Sonrakı resurslar
Uşaqların Hüquqları üzrə İnformasiya
Şəbəkəsi:
Yuvenal Ədliyyə üzrə Beynəlxalq Normalar və
Standartlara Bələd olun. 10/08/2006
(Onuncu sessiyaya dair hesabat, oktyabr/no-
yabr 1995, Uşaq Hüquqları haqqında Konvensiya /
Maddə/46, paraqraf 220):
http://www.crin.org/resources/infodetail.
asp?id=9711
Birləşmiş Krallığın Uşaqların Xilası təşkilatı,
«Yuvenal Ədliyyə»: «Qanuna Zidd olan Uşaqlar ilə
İş aparılmasının Müasir Konsepsiyaları»:
http://www.crin.org/resources/infodetail.
asp?id=11042
Birləşmiş Millətlər Təşkilatı: Qanuna zidd olan
uşaqların açıqlanmamış əhvalatları:
http://www.un.org/events/tenstories_2006/story.
asp?storyID=2800
Uşaqların Hüquqları üzrə İnformasiya Şəbəkəsi
- Mövzu: Qanuna Zidd olan Uşaqlar:
http://www.crin.org/themes/ViewTheme.
asp?id=16
BBC-nin Bütün Dünyadakı Uşaqlar üzrə
Ədliyyə Sistemi: Sinifdə istifadə oluna bilən Radio
Seqmentlər və Blok Yayımları:
http://news.bbc.co.uk/1/hi/programmes/docu-
mentary_archive/6090608.stm
BBC Xəbərləri – Ceymi Bulqerin Qatilləri üzrə
Məhkəmə Hüquqları:
http://news.bbc.co.uk/1/hi/uk/295752.stm
http://news.bbc.co.uk/1/hi/uk/567578.stm
«Körpələr və Cinayətkarlıq: Yaponiyada və Ame-
rika Birləşmiş Ştatlarında Gənclərin İşıqlandırılma-
sının Müqayisəli Tədqiqatı», Tom Brislin və Yaşuhi-
ro İnou. Kütləvi Media Etikası Jurnalı, 2007 22(1),
səhifələr 3-17
Media üzrə qanunlar toplularının əksəriyyəti
xəbərlərin verilməsi, uşaqlar və qanunvericilikdən
bəhs edən fəsildən ibarət olacaqdır.
BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası
Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi
57
Jurnalistin rolu
Jurnalist BMT-nin Uşaq Hüquqları haqqında
Konvensiyası üçün o qədər də hüquq müdafiəçisi
hesab edilmir. Əksər şəxslər uşaqların qorunması-
na və onlar üçün lazımi səylərin göstərilməsinə üs-
tünlük versələr də, jurnalistin vəzifəsi ictimaiyyətin
maraqlarına xidmət edir və özünün peşə etikası-
nı dəstəkləyir. Jurnalist lazım gəldikdə, resenziya
vermək hüququnu özündə saxlayır və bütün fikirlərin
dinlənildiyinə təminat verir.
1920-ci illərdə müasir jurnalistika yenicə forma-
laşdıqca, yazıçı Valter Lipman və Amerika filosofu
Con Dyui demokratiyada jurnalistikanın rolu barədə
müzakirə aparırdılar. Onların fərqli təfəkkürləri jur-
nalistikanın cəmiyyətdə və milli dövlətdə rolu barədə
müzakirəni hələ də səciyyələndirir.
Lipman hesab edirdi ki, həmin vaxtda jur-
nalistikanın rolu ictimaiyyət ilə siyasi kursu
müəyyənləşdirən elita arasında bir vasitəçi və ya
tərcüməçi kimi fəaliyyət göstərməkdən ibarətdir.
Jurnalist orta xəttin tərəfdarına çevrilirdi. Hakim
dairələrin təmsilçiləri danışarkən, jurnalistlər qulaq
asır, məlumatları yazır, onları işləyib hazırlayır və
ictimaiyyətin ixtiyarına verirdi. Onun mülahizəsinə
görə, ictimaiyyət müasir cəmiyyətdə formalaşan in-
formasiyanın artan və kompleks axınını müəyyən
etməyə qadir deyildir və beləliklə, kütlələr üçün
xəbərlərin ayırd edilməsi baxımından jurnalistə ehti-
yac duyulurdu.
Dyui isə digər tərəfdən hesab edirdi ki,
ictimaiyyət nəinki hakim elita tərəfindən hazırlanan
və reaksiya göstərilən məsələləri dərk etmək, eləcə
də müzakirə və debatdan sonra qərarların qəbul
edilməli olduğu ictimai forumda iştirak etmək iqtida-
rındadır.
Məsələlər tamamilə araşdırılarkən, ən opti-
mal ideyalar üzə çıxardı. Dyui güman edirdi ki,
jurnalistlər yalnız ictimaiyyəti məlumatlandırmalı
deyil, habelə məlumatların sadəcə çatdırılma-
sı ilə bərabər digər məsələlər haqda xəbərlər
verməlidirlər. Dyui hesab edirdi ki, jurnalistlər
məlumatları toplamalı, daha sonra hakim elita
tərəfindən qəbul edilmiş strategiyaların nəticələrini
ictimaiyyət qarşısında müqayisə etməlidir.
Lipmanın jurnalistika fəlsəfəsi hökumət baş-
çıları üçün daha məqbul hesab edilirdisə, Dyu-
inin yanaşma metodu nə qədər jurnalistin özü-
nün cəmiyyətdəki rolunu qiymətləndirdiyini və
öz növbəsində nə qədər insanın jurnalistlərin
fəaliyyət göstərəcəyinə ümid bəslədiyini təsvir edir-
di. Məsələn, Amerikalılar jurnalistlər tərəfindən yol
verilən xətaların və nöqsanların bəzilərini tənqid
edə bilərlər, lakin onlar jurnalistlərin cari məsələlər
barədə ictimaiyyəti məlumatlandırmaqla hökumət
dairələri, iş adamları və digər vasitəçilər üzərində
nəzarətçi kimi xidmət göstərəcəyinə ümid edirlər.
Artıq müzakirə etdiyimiz kimi, media ictimaiyyətin
marağına uyğun şəkildə hərəkət etməlidir. Ge-
niş yayılmış tendensiyaya görə, jurnalistikanın
rolu fəaliyyəti və funksiyaları sosial və siyasi həyat
tərzinə toxunan dövlət məmurlarında və qurumla-
rında məsuliyyət hissini aşılamaqdan ibarətdir. Bu,
əhvalatlar üzrə əksər materialların mənbəyi hesab
olunur. Uşaqların hüquqları və Birləşmiş Millətlər
Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiya-
sı kontekstində bu, xəbərlərin verilməsi haqda qarşı-
mızda yeni perspektivlər yarada bilər.
Məsələn, uşaq zorakılığı haqqında əhvalatda
süjet xətti yalnız zorakılığın özünü deyil, habelə
uşaqlar və onların hüquqları üzrə hökumətin
məsuliyyətini və uşaqların BMT Konvensiya-
sı əsasında təmin edilməli olduqları müdafiə
vasitələrini əks etdirəcəkdir. Təxminən bütün dünya
ölkələri Konvensiyanı ratifikasiya etmişdir və sənədə
imza atmaqla öz üzərinə götürdüyü öhdəlik baxı-
mından bu hökumətləri məsuliyyət daşımağa sövq
etmək məhz jurnalistin peşəsidir.
ЯСАС АРАШДЫРМА ПРЕДМЕТЛЯРИ
• Мянбяляр нядян ибарятдир?
• Ушаглар мянбя характерли ола билярлярми?
• Журналистляр цчцн мянбялярин ящямиййяти
• Аноним мянбяляр
• Версийалар нядян иряли эялир?
4. ƏHVALATLARIN VƏ MƏNBƏLƏRİN ÖYRƏNİLMƏSİ
UHK Kontekstində Əhvalatların Haşiyələndirilməsi
58
Uşaqları xəbər gündəliyinə salmaq redaktorların
və aparıcı jurnalistlərin öhdəliyidirmi? Jurnalistlər
və aparıcı redaktorlar «senzor» kimi hesab edilərdi
– onlar hansı xəbər başlıqlarının dərc və ya ya-
yım üçün seçiləcəyini və aidiyyəti vaxtda xəbər
gündəliyində hansı məlumatın yerləşdirildiyini
müəyyən edərdilər. Lakin onlayn rejimli jurnalistika-
nın meydana gəlməsi və çoxlarının birtipli jurnalist-
li jurnalistlər kimi hesab edilə biləcəyi fakt ilə jurna-
listikanın ənənəvi rolu mübahisə doğurmuşdur. Jur-
nalistikanın Elementləri əsərinin müəllifi Bil Kovaç
demişdir: «Bizim senzor kimi köhnə jurnalist anla-
yışımız istifadədən çıxmışdır. İnternet şəbəkəsi bü-
tün səddləri aşmışdır.» Hazırda redaktor getdikcə
artan dərəcədə qeyri-dəqiq məlumatların aradan
qaldırılmasına və kontekst və perspektiv nöqteyi-
nəzərindən xəbərlərin verilməsinə daha çox diqqət
yetirəcəkdir.
Lakin oxucunun internet vasitəsilə birbaşa əldə
etdiyi məlumatların faktiki və ya saxta olub-olmadığı
barədə heç bir təsəvvürü yoxdur. Əgər jurnalistika
xəbərlərin və məlumatların açıqlanmasının və nəyin
açıqlanıb-açıqlanmamasının qanuni keşiyində du-
rursa, buna görə belə mövqeyin qorunub saxlanıl-
masında öhdəliyə və hüquqa malikdir. Bu öhdəlik
uşaqların hüquqlarının xəbər gündəliyində saxlanıl-
masını ehtiva edir.
Uşaqların hüquqları barədə
xəbərlərin verilməsi üçün lazım
olan bacarıqlar
İnsan hüquqları həmişə jurnalistikanın mühüm
komponentindən ibarət olacaqdır, lakin əksər media
stajçıları insan hüquqlarını əhatə edən məsələlər
barədə məlumatsız və ya hətta xəbərsizdirlər. İnsan
haqları və uşaq hüquqları haqda maarifləndirmə
jurnalistlərə bu hüquqlara dair məlumat verməkdə
kömək edən ilk addım hesab olunur.
Uşaq hüquqları məsələləri ilə tanış olan
jurnalistlər «nəzarətçi» rolunu oynamaq üçün metod
və vasitələrə malikdirlər. Onlar ictimaiyyətin rəyini
formalaşdıra və xüsusən insanların ictimai həyatda
məqsədyönlü və vicdanla çalışdığına təminat
verilməsinə kömək edə bilərlər.
Həmçinin dilin qüdrəti və onun yanlış istifadəsi
insan hüquqlarının pozulması haqda xəbərlərin
verilməsinə öz təsirini göstərə bilər. Cinayətkarlıq,
məişət zorakılığı, qrup zorakılığı və siyasi zorakı-
lığın digər formaları barədə xəbər verərkən, me-
dia tərəfindən istifadə olunan dil insan hüquqları-
nın pozulması hallarını həmişəlik qoruyub saxla-
mışdır. Mənbələrin sözlərini (terrorçu kimi) sadəcə
təkrar işlətməklə, media bəlkə də bilmədən davam-
lı surətdə müəyyən insanlarda və icmalarında iblis
hisslərini aşılamışdır.
Uşaqlar qeyri-qanuni insan alverinə və ya qa-
çaqmalçılığına məruz qalmışdırmı?
İnsanlar mübahisə və ya qalmaqal edirlərmi?
Uşaqlar «balacalar», «körpələr», «balalar» kimi
təsvir olunurmu? Bu, onların ləyaqətini alçaltmır ki?
Jurnalistlərin dillə bağlı malik ola bildikləri
problemlərin bəzi nümunələri mövcuddur. Uşaq-
lara aid əhvalatlar barədə xəbərlərin verilməsi
özünəməxsus jurnalist bacarıqlarını da tələb
edir: məsələn, qeyri-qanuni uşaq alveri haq-
da əhvalat mükəmməl təhqiqat bacarıqlarının
tətbiqini zəruriləşdirir. Müxbir təhqiqatına dair ma-
teriallar müəyyən bir dövrü əhatə edən müfəssəl
dəqiq araşdırmadan ibarətdir. Bu növ yazı üslubu-
nun mahiyyəti cəlb olunan insanlarla ətraflı və sis-
tematik müsahibə aparılmasına diqqət yetirərkən
özünü elə büruzə verir ki, əldə olunan ümumi
nəticələr əsasında iş materialları formalaşır. Bu,
çox vaxt ictimai marağın böyük əhəmiyyət daşıdığı
məlumatların axtarılması ilə qanunvericilik sahədə
aparılan tədqiqatı əhatə edir.
Mənbələr kimi nəinki birbaşa olaraq uşaqlar ilə
iş aparılmasına, eləcə də məsələlərə necə yanaş-
mağımız əsasında məsələnin mahiyyətinə bizim
necə münasibət göstərməyimiz başlıca əhəmiyyət
kəsb edir. BMT Uşaq Fondu uşaqlar haqqında
yazı dərc edərkən nəzərdən keçirilməli olan faydalı
məsələləri təmin etməklə uşaqlar barədə xəbərlərin
verilməsinə dair təlimatlar və müzakirə predmetlərini
hazırlamışdır.
Həmişə olduğu kimi, jurnalistlər bü-
tün əhvalatlarda, o cümlədən uşaq hüquqları-
na dair məsələlərdə
təsir, aktuallıq, oxşarlıq,
münaqişə, yayılma davamlılığı, yenilik və nisbi-
lik kimi ilkin dəyərləri önə çəkirlər. Bu dəyərlər ol-
madan əhvalatın jurnalistə və ya uşaq hüquqları
müdafiəçilərinə xoş təsir bağışlaya biləcəyinə bax-
mayaraq, bu, auditoriyanı cəlb etməyəcəkdir.
ЖУРНАЛИСТЛЯР ЦЧЦН СУАЛЛАР
•
Сизин щюкумят Ушаг Щцгуглары щаггында Конвенсийаны неъя йериня йетирир?
•
О, Конвенсийанын принсипляринин вя мцддяаларынын иътимаиййятя ачыгланмасы тялябини йериня
йетирмишдир?
•
Ушаг Щцгцглары Комитясиня юз щесабатларынын тягдим едилмясиндя йубанма мювъуддур?
Щяр щансы мяслящятляшмя кечирилмишдирми?
BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası
Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi
59
BMT Uşaq Fondunun Uşaqlar
barədə Xəbərlərin Verilməsi üzrə
Təlimatları
1. Gələcəkdə hər hansı uşağı biabır etməyin;
uşağı mənfi təsirlərə – o cümlədən əlavə fiziki və
ya psixoloji zərərə – yaxud onu öz yerli icması
tərəfindən ömürlük kobud rəftara, ayrı-seçkiliyə
və ya təcrid etməyə məruz qoyan təsnifata və ya
təsvirə yol verməyin.
2. Uşağın əhvalatı və ya obrazı üzrə həmişə
dəqiq konteksti təqdim edin.
3. Aşağıdakı kimi müəyyən olunan hər hansı
uşağın həmişə adını dəyişin və əyani görünüşünü
gizlədin:
a. seksual zorakılığın və ya istismarın qurbanı,
b. fiziki və ya seksual zorakılığı törədən,
c. uşağın, valideynin və ya qəyyumu tam
məlumatlı razılıq verməyənə qədər İİV olduğu
müəyyən edilən və ya QİÇS ilə yaşayan,
d. cinayət törətməkdə təqsirləndirilən və ya itti-
ham olunan.
4. Risk və ya potensial zərər və yaxud qisas
riskinə aid müəyyən vəziyyətlərdə şəxsiyyəti aşağı-
dakı kimi müəyyən olunan hər hansı uşağın adını
dəyişin və əyani görünüşünü gizlədin:
a. uşağın hazırkı və ya əvvəlki müdafiəçisi,
b. sığınacaq axtaran, qaçqın və ya məcburi
köçkün.
5. Müəyyən hallarda uşağın eyniyyətindən –
onun adı və/ya tanına bilən təsvirinən istifadə edil-
məsi uşağın ən yaxşı maraqlarına uyğun gəlir. Lakin
uşağın eyniyyətindən istifadə olunduqda, o, zərər-
dən qorunmalı və hər hansı rüsvayçılıq və ya cəza
tədbirlərinə qarşı dəstəklənməlidir. Bu səciyyəvi hal-
ların bəzi nümunələri aşağıdakı kimidir:
a. uşaq fikir azadlığı olan hüququnu və öz fikri-
nin dinlənilməsi hüququnu həyata keçirmək
üçün müxbirlə əlaqə yaratmağa təşəbbüs
göstər dikdə;
b. uşaq davamlı fəallıq və sosial səfərbərlik
proqramının tərkib hissəsi olduqda və bunun-
la şəxsiyyətinin müəyyən edilməsini istədikdə;
c. uşaq psixo-sosial proqrama cəlb olunduqda
və öz adının və eyniyyətinin onun sağlam inki-
şafının tərkib hissəsi olduğunu iddia etdikdə.
6. Digər uşaqlar və yaxud yaşlı ilə, hər ikisinə
birlikdə üstünlük verilərək uşağın söyləməli olduğu
məqamların doğruluğunu təsdiq edin.
7. Uşağın risk altında olub-olmaması şübhə do-
ğurduqda, əhvalatın xəbər kimi əhəmiyyət daşıma-
sına fərq qoyulmadan fərdi uşaq ilə müqayisədə
uşaqlar üzrə ümumi vəziyyət barədə məlumat verin.
BMT Konvensiyasının
öyrənilməsinə çalışmaq
Jurnalistlər öz beynəlxalq öhdəliklərinin yerinə
yetirilməsi baxımından dövlət tərəfindən tədbir
görülməsini tələb etmək üçün ideal surətdə cəlb
olunurlar. İctimaiyyət ilə siyasətçilər arasında Kon-
vensiya haqqında məlumatlılığın artırılması üçün si-
zin təşəbbüs göstərə bildiyiniz kampaniyalar var-
dırmı? Sizin əhvalatlarınız uşaqların hüquqla-
rı barədə ictimai anlaşmanı və həmin hüquqların
dəstəklənməsində və qorunmasında hökumətinizin
strategiyalarının rolunu artırırmı?
Əhəmiyyətlisi odur ki, jurnalistlər BMT-nin
Uşaq Hüquqları haqqında Konvensiyasına sərbəst
şəkildə resenziya verirlər və onu öyrənməyə çalışır-
lar. Bəzi jurnalistlər UHK baxımından uşaqlıq dövrü-
nün 18 yaşında başa çatmasına nəzərən problemlə
üzləşə bilərlər, o halda ki, Konvensiya ictimaiyyətin
diqqətində olan 16 və ya 17 yaşlı bəzi insanların
müsahibə verə və mühakiməli şəkildə sorğu-sual
edilə bilməyəcəyini nəzərdə tutsun. Bu, müzakirə
predmeti ola bilən bir sahədir.
Sizin ölkənizdə uşaqların qarşılaşdıqla-
rı problemlər barədə öz tərəfinizdən məlumat
verməyiniz üçün ekspertlər, uşaq hüquqla-
rı sahəsində çalışan fəallar və uşaqların özləri ilə
söhbət edin. Uşaqlara xidmətlərin göstərilməsində
mövcud olan nöqsanlar və onların hüquqlarının
müdafiəsi haqqında yerli və mərkəzi hökumət qu-
rumlarından izahatlar tələb etmisinizmi?
Uşaqların fikirlərinin hökumət və vətəndaş
cəmiyyəti tərəfindən dinlənilməsi üçün xəbərlərdə
yer ayırmısınız? Siz qeyri-hökumət təşkilatlarının
tələblərini nəzərdən keçirmisiniz və onların uğurları-
na və hər hansı nöqsanlara diqqət yetirmisiniz?
Konvensiya nizamnamə, yoxsa mənəvi prinsip
kimi səciyyələnir? Konvensiyanın qanun xarakte-
ri daşımadığına, lakin ölkələrin könüllü surətdə ra-
tifikasiya edilməsinə razılıq verdikləri hansısa bir
sənəd olduğuna görə bu, ölkənin tənqid edilməsinə
nəzərən mənəvi meyardırmı?
Əhvalatların mənbələri
İnformasiya mənbələri jurnalistin şəcərəsi hsab
olunur. Onlar xəbər qeydləri, radio materialları və
televiziya paketləri kimi sonradan işlənib hazırlan-
ması üzrə mühüm baza məlumatlarını təmin edir.
Onlar iki mənbəyə - ilkin və ikinci dərəcəyə kateqo-
riyalaşdırıla bilər:
•
İlkin mənbələr
•
Əlaqələr
•
Ştatdankənar jurnalistlər
•
Gündəlik zənglər
•
Təzyiq qrupları
•
Məhkəmələr/tribunallar
60
•
Yerli hökumət
•
İcma işləri
•
Mətbuat konfransları
İkinci dərəcəli mənbələr
•
Redaktora məktublar
•
Təsnifatlar
•
Press-relizlər
•
Digər kütləvi informasiya vasitələri
•
Mətbuat qurumları
•
Xəbər təşkilatları (Röyters, Müstəqil Televiziya
•
Xəbərləri Agentliyi)
•
Yerli hökumət
•
Mərkəzi hökumət
Jurnalistlər tez-tez müsahibə vasitəsilə ilkin
mənbələrdən informasiya əldə edirlər. Əgər uşaq-
lar ilkin mənbədən ibarətdirsə, jurnalist uşaqlar-
la müsahibə aparılması məsələləri və nəzərə alın-
ması üçün fikirlər barədə məlumatlı olmalıdır. Digər
fəsildə bunlardan bəhs ediləcəkdir, lakin ümumən
qəbul olunur ki, yaşlılar ilə müqayisədə gənclərin
şəxsi həyatının toxunulmazlığına daha böyük
təminat verilməlidir.
Mənbələr jurnalistikada başlıca məsələdir.
Bəzi elmi araşdırmalar göstərir ki, jurnalistlər
tərəfindən istifadə olunan bir sıra mənbələr kiçik-
dir və təşkilatçılığa üstünlük verilməsinə meyl edir.
Həmçinin anonim mənbələr məsələsi mövcud-
dur; jurnalistlərin ənənəvi dünyabaxışı odur ki, on-
lar anonimlik təminatı verilmiş mənbənin adını açıq-
laya bilməzlər. Bu, elə əhəmiyyət kəsb edir ki, hətta
məhkəmə tərəfindən informasiya tələb olunduq-
da bəzi ölkələr jurnalistlərə bu cür anonimliyi qo-
ruyub saxlamağa imkan verən qanunları qəbul
etmişlər. Mənbənin adının açıqlanması sorğusuna
jurnalistlərin ənənəvi reaksiyası ondan ibarətdir ki,
səbəbin göstərilməsinə baxmayaraq adın açıqlan-
ması jurnalistikanın özünü sarsıdar və heç kəsin nə
vaxtsa jurnalistlərə yenidən inana biləcəyini kəsb
etməz.
Bu qayda uşaq zorakılığını etiraf edən kimsəyə
tətbiq oluna bilərmi? Çoxsaylı jurnalistlər bu haqda
mütləq dünyagörünüşə malikdirlər və deyə bilərlər
ki, heç bir şəraitdə anonim mənbəni heç vaxt açıq-
lamaq olmaz. Az bir qism fərz edir ki, bu məsələ
barədə gələcək müzakirənin aparılmasına ehtiyac
vardır. (Maykl Foley «Mütləqiyyət və Məxfilik», Etik
Məkan, Cild 1 №2, 2004-cü il tarixli sənədə bax.
Uşaqlar və onların hüquqları haqda spesifik
məlumatları harada axtara bilərik? Aşağıda bəzi
fərziyyələr göstərilmişdir:
Milli mənbələr
•
Yerli səhiyyə
•
Səlahiyyətli rəsmilər
•
Sosial xidmətlər
•
Məktəblər
•
Ailə hüququ məhkəmələri
•
Müəllim təşkilatları
•
Valideyn təşkilatları
Uşaq hüquqları sahəsində çalışan
təşkilatlar
•
Uşaqlar üzrə ombudsman aparatları
•
Milli uşaq hüquqları koalisiyaları:
http://www.crin.org/NGOGroupforCRC/Vie-
wOrgsByC.asp?typeID=7
•
Uşaqların Öyrənilməsi üzrə Mərkəz, Gənclər
və Media: www.childrenyouthandmediacent-
re.co.uk
•
Uşağın Ümidi: http://www.childhope.org.uk
•
Uşaqların Fikri: www.childrens-express.org/
•
ChildWatch International təşkilatı: www.child-
watch.uio.no/
Tələbələr öz ölkələri üzrə milli və uşaq hüquqla-
rından ibarət mənbələrin siyahısını hazırlamalıdırlar.
Beynəlxalq təşkilatlar
•
BMT Uşaq Fondu www.unicef.org
•
BMT Uşaq Fondunun Uşaqların Hüquqla-
rı üzrə Xoşməramlı Tədqiqat Mərkəzi: www.
unicef-icdc.org
•
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları
üzrə Ali Komissarlığı: http://www.ohchr.org
•
Uşaqların Hüquqları üzrə İnformasiya
Şəbəkəsi: www.crin.org
•
Uşaqların Xilası Alyansı:
http://www.savethechildren.net
•
Beynəlxalq Plan təşkilatı:
www.plan-international.org
•
Human Rights Watch təşkilatı: http://www.hrw.org/
•
Beynəlxalq Amnistiya: http://www.amnesty.org/
•
Uşaqların Beynəlxalq Müdafiəsi təşkilatı: http://
childhouse.uio.no/childrens_rights/dci_what.html
•
Media Fəaliyyəti və Uşaqlar tərəfindən, ilə və
üçün Optimal İdeyalar (MAGIC)
http://www.unicef.org/magic/index.html
Uşaq Hüquqları Komitəsi
•
Uşaq Hüquqları Komitəsi:
http://www.ohchr.org/english/bodies/crc/index.htm
•
BMT-nin UHK-ı ilə sessiyalarda hər ölkənin
təqdim etdiyi ölkə hesabatları: http://www.
ohchr.info/english/bodies/crc/sessions.htm or
http://www.unhchr.ch/tbs/doc.nsf
•
Alternativ Hesabatlar – Ölkə, sessiya və
təşkilat hesabatlarının uyğunlaşdırılması
ilə QHT-nin alternativ hesabatları nəzərdən
keçirilə bilər: http://www.crin.org/NGOGroup-
forCRC/search.asp
BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası
Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi
61
Əlaqə kitabçası: jurnalistlər öz karyeralarının
başlanğıcında əlaqə kitabçasını tətbiq etməlidirlər
(jurnalistikanın öyrənərkən). Adlar, ünvanlar, te-
lefon nömrələri və elektron ünvanları təhlükəsiz
şəkildə saxlanılmalıdır. Uşaqların cari məsələləri və
ya təhsil və yaxud səhiyyə kimi əlaqədar sahədə
ixtisaslaşan müxbir aidiyyəti sahə daxilində nəyin
baş verdiyini müşahidə etmək üçün optimal əlaqə
nömrələrinə zəng etməlidir.
Xəbər mənbələri digər informasiya buraxılış-
larını ehtiva edə bilər. Uşaqlara aid xəbər başlı-
ğı uşaqların hüquqlarına toxunmaya və ya bu haq-
da məlumatlı olmaya bilər, bununla xəbər başlıqları
ardıcıl surətdə izlənilməlidir. Kiçik tirajlı jurnallarda
elmi məqalələr öz növbəsində əhvalatların zəngin
mənbəyi ola bilən müasir tədqiqatı irəli sürür.
Suallarınızı verin: Yeni məktəbin açılması nə
üçündür? Məktəbin bağlanması nə üçündür?
Yeni yaşayış komplekslərində məktəbəqədərki
tədris müəssisəsi, idman meydançaları, məktəblər
kimi müvafiq obyektlər mövcuddurmu? Yer-
li xəstəxanalarda uşaqlar üçün hansı qurğular var-
dır? Gənclərlə iş aparılması üzrə hər hansı yerli po-
lis məmuruna xüsusi təlim keçirilmişdirmi? Həmin
təlimin mahiyyəti nədən ibarətdir?
Dostları ilə paylaş: |