Xarici ölkələrin təhsil müəssisələri və orqanları ilə sıx əlaqə.
Bu prinsipə əsasən ayrı-ayrı ali və orta ixtisas təhsili
müəssisələri, hətta bəzi ümumtəhsil və peşə məktəbləri bir neçə xarici ölkə məktəbləri ilə qarşılıqlı əlaqə yaradır, bir-birinin təcrübəsindən bəhrələnir, müəllim və tələbə mübadiləsi aparır.
Müxtəlif formalı qarşılıqlı əlaqə təhsil orqanları arasında da vardır.
Təhsil müəssisələrində siyasi partiyaların, ictimai-siyasi və dini təşkilatların fəaliyyətinə yol verilməməsi. Azərbaycan Respublikasında pedaqoji proses pozulmazdır. Siyasi partiyalar, ictimai-siyasi cəmiyyətlər və təşkilatlar, dini və digər qurumlar təhsil müəssisəsinin fəaliyyətinə və pedaqoji prosesə müdaxilə edə bilməzlər.
Təhsil müəssisələrində və təhsil orqanlarında siyasi partiya- ların, ictimai-siyasi hərəkatların təşkilat strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
Təhsildə azadlıq və plüralizm. Vətəndaşlar təhsilalma formasını, təhsil müəssisəsini və təlim dilini seçməkdə azaddırlar. Vətəndaşlar təhsil müəssisələrinin proqramlarını sərbəst surətdə öyrənib ekstern yolu ilə imtahanlar verərək müvafiq təhsil sənədi ala bilərlər.
Təhsildə fikir müxtəlifliyinə, fikirlərin yarışına imkan verilir. Daha çox səmərə verən fikir üzə çıxarılır və geniş yayılır.
Təhsildə vətənpərvərlik. Bu prinsipə görə vətənpərvərlik hissi pedaqoji prosesin məzmununa, təşkili formalarına, üsullarına hopmalı, təhsilin bütün vəsilələrini əhatə etməlidir.
Təhsildə tamlıq və varislik. Azərbaycan Respublikasında təhsilin tamlığı müxtəlif cəhətdən təmin edilir; bütün təhsil müəssisələri bir başlıca məqsədə – xalqımızın ehtiyaclarının ödənilməsinə yönəlir; eyni tipli təhsil müəssisələrinin tədris planları və proqramları əsasən vahid olur, dövlət standartına cavab verir.
Təhsildə varislik prinsipi də onun tamlığını təmin edir. Təhsil sisteminin pillələri arasında varislik yaradılır: təhsilin bir pilləsi digər pilləyə keçmək üçün imkan verir. Nəticə olaraq təhsil sistemində tamlıq bərqərar olur.
Təhsildə çeviklik. Təhsil ölkəmizin qayğıları ilə, elm və mədəniyyətlə təmasda fəaliyyət göstərir. xalqın sosial-iqtisadi həyatında yaranan yeniliklər təhsildə nəzərə alınmalı olur: təhsil köhnəlik çərçivəsində qapanıb qala bilməz. Həmin prinsipə əsasən təhsil çevik olmalı, həyatın yeniliklərini dərhal bu və ya digər formada nəzərə almalıdır.
Təhsilin dünya standartları səviyyəsində qurulması. Azər- baycan Respublikası dünya ölkələri üçün açıqdır. Respublikamızın, demək olar ki, bütün dövlətlərlə əlaqəsi var. Başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də təmas qurulur, mütəxəssislər gedib-gəlir. səmərəli əməkdaşlıq üçün Azərbaycan mütəxəssislərinin hazırlıq səviyyəsi xarici ölkə mütəxəssislərinin səviyyəsindən geri qalmamalıdır. Bu səbəbdəndə Azərbaycanda təhsil dünya standartları səviyyəsinə qaldırılır.
Dostları ilə paylaş: |