Bədən tərbiyəsi anlayışları Müxtəlif formalı iş yerlərində bir – birini başa düşmək üçün xüsusi anlayışlar lazımdır.
Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası da xüsusi anlayış aparatına malikdir. Bu anlayışları bilmək və öyrənmək çox vacibdir. Hal – hazırda biz sizinlə bunların ən vaciblərini aydınlaşdıracağıq ki, bu anlayışları bilmədən irəli getmək qeyri – mümkündür. Fiziki hərəkətlər, fiziki keyfiyyətlər isə o biri fəsillərdə araşdırılacaq.
Fiziki inkişaf Fiziki inkişaf – insan orqanizminin inkişafı və forma-laşması deməkdir.
İnkişaf üç fazadan ibarətdir: onun səviyyəsinin yüksəlişi, müvəqqəti stabilləşmə, fiziki imkanların tədricən aşağı düşməsi.
İnsanın coşğun inkişafı məktəbəqədər, məktəbin aşağı sinif yaşlarına təsadüf edir, eyni zamanda qeyd etmək lazımdır ki, bu hal məktəbdə oxuyan müddətdə də davam edir.
Fiziki inkişaf müəyyən bioloji uyğunluqlara tabedir. Bunlardan ən vacibi təbiətin və orqanizmin birliyi qanunudur. Məktəblilərə tətbiqdə siniflərin görünüşü, idman zalının keyfiy-yəti, boş vaxtların təşkili və s. nəzərə alınması deməkdir. Ancaq yuxarıdakıları nəzərə almasaq da, hər bir şagird öz fiziki inkişa-fını müstəqil olaraq yüksək səviyyəyə qaldıra bilər.
Fiziki tərbiyə Uşağın fiziki tərbiyəsi böyüdükcə, onun boyu artdıqca da davam edə bilər, ancaq bu proses idarə olunsa daha yaxşı nəticə verər. Qeyd etmək lazımdır ki, idarəetmənin imkanları sonsuz deyildir. İnsan təbiətini dəyişdirmək mümkün deyil, ancaq uşaq orqanizminin imkanlarından istifadə edib fiziki tərbiyəni daha yüksək səviyyəyə qaldırmaq mümkündür.
Belə səviyyəni əldə etmək üçün xüsusi istiqaməti və təşkil edilmiş fəaliyyət “fiziki tərbiyə” adlanır.
Fiziki tərbiyə - elə bir pedaqoji prosesdir ki, istiqa-mətləndirilmiş şəkildə inkişafın təkmilləşməsinə, insanın iradi və mənəvi göstəriciləri, onun bilik, bacarıq və vərdişlərlə silah-landırıb yüksək iş qabiliyyətinə və vətəni qorumağa hazır etmək olar.
Fiziki tərbiyəni spesifik fəaliyyət baxımından, iki növə bölmək olar: fiziki təhsil və fiziki keyfiyyətlərin tərbiyəsi.
Fiziki təhsilə daxildir: - şagirdlərin müəyyən biliklərə nail olması, fiziki hərəkətləri yerinə yetirmək, vərdiş və bacarıqlara yiyələnərək hərəkətlərdən həyatda istifadə etmək bacarığı.
Fiziki keyfiyyətlərin tərbiyəsinə daxildir: güc və sürət keyfiyyətlərində nəticələrin yüksəlməsi, dözümlüyün atrması, elastik və cəldlik.
Yuxarıdakı iki proses bir - biri ilə sıx əlaqədədir. Məsələn, əgər şagirdlər bir hərəkətin texnikasını təkmilləşdirmək məqsədi ilə çoxlu təkrar edilərsə, eyni zamanda onların dözümlülüyü, gücü və sürəti də artar.
Əksinə, əgər şagird qaçış hərəkətlərini sürətlə çoxlu təkrar edirsə, bu zaman onun nəinki sürət keyfiyyəti artır, həm də onun qaçış texnikası təkmilləşir və artır, daha doğrusu fiziki təhsili artır.
Bədən tərbiyəsi ilə məşğul olan zaman uşaqların fiziki inkişafı ilə bərabər mənəvi imkanları da artır. Bu isə tərbiyə məsələlərini həll etmək üçün imkan yaradır.