEƏLƏR 



İnsan haqlarının qorunması 

Uşaqların hüquqlarının dəstəklənməsi 

Uşaqların hüquqları sahəsindəki çətinliklərə qarşı reaksiya 

5. MEDİADA TƏMSİL OLUNMA, UŞAQLARIN HÜQUQLARI VƏ PEŞƏ MƏSULİYYƏTİ 

Uşaqların mediada təmsil olunması 

 

Mediada stereotipləmə 



Uşaqların hüquqlarının pozulması 

 

Uşaqların müdafiəsi 



Yeni nəsil üçün media 

 

Peşə məsuliyyəti 



Özünütənzimləmə 

 

5



5

6

6



6

6

7



9

10

11



12

12

13



14

14

16



16

17

18



20

20

21



22

22

23



23

23


Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

3

6. UŞAQLARIN PERSPEKTİVLƏRİ BAXIMINDAN MƏLUMATIN TƏQDİM OLUNMASINDA

MÜKƏMMƏL PRAKTİKA 

Uşaqlar üçün Əlverişli Mühit 

Uşaqlar üçün milli fəaliyyət planları 

Uşaqların iştirakı 

İştirak faydaları 

Mükəmməl praktika prinsipləri 

Uşaqların perspektivlərinin əldə olunması: nümunələr 

Uşaq parlamentlər 

 

İştiraka doğru maneələr



BÖLMƏ 2: UŞAQLARIN HÜQUQLARI VƏ PEŞƏKAR JURNALİSTİKA PRAKTİKASI

 

 



1. PEŞƏ KODEKSLƏRI VƏ REDAKSİYA TƏLİMATLARI 

Jurnalistika normalarının yayılması 

 

Mətbuat azadlığı 



 

Kodeks nəyi ehtiva etməlidir? 

 

Media uçot sistemləri 



 

Beynəlxalq kodekslər 

 

Uşaqlara nəzərən davranış kodeksləri 



 

BJF-nin Uşaqlara dair Xəbər Verilməsi üzrə Praktiki Təlimatları 

 

Uşaqların Hüquqları üzrə İnformasiya Şəbəkəsi (UHİŞ): 



Uşaqlar barədə xəbərlərin verilməsi üzrə etik təlimatlar 

ƏLAVƏLƏR 

 

BBC-nin uşaqlara dair redaksiya prinsipləri 



 

Jurnalistlərin statusu və jurnalistika etikası: BJF-nin prinsipləri 

 

BJF-nin Jurnalistlərin Davranışına dair Prinsiplər Bəyannaməsi 



 

2. UŞAĞIN MÜDAFİƏSİ STRATEGİYALARI 

 

Uşaqların qorunması 



Təşkilatlarda uşağın müdafiəsi 

 

26



26

26

27



28

28

29



30

31

33



33

33

34



35

36

36



37

37

39



41

41

45



45

46

46



48

4

MÜNDƏRİCAT 

Mediada uşaq müdafiəsi strategiyaları 

 

3. QANUNA ZİDD OLAN UŞAQLAR 



 

Fərdi tədqiqat: Özbaşına Həbs üzrə İşçi Qrupu 

 

Cinayət məsuliyyətinə görə yaş həddi 



 

Media və qanuna zidd olan uşaqlar: şəxsiyyətin qorunması

Fərdi tədqiqat 1: Birləşmiş Krallıq: Meri Bel 

 

Fərdi tədqiqat 2: Birləşmiş Krallıq: Ceymz Bulqerin qatilləri 



4.ƏHVALATLARIN VƏ MƏNBƏLƏRIN ÖYRƏNILMƏSI 

 

Jurnalistin rolu 



Uşaqların hüquqları barədə xəbərlərin verilməsi üçün lazım olan bacarıqlar 

 

BMT Uşaq Fondunun Uşaqlar barədə Xəbərlərin Verilməsi üzrə Təlimatları 



BMT Konvensiyasının öyrənilməsinə çalışmaq 

 

Əhvalatların mənbələri 



 

Mənbələrin nəzərdən keçirilməsində əsas terminlər 

5. UŞAQLARLA MÜSAHİBƏ APARILMASI 

 

Təsvirlər ilə uşaqlardan istifadə edilməsi 



BMT Uşaq Fondunun Uşaqlarla Müsahibə Aparılmasına dair Təlimatları 

 

Müsahibədən sonra 



 

Uşaqların Xilası - Uşaqlarla Müsahibə Aparılması üzrə Təlimatlar 

 

6. UŞAQLAR SİLAHLI MÜNAQİŞƏDƏ 



 

Media və silahlı münaqişədə olan uşaqlar 

 

7. UŞAQLARIN ÖZ FİKİRLƏRİNİ İFADƏ ETMƏLƏRİ VƏ UŞAQLARA YÖNƏLƏN MEDİA 



Uşaqların cəlb olunması 

Uşaqlar ilə və onlar üçün hazırlanmış media proqramlarının faydaları 

Qlobal kontekst 

Uşaqların mediada mühüm iştirakına qarşı çətinliklər və maneələr 

8. UŞAQLARA DAİR JURNALİSTİKADA QABAQCIL PRAKTİKA 

Qabaqcıl praktikanın nümunələri 

48

49

50



53

55

55



56

57

57



58

59

59



59

62

63



64

65

65



65

67

69



73

74

74



75

76

78



79

Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

5

Müqəddimə

 

Jurnalistlər üçün uşaqların hüquqlarına dair bu 

proqramda sizi salamlamaqdan məmnunuq.

Bu proqramın məqsədi sizi, yəni stajçı jurnalis-

ti konsepsiyalar və məlumatlar ilə təmin etməkdir ki, 

bu da uşaqların hüquqlarını əhatə edən və onlara 

aid olan məsul xəbərlərin verilməsində sizə kömək 

edəcəkdir. 

Bu proqramı başa çatdırdıqdan sonra siz 

xüsusən BMT-nin Uşaq Hüquqları haqqında Kon-

vensiyası kontekstində uşaqların hüquqları-

nı dərk edə biləcəksiniz. Həmçinin siz huquqla-

ra əsaslanma baxımından uşaqlara təsir göstərən 

məsələlər barədə xəbərlərin verilməsini tənqidi 

surətdə qiymətləndirə biləcəksiniz. Bununla siz 

uşaqlarla əlaqədar məsələlərə dair xəbərlərin 

verilməsi üçün təlimatlar və praktiki qayda-

lar haqqında məlumatlı olacaqsınız və hüquqla-

ra əsaslanma baxımından öz təcrübəniz barədə 

peşəkar fikir yürüdə biləcəksiniz. Siz daha çox jur-

nalist və xəbər müxbiri kimi öyrəndiklərinizi gələcək 

karyeranızda tətbiq etməyə və qərəzsiz, dəqiq və 

uşaqların hüquqlarına dair prinsiplərə uyğun şəkildə 

xəbər verməyə qadir olmalısınız. 



 Proqram iki əsas bölmədə 

sistemləşdirilmişdir.

 

Bölmə 1, Uşaqların Hüquqlarının Təqdimatı hü-

quqların dərk edilməsinin nə üçün əhəmiyyətli oldu-

ğu haqda sizə ilkin məlumatı çatdırır və daha sonra 

mükəmməl praktikaya,  habelə uşaqlarla əlaqədar 

xəbərlərin verilməsində yaranan problemlərə və 

çətinliklərə nəzər salacaqdır. 

Bölmə 2 uşaqların hüquqları nöqteyi nəzərindən 

peşəkar jurnalistika praktikasından bəhs edir və 

jurnalist kimi bizim işimizin necə təkmilləşdirilməsi 

barədə düşünməyimiz üçün lazımi strategiyalara və 

kontekstlərə nəzər salır. 

Burada əks olunan material sonradan şərh 

edilməsi üçün bir çox əlavə istinadlar və tövsiyələr 

ilə birlikdə oxunmalıdır. Ümid edirik ki, sizin proq-

ramda öyrəndikləriniz xüsusən uşaqların epizodda 

əsas diqqət mərkəzində olduğu təqdirdə xəbərlərin 

bütün formaları üçün zəmin və istinad nöqtəsini ya-

radacaqdır. 



Uşaqların Hüquqları və Jurnalistika Praktikası –  

Hüquqlara əsaslanan perspektiv 

BÖLMƏ 1: Uşaqların Hüquqlarının Təqdimatı

6

İnsan haqları yerləşmə mövqeyindən və ya digər 

amillərdən, o cümlədən etnik mənsubiyyətindən, 

milliyyətindən və cinsindən asılı olmayaraq insan 

varlıqlarının ayrılmaz, bəşəri hüquqlarına aiddir. 

İnsan haqları insanların onsuz şərəf və ləyaqətlə 

yaşaya bilməyəcəyi ilkin standartlardır.  

İnsan haqları bütün şəxslərin bərabər, 

ümumbəşəri və daimi şəkildə ona malik olmasıdır. 

İnsan haqları ayrılmazdır: siz insan varlı-

ğı kimi mövcud ola bilənə qədər bu hüquqları itirə 

bilməzsiniz.  

İnsan haqları bölünməzdir: «az əhəmiyyətli» və 

ya «qeyri-mühüm» olduğuna görə siz hüququnuz-

dan məhrum edilə bilməzsiniz. 

İnsan haqları qarşılıqlı surətdə 



bir-birindən ası-

lıdır: bütün insan haqları tamamlayıcı strukturun 

tərkib hissəsidir. Məsələn, sizin öz hökumətinizdə 

təmsil olunmaq qabiliyyətiniz fikir ifadə etmək, təhsil 

almaq və hətta ilkin zəruri predmetləri əldə etmək 

hüququnuzun birbaşa təsirinə məruz qalır. 

İnsan hüquqları ideyası təbii hüquqlara dair 

fəlsəfi düşüncədən irəli gəlmişdir. 

Bəzi insanlar iki hüquq arasında heç bir fərq 

görmürlər və onların hər ikisini eyni məram 

göstəricisi kimi nəzərdən keçirirlər, halbuki digərləri 

təbii hüquqlarla ənənəvi bağlı olan bəzi hüquqla-

rın insan hüquqları ilə əlaqədar olmaması üçün 

terminləri ayrıca istifadə edirlər.   

İnsan haqlarının mövcudluğu, etibarlılığı və 

tərkibi fəlsəfədə və siyasi elmdə müzakirə mövzu-

su olmaqda davam edir. Qanuni surətdə insan haq-

ları beynəlxal hüquqda və paktlarda və çoxsaylı 

dövlətlərin daxili qanunvericiliyində müəyyən edilir. 

Hər halda bir çox insanlar üçün insan haqları dokt-

rinası qanundan kənara çıxır və müasir ictimai asa-

yişin tənzimlənməsi üzrə köklü mənəvi əsası forma-

laşdırır. Onlarıin fikrincə, insan haqları demokratik 

ideallardır. 

Bizim hamımızın hüquqlara ehtiyacı vardır. On-

lar bizim yaşamağımıza və inkişaf etməyimizə 

təminat verir və bizi müdafiə edir. Həmçinin hüquq-

lar bizə təsir edən faktlarda əhatə olunan imkanla-

ra malikdir. Hüquqlar hər kəsin bərabər və ədalətli 

şəkildə davranılmasına təminat verir. İnsan haq-

larının müdafiə edilməsi bütün insanların bəşəri 

ləyaqətinə hörmət göstərilməsini tələb etməkdən 

ibarətdir. Lakin hüquqlarla yanaşı öhdəliklər də 

mövcuddur  və bizim hamımız digərlərinin insan 

haqlarına hörmət etməliyik və yalnız onların bizə 

hörmət göstərmələrini tələb etməməliyik. 

İnsan Haqlarına dair Ümumbəşəri 

Bəyannamə

10 dekabr 1948-ci il tarixində Birləşmiş Millətlər 

Təşkilatının Baş Assambleyası İnsan Haqlarına dair 

Ümumbəşəri Bəyannaməni (İHÜB) qəbul etdi və 

elan etdi. Bununla «insan ailəsinin bütün üzvlərinin 

məxsusi ləyaqəti, bərabər və ayrılmaz hüquqla-

rı» tanınmışdır. Bu, təsdiq etmişdir ki, «insan haq-

larına hörmət göstərilməməsi və onların pozulması 

vəhşi hərəkətlərlə nəticələnmişdir» və elan etmişdir 

ki, «söz və din azadlığı, eləcə də qorxu və istəkdən 

azad olmaqdan istifadə edən insan varlıqlarının 

mövcud olduğu dünya sadə insanların ən yüksək 

məqsədi kimi elan edilmişdir».

ЯСАС АРАШДЫРМА ПРЕДМЕТЛЯРИ  

 Инсан щаглары нядян ибарятдир? 



 Инсан Щагларына даир Цмумбяшяри Бяйаннамя  

 Инсан щагларынын мцдафия едилмяси



Bölmə 1: Uşaqların Hüquqlarının Təqdimatı  

1.İNSAN HAQLARI KONSEPSİYASININ TƏQDİM EDİLMƏSİ

İnsan haqları və təbii hüquqlar 

Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

7

 Bəyannamə 30 maddədən ibarətdir ki, bu da bü-

tün şəxslərə zəmanət verilən insan hüquqlarına dair 

BMT-nin mövqeyini təsvir edir. Bəyannamənin il-

kin layihə variantını hazırlayan İnsan Haqları Ko-

missiyasının üzvü Eleanor Ruzvelt demişdir: «Bu, 

bir saziş deyildir.....[gələcəkdə o,] beynəlxalq Bö-

yük Azadlıq Xartiyasına çevrilə bilər...». 5 oktyabr 

1995-ci il tarixində öz çıxışında II Con Paul İHÜB-

ni «zəmanəmizin insan düşüncəsinin ən yüksək 

ifadələrindən biri» adlandırmışdır. 

Hər halda, ABŞ-nın Birləşmiş Millətlər 

Təşkilatındakı səfiri Jan Kirkpatrik bəyannaməni 

«Santa Klausa məktub» kimi adlandıraraq de-

mişdir: «Nə xarakter, təcrübə, nə də ehtimal öz 

müəlliflərinin təfəkkürü və zövqü istisna olmaqla 

heç bir məhdudiyyət qoyulmayan  imtiyazların si-

yahısını bildirir» (Konfrans sənədi: «İnsan Haqları-

na dair Həyat Əhəmiyyətli Siyasətin Yaradılması», 

1981)


Ən mühüm maddələr bunlardır: 

 Maddə 1: «Bütün insan varlıqları öz ləyaqəti və 



hüquqları ilə doğulurlar»

 Maddə 3: Şəxsin həyat, azadlıq və 



təhlükəsizlik hüququ.  

 Maddə 5: İşgəncədən və ya qəddar, qeyri-



insani rəftar və ya cəzalandırmadan azad olma. 

 Maddə 18: Fikir, vicdan və din azadlığı. 



 Maddə 19: Söz və əqidə azadlığı. 

 Maddə 26: Təhsil hüququ. 



İHÜB-nin qəbul edilməsindən sonra BMT Baş 

Assambleyası bütün üzv ölkələri bəyannamənin 

mətnini ictimai şəkildə açıqlamağa və «ölkələrin 

və ərazilərin siyasi vəziyyəti əsasında fərq qoyul-

madan məktəblərdə və digər təhsil müəssisələrdə 

prinsipal surətdə onu yaymağa, nümayiş etdir-

məyə, oxutdurmağa və müfəssəl təfsir etməyə 

sövq etmişdir».

Qinnesin Rekordlar Kitabı İHÜB-ni dünyada «Ən 

Çox Tərcümə Edilmiş Sənəd» kimi təsvir edir. Bu, 

321 dilə və dialektə tərcümə olunmuşdur (2004-cü 

ildən etibarən). 



Hüquqların müdafiə edilməsi

Bir çox qruplar və cərəyanlar insan hüquqları adı 

altında 20-ci əsr ərzində köklü sosial dəyişiklikləri 

əldə edə bilmişlər. Qərbi Avropada və Şimali Ameri-

kada həmkarlar ittifaqları fəhlələrə tətil keçirmək hü-

ququ verən, minimum iş şəraitini yaradan və uşaq 

əməyini qadağan edən və ya tənzimləyən qanun-

ları həyata keçirmişlər. Qadın hüquqları hərəkatı 

bir çox qadınlar üçün səsvermə hüququnu əldə et-

mişdir. Milli azadlıq hərəkatları çoxsaylı ölkələrdə 

müstəmləmə hakimiyyətini süquta uğratmışdır. 

Bunların ən nüfuzlularından biri doğma Hindistanı-

nı Britaniya rejimindən azad etmək üçün Mahatma 

Qandi hərəkatı olmuşdur. 



 ИНСАН ЩАГЛАРЫ НЯДЯН 

ИБАРЯТДИР?

Тябии щцгуглар инсанын характериндя айрылмаз 

олараг вя инсан фяалиййятиндя вя йа дини 

етигадында гейри-тясадцфи кими нязярдян кечирилян 

цмумбяшяри щцгуглардыр. Фярд мцяййян илкин 

щцгугларла ъямиййятя дахил олур вя щеч бир 

щюкумят бу щцгуглары инкар едя билмяз. 

Тябии щцгуглара даир бир нязяриййя кралларын 

илащи щцгугларына зидд олараг Маарифляндирмя 

дюврцндя тябии ганун нязяриййяси цзря ишляниб 

щазырланмышдыр вя либерализмин мяняви ъящятдян 

ясасландырылмасыны тямин етмишдир. 

Хцсусян 17-ъи ясрдя фярдиййятчилик идейасынын 

артмасы иля тябии варлыг олмасына эюря фярдлярин 

щеч кяс вя йа щеч бир ъямиййят тяряфиндян 

позулмамалы олан щцгуглара малик олмасы 

барядя факты вурьуламаг цчцн тябии ганун 

доктриналары дяйишдирилмишдир.

Бялкя дя бу доктринанын ян мяшщур  

формуласы Ъон Локенин йазыларында ашкар 

едилмишдир (1632-1704). О, фярз едирди ки, инсанлар 

тябиятян аьыллы вя мещрибандырлар вя онлар 

ъямиййятин илкин мярщяляляриндя малик олдуглары 

ейни щцгуглары сийаси ъямиййятя доьру дашыйырлар. 

Бунларын арасында ян башлыъасы дини етигад 

азадлыьы, юз щюкумятиндя сясвермя щцгугу вя 

мцлкиййят щцгугудур. 

Тябии щцгуг консепсийасы гануни щцгуг 

консепсийасы иля зиддиййят тяшкил едя биляр: 

тябии щцгуг щятта щюкумят вя йа ъямиййят 

тяряфиндян тятбиг едилмядикдя онун мювъуд 

олмасына лцзум йараныр, щалбуки гануни щцгуг 

юз цзвляринин файдасы наминя щюкумят вя йа 

ъямиййят тяряфиндян спесифик олараг йарадылан бир 

щцгугдар. 

Тяклиф олунан сонракы шярщ 

Peter Ъонс: Щцгуглар, Оксфорд: Palгрейв 

Макмиллан, 1994. 

Ъереми Валдрон, редактор: Щцгуглара даир 

Нязяриййяляр, (Фялсяфядя Оксфорд Мялуматлары), 

Oксфорд: Оксфорд Университетинин Мятбуаты, 1984.


BÖLMƏ 1: Uşaqların Hüquqlarının Təqdimatı

8

Uzun müddət zülmə məruz qalmış irqi və 

dini azlıqlardan ibarət hərəkatlar dünyanın əksər 

hissələrində uğur qazanmışdır. Bunların arasında 

Birləşmiş Ştatlarda qadınların və azlıqların hüquq-

ları uğrunda mübarizə aparan vətəndaş hüquqları 

hərəkatı və daha yaxın fərdi siyasətçilərindən ibarət 

hərəkatlar olmuşdur. İHÜB-nə uyğun olaraq, əsas 

insan haqları aşağıdakılar baş verdikdə pozulur:  

  irq, etiqad və qrupun «şəxs» kimi tanınma-



sı inkar edildikdə (Maddə 2 və 6) 

  kişilər və qadınlar ilə bərabər surətdə dav-



ranılmadıqda (Maddə 2) 

  müxtəlif irqi və ya dini qruplar ilə bərabər 



surətdə davranılmadıqda (Maddə 2) 

  şəxsin həyatı, azadlığı və təhlükəsizliyi 



təhdid olunduqda (Maddə 3) 

  şəxs qul kimi satıldıqda və ya işlədildikdə 



(Maddə 4) 

  zorakılıq qurbanları effektiv məhkəmə 



müdafiəsi vasitəsindən məhrum edildikdə       

(Maddə 8) 

  müvafiq və ədalətli məhkəmə proseduru 



olmadan cəzalar əsassız və birtərəfli qay-

dada təyin edildikdə (Maddə 11) 

  dövlətin nümayəndələri tərəfindən şəxsi 



və ya özəl həyata özbaşına müdaxilə 

edildikdə (Maddə 12) 

  vətəndaşların öz ölkəsini tərk etməsini və 



ya qayıtması qadağan edildikdə 

(Maddə 13) 

  söz və ya din azadlığı məhrum edildikdə 



(Maddə 18 və 19) 

  həmkarlar ittifaqına qoşulmaq hüququndan 



məhrum edildikdə (Maddə 23) 

 təhsildən məhrum edildikdə (Maddə 26) 



İnsan Haqları Bəyannaməsi və onun təsvir etdi-

yi dünya görünüşü Beynəlxalq Amnistiya və Human 

Rights Watch kimi təşkilatlar üçün zəmin yaradır ki, 

bu da zorakılıq hallarına qarşı bütün insan hüquqla-

rını və kampaniyanı artırır. Onlar hər ölkənin insan 

hüquqları sahəsində vəziyyətə dair illik hesabatlar 

hazırlayırlar. 

Çox az qism ölkələr Beynəlxalq Amnistiya 

təşkilatının hesabatına əsasən, mühüm hüquq po-

zuntusuna yol vermirlər. İnsan haqlarına dair 2004-

cü il hesabatında Niderland, Norveç, Danimarka, 

İslandiya və Kosta Rika ən azı bəzi insan hüquqla-

rını pozmayan ölkələr hesab olunur.

Bəzi insanlar dövlətin təşkil etdiyi zorakılı-

ğı aşkarlamağa yönələn söz və mətbuat azadlı-

ğı səbəbindən demokratiyaya nisbətən diktatura 

ölkələrində insan hüquqlarının pozulmasının daha 

adi hal olduğunu hesab edirlər. Hər halda zorakı-

lıqlara demokratik ölkələrində rast gəlinir. Məsələn, 

Makperson hesabatı aşkar etmişdir ki, Britaniya po-

lisi qara dərili gənc Stefen Laurensin ölüm işinin 

araşdırılmasında tamamilə irqçiliyə yol vermişdir. 

Həmçinin, Beynəlxalq Amnistiya təşkilatı silsiləli he-

sabatlar ilə Birləşmiş Ştatlar tərəfindən Qvantana-

mo Körfəzində həbsxana düşərgəsinin saxlanılma-

sını «insan haqlarına dair skandal» adlandırmışdır. 

