7. Tərbiyənin məzmunu, məqsədi və vəzifələri.
Tərbiyə kateqoriyasının elmdə ənənəvi anlayışı və xalq anlamı bir-birinə yaxındır: bəsləyib yetişdirmək, qidalandırıb böyütmək, öyrədib alışdırmaq xalq anlamının mahiyyətini təşkil edir.
Tərbiyə kateqoriyasının mahiyyətini Milli pedaqogika belə ifadə edir: davranışla əlaqədar olan milli və ümumbəşəri mənəvi dəyərlərin müəyyən mühitdə adamlara məqsədyönlü, planlı və mütəşəkkil aşılanması prosesi tərbiyədir. Tərbiyənin tərkib hissələri. Tərbiyənin ümumi kateqoriya olduğunu tərkib hissələrindən də görmək mümkündür. Tərbiyənin tərkib hissələri bunlardır: dünyagörüşünün formalaşdırılması, əmək tərbiyəsi, əxlaq tərbiyəsi, fiziki tərbiyə, estetik tərbiyə, iqtisadi tərbiyə, ekoloji tərbiyə, ağıl tərbiyəsi, hüqüq tərbiyəsi, ideya-siyasi tərbiyə.
Dostları ilə paylaş: |