Ali MƏKTƏb pedaqogikasi



Yüklə 246 Kb.
səhifə25/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   21   22   23   24   25   26   27   28   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

Əmək tərbiyəsi


Əməyin iqtisadi mənası. Əmək cəmiyyətin əsasıdır. Əməyin həm iqtisadi, həm sosial, həm tərbiyəvi, həm də fizioloji və psixoloji mənası var.

İnsanın həyatı üçün zəruri olan bütün maddi və mənəvi nemətlər əməyin məhsuludur. Adam öz ehtiyaclarını ödəmək üçün müəyyən alətlərin vasitəsilə təbiətin bu və ya digər cisimlərinə təsir göstərərək nəyi isə düzəldir, istehsal edir. Adi alətlərdən tutmuş ən mürəkkəb texnikaya, robot texnikasına, kosmik texnikaya qədər hamısı insan əməyinin nətiçəsidir.

Əməyin sosial mənası. Adamların yaşayış tərzi, güzəranı, firavan yaşayıb-yaşamaması əhəmiyyətli dərəcədə onların əməyə münasibətindən asılıdır. Bu həqiqəti yaxşı bilən xalq haqlı olaraq deyir: “Zəhmət çəkən bal yeyər”. Bəs zəhmətdən qaçan necə? Atalar gözəl çavab verib: “Yayda kölgə xoş, qışda çuval boş”. İslamda da tənbəllik pis keyfiyyət kimi dəyərləndirilir: “Allah tənbəli sevməz”.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin