Fiziki tərbiyə
Fiziki tərbiyənin mahiyyəti. Fiziki tərbiyə pedaqoji prosesin tərkib hissəsidir. Fiziki tərbiyədən yaxın məqsəd gənc nəslin sağlam, nikbin, gümrah böyüməsinə xidmət etməkdən ibarətdir.
Fiziki sağlamlığı çox qiymətli nemət hesab edən xalqımız deyir: “Sağlıq – ən böyük varlıqdır”. Çünki, cansağlığı olmayandan sonra heç bir şeyin, o cümlədən qızılın, var- dövlətin əhəmiyyəti yoxdur: “Neynirəm o qızıl teşti ki, içinə qan qusam”.
Fiziki tərbiyənin əhəmiyyəti. Sağlamlıqda, vətənin müdafiəsində, əməkdə, ağılda fiziki tərbiyənin böyük əhəmiyyəti var.
Fiziki tərbiyənin vəzifələri. Fiziki tərbiyə pedaqoji prosesin tərkib hissəsi olduğundan, ümumi vəzifələrlə yanaşı, spesifik vəzifələr də yerinə yetirir. Fiziki tərbiyənin həyata keçirdiyi başlıca spesifik vəzifələr üçdür: fiziki keyfiyyətlərin formalaşdırılması, fiziki bacarıqların inkişaf etdirilməsi və gigiyenik bilik və bacarıqların mənimsənilməsi.
Dostları ilə paylaş: |