12. Psixoloji inkişaf və onun başlıca xüsusiyyətləri.
Psixolojiinkişafməfhumu.Məlumdur ki, insan yaşa dolduqça onun psixikası, yəni psixoloji prosesləri və xüsusiyyətləri müəyyən dərocədə inkişaf edir. Psixoloqlar isbat etmişlər ki, hər yaş dövrünü səciyyələndirən psixoloji xüsiyyətlər olur. O da məlumdur ki, ayrı-ayrı adamlara xas olan fərdi psixoloji xüsusiyyətlər də formalaşır. Həm yaş, həm də fərdi psixoloji xüsusiyyətlərin təşəkkülünə ətraf mühit amilləri güclü təsir göstərir.
Qavrayış, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, iradə kimi psixoloji proseslərin, habelə psixoloji xüsusiyyətlərin inkişafında təlim, tərbiyə və təhsilin əhəmiyyəti az deyil. Məktəbdə ayrı-ayrı fənlərin tədrisi, keçirilən tərbiyəvi tədbirlər tələbələrdə psixoloji xüsusiyyətləri obyektiv olaraq, müəllimdən asılı olmadan, bu və ya digər dərəcədə inkişaf etdirir. Lakin, pedaqoji prosesdə tələbələrin psixoloji inkişafı muəllimin (tərbiyəçinin) diqqət mərkəzində xüsusi saxlandıqda, buna qayğı göstərildikdə tamam başqa nəticələr alınır: onların psixoloji inkişafını xeyli sürətləndirir. Psixoloji inkişaf səviyyəsi yüksələn tələbənin sonrakı fəaliyyəti daha uğurlu olur. Pedaqoji prosesdə tələbələrin psixoloji inkişafını sürətləndirmək üçün iki əsas şərtə əməl olunmalıdır. Bunlardan biri tələbələrin tədris fəaliyyətlərinin xüsusiyyətlərini, o cümlədən psixoloji xüsusiyyətlərini bilmək, və ikincisi, bu xüsusiyyətləri pedaqoji prosesdə nəzərə almaqdır.