İnsanın həyatı üçün zəruri olan bütün maddi və mənəvi nemətlər əməyin məhsuludur. Adam öz ehtiyaclarını ödəmək üçün müəyyən alətlərin vasitəsilə təbiətin bu və ya digər cisimlərinə təsir göstərərək nəyi isə düzəldir, istehsal edir. Adi alətlərdən tutmuş ən mürəkkəb texnikaya, robot texnikasına, kosmik texnikaya qədər hamısı insan əməyinin nətiçəsidir.
Əməyinsosialmənası.Adamların yaşayış tərzi, güzəranı, firavan yaşayıb-yaşamaması əhəmiyyətli dərəcədə onların əməyə münasibətindən asılıdır. Bu həqiqəti yaxşı bilən xalq haqlı olaraq deyir: “Zəhmət çəkən bal yeyər”. Bəs zəhmətdən qaçan necə? Atalar gözəl çavab verib: “Yayda kölgə xoş, qışda çuval boş”. İslamda da tənbəllik pis keyfiyyət kimi dəyərləndirilir: “Allah tənbəli sevməz”.