Fiziki mədəniyyət Fiziki mədəniyyət – insanın fiziki cəhətdən təkmil-ləşməsində cəmiyyətin cəmləşdirdiyi və topladığı xüsusi üsullar və metodlar toplusu deməkdir.
Fiziki mədəniyyət – ümumbəşəriyyət mədəniyyətinin bir hissəsidir, ona görə də fiziki mədəniyyətin inkişafı insan mədə-niyyətinin inkişafı ilə sıx əlaqədardır.
Fiziki mədəniyyət çox funksiyalıdır. Aşağıdakı funksiyaları bilmək vacibdir.
Normativləşdirmə, rasional fəaliyyətin kök salması və qanuna riayət edilməsi üçün.
Əlaqə yaratma, insanlar arasında ünsiyyət yaratmaq, dostluğa, inkişafa yol açmaq.
Şəxsiyyətin estetik tələbatlarını ödəmək.
İnsanın hərəkətə təbii tələbatlarının ödənilməsi, onun fiziki səviyyəsinin yaxşılaşmasıdır ki, bu da insanın gündəlik həyat tərzinə müsbət təsir edir.
Funksiyanın təsirinə görə fiziki mədəniyyət dörd tərəfdən baxılır.
Sağlamlaşdırıcı fiziki mədəniyyət Bu növ fiziki mədəniyyətə müalicə fiziki tərbiyə hərəkətləri daxildir. Müalicə fiziki hərəkətləri insanın müvəqqəti itirilmiş fiziki imkanlarını bərpa etmək məqsədi ilə tətbiq edilir. Bu növ hərəkətlərə həkimlər arasında bərpa fiziki hərəkətləri deyilir.
Gigiyena fiziki mədəniyyəti gündəlik iş şəklində, həyat tərzinin qurulmasında tətbiq edilir.
Cəmiyyətin ümumi mədəniyyətinin bir hissəsi fiziki mədəniyyət olduğuna görə, insan həyatı ilə çox sıx əlaqədədir. Məsələn, ümumxalq bayramlarının keçirilməsini, idman tədbir-ləri olmadan təsəvvür etmək qeyri mümkündür. Bu bayramlarda nümayişlərin keçirilməsi bünövrəsi fiziki mədəniyyətin tərkib hissəsidir və bu tərkib hissənin olmadığı halda, heş bir fəaliyyət mümkün deyil.
Cəmiyyətdə fiziki tərbiyənin səviyyəsini aşağıdakı göstə-ricilərlə ölçmək olar:
1 - Cəmiyyətin həyat tərzinin göstəriciləri
2 - Cəmiyyətin sağlamlıq səviyyəsi və fiziki hazırlığı
3 - Texniki təchizatın səviyyəsi və keyfiyyəti
4 - Bədən tərbiyəsinin təşkili və mütəxəssislərin səviyyəsi.
5 - Elmi-texniki inkişafın bədən tərbiyəsində tətbiqi və əks olunması
6 - Cəmiyyət üzvlərinin idman nailiyyətləri