Təhsilsisteminə dövlətnəzarətinintəminedilməsi.Tabeli- yindən asılı olmayaraq Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrinə dövlət nəzarət qoyur və istiqamət verir.
Ümumbəşəridəyərlərin,insanhəyatıvəsağlamlağının,şəxsiyyətinazadinkişafınınüstüntutulması.Yaşamaq hüququ, işləmək hüququ, oxumaq hüququ, danışmaq və yazmaq hüququ, haqq, ədalət kimi bəşəri dəyərlər tədris müəssisə- lərində geniş təbliğ edilir. Gənc nəslin sağlam boya-başa çatması üçün uşaq bağçasından tutmuş, ali məktəb də daxil olmaqla, bədən tərbiyəsi məşğələləri təşkil edilir, idmanın müxtəlif növlərində iştirakına şərait yaradılır. Hər bir uşağın, yeniyetmə və gəncin öz qabiliyyətlərini istədiyi kimi inkişaf etdirmək üçün respublikamızda uşaq yaradıcılığı mərkəzi, yeniyetmələr mərkəzi, gənc təbiətçilər stansiyası, gənclər idman sarayı, bədii yaradıcılıq evi kimi onlarla məktəbdənkənar təlim-tərbiyə müəssisələri fəaliyyətdədir.