90 ölkədə milli insan hüquqları institutları 

həmin ölkədə insan haqlarının müdafiə edilməsi, 

gücləndirilməsi və ya monitorinq edilməsi üçün ya-

radılmışdır. 



Qiymətləndirmə təlimatı

İnsan hüquqları konsepsiyasını seçilmiş

məqsədəuyğun müasir mövzu kontekstində 

müzakirə edin.  



Sonrakı şərh və resurslar  

İnsan Hüquqları üzrə Resurs Mərkəzi : http://www1.

umn.edu/humanrts/edumat/background.shtm

Milli İnsan Hüquqları İnstitutlarının Forumu  

http://www.nhri.net/ 

Beynəlxalq Amnistiya  

http://www.amnesty.org/ 

Beynəlxalq Amnistiya təşkilatının 

Ölkə Hesabatı 2006 

http://web.amnesty.org/report2006/index-eng 

Human Rights Watch  

http://www.hrw.org/ 



Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

9

ЯСАС АРАШДЫРМА ПРЕДМЕТЛЯРИ  

 Ушагларын щцгуглары няйя хидмят едир? 



 БМТ-нин Ушаг Щцгуглары щаггында Конвенсийасы  

 Ушаг Щцгуглары Комитяси



УШАГЛАРЫН ЩЦГУГЛАРЫ АЙРЫЪА ИНСАН ЩЦГУГЛАРЫ 

КОНВЕНСИЙАСЫНДА НЯ ЦЧЦН МЦЯЙЙЯН ЕДИЛМЯЛИДИР?

Ушаглар фярддирляр: 

Онлар ня валидейнлярин, ня дя дювлятин мцлкиййятидирляр, ня дя ки, садяъя 

йаранан ъанлы варлыгдырлар; онлар инсан аилясинин цзвляри кими бярабяр статуса маликдирляр. 

Ушаглар бцтцнлцкдя асылы варлыг кими щяйата башлайырлар: 

Онлар сярбястлийя доьру 

бюйцмяляри цчцн тярбийя вя нясищят бахымындан йашлылара архаланмалыдырлыр. Бу ъцр тярбийя 

ушагларын аиляляриндяки йашлыларда идеал тярздя юзцнц эюстярир, лакин ясас гайьыкешляр ушагларын 

ещтийаъларыны йериня йетиря билмяйяндя бошлуьун долдурулмасы ъямиййятдян асылы олур.

2. UŞAQLARIN HÜQUQLARI  

«UŞAQLARIN HÜQUQLARI» dedikdə 18 yaşın-

dan aşağı uşaqların və yeniyetmələr üzrə insan hü-

quqları başa düşülür. Uşaqlığın bizim həyatımızda 

xüsusi dövr olduğu barədə faktın qəbul edilməsi 

ilə uşaqlar və gənclər üçün ayrıca hüquqlar toplu-

su yaradılmışdır. Bu, bizim ən çox böyüdüyümüz və 

öyrəndimiz; qayğımıza qalması və təhlükəsizliyimiz 

üçün digərlərinin köməyinə daha çox ehtiyac duy-

duğumuz; şənlənməyimiz üçün bir dövrdür. 

1989-cu ildə Birləşmiş Millətlər Təşkilatı uşaqla-

rın məxsusi konvensiyaya ehtiyacı olduğu razılı-

ğa gəldi. Uşaqlar və gənclər üçün bu hüquqlar top-

lusu Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqla-

rı haqqında Konvensiyası adlanır. Bu, onu göstərir 

ki, 18 yaşından aşağı uşaqlar hər hansı irqi, dini və 

bacarıqları, hər hansı düşündükləri və ya dedikləri 

və hər hansı təmsil etdikləri ailə növünü əhatə etdi-

yi kimi bütün hüquqlara malikdirlər. 

  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə