Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi



Yüklə 70,2 Kb.
tarix28.12.2016
ölçüsü70,2 Kb.
#3735

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Azərbaycan cəmiyyətində erkən nikah problemi



(metodik vəsait)2015

Azərbaycan cəmiyyətində erkən nikah problemi

Erkən nikahlar:  səbəblər və xüsusiyyətlər

Erkən nikahlar və onun fəsadları

Erkən nikahların qurulmasında valideynlərin rolu

Erkən nikah və reproduktiv sağlamlı
Giriş
  Sosial hadisə olan erkən nikah ailə məsələlərində ciddi narahatlıq doğuran aktual mövzulardan biridir.  Belə ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olması həmin yeni qurulmuş ailədə bir sıra problemlərə gətirib çıxarır. Belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların ailə qurması və birgə yaşamasıdır. Elə insanlar var ki, onlar el adəti, ana-ata xeyir-duası ilə ailə həyatı qururlar, lakin onlar öz nikahlarını rəsmiləşdirmirlər. Bunun da iki səbəbi olur: ya yetkinlik yaşlarına çatmalarına baxmayaraq nikaha o qədər də önəm vermirlər, yaxud da qanuni cəhətdən onların nikahının rəsmiləşdirilməsi üçün yaşları çatmır. İkinci səbəb elə erkən nikah deməkdir. Erkən nikahlarda da hər iki tərəfin yaşının rəsmi nikah üçün uyğun olmamasına və ya kişinin yaşının çox olub, qadının azyaşlı olmasına təsadüf edilir.

Həmçinin, hamıya məlumdur ki, erkən nikah savad-sızlığın da artmasına səbəb olur. Belə ki, erkən nikaha daxil olan qızların əksəriyyəti hamısı nəinki ali təhsil, hətta tam orta təhsil belə almırlar. Bu da digər bir problemin təməlini qoymuş olur. Çünki erkən nikaha daxil olan yeniyetmə qız gələcəkdə ali savadlı bir xanım kimi formalaşmaq imkanından məhrum olur. İxtisas sahibi olmayan belə qadınlar hər hansı bir yüksək məvacibli işə qəbul ola bilmir və son nəticədə daha az əmək haqqı ilə işləmək məcburiyyətində qalırlar. Bu da ailənin maddi vəziyyətində çətinliklər yaradır. 

Məlumdur ki, erkən nikah iki yolla üzrə baş verə bilər: bilavasitə qızın öz istəyi ilə və  ya valideynlərin təkidi ilə. Birinci yol zamanı erkən nikah cütlüyü bir-birini sevən şəxslər olur ki, məhz bu istək əsasında onlar hələ erkən yaşlarında olarkən  ailə qurmaq qərarına gəlirlər. Məhz bu səbəbdən bu iki yolla bir-birindən fərqləndirmək lazımdır. Lakin bu nikahın yarada biləcəyi fəsadlar eyni qəbildən ola biləndir. 



Təhsil məsələsi də erkən nikahın təsir fokusunda olan sahədir. Belə ki, erkən nikaha sövq olunan gənc qızların təhsili çox zaman yarımçıq qalır. Ya orta məktəbi bitirə bilmirlər, ya orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul ola bilmirlər. Bu da müəyyən dərəcədə də olsa, cəmiyyət üçün bir itki hesab olunur. Rəsmi statistikaya görə, bu kimi nigahların uğursuz-luqla nəticələnməsi halları daha çox müşahidə olunmaqdadır. Bu da insanları düşünməyə vadar etməlidir ki, bu cür məcburiyyətlər nə dərəcədə doğrudur? Həyat yoldaşı, ana olmaq asan məsələ deyil. Bütün bunlara hazır olmamaq özlü-yündə başqa fəsadlara gətirib çıxarır. Ən əsası, boşanmalara və gənc yaşda dul qalmalarına səbəb olur.

Azərbaycan cəmiyyətində erkən nikah problem



Evlilik müddəti sevindirici bir zamandır. Lakin gündəm-də duran erkən nikahdırsa, təəssüf ki, bu hadisə eynilə sevinc hissi ilə yanaşmaq olmur. Çünki belə hal baş verəndə bu, uşa-ğın, əksər hallarda qızın, uşaqlıq illərinin qurtarması və onun fundamental hüquqlarının pozulması anlamına gəlir.

Təkcə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq deyil, eləcə də daha vacibi, bir çox Azərbaycanlı gəncin sağlamlığını və həyatını xilas etmək, onların parlaq və sağlam gələcəyini təmin etmək istəyiriksə, erkən nikah praktikasının kökünün kəsilməsi həyati əhəmiyyət kəsb edir. Lakin bunun üçün birmənalı siyasi öhdəlik, strateji liderlik və ictimai maraqların müdafiəsi tələb olunur. Bu yolla qızları təhlükəyə atan bir çox ənənəvi praktikaların və davranışların qarşısı alına bilər. Erkən nikah yaşı 18-dən az olan uşaq və ya yeniyetmələrin  nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyən edilmiş son yaş həddidir.

Belə ki, Ailə Məcəlləsinin 10-cu maddəsi qadınlar üçün nikah yaş həddini 18 yaş tamam olduqdan sonra təyin etmişdir, amma 10.2-ci maddəyə əsasən üzrlü səbəblər olduğu halda nikaha girən şəxslərin yaşadıqları yerin icra hakimiyyəti orqanları, həmin şəxslərin xahişləri əsasında bu müddəti bir ilə qədər azalda və nəticədə 17 yaşı tamam olmuş qızlara nikah bağlamağa icazə verə bilər. Fövqəladə səbəbləri nəzərə almaqla istisna hal kimi 17 yaş tamam olduqdan sonra nikah bağlanmasının qayda və şərtləri yerli icra hakimiyyəti orqanları tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası tərəfin-dən 1992-ci ildə ratifikasiya edilmiş Uşaq Hüququ üzrə Konvensiyaya 1-ci maddəsinə və burada 1998-ci ildə qəbul edilmiş Uşaq Qanununa 1-ci maddəsinə əsasən 18 yaşı tamam olmamış şəxslər uşaq sayılır və bu səbəbdən nikah əlaqələrinə cəlb edilə bilməz. Uşaq hesab olunan bir şəxslə nikah bağlamağın qanuna uyğunsuzluğu isə “Qadınlara qarşı hər bir ayrı-seçkiliyin ləğvinə” dair Konvensiyanın 16.2-ci maddəsin-də qeyd olunur.

Təəssüfedici haldır ki, son bir neçə ildə 15-19 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb.  Milli Məclis ailə məcəlləsinə dəyişiklik edərək qızların nikah yaşını 17-dən 18-ə qaldırmağa dair qərar verdi. Yeri gəlmişkən, əgər 1960-cı ildə 18 yaşa qədər qızlar arasında nikaha girənlərin sayı təxminən 2 minə çatırdısa , 2008-ci ildə bu rəqəm 5500 nəfəri keçdi. Bu gün artıq Azərbaycanın hər bölgəsində 14-16 yaş hədlərində olan qızların ərə verilməsi adət halını alıb.

Qızların 14-16 yaş hədlərində ərə verilməsi tibbi baxımdan da düzgün deyil. Bu yaşda qadının hamilə olması, uşaq dünyaya gətirməsi təhlükəlidir. Bu zaman ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlar zəif və az çəkili olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir.

Statistikaya görə, son bir neçə ildə 15-19 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50% artıb.

Azərbaycan ailəsində qan qohumluğu problemi var ki, bu da təəssüflər olsun ağrılı problem kimi qalır. Qan qohumlarının evlilik problemi və onun fəsadları haqda əvvəllər elmi məlumat yox idi. Amma son zamanlar bu tibb elmi tərəfindən ortaya qoyulub və insanlar bu haqda məlumat əldə edə bilirlər. Bu kimi faktlar milli genefondumuzu zədələyən tendensiyadır. Bir çox xarici ölkələrdə belə hallara qanunvericilikdə qadağa qoyulur. Bəzi hallarda deyirlər ki, bu ailədaxili problemdir və heç kimin qarışmağa haqqı yoxdur. Amma biz bilirik ki, ailədə yaranan problemlər sonradan cəmiyyətdə yayılır və cəmiyyət üçün pis nəticələr verir. Bu, həm də dövlətçiliyimiz və milli inkişafımız üçün problem yarada bilər.



Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 26 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Statistika Komitəsi 2010-cu ilin oktyabrında ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik araşdırma aparıb.

18 yaşa çatmayan və nikahda olan qadınların yarısından bir qədər çoxunun ilk peşə-ixtisas və ya tam orta, 45 faizinin isə ümumi orta təhsili olub. İbtidai təhsili olan 2 faiz qadının üçdə biri təhsilini davam etdirmək niyyətində olmayıb. Bununla belə, həmin qadınların 47 faizi, eləcə də 18 yaşadək qadınların 39 faizi hesab edir ki, qadınların mütləq ali və ya orta ixtisas təhsili olmalıdır.

Erkən nikahın səbəbləri və xüsusiyyətləri

 Son zamanlar aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, erkən nikahlar əsasən mədəni və sosial-iqtisadi faktorlar üzündən baş verir. Həm kənd, həm də şəhər ərazisində müasirliyin və ənənələrin unikal qarışığının müşahidə olunduğu neft ilə zəngin olan Azərbaycanda erkən nikahlar geniş yayılmış bir haldır. Bəzi valideynlər hələ də qızlarının təhsillərini davam etdirməyi deyil, onların erkən yaşda ərə getmələrini məcbur edir və düşünürlər ki, oğlanların öz təhsillərini davam etdirməsi daha vacibdir. Hesab olunur ki, erkən nikahlar yoxsulluğa və qadınlara qarşı ayrı-seçkiliyə səbəb olaraq insan hüquqlarının pozulması üçün şərait yaradır. 

Ciddi sübutlara əsaslanan bir çox tədqiqatlarda göstərilir ki, təhsil həm ananın, həm də uşağın sağlamlığı üçün çox önəmlidir. Ana nə qədər yüksək təhsilli olarsa, o, öz uşağının səhhətinə ciddi surətdə nəzarət etmək iqtidarında olar. Təhsil həm də qızlar arasında yeniyetməlik dövründə hamiləlik və uşağın doğumu ilə bağlı sağlamlıq risklərini şərtləndirən erkən nikahların qarşısının alınmasına da yardım edir

Ölkədə hal-hazırda baş verən iqtisadi və sosial keçid prosesləri, eləcə də Ermənistanla olan müharibə göstərilə bilər. Erkən nikah vasitəsilə insanlar öz yoxsulluqlarına son qoymaq və ya daha yaxşı iqtisadi və sosial status əldə etməyə çalışırlar. İqtisadi qeyri-müəyyənlik, qohumbazlıq və hörmət (ənənəvi rüşvət sistemi) insanları yaxın qohumlarında və keçmişə xas olan sosial normalarda dəstək aramağa vadar edir. Gender bərabərliyinə nail olmaq birbaşa nikah münasibətlərinin nizamlanmasının strategiyasından asılıdır. Ailələrin sosial institut kimi fəaliyyət göstərməsi Azərbaycanın inkişafında həssas indikator rolunu oynayır. Tarixən sərt gender qayda-qanunlarının mövcudluğuna görə qadınlar ailədən kənarda ola bilməzdilər, əvvəl ata evində (qohum), nikah yaşı çatdıqda isə - yoldaşının (ər evində). Məhz bu səbəbə görə Azərbaycanın qadın əhalisinin yüksək səviyyəli, praktiki olaraq yüz faizlik nikahlı olmaqları şərtlənmişdir. Madam ki, qadınlar praktiki olaraq heç bir şeyə malik deyildilər, evlilik onlar üçün yeganə vəsait mənbəyidir. Ailə qurmaq qadınların evlə təmin olunmasına şərait yaradır, onlara mülk, sosial-iqtisadi müdafiə verir, dünyaya uşaq gətirmək üçün vasitə rolunu oynayırdı. Sovet hakimiyyəti dövründə erkən nikah qəti qadağan olunsa da, bu onun tam aradan qaldırılmasına yox, sadəcə ailə-nikah münasibətlərinin formasının dəyişilməsinə səbəb oldu. Bundan əlavə, azərbaycanlı qadınların sosial-əmək aktivliyi və sovet dövründə onların təhsil səviyyəsinin artması ənənəvi sayılan erkən ailə-nikah münasibətlərinin zəifləməsində katalizator rolunu oynadı. Lakin, hətta bu şəraitdə də ölkənin cənub bölgələrinin kəndlərində erkən nikah, islam dininin normaları ilə uzlaşaraq kifayət qədər ənənəvi sosial institut kimi fəaliyyət göstərirdi.

Ölkədə hal-hazırda baş verən iqtisadi və sosial keçid prosesləri, eləcə də Ermənistanla olan müharibə göstərilə bilər. Erkən nikah vasitəsilə insanlar öz yoxsulluqlarına son qoymaq və ya daha yaxşı iqtisadi və sosial status əldə etməyə çalışırlar. İqtisadi qeyri-müəyyənlik, qohumbazlıq və hörmət (ənənəvi rüşvət sistemi) insanları yaxın qohumlarında və keçmişə xas olan sosial normalarda dəstək aramağa vadar edir. Gender bərabərliyinə nail olmaq birbaşa nikah münasibətlərinin nizamlanmasının strategiyasından asılıdır. Ailələrin sosial institut kimi fəaliyyət göstərməsi Azərbaycanın inkişafında həssas indikator rolunu oynayır. Tarixən sərt gender qayda-qanunlarının mövcudluğuna görə qadınlar ailədən kənarda ola bilməzdilər, əvvəl ata evində (qohum), nikah yaşı çatdıqda isə - yoldaşının (ər evində). Məhz bu səbəbə görə Azərbaycanın qadın əhalisinin yüksək səviyyəli, praktiki olaraq yüz faizlik nikahlı olmaqları şərtlənmişdir. Madam ki, qadınlar praktiki olaraq heç bir şeyə malik deyildilər, evlilik onlar üçün yeganə vəsait mənbəyidir. Ailə qurmaq qadınların evlə təmin olunmasına şərait yaradır, onlara mülk, sosial-iqtisadi müdafiə verir, dünyaya uşaq gətirmək üçün vasitə rolunu oynayırdı. Sovet hakimiyyəti dövründə erkən nikah qəti qadağan olunsa da, bu onun tam aradan qaldırılmasına yox, sadəcə ailə-nikah münasibətlərinin formasının dəyişilməsinə səbəb oldu. Bundan əlavə, azərbaycanlı qadınların sosial-əmək aktivliyi və sovet dövründə onların təhsil səviyyəsinin artması ənənəvi sayılan erkən ailə-nikah münasibətlərinin zəifləməsində katalizator rolunu oynadı. Lakin, hətta bu şəraitdə də ölkənin cənub bölgələrinin kəndlərində erkən nikah, islam dininin normaları ilə uzlaşaraq kifayət qədər ənənəvi sosial institut kimi fəaliyyət göstərirdi.

Erkən nikahlar və onun fəsadları

Azərbaycan ailələrinin fərqləndirici xüsusiyyətlərindən biri də onun qapalı olmasıdır. Ailə daxilində baş verən hadisələr, hətta yaxın tanışlarla da müzakirə edilmir. Erkən nikah problemi də kifayət qədər qapalıdır, onu ancaq ailə üzvləri arasında müzakirə etmək mümkündür.   

“Kollektiv arasında, hətta qonşularla da erkən nikah problemi müzakirə edilmir, bu mövzunu yalnız ailə üzvləri, ən yaxınlarla müzakirə etmək olar.

Müsəlman mədəniyyətinə meylli ölkə sayılan Azərbay-canda erkən nikah problemi özündə tarixi ənənələrin yükünü daşıyır.

Tədqiqatlar göstərir ki, Azərbaycan cəmiyyətində erkən nikah probleminə fərqli baxışlar mövcuddur. Bu müxtəlifliyin yaranmasına səbəb olan əsasları, ümumilikdə, aşağıdakı kimi müəyyən etmək etmək olar:

Erkən nikahları islam dini ilə əlaqələndirmək tendensiyası və bu tendensiyada Azərbaycan qadınlarının ayrı-seçkilik faktının sübutunu görmək;



  • Erkən nikahın səbəblərini qadınların mövcud gender ayrı-seçkiliyinə əsaslanmış patriarxal sistemlə əlaqələndirirlər. Ailədə kişi maddi vəsaitlərə nəzarət edir və ailə səviyyəsindəki qərarları təkbaşına qəbul edir;

  • Mövcud iqtisadi vəziyyətlə: belə ki, erkən nikahlar əsasən aztəminatlı ailələrdə geniş yayılmışdır;

  • Kənd qızlarının işlə təmin olunmalarındakı çətinliklər və çarəsizlik, ümidsizlik atmosferi yaradan kasıbçılıq;

  • İcma həyatında hər kəsin davranışının sərt reqlamen-tasiyası məcburi nikaha cəlb olunma hallarına müdaxilə etməyi çətinləşdirir;

  • Kəndlərdəki kişilərin əmək miqrasiyası qadınlar arasın-da müəyyən abu-havanın yaranmasına, ailə qura bilməmək qorxusuna səbəb olur;

  • Ölkənin qanunverici aktlarında nikah yaşının 17-dən 16-ya qədər azaldılmasının mümkünlüyü;

Məlumdur ki, ötən əsrin əvvəllərinədək qızların erkən yaşda zorla ərə verilməsi Azərbaycanda geniş yayılmış bir hal idi. Qızlar çox zaman 12-13 yaşında kəbinli qadın olmaq məcburiyyətində qalırdılar. Qismən Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə və əsaslı şəkildə Sovet hakimiyyəti zamanı, yəni XX əsrin 30-cu illərində aktuallığınıı itirmiş bu problem, təəssüf ki, yenə də biruzə vermişdir.

Qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi indi Azərbaycanın bir sıra regionlarının acı reallığıdır. Aran, Muğan bölgəsi, Saatlı, Biləsuvar, Lerik, Masallı, İmişli, Lənkəran, Yardımlı, hətta Bakı kəndlərində də qızların məktəbə buraxılmaması halları və erkən nikahlar geniş yayılmaqdadır. Ötən il Lənkəran, Astara və Masallı rayonlarında yetkinlik yaşına çatmayan qızların məktəbdən yayındırılması və zorla ərə verilməsinə dair kifayət qədər faktlar aşkarlanıb. Belə problemlərə Lənkəran şəhərinin özündə, demək olar ki, nadir halda rast gəlmək olar. Amma kəndlərdə vəziyyət acınacaqlıdır. Hətta qızları bəzən valideynləri ümumiyyətlə məktəbə getməyə qoymur. Orta məktəbi qurtarıb ərə getməyən qız “evdə qalmış” hesab olunur və ictimai qınaq hədəfinə çevrilir. Qızları məktəbdən kənarlaşdırarkən onların rəyi nəzərə alınmır. Bu baxımdan, Masallı rayonunda vəziyyəti daha təhlükəli hesab edən ekspertlər bildirirlər ki, həmin rayonda qızlar ən yaxşı halda 5-ci və ya 6-cı sinfə qədər dərsə gedə bilir. Sözügedən rayonlarda yuxarı sinif şagirdi olan qızların bir çoxu nişanlı vəziyyətdə dərsə gəlir. Qızlar 13-14 yaşına çatdıqda orta məktəbdən məcburi şəkildə çıxarılır və ona ərə getməyin vacibliyinə dair yerli ənənələr məcburi qaydada aşılanır. Bundan imtina etdikdə isə onlar ailə və yaxın qohumlar tərəfindən müxtəlif təzyiqlərə məruz qalır, ictimai qınaqla rastlaşır ki, bu da nəticədə həddi-buluğa çatmayan gənc qızların psixoloji sarsıntı keçirməsinə səbəb olur.

Erkən yaşında olarkən qızlar zorla ərə verilməklə həm də öz sosial hüquqlarından imtina etmək məcburiyyətində qalırlar. Qızların 4, 5 və 6-cı siniflərdən məktəbdən çıxarılması və 13, 14 yaşlarında nişanlanması, 14-15 yaşdan etibarən ərə verilməsi bəzi bölgələrdə yerli ənənə hesab olunur. Beləliklə, onlar təhsil almaq və cəmiyyətə inteqrasiya etmək hüququndan məhrum edilir və cəmiyyətdən təcrid vəziyyətinə düşürlər.

Bəzi psixoloqlar erkən ərə gedən qızların ana olan zaman öz uşaqlarına qarşı laqeyd yanaşmasının real problem olduğunu bildirirlər. Məsələ ondadır ki, erkən nikaha daxil yeniyetmə qızların özləri hələ uşaqdırlar. Ana ilə uşaq arasında 14-15 yaş fərq olur. Bacı-qardaş arasında da belə fərq ola bilər. Həm də onların emosiyası da tam böyük insanın emosiyası deyil. Onlar üçün orta rəng yoxdur. Həyat ya qara, ya ağ, yaxşı, ya da pisdir. Ona görə də reaksiyaları bəzən çox kəskin olur. O cümlədən öz uşaqlarına qarşı. Özü hələ uşaq olan, gəlinciklərlə oynamaqdan doymayan bir insanın özünün övladı dünyaya gələndə o uşaq ona artıq kimi görünür. Analıq hissini qətiyyən dərk etmirlər. O qızlarda analıq hissi yerli-dibli inkişaf etmir. Analıq hissinin inkişafı üçün qadına müəyyən yaş həddi lazımdır. Həmin yaş həddi yetişmədiyinə görə, ana olmaq onlar üçün psixoloji zərbədir. Bütün bunlarla yanaşı mövcud vəziyyəti aradan qaldırmaq üçün maarifləndirmə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat aparılmalıdır. Cəmiyyət özü buna qınaq etməlidir. cəmiyyət bilməlidir ki, erkən nikah əslində ailənin təməlinin dağılmasıdır. Qız yetkin olanda daha ailəcanlı olur, ailənin, uşağın dəyərini dərk edir, öz məsuliyyətini anlayır. Belə ki, yeniyetmə yaşında olan qızlar ailə üzvlərinin, valideynlərin təzyiqi əsasında özlərindən qat-qat böyük kişilərə ərə verilirlər. Bir müddət sonra xasiyyətləri tutmadıqda və ya zorakılığa məruz qaldıqda boşanmağa məcbur olurlar. Boşandıqda isə rəsmi nikahları olmadığından heç bir mülkiyyət hüququ əldə edə bilmirlər. Bu məsələ bu gün də ciddi problem olaraq qalır.

Erkən nikahlar ailə zorakılığının bir forması kimi qəbul edilməli və ona qarşı mübarizə aparılmalıdır.  Bu mübarizənin ən mühüm növü isə maariflənmədir. Məhz maariflənmə xalqımızın genefondunu erkən nikahların qurbanlarına çevrilməkdən xilas edəcək.  Erkən nikaha cəlb edilən qızların bir çox hüquqları pozulur. Belə ki, qız təhsildən uzaqlaşır və onun Təhsil almaq hüququ pozulur, o uşaqlıq dünyasından məhrum edilir və onun Uşaq hüquqları pozulur, erkən yaşda ana olan qızların sağlamlıq hüquqları pozulur və s. Bütövlükdə götürdükdə isə, erkən nikaha cəlb edilən qızların insan kimi hüquqları pozulur. Azyaşlı qızların erkən ərə verilməsi halları artıb. Bu, xüsusən qərb bölgəsindəki Daşkəsən, Tovuz və Şəmkir rayonlarında geniş vüsət alıb. Bu sahədə valideynlərlə yanaşı ictimaiyyət, xüsusilə məktəb direktorları günahkardır. Belə ki, Ailə Məcəlləsində nikaha daxil olmaq üçün ən azı 17 yaş həddi müəyyənləşsə də son vaxtlar 13-14 yaşında olan qızların ailə qurması halları artıb. Araşdırmalardan görünür ki, sözügedən rayonların əksər məktəblərində 14-15 yaşında qızlar dərsə gəlmirlər. Onlar ya ərə verilib, ya da nişanlıları onların təhsillərini davam etdirməyə icazə vermir. Azyaşlı qızın təfəkkürü inkişaf etmədiyindən, hansı seçimin düzgün olması barədə qərar verə bilmir. Acınacaqlıdır ki, bu halı məktəb rəhbərliyi bilsə də, bu istiqamətdə nə preventiv xarakterli tədbirlər, nə də ki, ümumiyyətlə bunu aradan qaldırmaq məqsədilə hər hansı fəaliyyət işi həyata keçirmir.



Erkən nikah və reprudiktiv sağlamlıq

Erkən nikahlara cəlb edilən qızların sağlamlıqları bir çox mənfi təsirlərə məruz qalır. Belə qızların orqanizmləri uşaq dünyaya gətirmək üçün fiziki cəhətdən tam inkişaf etmiş olmur. Yeniyetmə yaşlarında qızlarda böyümə və inkişaf hələ davam edir, onların çanaqları tam yetkin ölçüyə çatmamış olur. Dünyaya uşaq gətirən zaman qızın çanağı tam ölçüdə olmadığı üçün uşağın çanaq daxilində yaxşı inkişaf etməməsi, dölün asfiksiyası, kəllədaxili təzyiqlə doğulması və sair kimi fəsadlar baş verir. Bəzi qızlarda cinsi yetkinlik dövrü gecikir, qızlarda aybaşı sikli öz normal halına düşməmiş erkən ailə qururlar. Bu gələcəkdə bir çox fəsadlarla, ilk növbədə sonsuzluqla nəticələnir. Erkən yaşlarda, xüsusilə qızların yaş həddinin keçid dövründə onların psixoloji durumları tam formalaşmadığı üçün erkən nikahlara cəlb edilən qızlar həm də psixoloji cəhətdən ailəyə və onun idarə edilməsinə hazır deyillər. Bu da gələcəkdə onların bir sıra psixiki xəstəliklərə düçar olmasına gətirib çıxarır. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda ərə getdikdən sonra tezliklə uşaq dünyaya gətirmək qadının sosial statusu üçün çox vacibdir. Dünyaya uşaq gətirmək məsələsində yeni evlənənlərə çox zaman yaxın qohumları tərəfindən güclü psixoloji təsir göstərir. Erkən  nikahlarda bu  baxımdan fərqlənmir. Məhz bu səbəbdən erkən nikaha daxil olan yeniyetmə qız iki-qat təzyiq və mənfi təsirə məruza qalandır.  

Sağlamlığa mənfi təsir edən amillərdən biri də abortdur. Məhz abortla bağlı ağırlaşma hallarının çox hissəsi gənc anaların payına düşür. Onu da qeyd etmək yerinə düşərdi ki, abort qanunla qadağandır, xüsusilə də yetkinlik yaşına çatmayan qızların qanunsuz aborta getmələri cinayət hesab edilir. Erkən nikahlardan dünyaya gələn körpələrin səhhətləri  yetkin qadınların dünyaya gətirdikləri körpələrin səhhətinə nisbətən daha çox risklə üzləşirlər. Gənc anaların körpələri doğularkən az çəkili olma ehtimalları daha çoxdur, onların yarımçıq doğulma riski daha da yüksəkdir və onların doğumdan qabaq ölüm faizi daha da artıqdır. Əsas problem isə “Uşaqdan uşağın dünyaya gəlməsidir“. Belə ki, hələ özü uşaq olan və yetkinləşməmiş yeniyetmə ana uşaq dünyaya gətirmək üçün lazım olan valideynlik bacarıqlarına da malik ola bilməz.  

Gənc analar, eyni zamanda, bir sıra sosial dəyərləri də itirirlər. Belə ki, ailəli yetkinlik yaşına çatmayan analar təhsillərini davam etdirə bilmirlər, heç bir ixtisası və peşəsi olmayan ana artıq iş tapmaq imkanından da məhrum olur. Yoxsulluq şəraitində yaşayan və səhhəti zəifləyən gənc ana öz övladının tərbiyəsinin və səhhətinin qayğısına qala bilməyərək analıq funksiyalarını da yerinə yetirə bilmir.             

Erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər. Bütün ailələrin – istər hər iki valideyni, istərsə də tək valideynli olsun, iqtisadi cəhətdən dəyişkən olmaları cəmiyyətin marağındadır. Erkən nikahlar və erkən hamiləlik isə bunun belə olmasına nəinki kömək edir, əksinə mane olur.



Yuxarıda sadalanan problemlərin həlli üçün isə cəmiyyət birlikdə çalışmalıdır. Təkcə qadınlar deyil, kişilər də paralel olaraq maarifləndirilməlidirlər, nəticədə isə problem öz həllini tapa bilər.

Tərtib edən: Yariyeva Səadət

 
Yüklə 70,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin