AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
XƏZƏR UNİVERSİTƏSİ
Orta məktəb üzrə fənn müəllimləri üçün
ixtisasartırma təhsilinin 2-ci modulu üzrə
“
Ümumi orta təhsil səviyyəsinin yeni fənn kurikulumlarının tətbiqi üzrə
”
təlim kursunun iştirakçilari üçün
TƏLİM MATERİALI
Abdulla Qəhrəmanov
Milli Kurikulum üzrə təlimçi
e-mail: abdullaqehreman@gmail.com
abdullaqehreman@yahoo.com
telefon: (+99450) 3503920
(+99477) 3503920
Bakı - 2012
2
Milli kurikulum
Abdulla Qəhrəmanov
MÜNDƏRİCAT
GİRİŞ ............................................................................................................................................... 4
1.
TARİXİ MƏLUMAT ............................................................................................................. 5
2.
AZƏRBAYCANDA KURİKULUM ..................................................................................... 6
3.
KURİKULUM NƏDİR ........................................................................................................ 10
4.
FƏNN KURİKULUMLARININ STRUKTURU VƏ MƏZMUNU ................................. 11
4.1.
Kurikulum islahatını zəruri edən səbəblər ................................................................... 11
4.2.
“Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədinin
əsas xüsusiyyətləri ....................................................................................................................... 11
4.2.1.
Ümumi təhsilin məzmunu ............................................................................................ 11
4.2.2.
Ümumi təhsilin idarə olunması ................................................................................... 12
4.2.3.
Ümumi təhsilin infrastrukturu ................................................................................... 12
4.2.4.
Ümumi təhsilin maddi-texniki və tədris bazası ......................................................... 12
4.2.5.
Ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri .............................. 12
4.2.6.
Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi ... 13
4.3.
Təhsil proqramı (kurikulum) .......................................................................................... 13
4.4.
ÜMUMİ TƏHSİLİN SƏVİYYƏLƏRİ ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ ..................... 14
4.4.1.
İbtidai təhsil üzrə ümumi təlim nəticələri .................................................................. 14
4.4.2.
Ümumi orta təhsil üzrə ümumi təlim nəticələri ......................................................... 14
4.4.3.
Tam orta təhsil üzrə ümumi təlim nəticələri ............................................................. 15
4.4.4.
Ümumi orta təhsil səviyyəsində məzmun standartları.............................................. 16
4.5.
Kurikulumun əsas xüsusiyyətləri .................................................................................... 20
4.6.
Milli Kurikulumun strukturu ......................................................................................... 21
4.6.1.
Milli kurikulumdan fənn kurikulumuna keçid ......................................................... 21
4.6.2.
Fənn kurikulumlarının səciyyəvi cəhətlərinin müqayisəli təsviri ............................ 22
4.6.3.
Fənn kurikulumunun strukturu ................................................................................. 23
4.6.4.
Fənnin məqsədi və məzmunu ...................................................................................... 23
4.6.5.
Məzmun standartının quruluşu .................................................................................. 31
5.
MÜASİR KURİKULUMLAR VƏ YENİ TƏLİM STRATEGİYALARI ...................... 34
5.1.
Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblər ............................................................ 34
5.2.
Təlim fəaliyyətinin planlaşdırılması ............................................................................... 34
5.2.1.
Perspektiv planlaşdırma aparmaq məqsədilə müəllim üçün zəruri hesab edilən
bacarıqlar ...................................................................................................................................... 34
5.2.2.
Gündəlik planlaşdırma nümunəsi............................................................................... 35
5.2.3.
Təlim strategiyaları nədir? Təliminin təşkilinə verilən əsas tələblər ...................... 39
5.2.4.
T ə l i m ü s u l l a r ı ................................................................................................. 41
6.
ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ YENİ QİYMƏTLƏNDİRMƏ
MEXANİZMLƏRİNİN TƏTBİQİ ............................................................................................. 46
6.1.
Müasir dövrdə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblər ..................................... 46
6.2.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində mövcud olan problemlər ........ 46
6.3.
Konsepsiyanın yaradılması üçün zəruri səbəblər ......................................................... 47
6.4.
Əsas qiymətləndirmə növləri ........................................................................................... 47
6.4.1.
Beynəlxalq qiymətləndirmən ....................................................................................... 48
6.4.2.
Milli qiymətləndirmə .................................................................................................... 48
6.4.3.
Məktəbdaxili qiymətləndirmə növləri ........................................................................ 48
6.4.4.
Diaqnostik qiymətləndirmə ......................................................................................... 49
6.4.5.
Formativ qiymətləndirmə ............................................................................................ 50
6.4.6.
Summativ qiymətləndirmə .......................................................................................... 53
6.4.7.
Qiymətləndirmə standartlarının və qiymətləndirmə vasitələrinin hazırlanması ... 55
7.
YENİ DƏRSLİK KOMPLEKTLƏRİN ƏSAS TƏRKİB HİSSƏLƏRİ .......................... 59
8.
TEZAURUS .......................................................................................................................... 60
3
Milli kurikulum
Abdulla Qəhrəmanov
9.
Dərs dinləmə vərəqi .............................................................................................................. 62
10.
TƏHSİLƏ DAİR FƏLSƏFI BAXIŞLAR ...................................................................... 64
Formativ qiymətləndirmə jurnalı ............................................................................................... 66
Məktəbli kitabçası ........................................................................................................................ 68
4
Milli kurikulum
Abdulla Qəhrəmanov
GİRİŞ
Azərbaycan təhsil sisteminə 90-cı illərdən başlayaraq yeni pedaqoji terminalogiya daxil olmuşdur.
Bu “Kurikulum” (İslahatın başlanğıcında “Kurrikulum” adlanırdı. Bu söz Azərbaycan dilinin ahəng
qanunlarına uyğun gəlmədiyi üçün dilçilər bu termini “Kurikulum” kimi istifadə etməyi təklif
ediblər) pedaqoji terminologiyası idi. Daha sonralar elm və təhsil sahələrində termin kimi işlənməyə
başlamışdır. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri
özündə əks etdirən konseptual sənəddir. Kurikulumun əsasını təhlil, tərtib, tətbiq, və
qiymətləndirmə təşkil edir.
Kurikulum müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin
məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini əks
etdirir.
Qlobal dünyanın informasiya bolluğu şəraitində məktəbin, təhsilin vəzifələri dəyişir. Ağılın,
intellektin inkişaf etdirilməsi ön plana keçir. Dünyanın təhsil məkanında sadəcə bilik, bacarıqlar
deyil, dəyərlər, səriştələr şəxsiyyətin inkişafında mühüm atributlar kimi qiymətləndirilir və bugünkü
təhsilin keyfiyyət göstəriciləri kimi qəbul edilir. Belə bir zamanda Azərbaycan da müstəqillik əldə
etmiş ölkələrdən biri kimi bütün sahələrdə, o cümlədən təhsildə islahatlar aparır. Müstəqil
Azərbaycanın memarı ulu öndər Heydər Əliyev demişdir: "İndi təhsil sistemində islahatların əsas
məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına
uyğunlaşsın".
5
Milli kurikulum
Abdulla Qəhrəmanov
1.
TARİXİ MƏLUMAT
“Kurikulum” (curriculum) latın sözü olub, lügəvi mənası “kurs”, “elm”, “yol”, “qaçış” deməkdir.
Bu söz ingiliscə-rusca lügətlərdə “təlim kursu”, “tədris planı”, “proqram” kimi izah olunur.
Curriculum sözünə ilk dəfə Leyden (1582-ci il) və Qlazqo (1633-cü il) şəhərlərinin
universitetlərinin sənədlərində rast gəlir.
Bəzi alimlərin qeyd etdikləri kimi, 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa
başlanmışdır. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmışdir. Ötən əsrin 70-ci
illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda bu termindən keçən əsrin 90-
cı illərinin axırlarından başlayaraq istifadə olunur. İlk dəfə “The Oxford English Dictionary” (OED-
Oxford İngilis dili Lüğəti) leksikoqrafik termin kimi bu sözü işlədib. Mənası, “İcbari tədris kursu və
ya tədris müəssisəsində hazırlıq” deməkdir.
Kurikulum dünyanın mütərəqqi təhsil modellərindən biri olmaqla hazırda geniş miqyasda tətbiq
olunur. Avropa ölkələrində kurikuluma təhsilin əsasını təşkil edən sənəd kimi yanaşılır. Konseptual
sənəd kimi onun məzmununda standartlar, zəruri minimum, təhsil alanların hazırlığına qoyulan
tələblər, texnologiya və qiymətləndirmə məsələləri əhatə edilir. Əslində bu məsələlərin hər biri
kurikulumda onun tərkib hissəsi mühüm komponentləri kimi ehtiva olunur. Həmin komponentlərin
bir-biri ilə qarşılıqlı əlaqəsi, hər hansı birinin digərini tamamlaması, onun məntiqi davamı olması
vacib tələb kimi gözlənilir.
6
Milli kurikulum
Abdulla Qəhrəmanov
2.
AZƏRBAYCANDA KURİKULUM
Hazırda Azərbaycan özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil
prinsiplərindən istifadə etməklə təkmilləşdirir, məzmun və struktur dəyişiklikləri aparır. İnsanın
həyati bacarıqlara malik bir şəxsiyyət kimi formalaşması istiqamətində səmərəli fəaliyyət göstərir.
Azərbaycanda təhsil sahəsində islahatlar məhz bu məntiqə uyğun olaraq pillə-pillə aparılır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları demişdir: "Bütün işlər
məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları
bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir".
Azərbaycanın tarixində artıq tələbyönümlü bir təhsil sistemi formalaşır. Cəmiyyətimizin ehtiyac və
tələbatlarına uyğun belə bir təhsil sisteminin qurulmasında demokratikləşdirmə, humanistləşdirmə,
inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma mühüm pedaqoji prinsiplər kimi
nəzərə alınır. Şəxsiyyətin maraq və ehtiyaclarını, arzu və istəklərini əsas götürməklə təhsil alanların
mənafeyinə xidmət göstərmək ön plana çəkilir. Beləliklə, təhsilin bütün sahələrində dönməz
xarakterə malik, ardıcıl və sistemli işlərə rəvac verilir. O cümlədən kurikulum islahatları elmi
əsasda məqsədyönlü, planlı şəkildə aparılır.
Kurikulum islahatları Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası
arasında bağlanmış ilk Kredit Sazişi əsasında başlayıb. 15 iyun 1999-cu il tarixdə "Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat Proqramı" təsdiq olunmuşdur. 1999-cu ildən bünövrəsi
qoyulan bu islahatın öyrədici innovasiya mərhələsində ümumtəhsilin vəziyyətinin araşdırılması,
gələcək fəaliyyətlər üçün istiqamətlərin müəyyənləşdirilməsi, pilot müəssisələrin təşkili,
mütəxəssislərə kurikulumların hazırlanması sahəsində zəruri bacarıqların aşılanması və sair
sahələrdə işlər görülüb. Beynəlxalq və milli səviyyəli mütəxəssislər tərəfindən ümumi təhsil
sistemində aparılan araşdırmalar birbaşa onun mövcud durumunu müəyyənləşdirməyə yönəlib.
Xüsusən inzibati amirlik sistemindən çıxan bir ölkə kimi Azərbaycanda təlim-tərbiyə işinin
xarakterik cəhətləri öyrənilib.
Təhsil sahəsində İslahat Proqramı 1999-2013-cü illəri əhatə edir. Kurikulum islahatı təhsil
islahatının əsas istiqamətlərindən biridir.
Təhsil islahatlarının mərhələləri
Mərhələ
Dövr
Məzmunu
I mərhələ
1999-2003
öyrədici-innovativ
II mərhələ
2004-2007
hazırlıq
III mərhələ
2008-2013
tətbiqetmə
Həmin araşdırmalarda birmənalı şəkildə belə qənaət hasil edilmişdir ki, Azərbaycanda ümumi
təhsil, əsasən, lüzumsuz olaraq elmlərin əsaslarının öyrədilməsinə yönəlib və şagirdlərin həyati
bacarıqlara yiyələnməsi üçün istiqamətləndirilməsi imkanları məhdudlaşıb. Bundan əlavə,
qloballaşan dünyanın prinsiplərinin əksi olaraq fənlərə daha çox fundamental biliklər mənbəyi kimi
baxılıb. Onların inkişafetdirici, tərbiyəvi imkanlarına zəif diqqət yetirilib. Ona görə də ümumi təhsil
kurikulumlarının yenidən hazırlanması təklif olunub.
Beləliklə, öyrədici innovasiya mərhələsində görülmüş işlər Dünya Bankının rəhbərliyi tərəfindən
rəğbətlə qarşılandığından 2003-2013-cü illəri əhatə edən, iki mərhələdə həyata keçirilməsi nəzərdə
tutulan və birinci mərhələdə 5 komponentdən ibarət olan ikinci layihə müəyyənləşdirilib. "ümumi
orta təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu" adlı birinci komponentin alt-
komponentlərindən biri kimi "Kurikulum islahatı" təsdiq olunub.
Təcrübə göstərir ki, təlimin məqsəd, məzmun, forma, metod və vasitələrdən ibarət sistemi həmişə
aparıcı olsa da, ona yanaşmalar müxtəlif olmuşdur. Sadalanan vacib komponentlərin strateji bir
7
Milli kurikulum
Abdulla Qəhrəmanov
xətdə əlaqələnməsi, uyğun prinsiplərə tabe olmaması onların mənimsənilməsini çətinləşdirmiş və
tətbiq imkanlarını məhdudlaşdırmışdır. Kurikulum modelinə müraciət olunması onların bir məcraya
gətirilməsinə, bir xətt üzrə qurulmasına imkan yaratmışdır. Nəticədə komponentlərin şəbəkəli vahid
strukturu əmələ gəlmişdir. Başqa sözlə, təhsildə müxtəlif fəaliyyətlərin məzmununu əhatə edən
xüsusi sənəd meydana çıxmışdır. Bu sənədin özəlliyi ondadır ki, o, təlimin məzmununu,
strategiyalarını, qiymətləndirmə mexanizmlərini və sairi birləşdirməklə konseptual xarakter daşıyır.
Bütün resursların yaradılmasında, təlim prosesinin təşkili və aparılmasında baza rolunu oynayır və
dərslikləri tərtib edənlərdən başlayaraq ta təlim prosesində qiymətləndirmə ilə məşğul olan bütün
mütəxəssislərə qədər insanların fəaliyyətini istiqamətləndirir.
Bəs kurikulumlar necə hazırlanır? Onların müəllifi kimlərdir?
Təhsil kurikulumlarının hazırlanması ağır bir prosesdir. Ona cəmiyyətin bütün zümrələrindən olan
insanlar (mütəxəssislər, müəllimlər, valideynlər, şagirdlər və b.) cəlb edilirlər. Dünyada
kurikulumların yaradılması işi ilə xüsusi qurumlar məşğul olur. Həmin qurumlar öz ətrafına fəal
qüvvələri toplayaraq cəmiyyətin tələbatlarına uyğun məzmun və texnologiyalar sistemi
hazırlayırlar.
Bəzən təhsil kurikulumlarının bir və ya bir neçə şəxs tərəfindən hazırlanmasının mümkünlüyü
barədə mülahizələr söylənilir. Bu, əvvəlki təhsil proqramları üçün xas olan xüsusiyyətlərdir. Həmin
proqramlar təklifyönümlü olduğundan bir və ya bir neçə nəfərin subyektiv mülahizəsi kimi irəli
sürülərək istifadəyə verilirdi.
Təhsil kurikulumları isə maraqlı olan tərəflərdən (mütəxəssislər, müəllimlər, valideynlər, şagirdlər)
ibarət daha çox insanın münasibətini əhatə etməklə obyektiv xarakter daşıyır. Ona görə də dünya
ölkələrində təhsil kurikulumlarının hazırlanmasında işçi qruplarından və onların fəaliyyət
mexanizmlərindən ibarət texnologiyalara müraciət olunur.
Azərbaycanda da kurikulumlar hazırlanarkən belə bir texnologiyaya istinad edilmişdir. 2005-ci ildə
Təhsil Problemləri İnstitutunun strukturunda Kurikulum Mərkəzi yaradılmış, həmin vaxtdan
respublikada kurikulum hərəkatı başlanmışdır. Yüzlərlə müəllim, təhsil işçisi bu hərəkata qoşularaq
kurikulumların hazırlanması istiqamətində müzakirələrin iştirakçısına çevrilmiş və 400-ə qədər
üzvü olan 23 işçi qrupunun ətrafında birləşərək kurikulumların hazırlanması prosesinə
qoşulmuşdur. Dünya Bankının prosedurlarına əsasən seçilmiş 95 nəfər milli məsləhətçi, kurikulum
və qiymətləndirmə sahəsində beynəlxalq miqyasda tanınmış Hollandiyanın "CİTO QROEP"
təşkilatı kurikulumların hazırlanmasında məsləhətçilik xidmətləri göstərmişlər.
Beləliklə, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)"
sənədinin 2006-cı ildə, I-IV siniflər üçün fənn kurikulumlarının 2007-ci ildə ilk dəfə hazırlanaraq
təsdiq olunması respublikamızın təhsil həyatında hadisəyə çevrilmişdir.
Kurikulumlar hazırlanarkən, ilk növbədə, dünyanın ABŞ, Rusiya, Hollandiya, Avstraliya, İngiltərə,
Finlandiya, İsveç, Türkiyə, Kanada, Moldova, Qazaxıstan və başqa ölkələrin bu sahədə təcrübələri
diqqətlə öyrənilmiş, təhlillər aparılmışdır. İşçi qruplarında müzakirələr keçirilmişdir. Obyektiv
qərarların qəbul olunması diqqət mərkəzində saxlanılmışdır.
İşçi qrupları tərəfindən hazırlanan kurikulumların layihə variantları dəfələrlə müzakirə olunaraq
mərhələ-mərhələ respublikanın pedaqoji mətbuatında - "Azərbaycan müəllimi", "Təhsil
problemləri" qəzetlərində dərc edilərək oxucuların və pedaqoji ictimaiyyətin mühakiməsinə
verilmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, kurikulumların layihə variantları ilə bağlı
Təhsil Nazirliyinə minlərlə təklif göndərilmişdir. Həmin təkliflərdə müəllimlər kurikulumları təqdir
etməklə ona münasibət bildirmiş, məzmun standartlarını məqsədəuyğun saymış, layihə variantının
təkmilləşdirilməsi üçün zəruri hesab etdikləri təkliflərini irəli sürmüşlər.
Eyni zamanda kurikulumlar ABŞ, Avstraliya, Hollandiya kimi xarici ölkələrdəki bu işlə məşğul
olan qurumlara, mütəxəssislərə rəyə göndərilmiş, onlar tərəfindən müsbət qiymətləndirilmişdir.
8
Milli kurikulum
Abdulla Qəhrəmanov
Beynəlxalq ekspertlər hazırlanmış yeni kurikulumları inkişaf etmiş Avropa ölkələrinin
kurikulumları səviyyəsinə uyğun sənədlər kimi qiymətləndirmişlər.
Artıq dörd ildir ki, fənn kurikulumlarının tətbiqinə başlanılmışdır.
Fənn kurikulumları mahiyyət etibarilə cəmiyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyətin
formalaşmasına imkan yaradan, cəmiyyətin tələblərinə cavab verən mühüm təhsil sənədi kimi
nəticəyönümlü, şəxsiyyətyönümlü və inteqrativ xarakter daşıyır. Onların məzmunu şagird
fəaliyyətinin ardıcıl olaraq izlənməsinə, nailiyyətlərin müntəzəm şəkildə qiymətləndirilməsinə
imkan yaradır, təlim prosesi ilə gözlənilən nəticə arasında əks-əlaqə mexanizminin qurulmasını
təmin edir.
Dünya pedaqoji fikrində kurikulumlar nəzəri və praktik cəhətdən geniş öyrənilmiş, xüsusi
nəzəriyyələr formalaşmışdır. Azərbaycan da öz fəaliyyətimizdə onlara istinad etmişdir. Heç
şübhəsiz, bu barədə respublikamızda fundamental pedaqoji araşdırmaların aparılmasına, təhsil
sahəsindəki fəaliyyətlərin xarakteri, onlar arasındakı əlaqə və münasibətlər, kurikulumların
konseptuallığı və inteqrativliyi, məzmun standartlarının komponentləri, bilik və fəaliyyət, onlar
arasında əlaqə və bağlılıq kimi mahiyyətyönümlü məsələlərin öyrənilməsinə ehtiyac
yaranmaqdadır. Bu problemlər konseptual xarakter daşıyır və müasir didaktikanın nəzəri
məsələlərindən biri kimi özünün tədqiqatçılarını gözləyir.
Bu gün kurikulumlarda yer tutan məzmun standartları şəxsiyyətyönümlü təhsilin nəticələri olmaqla
inteqrativ xarakter daşıyır və dəyərləri ifadə edir. Bu dəyərlər uşaqların ümumi inkişafını, intellekt
səviyyəsini müəyyənləşdirmək imkanı yaradır.
Kurikulumlar elmi əsasda, sistemli olaraq hazırlanmış yeni təhsil sənədləridir. Tətbiq edildikcə,
təbii olaraq, onların təkmilləşdirilməsi istiqamətində mülahizələr yaranır.
Təhsil islahatları ilə bağlı dövlət sənədləri
İl
Sənədin adı
Təsdiqi
1999
Azərbaycan Respublikasının təhsil sahəsində İslahat
Proqramının təsdiq edilməsi haqqında.
ARPS. 15 iyun 1999.
№ 168
2003
“2003-2005-ci illər üçün Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramı”
ARPF. 20 fevral 2003.
№
2003
Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin
tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris
avadanlıqları ilə təmin olunmasına dair Dövlət Proqramı –
2003-2007
ARPF. 2003.
2004
“Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)”
ARPS. 2004. №
2005
2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində
pedaqoji kadrlarla təminat üzrə Dövlət Proqramı
ARPF. 2005.
2005
Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan
(sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə
əlaqədar Dövlət Proqramı-2005-2009
ARPF. 2005.
2005
Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan
(sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə
əlaqədar Dövlət Proqramı-2005-2009
ARPF. 2005.
9
Milli kurikulum
Abdulla Qəhrəmanov
İl
Sənədin adı
Təsdiqi
2005
Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə
təminatı Proqramı 2005-2007
ARPF. 2005.
2006
Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ
qayğı Dövlət Proqramı – 2006-2015
ARPF. 2006.
2006 Dərsliklə təminat Proqramı – 2006-2015
ARPF. 2006.
2006
Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət Proqramı – 2006-2010
ARPF. 2006.
2006
Azərbaycan Respublikasının ümumi təhsilin konsepsiyası
(Milli Kurrikulumu)
ARNKQ. 3 iyun 2010.
№ 103
2008
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”
ARPS. 15 sentyabr 2008.
№
2009
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”
ARPF. 14 aprel 2009.
2009
Azərbaycan Respublikasının ümumi təhsil sistemində
Qiymətləndirmə Konsepsiyası.
ARNKQ.
13 yanvar 2009. № 9
2009 Təhsil haqqında Azərbaycan Respublikasının qanunu.
ARP. 19 iyun 2009.
2010
"Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları
(kurikulumları)"nın təsdiq edilməsi haqqında
ARNKQ.
3 iyun 2010. № 103
2011
Ümumi təhsil məktəblərində və ilk-peşə ixtisas təhsili
müəssisələrində təhsilalanların qiymətləndirilməsi və yekun
dövlət attestasiyasının aparılması qaydaları
ARTNQ.
3 may 2011. № 736
Dostları ilə paylaş: |