Əxlaq tərbiyəsində şüurlu intizamın, borc və məsuliyyətin yeri
Bu məfhumlar həyatda bir-birini tamamlayır. Şüurlu intizam olan yerdə borc da var, məsuliyyət də. Məsuliyyətli şəxs intizama müntəzirdir.
Şüurlu intizam. Müəssisədə, ailədə, ölkədə qoyulmuş qaydalara əməl edilməsi intizamdır. Məsələn, bəzi ailələrdə evdən çıxan şəxs qalanlara “Hələlik”, “Axşama qədər” deyir, qayıdanda salamlaşır, ayaqqabılarını, üst paltarını dəyişir. Bu qaydalara əməl edən şəxs intizamlılığını nümayiş etdirir. Yaxud, tədris müəssisəsində zənglə auditoriyaya daxil olmaq, danışmaq istəyəndə əl qaldırmaq, tapşırıqlara vaxtında əməl etmək və sair – belə qaydalara əməl edilməsi intizamdır.
Qoyulmuş qaydaların əhəmiyyətini başa düşərəkdən onlara əməl olunması şüurlu intizamdır. Yuxarıdakı misallara qayıdaq. İşə və ya məktəbə gedən şəxs evdəkilərlə
xudahafizləşərkən, qayıdanda salamlaşarkən onlara hörmət və ehtiram göstərdiyini başa düşürsə onun intizamı adi intizam deyil, şüurlu intizamdır. Tədris müəssisəsində də belədir: məşğələ başlayandan sonra auditoriyaya daxil olmaq hallarının, icazəsiz danışmaq hallarının, tapşırıqları vaxtında yerinə yetirməmək hallarının hərcmərclik yaratdığını, məşğələnin pozulduğuna səbəb olduğunu bildiyindən həmin qaydalara əməl edilməsi şüurlu intizamın hökm sürdüyünü göstərir.
İctimai həyatın bütün sahələrnndə, o cümlədən təlim- tərbiyə müəssisələrində şüurlu intizam müvəffəqiyyətin əsasıdır.
Dostları ilə paylaş: |