Ali MƏKTƏb pedaqogikasi


Pedaqoji elmin digər elmlərlə əlaqəsi



Yüklə 246 Kb.
səhifə7/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   2   3   4   5   6   7   8   9   10   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

5. Pedaqoji elmin digər elmlərlə əlaqəsi.
Bütün elm sahələri ilə pedaqogikanın əlaqəsi var. Pedaqogika ilə əlaqəsinin xarakterinə görə elmləri iki qrupa ayırmaq olar: pedaqogika ilə bilavasitə əlaqəsi olan elmlər və bilvasitə, yəni dolayısı ilə əlaqəsi olan elmlər. Fəlsəfə, fiziologiya və psixologiya birinci qrupa aiddir. Burada yalnız belə əlaqələrdən söhbət gedir.

Pedaqogikanın fəlsəfə ilə əlaqəsi. Milli pedaqogika fəlsəfədə dialektik materializmə üstünlük verir. Buna görə də milli pedaqogika pedaqoji proses problemlərini konkret şəraitlə əlaqədar nəzərdən keçirir. Məsələn, milli pedaqogikaya görə eyni təlim üsulu müxtəlif şəraitdə fərqli nəticə verir. Yaxud, milli pedaqogika pedaqoji prosesi inkişafda öyrənir; bu səbəbdən də həmin inkişaf nəzəriyyəsini nəzərə alır və ya milli pedaqogika pedaqoji prosesin hərəkətverici qüvvələrini və qanunauyğunluqlarını onun (pedaqoji prosesin) özündə axtarır. Nəhayət, milli pedaqogika hər pedaqoji nəzəriyyə və ya fikrə yarandığı şəraitlə əlaqədar qiymət verir.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin