Ali MƏKTƏb pedaqogikasi



Yüklə 246 Kb.
səhifə26/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   22   23   24   25   26   27   28   29   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

Əməyin əxlaqi mənası. Əmək, şəxsi zəhmət əxlaqı saflaşdı- ran, mənəviyyatı billurlaşdıran ən qüdrətli amillərdən biridir.

Zəhmət adamının fikri işinin məzmununa, məhsulunun keyfiyyətinə yönəlir, əyri yollardan uzaq olur.

Zəhmət halallığa aparan etibarlı yoldur. Öz qabarlı əllərinə, öz ağlına, öz qabiliyyətinə, öz zəhmətinə bel bağlayan şəxs xalq qarşısında alnı açıq, üzü ağ olur, halal çörək yeyir.

Zəhmət adamı, adətən, insanpərvər, vətənpərvər, xoşxasiy- yət, mehriban, səxavətli olur.
Əməyin fizioloji mənası. Atalar əbəs yerə deməmişlər ki, “Zəhmət insanın çövhəridir”, “İşləməyən dəmir pas atar”, “İşləyən dəmir parıldar”. Tibb elmində dönə-dönə isbat olunmuşdur ki, zəhmət orqanizmin normal fəaliyyətində böyük rol oynayır. Zəhmətlə məşğul olan şəxsin ürək-damar sistemi, ağ ciyərin, böyrəklərin və digər orqanların fəaliyyəti yaxşılaşır; əl, ayaq və bədən əzələləri möhkəmlənir, sümüklərin bərkiməsi intensivləşir. Nəticədə orqanizmdə maddələr mübadiləsi, qan dövranı istənilən səviyyədə olur; orqanizmin müxtəlif xəstəlik- lərə qarşı müqaviməti güclənir, adam özünü daim gümrah hiss edir. Ali sinir sisteminin möhkəmləndirilməsində əməyin rolunu xüsusi qeyd etmək lazımdır.

Əməyin psixoloji mənası. Zəhmət insan psixologiyasına, onun əhval-ruhiyyəsinə də faydalı təsir göstərir. Zəhmətlə məşğul olan adamı ruh yüksəkliyi müşayiət edir. O, daim işi haqqında, istehsal etdiyi məhsulun keyfiyyətli olması barədə düşunür. Ruhdan düşmək, “nə edim, neyləyim” halları ondan uzaq olur.

Əməyin idrak mənası. Xarici aləmin dərk olunmasında əməyin əhəmiyyətini unutmaq olmaz. İstehsal alətlərindən

istifadə edərək təbiət cisimlərinə təsir göstərən şəxs bir neçə cəhətdən zənginləşir. O, əvvəla, istifadə etdiyi alətin – baltanın, mişarın, çəkicin, traktorun və digər texnika vasitələrinin keyfiyyətinə daha yaxından bələd olur; ikincisi, təsir göstərdiyi obyektlərin – torpağın, daşın, metalın, ağacın və s.-nın xüsusiyyətlərini öyrənir və üçüncüsü, alınan məhsulun keyfiyyətindən hali olur. Deməli, əmək nəinki şüuru cilalayır, həm də xarici aləmi dərk etmək vasitəsinə çevrilir.



Əmək tərbiyəsinin vəzifələri. Əmək tərbiyəsinin zəruriliyi əməyin cəmiyyətdəki rolundan irəli gəlir. Həyatın bütün sahələrində, o cümlədən iqtisadiyyatda, sosial həyatda, mənəviyyatda əməyin müstəsna mövqeyi nəzərə alınaraq gənc nəslin əmək tərbiyəsi təşkil edilir. Əmək tərbiyəsi onun vəzifələrini aydın təsəvvür etməklə sıx bağlıdır. Əmək tərbiyəsi aşağıdakı vəzifələrin yerinə yetirilməsinə xidmət edir:

    1. Əməyin iqtisadi, sosial, əxlaqi əhəmiyyətini, fizioloji psixoloji inkişafda rolunu gənc nəslə anlatmaq, yəni onu psixoloji cəhətdən əməyə hazırlamaq.

    2. Əməyə məhəbbət əmək adamlarına hermət, zəhmətə xor baxan tüfeylilərə isə kəskin nifrət hissi aşılamaq.

    3. Fiziki zehni fəaliyyətin bəsid vərdişləri ilə gənc nəsli silahlandırmaq.

    4. Gənc nəsldə əmək intizamı əmək mədəniyyəti forma- laşdırmaq.



Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin