UŞaqlarin hüquqlari və jurnaliSTİka praktikasi hüquqlara əsaslanan perspektiV



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix22.04.2017
ölçüsü1,25 Mb.
#15608
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

2. Peşəyə yiyələnmək  

2.1 Peşəyə yiyələnmək sərbəst olmalıdır. 

Gələcək jurnalistlərin peşə səviyyəsi mümkün 

qədər yüksək olmalıdır. 

2.2 Stajçı jurnalistlər naşirlərin və jurnalistlər it-

tifaqlarının razılaşdırdığı şərtlərə əsasən müvafiq 

keçməlidirlər. 

2.3 Təyinatlar ixtisaslı jurnalistlərlər, yəni 

jurnalistlər ittifaqlarının və media təşkilatlarının 

razılaşdırdığı minimum peşə ixtisaslarına ma-

lik olan şəxslərlə məhdudlaşır. Bu cür ixtisas-

lı jurnalistlər kollektiv sazişlərdə olduğu kimi tanın-

malıdır. İşəgötürənlər qəbul edirlər ki, xidmət etdiyi 

cəmiyyəti əks etdirmək ümumilikdə medianın və ay-

rılıqda işəgötürənin vəzifəsidir. 

3. VİCDAN BƏNDİ

3.1 Jurnalistikanın həyata keçirilməsində 

jurnalistlər öz vicdanlarına uyğun olaraq hərəkət 

etmək hüququna malikdirlər. İşəgötürənin siyasi, 

fəlsəfi və ya dini kursunda köklü dəyişiklik olduq-

da, jurnalist heç bir xəbərdarlıq etmədən öz əmək 

müqaviləsinə xitam verə və işəgötürən tərəfindən 

onun əmək müqaviləsinə xitam verildiyi halda 

jurnalistə ödəniləcək məbləğə ekvivalent olan kom-

pensasiyanı ala bilər. 

3.2 Heç bir jurnalist milli səviyyədə tərtib olun-

maqla jurnalistlərin qəbul etdiyi etika kodeksi ilə 

müəyyən edilib-edilməməsinə baxmayaraq, onun 

öz peşə etikasını pozacağını və ya BJF tərəfindən 

qəbul olunduğu kimi beynəlxalq səviyyəli Jurnalis-

tika Davranışı üzrə Prinsiplər Kodeksinə uyğun ol-

mayacağını hesab etdiyi hər hansı hərəkət və ya 

əməl törətməsi üçün işəgötürən və ya işəgötürənin 

adından fəaliyyət göstərən hər hansı şəxs 

tərəfindən istiqamətləndirilməməlidir. Heç bir jurna-

list öz vicdanına uyğun olaraq hərəkət etməsi üçün 

malik olduğu hüququn müdafiəsi üzrə hər hansı 

üsulla cəzalandırıla bilməz. 

JURNALİSTLƏRİN STATUSU VƏ JURNALİSTİKA ETİKASI:

BJF-NİN PRİNSİPLƏRİ

BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası


Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

45

4. Redaksiya müstəqilliyi  

4.1 Redaksiya müstəqilliyinin minimum ümumi 

standartları bütün mediada tətbiq edilməlidir. 

4.2 Bu minimum standartlara daxil edilməlidir: 

  nəşriyyat evlərinin və yayım stansiyaları-



nın mənəvi və intellektual kapitalını təcəssüm 

etdirən redaksiya heyəti;

 



  redaksiya şurasının aşağıdakı məsələlərə to-



xunan qərarlar barədə məsləhətləşmək 

hüququ:


 baş redaktorun təyinatı və işdən azad olunması;

  qəzet/yayım stansiyasının redaksiya strategi-



yasının və xəbər buraxılışın müəyyən edilməsi;   

 kadr siyasəti; 



  redaksiya şöbəsində jurnalistlərin vəzifələrinin 

başqasına həvalə edilməsi/dəyişdirilməsi;

  redaksiya siyasəti ilə əlaqədar şikayət 



məsələlərində redaksiya şurasının öz 

fikirlərinin ifadə etmək hüququ;

  həmkarlar ittifaqının peşə kodeksində 



göstərildiyi kimi jurnalistin təyinatı onun peşə 

etikasını pozacağını sübut edərsə, jurnalistin 

təyinatdan imtina etmək hüququ;

  redaksiya heyətinin redaksiyanın xəbər bu-



raxılışına üçüncü tərəflərin idarəetmə 

müdaxiləsinin qarşısını almaq hüququ;

  Avropada jurnalistlərin bərabər əmək haqqı al-



maq və peşə karyerasında bərabərlik hüququ.

  Şikayətlər olduqda, redaksiya şurası, baş re-



daktor və rəhbərlik səmimi danışıqlar apa-

rır. Jurnalistlər assosiasiyalarının və ittifaqla-

rının nümayəndələri mövcud əmək/mətbuat 

qanunvericiliyinə uyğun olaraq danışıqlarda iş-

tirak edə bilərlər. 

5. Özünütənzimləmə və 

jurnalistika etikası 

5.1 BJF hesab edir ki, etika kodeksi və ya dav-

ranış kodeksləri peşəkarların özləri tərəfindən tərtib 

olunmalıdır. 

5.2 BJF-nin ilk dəfə 1954-cü ildə qəbul edil-

miş Davranış Kodeksi Avropada bütün milli tipik 

jurnalistlər təşkilatları tərəfindən qəbul olunmuş eti-

ka kodeksini təmin edir. Bu baxımdan BJF-nin Dav-

ranış Kodeksi jurnalistlərin və naşirlərin könül-

lü surətdə qəbul etməsi vasitəsilə etik məsələlər 

barədə ümumi anlaşma üçün əsas yaradır. Bu 

sahədə BJF milli hökumətlərin fəal rolunu nəzərdə 

tutmur.  

BJF-nin Jurnalistlərin Davranışına 

dair Prinsiplər Bəyannaməsi

Bu beynəlxalq Bəyannamə hadisələrin təsvir 

olunmasında xəbərlərin və informasiyanın topla-

nılması, verilməsi, yayılması və şərh edilməsi ilə 

məşğul olan jurnalistlər üzrə peşə davranışı norma-

sı kimi elan edilmişdir. 

1. Həqiqətə və ictimaiyyətin həqiqəti öyrənmək 

hüququna hörmət edilməsi jurnalistin birinci 

vəzifəsidir. 

2. Bu vəzifəni yerinə yetirərkən jurnalist bü-

tün vaxtlarda xəbərlərin vicdanla toplanılmasın-

da və nəşr edilməsində azadlığın və ədalətli şərh 

və tənqid etmək hüququnun prinsiplərini müdafiə 

etməlidir.

3. Jurnalist yalnız mənbəyini bildiyi faktlara uy-

ğun olaraq xəbər verməlidir. Jurnalist mühüm 

məlumatları gizlətməməli və ya sənədləri saxtalaş-

dırmamalıdır. 

4. Jurnalist xəbərlərin, fotoşəkillərin və 

sənədlərin alınmasında yalnız ədalətli metodlardan 

istifadə etməlidir.  

5. Zərərli surətdə qeyri-dürüst olduğu aşkar 

edilməklə hər hansı nəşr olunmuş məlumatın təshih 

edilməsi üçün əlindən gələni əsirgəməməlidir. 

6. Jurnalist məxfi şəkildə əldə olunmuş informa-

siyanın mənbəyinə nəzərən peşə sirrini qoruyub 

saxlamalıdır. 

7. Jurnalist medianın doğurduğu ayrı-seçkilik 

təhlükəsindən xəbərdar olmalı və digər meyarlar 

arasında irq, cins, cinsi meyllilik, dil, din, siyasi və 

ya digər fikirlər və milli və yaxud sosial mənşələr 

əsasında bu cür ayrı-seçkiliyin dəstəklənməsinə yol 

verilməməsi üçün bütün mümkün səylərdən istifadə 

etməlidir. 

8. Jurnalist aşağıdakıları ağır peşə cinayətləri 

kimi hesab etməlidir:

 



 plagiatorluq 



 qəsdən təhrif etmə 

 iftira,böhtan, diffamasiya, əsassız ittihamlar 



  faktın nəşri və ya gizlədilməsinin müqabilində 

hər hansı formada rüşvət alma

 

. Jurnalistlər adlarına layiq şəkildə yuxarıda 



göstərilən prinsiplərə ehtiramla riayət olunması-

nı öz vəzifələri kimi hesab etməlidirlər. Hər ölkənin 

ümumi qanunu çərçivəsində jurnalist hökumətlər və 

ya digərləri tərəfindən hər hansı növ müdaxilənin 

istisna edilməsi ilə peşə məsələlərində yalnız 

həmkarlarının yurisdiksiyasını qəbul etməlidirlər.     



1954-cü ildə BJF-nin Ümumdünya Konqresində 

qəbul edilmişdir. 1986-cı ildə Ümumdünya Konqresi 

tərəfindən düzəlişlər edilmişdir. 

46

Bu sahəni əhatə edən JURNALİSTLƏR uşa-

ğın müdafiəsi strategiyaları ilə tanış olmalı, on-

ların resenziyasını irəli sürməli, tənqidi fikirlərin 

dinlənildiyinə təminat verməli və bu cür strategiyala-

rın təşkilatlar və hökumət tərəfindən dəstəkləndiyini 

müşahidə etməlidir. 

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqla-

rı haqqında Konvensiyasına əsasən öyrəndiyimiz 

kimi, uşağın qorunması ilə əlaqədar ən mühüm 

maddələr aşağıdakılardır: 

  Maddə 19 şərtləndirir ki, uşaqlar fiziki və 



ya əqli zorakılığın bütün formalarından, 

xəsarətdən və ya təcavüzdən, laqeydlikdən 

və ya laqeyd davranışdan, kobud rəftardan 

və ya istismardan, o cümlədən onlara qayğı 

göstərənlərin seksual zorakılığından müdafiə 

olunmaq hüququna malikdirlər. 

  Maddə 12 şərtləndirir ki, özünəməxsus fikirləri 



formalaşdırmaq qabiliyyəti olan uşaqların on-

lara toxunan bütün məsələlərdə yaşa və 

yetkinliyə uyğun olaraq lazımi diqqət yetirilən 

həmin fikirləri ifadə etmək hüququna təminat 

verilməlidir. 

  Nəhayət, Maddə 3 şərtləndirir ki, təşkilatlar 



uşaqlara dair məsələlərə toxunan qərarları 

qəbul edərkən uşağın ən yaxşı maraqları baş-

lıca olaraq nəzərdən keçirilməlidir. 

Uşaqların qorunması  

UŞAĞIN müdafiəsi uşaqların qəsdən və 



bilmədən baş verən zərərdən qorunması mənasını 

kəsb edir. Bu, xüsusən uşaqlara qayğı göstərən 

təşkilatların - və həmin təşkilatlarla əlaqədar 

şəxslərin – vəzifəsinə aiddir. Təşkilatın daxilində və 

ya xaricində zərərin baş verib-verməməsindən asılı 

olmayaraq, uşaqların qorunmasına səy göstərmək 

onlarla ünsiyyətdə olan hər bir təşkilatın məsuliyyəti 

hesab edilir. 

Özünün ən sadə formasında uşağın müdafiəsi 

hər bir uşağın zərərə məruz qalmamaq hüququna 

istiqamətlənir. Bu, uşaqların yaşaması, inkişaf etməsi 

və böyüməsi üçün tələbatlarının yerinə yetirildiyinə 

təminat verən digər hüquqları tamamlayır. 

Uşağın müdafiəsi geniş miqyaslı mühüm və 

çoxşaxəli məsələləri əhatə edir. Uşaq fahişəliyi 

kimi əksər məsələlər iqtisadi amillərlə sıx şəkildə 

əlaqədardır. Evdə və ya məktəblərdə zorakılıq 

kimi digər hallar yoxsulluq, sosial dəyərlər, norma-

lar və ənənələr ilə daha sıx surətdə bağlı ola bilər. 

Məsələn, uşaq alveri sahəsində cinayətkarlığa tez-

tez rast gəlinir. Uşaq pornoqrafiyasının artmasında 

göründüyü kimi, hətta elmi-texniki tərəqqi müdafiə 

aspektlərini önə çəkir. 

   Birləşmiş Krallığın Uşağın Ümidi təşkilatı 

uşaqların məruz qaldığı zorakılıq/zorlanmanın dörd 

növünü müəyyən etmişdir: 



Özünə qəsdməsələn, qəsdən özünü kəsmə və 

özünə xəsarət yetirmə; cəhd edilmiş və faktiki inti-

har. 

Həmyaşıd tərəfindən zorlanmaməsələn, qor-

xutma; fiziki və cinsi zorlanma; qrup tərəfindən zo-

rakılıq. 

Yaşlılar tərəfindən zorlanmaməsələn, məişət 

zorakılığı (fiziki, psixoloji, cinsi); məktəblərdə və 

təşkilatlarda döyülmə cəzası; seksual zorlanma və 

istismar. 



Sosial zorlanma: uşaqlara qarşı zorakılı-

ğı, fəal surətdə stimullaşdıran və ya avtoma-

tik olaraq buna imkan verən sosial, siyasi, iqtisa-

di və mədəni mühit, məsələn, küçə uşaqlarının 

«təmizlənməsini» dəstəkləyən siyasi kampaniyalar

məqbul uşaq tərbiyəsi kimi uşaqların fiziki və alçal-

dıcı tərzdə cəzalandırılmasını stimullaşdıran dinlər 

və mədəniyyətlər; zorakılığın mediada geniş yayıl-

ması; bərabər hüquqlara layiq olan insan varlıqla-

rı kimi deyil, kişilərin/valideynlərin «mülkiyyəti» kimi 

qadınların və uşaqların düşüncələrini yüksəldən 

mədəni münasibətlər.



ЯСАС АРАШДЫРМА ПРЕДМЕТЛЯРИ

  Ушаьын мцдафияси стратеэийалары. Онлар нядян ибарятдир вя журналистляр иля бирликдя няйя сяй



эюстярмялидир? 

 Ушаьын мцдафияси стратеэийаларына нязарятин горунмасы



 Ушаьын мцдафияси стратеэийаларынын дястяклянмяси 

 Ушаьын мцдафияси стратеэийалары вя мятбуат азадлыьы



UŞAĞIN MÜDAFİƏSİ STRATEGİYALARI 

BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası

Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

47

Uşaqlara qarşı zorlanma və zorakılıq həm 

təşkilat daxilində (məsələn, müəllimlər, sosial işçilər, 

valideynlər, həmyaşıdlar, sponsorlar, könüllülər 

tərəfindən), həm də təşkilat xaricində (məsələn, 

valideynlər tərəfindən icmada/cəmiyyətdə, polislər, 

kənar müəllimlər, mağaza sahibləri, qanqsterlər) in-

sanlar tərəfindən törədilə bilər. 

İnsan haqlarının pozulması ilə yanaşı uşağın 

müdafiə olunmaq hüququnun pozulması da uşa-

ğın yaşaması və inkişafına qarşı yönələn kütləvi, ta-

nınmayan və açıqlanmayan maneələr hesab edi-

lir. Bunun əksinə olaraq, uğurlu müdafiə uşağın fizi-

ki və əqli cəhətdən sağlam, inamlı və özünəhörmət 

hissi ilə böyümək imkanlarını artırır və digərlərinin, o 

cümlədən onun öz uşaqlarının zorlanmasını və ya is-

tismarını azaldır. 

Uşağın müdafiəsi dünyanın hər bir ölkəsində ak-

tual məsələdir: 

  Hər hansı mövcud vaxtda 300000-dən çox aş-



yaşlı əsgər, səkkiz yaşınadək bəzi azyaşlılar 30 

ölkədə silahlı münaqişə şəraitində istismar olu-

nurlar. 1990-cı ildən etibarən silahlı münaqişənin 

birbaşa nəticəsi kimi iki milyondan çox uşağın 

tələf olacağı proqnozlaşdırılmışdır. (Bu məsələ 

sonrakı bənddə daha geniş təfsilat ilə açıqlanır.)

  Qanuna zidd olması nəticəsində bir milyondan 



çox uşaq həbsxana şəraitində yaşayır. Təkcə 

Mərkəzi və Şərqi Avropada təqribən 1,5 milyon 

uşaq dövlət müəssisəsində yaşayır. Ayrıca QİÇS 

səbəbindən 13 milyon uşağın yetim qala biləcəyi 

hesablanmışdır. 

  180 milyondan çox uşaq təhlükəli şəraitdə və ya 



vəziyyətdə işlədiyi halda, təxminən 250 milyon 

uşaq uşaq əməyinə cəlb olunmuşdur. 

  Təqribən 1,2 milyon uşaq hər il daşınaraq



satılır.

  Kommersiya məqsədilə seksual ticarətdə 



uşaqların sayı üzrə 1995-ci ilin hesablaması 

göstərmişdir ki, bir milyon uşaq (əsasən qızlar, 

habelə xeyli sayda oğlanlar) hər il çoxmilyard-

lı sahəyə cəlb olunmuşdur. Hazırda rəqəmlər 

daha yüksək ola bilər. 

  15 yaşından aşağı olan qırx milyon uşaq zorlan-



ma və laqeydlikdən əziyyət çəkir, sağlam və so-

sial qayğıya ehtiyac duyur. 

Uşaqların qorunmasında yaranan nöqsanlar mil-

li inkişafı sarsıdır və uşaqlıq dövründən fərdin yaş-

lı həyatına doğru itkilərə və mənfi təsirlərə malik-

dir. Uşaqlar zorakılıq, zorlanma və istismardan 

əziyyət çəkdikcə, beynəlxalq aləm uşaqlara qarşı öz 

öhdəliklərini yerinə yetirə bilməyəcəkdir; bu, həmçinin 

Minilliyin İnkişaf Məqsədləri ilə Minilliyin Gündəliyi 

kimi belə sənədlərdə və Uşaq Hüquqları haqqın-

da Konvensiyaya əsasən hökumətin öhdəliklərində 

müəyyən edildiyi kimi inkişaf səylərini təmin edə 

bilməyəcəkdir. 

Uşaqlar bütün insan hüquqlarına malikdirlər və 

beləliklə, beynəlxalq və regional səviyyələrdə in-

san haqları üzrə bütün mexanizmlər onları müdafiə 

ilə təmin etməlidir. Bu, BMT qurumları və ya regi-

onal insan haqları təşkilatlarına (Afrikanın Bəşəri 

və İnsan Hüquqları Komissiyası kimi) şamil olu-

na bilər. Eynilə konstitusiya məhkəmələri kimi in-

san haqlarının qorunması  mexanizmləri həmçinin 

onların uşaqların müdafiə edilmək hüququnu 

dəstəklədiyinə təminat verməli olduqda bu, milli 

səviyyədə öz qüvvəsini saxlayır. 

Hökumətlər əsas qaydaların qanunvericilikdə 

saxlanıldığına və xüsusən müvafiq peşəkar asso-

siasiyalar və qurumlar tərəfindən daha ətraflı və 

müfəssəl təlimatların qəbul edildiyinə, tətbiq olun-

duğuna və nəzarət edildiyinə təminat verə bilərlər. 

Uşağın müdafiəsi üzrə əsas beynəlxalq me-

xanizm Uşaq Hüquqları Komitəsidir, onun başlı-

ca funksiyası Konvensiyaya tərəfdar olan bütün iş-

tirakçı dövlətlərin dövri surətdə təqdim etməli ol-

duqları hesabatları nəzərdən keçirməkdən ibarətdir. 

Hesabatlara dövlətin qəbul etdiyi qanunlar və 

digər tədbirlər barədə məlumatların daxil edilməsi 

nəzərdə tutulur ki, bu da Konvensiyada tanınan hü-

quqlara, o cümlədən həmin hüquqların istifadəsi 

üzrə müdafiə və tərəqqiyə öz təsirini göstərir. 

Uşaq Hüquqları haqqında Konvensiyaya uy-

ğun olaraq, hökumətlər bütün uşaqları müdafiə 

etməlidirlər və bu sahədə hər hansı nöqsanlara 

görə məsuliyyət daşıyırlar. Lakin hüquqi norma ilə 

onun icrası və yaxud tətbiqi arasında böyük boşluq 

vardır. Bu, jurnalistlərin hüquqi norma və standar-

tın tətbiqi və icrası barədə sualları ilə müdaxilə edə 

biləcəyi bir sahədir. 

Uşağın müdafiəsinin başlıca məqsədi uşaqla-

rın qorunmasına cavabdeh olanların öz öhdəliyini 

qəbul etdiyinə və onu yerinə yetirmək iqtidarın-

da olduğuna təminat verməkdən ibarətdir. Bir 

daha jurnalistlər uşaqların qorunması öhdəliyini 

öz üzərinə götürən şəxslər barədə suallarını irəli 

sürməlidirlər. Onlara adekvat şəkildə təlim keçiril-

mişdirmi? Onların təhlükəsizliyi və etibarlılığı yoxla-

nılmışdırmı? 

Etik və hüquqi tələbləri nəzərə alaraq, uşağın 

müdafiəsi hər bir funksiya ilə cəmiyyətin istənilən 

təbəqəsində hər kəsin işi hesab edilir. Bu, hökumət, 

hakimlər, müəllimlər, həkimlər, valideynlər və me-

dia üçün öhdəliklər yaradır. Bu öhdəliklər ölkədə 

qüvvəyə minən hüquqi normalarda əks oluna 

bilər. Həmçinin onlar hökumətin seçimlərində, o 

cümlədən resursların ayrılmasında əks etdirilə bilər. 

Onlar media təşkilatlarının tənzimləyici norma və 

qaydalar kodekslərində və təlimatlarında getdikcə 

daha çox təcəssüm etdirilir. 


48

Təşkilatlarda uşağın müdafiəsi 

Uşağın müdafiəsi hazırda gənclərlə işləyən bü-

tün qurumları narahat edən bir məsələdir. Bu, bi-

zim diqqətimizdə bütün uşaqların və gənclərin rifahı 

və təhlükəsizliyinə təminat verilməsinə yönəlir. Uşa-

ğın müdafiəsi strategiyaları «uşağın təhlükəsizliyinə 

təminat verən təşkilatların» yaradılmasına kömək 

edir, eləcə də çətin vəziyyətlərin aradan qaldırılma-

sı üzrə mexanizmin tətbiqinə imkan yaradır. Həmçinin 

onlar uşaq haqda daha məlumatlı mədəniyyəti elə 

formalaşdıra bilər ki, təşkilatlar uşaqların hüquqları 

perspektivindən öz fəaliyyətini nəzərdən keçirsinlər. 



«Güclü siyasət çətin vəziyyətlərin aradan qaldırıl-

masında sizi istiqamətləndirəcəkdir. Böhran yaran-

dıqda, aydın tərzdə düşünmək çətin ola bilər. Əgər si-

zin etibarlı siyasətiniz vardırsa, hər hansı məlumatlı 

üsulla reaksiyanızı bildirə və istənilən iştirakçının fay-

dası və ya itkisi ilə qərəzli ittihamlara yol verməyə 

bilərsiniz.» (ECPAT Avstraliya) 

Bir çox təşkilatlar bu sahədə fəaliyyəti və prose-

durları müəyyən edən özünəməxsus uşaq müdafiəsi 

strategiyalarına malikdir. Ayrı-ayrı ölkələrdə milli uşaq 

idarələri təlimatlar hazırlamışlar və uşaq müdafiəsi 

strategiyasını tərtib etmək üçün uşaqlar və gənclər ilə 

ünsiyyətdə olan bütün təşkilatları dəstəkləyir.       

Birləşmiş Krallığın Uşağın Ümidi təşkilatı uşaq 

müdafiəsi strategiyaları və prosedurları tərtib 

etməkdə qurumlara köməklik göstərmək üçün me-

todlar kompleksini işləyib hazırlamışdır. Bu, uşaq 

müdafiəsi strategiyalarını hazırlamaq, icra etmək və 

qiymətləndirmək üçün lazımi uşaq müdafiəsi prose-

sinin və mərhələlərinin əsas prinsiplərini təsvir edir. 

«Uşağın təhlükəsizliyinə təminat verən təşkilatın» ya-

radılması üçün altı mərhələni sadalayır: 

1. uşaq müdafiəsi və uşaq zorakılığı konsepsiyala-

rının öyrənilməsi 

2. təşkilatın hansı səbəbdən uşaq müdafiəsi stra-

tegiyalarına və prosedurlarına ehtiyacı ola biləcəyinin 

araşdırılması  

3. uşaq müdafiəsi strategiyalarının və prosedurla-

rının səmərəli tərtibatına və icrasına təminat verilməsi 

üçün təşkilati prinsiplərin nəzərdən keçirilməsi 

4. təşkilat daxilində strategiyanın və prosedurların 

necə tərtib olunması 

5. icraya dair təlimatların daxil edilməsi 

6. təşkilatlar tərəfindən qarşılaşan maneələrin və 

çətinliklərin necə əhatə olunması və mümkün həll 

vasitələrinin araşdırılması 



Mediada uşaq müdafiəsi 

strategiyaları 

Media uşaqların qorunmasında mühüm rol oynaya 

bilər. İlk növbədə, media təşkilatlarının uşaq hüquqla-

rının təhlükə altında qoya bilməklə, öz heyətinin hər 

hansı davranış tərzini qorumaq üçün uşaq müdafiəsi 

strategiyalarını həyata keçirə bilər. Məsələn, BBC 

uşaqlar və gənclər ilə iş aparılmasında özünün Uşaq 

Müdafiəsi Strategiyasının prinsiplərinin tətbiq olunma-

sını işçi heyətindən tələb edir:

«On səkkiz yaşından aşağı olan şəxsin rifa-

hı bizim başlıca düşüncəmizdir. Bu, onun maraq-

larını ifadə edir və onun təhlükəsizliyi hər han-

sı redaksiya tələbatının daha çox üstünlük təşkil 

etməlidir. Yaşından, zəifliyindən, cinsindən, irqi və 

ya etnik mənşəyindən, dini etiqadından və seksual 

meylliliyindən asılı olmadan bütün uşaqlar və gənclər 

zərərdən və ya zorlanmadan müdafiə olunmaq hüqu-

quna malikdirlər». 

«Fəaliyyətimiz zamanı uşağın risk altında ola 

biləcəyinə şübhə ediriksə və ya gənc tərəfindən 

uşağın rifahı məsələsinə (BBC personalına qar-

şı ittiham daxil olmaqla) hazırlıq reaksiyasını nü-

mayiş etdiririksə, vəziyyət barədə Uşaq Müdafiəsi 

Strategiyası üzrə məsul bölmə rəhbərinə məlumat 

verilməlidir.» 

Xəbər qurumunda əksər uşaq müdafiəsi strate-

giyaları gənclərin şəxsi həyatının toxunulmazlığı-

na hörmət etməklə və övladlığa götürülən uşaqla-

rın adlarının istifadəsini məhdudlaşdırmaqla uşaq-

ların şəxsiyyətinin müəyyənləşdirilməsinə dair 

təlimatlardan ibarət olacaqdır. Onlar uşaqların və 

gənclərin rifahının qorunması üçün prosedurların 

tətbiq olunduğuna təminat verir. Uşaqlarla iş apa-

ran bəzi QHT-lər uşaq məsələləri sahəsində çalışan 

jurnalistlər üçün təlimatlar hazırlamışlar və məsələn, 

fotoşəkillərdəki uşaqların istifadəsi üzrə özünəməxsus 

strategiyaya malikdirlər

Daha əhəmiyyətli dərəcədə media uşaqların qo-

runmasında iştirak etmək məqsədilə ictimai rəyin 

səfərbər olunmasına kömək edə və hər hansı yolla, 

zorakılıq və yaxud sadəcə münasib sistemlərin çatız-

mazlığı vasitəsilə uşaqları təhlükə altında qoyanları 

nümayiş etdirə bilər. Əgər hökumət uşaqların müdafiə 

edə bilməzsə, media onu cavabdeh hesab etməlidir. 



Qiymətləndirmə təlimatı  

Uşaq müdafiəsi strategiyaları barədə məlumatlı 

olmaq fəaliyyət göstərən jurnalist üçün vacibdir-

mi? Uşağın müdafiəsinin başlıca mövzu olduğu 

xəbər materiallarının nümunələrini əldə edin. Jurna-

list uşaq müdafiəsi strategiyaları barədə nə dərəcədə 

məlumatlıdır? Sual doğuran məqaləni siz necə 

təkmilləşdirərsiniz? 



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin