Ali MƏKTƏb pedaqogikasi


Pedaqoji elmin və pedaqoji prosesin daşıyıcıları



Yüklə 246 Kb.
səhifə6/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   2   3   4   5   6   7   8   9   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

Pedaqoji elmin və pedaqoji prosesin daşıyıcıları.


Onlar başqa-başqa şəxslərdir: birinci ilə əsasən pedaqoq alimlər, ikinci ilə əsasən müəllimlər və digər tərbiyəçilər məşğul olurlar. Pedaqoq alimlər arasında elmi tədqiqat işi ilə yanaşı, təlim-tərbiyə işi aparanlar da var. Müəllimlərdən və digər tərbiyəçilərdən elmi tədqiqat işi ilə məşğul olanlar da olur. Belələri, adətən, hər iki sahədə çox müvəffəqiyyət qazanırlar.

Müəllimlər və digər tərbiyəçilər əsasən təlim-tərbiyə və is- tehsalat müəssislərində, pedaqoq alimlər isə əsasən Pedaqoji Elmlər Akademiyasında, Respublika Təhsil Problemləri İnstitutunda və ali məktəblərin müvafiq kafedralarında fəaliyyət göstərirlər.

Beləliklə, milli pedaqogika pedaqoji proses məsələlərini, yəni adamların təlim, tərbiyə, təhsil və psixoloji inkişaf məsələlərini öyrənir. Onun başlıca məqsədi pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaqdan bu əsaslarda elmi məsləhətlər verməkdən ibarətdir. Üzeyir Hacıbəyov bu mənada düzgün olaraq yazırdı: “Dərdi tanıyıb da tədavisini bilməmiş dərdin dəf və rəfini hasil etmək olmaz”.

Ali məktəb pedaqogikasının tədqiqat mövzusu isə institutlarda, universitetlərdə və ali təhsil verən digər tədris müəssisələrində təlim, tərbiyə, təhsil və psixoloji inkişaf məsələləridir, yəni ali məktəbdə pedaqoji prosesdir.



Deyilən fikirlərdə belə bir qanunauyğunluq olduğu aydın sezilir: pedaqoji elm pedaqoji prosesdə baş verən yenilikləri qədər ətraflı nəzərə alırsa, bir o qədər zənginləşir; əksinə, pedaqoji proses iştirakçıları pedaqoji elmdə formalaşan yeni ideyalardan qədər tez xəbər tutaraq öz işlərində nəzərə alırlarsa pedaqoji prosesi bir o qədər irəlilədirlər.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin