Öyrənmədəmotivlərinrolu.Öyrənmənin müəyyən motivləri olur. Adamıöyrənməyə,oxumağatəhrikedəndaxilipsixolojiqüvvəyəmotivdeyilir.Tələbələrdə oxumaq motivləri müxtəlif olur: savadlı olmaq üçün oxumaq; daha çox bilmək üçün oxumaq; bilməkdən zövq almaq üçün oxumaq; uşaqlarla ünsiyyət qurmaq üçün oxumaq; müəllimin xoşuna gəlmək üçün oxumaq; valideynlərini sevindirmək üçün oxumaq; sayılıb seçilmək üçün oxumaq; cəmiyyətdə yaxşı mövqe tutmaq üçün oxumaq; xalqa fayda vermək üçün oxumaq və s.
Tələbələri oxumağa, fəaliyyətə təhrik edən konkret motivi öyrənib, lazım gələrsə pedaqoji prosesdə onu təkmilləşdirmək, ictimai məzmunla zənginləşdirmək mümkündür. Məsələn, hər hansı fənnə maraq göstərməyən şəxslərə həmin fənnin həyatda, sosial-iqtisadi, yaxud mədəni-siyasi sahədə əhəmiyyətini konkret faktlarla açmaq onlarda yeni motivə çevrilə bilir.