Ali MƏKTƏb pedaqogikasi



Yüklə 246 Kb.
səhifə37/100
tarix15.04.2022
ölçüsü246 Kb.
#55443
1   ...   33   34   35   36   37   38   39   40   ...   100
“ALİ MƏKTƏB PEDAQOGİKASI” FƏNNİNDƏN

    Bu səhifədəki naviqasiya:
  • İdrak
Tələbələrin tədris fəaliyyətlərinin psixoloji xüsusiyyətləri. Bu cür xüsusiyyətlər çoxdur. Burada yalnız üçünə diqqət yetirək: tələbələrin tədris fəaliyyətində idrak əməliyyatlarına, öyrənmədə motivlərə və maraqlara.

İdrak əməliyyatları. Pedaqoji prosesdə tələbənin fəaliyyəti müəllimin fəaliyyəti ilə şərtlənir. Bu səbəbdən də tələbənin tədris fəaliyyəti verilən tapşırıqların yerinə yetirilməsinə yönələn idrak əməliyyatlarının sistemi kimi özünü göstərir. Şagird tədris tapşırığını əməli şəkildə və ya fikrən yerinə yetirərkən, istər-istəməz, psixoloji fəaliyyətdə olur: qulaq asır, düşünür, nəyisə yadına salır, eşitdiyi ilə bildiyini tutuşdurur, hansının həqiqət olduğunu dərk etməyə çalışır. Başqa sözlə, tələbənin oxuduğu və ya müəllimdən eşitdiyi fikri mənimsəmək prosesi bir sıra idrak əməliyyatlarından keçir. Tələbə pedaqoji proses zamanı müəllimin rəhbərliyi ilə bilik və bacarıq qazanarkən, onun psixoloji funksiyaları işə qoşulur və inkkşaf etməli olur. Psixoloji funksiyalardan, idrak əməliyyatlarından süzülüb keçməyən biliklər tələbənin malına çevrilmir.

Tələbənin mənimsəmə fəaliyyəti aşağıdakı başlıca idrak əməliyyatları sayəsində mümkün olur: eşitdiyi və ya haqqında oxuduğu hadisələri təhlil və tərkib etmək; onlarda oxşarlığı və fərqi müəyyənləşdirmək; faktları qruplaşdırmaq və sistemə salmaq; səbəbi anlamaq, nəticə çıxartmaq; başlıca əlamətləri əsas olmayan əlamətlərdən ayırmaq və s.



Unutmaq olmaz ki, sadalanan idrak əməliyyatları təsəvvür, təxəyyül, hafizə, iradə, diqqət, qavrayış və s. psixoloji proseslərdən ayrılmazdır. Hər hansı idrak əməliyyatının uğurlu cərəyanı şagirdin nəyisə yada sala bilməsindən, bundan ötrü müəyyən iradi səy göstərməsindən, diqqətini səfərbər etməsindən və s.-dən asılı olur. Zehni əməyin uğuru üçün zəruri olan həmin psixoloji prosesləri və idrak qüvvələrini təlim-tərbiyə zamanı tələbələrdə inkişaf etdirmək müəllimlərdən tələb olunur. Müəllimlərimiz əlavə zəhmət çəkməli olur. Atalar əbəs yerə deməyiblər: “Bilik pulla deyil, səylə əldə edilir”, “Bilik zəhmətin məhsuludur”. Təlim-tərbiyə zamanı məhz müəllim (tərbiyəçi) bilik və bacarıqlara yiyələnmələri üçün tələbələrin səylərini təşkil etməli, psixoloji proseslərini, idrak əməliyyatlarını işə qoşmalıdır.


Yüklə 246 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin