1. Bədən tərbiyəsi və metodikası kursunun məqsədləri Fiziki inkişaf. Fiziki tərbiyə. Fiziki mədəniyyət



Yüklə 30,46 Kb.
səhifə1/3
tarix19.12.2023
ölçüsü30,46 Kb.
#185754
  1   2   3
7.Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası tədris fənni kimi


MÖVZU 7
Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası tədris fənni kimi
P L A N:
1.Bədən tərbiyəsi və metodikası kursunun məqsədləri
2.Fiziki inkişaf.Fiziki tərbiyə.
3.Fiziki mədəniyyət.
4.Sağlamlaşdırıcı fiziki mədəniyyət

Ə D Ə B İ Y Y A T
1.Əlibəy Tağıyev., Ağamirzə Şirinov. “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası”. Bakı-1996
2.H.H.Qurbanov., A.Y.Əsgərov., A.X.Ramazanov. “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası”. “Avropa”nəşriyyatı. Bakı-2006

Bu baxımdan mərkəzi yeri “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası”kursu tutur. Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası kursu gələcək müəllimin dünyagörüşünü tamamlayan bir elm və gələcək mütəxəssisin elmi, nəzəri və metodiki əsaslarını aşılayan fənndir.


Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası kursunun əsas məqsədlərindən biri odur ki, gələcək mütəxəssisə başqa elmlərdən aldığı bilikləri cəmləşdirib öz işində praktiki olaraq istifadə etmək bacarığını verməkdir.
Kursun fəsillərini öyrənərkən məzunların gələcəkdə işlədiyi yerlər nəzərə alınır. Ona görə də fəsillər məktəbəqədər və məktəbyaşlı uşaqlara tətbiq edilir. Mövzuları öyrənərkən şagirdlər və müəllim dərs qarşısında qoyulan məqsədlərini nəzəri materiallarla əsaslandırmalıdırlar.
Gənc müəllimlər məktəbdə “Bədən tərbiyəsi” fənninin vacibliyini sübut etmək üçün hazırlıqlı olmalıdırlar, onlar məktəblilər, başqa fənn müəllimləri, valideynlər arasında təbliğat aparmalıdırlar.
Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası kursunu öyrənərkən müəllimlərə öz fənninə qarşı həmişə nəzəri cəhətdən biliyini artırmaq və bu bilikləri praktikada daha məzmunlu uşaqlara çatdırmaq arzusunu aşılamaq lazımdır.
Nəzəriyyənin bölmələrini öyrənərkən hər mövzunun bir-biri ilə sıx olduğunu və bu mövzuların gələcək iş üçün nə dərəcədə lazımlı olduğunu göstərmək çox vacibdir. Tələbələr elmin ən təzə nailiyyətləri ilə tanış olmaları müntəzəm xarakterli olmalıdır ki, uşaqların yaş xüsusiyyətlərini yaxşı bilsinlər.
Bədən tərbiyəsi – tərbiyə sisteminin ayrılmaz və ən vacib hissələrindən biridir. Bu da bədən tərbiyəsi müəlliminin şəxsiy-yətində xüsusi tələblər irəli sürür. Bədən tərbiyəsi müəllimi gələcəkdə idmançı hazırlaya biləcək şəxsiyyət kimi öyrədil-məlidir. Buna görə də bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası bilik və bacarıqlara yiyələnmək məqsədini qoyur:
1. Dərs zamanı şagirdlərin müəyyən dərəcədə fiziki yüklənməsi üçün lazım olan metodlardan, dərs formalarından, vasitələrdən istifadə edilməlidir.
2. Əsas dərs planını tərtib etmək və onun yerinə yetirilməsinə ayrı- ayrı dərslərdə nəzarət etmək.
3. Keçiriləcək təşkilatı işləırin planını tutmaq və onları vaxtında yerinə yetirmək.
4. Şagirdlərin dərs müvəffəqiyyətini düzgün qiymət-ləndirmək və müstəqil iş tapşırıqları vermək.
5. Tədris tərbiyə ocaqlarının işini yoxlamaq.
6. Ailənin , ictimai uşaq idarələrinin, məktəbin gücündən istifadə edərək uşaqların fiziki inkişafının yüksəlişinə nəzarət etmək.
7. Texniki alətlər, standartdan kənar alətlər düzəltmək və istifadə etmək.

Yüklə 30,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin