Ali MƏKTƏb pedaqogikasi



Yüklə 246 Kb.
səhifə15/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   11   12   13   14   15   16   17   18   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

Ağıl tərbiyəsinin yolları:

Öz sənətinin əsil ustası olan layiqli şəxslərin nümunəsi.

Ağıllı hesab edilən şəxslərlə görüşlər

İşə başlamazdan əvvəl nəticəsini görə bilmək haqqında müsahibə.

Düşünərək düşünmədən deyilən sözlərin nəticəsinə aid müsahibə.

Səbrli səbrsiz görülən işlərin aqibəti barədə müsahibə.

Biliyin bilikliliyin əhəmiyyəti barədə müzakirə.

Təfəkkür əməliyyatlarına uyğun gələn uyğun gəlməyən mühakimələrin təhlili
İdeya-siyasi tərbiyə
Azərbaycan Respublikasının dövlət müstəqilliyi şəraitində ideya-siyasi tərbiyənin əhəmiyyəti nəinki azalmamış, hətta xeyli artmışdır. Azərbaycanda milli ideologiya formalaşır, milli mənlik şüurumuz baş qaldırır, ənənələrimiz dirçəlir, dövlətçiliyimiz möhkəmlənir, ərazi bütövlüyünü təmin etmək üçün, sərhədlərimizin toxunulmazlığı üçün xalqımız səfərbər olunur. Təlim-tərbiyə işi, xüsusən ideya-siyasi tərbiyə bu ümumxalq qayğılarından kənarda qala bilməz və qalmır.

İstiqlal gününü, Konstitusiya gününü, dünya azərbaycanlı- larının həmrəylik gününü qeyd etmək, şəhidləri yad etmək və bir çox başqa siyasi tədbirlər məktəblərimizdə ənənəyə, ideya siyasi tərbiyənin məzmununa çevrilir.



İdeya-siyasi tərbiyənin mahiyyətini başa düşmək üçün onun əlamətləri açılmalıdır.

Cəmiyyətdə əhəmiyyətinə görə ideyaları iki qrupa ayırmaq olar: mütərəqqi və qeyri mütərəqqi ideyalar. Birincilər cəmiyyətin irəliləməsinə, ikincilər isə – geriləməsinə səbəb olur.



Azərbaycan üçün mütərəqqi ideyalar əhəmıyyətlidir. Belə ideyalardan biri milli mənlik şüurudur. Milli mənlik şüuru tələb edir ki, özünü azərbaycanlı adlandıran şəxs Azərbaycan xalqının sevincinə sevinsin, kədərinə şərik olsun, xalqı ilə qaynayıb qarışsın. “Mən azərbaycanlıyam” demək azdır. Azərbaycana məxsus olduğunu, azərbaycanlı olduğunu işdə, əməldə, davranışda isbat etmək lazım gəlir.

İdeya-siyasi tərbiyə milli mənlik şüurunun gənç nəsldə formalaşmasına xidmət edir.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin