Abal abal dərviş, pulla bitər hər iş



Yüklə 1,3 Mb.
səhifə1/24
tarix28.12.2021
ölçüsü1,3 Mb.
#17074
  1   2   3   4   5   6   7   8   9   ...   24

HƏSƏN BƏY HADİ 2010







toplayan
HƏSƏN BƏY HADİ

TƏBRİZ 2010

abal abal dərviş, pulla bitər hər iş. (abal: yaval. yava. yoxsul. korluq çəkən. ).

aban aban iş olmaz, bəsləməsən qız olmaz. (abal: yavan. quru quru. ).

abay vurqan ağrıtmaz: baba kötəyi acıtmaz. (abay: yavay. boş. yüngül). (vurqan: kötək. ).

abdaldan paşa olmaz, taxtadan maşa.

ac aman bülməz. (ac macal verməz, gözlə bilməz. ).

ac ayı oynamaz.

ac doğuz darıdan çıxmaz .

ac doymam, tox acmam sanır.

ac gəzməkdənsə, tox ölmək yeğdir (yaxşıdır).

ac göz (gözü ac) yeyər, özüdə doysa, gözü doymaz. (ac göz yeyər, özüdə doysa, gözü ac qalar. ).

ac gözlülük heyvanı kökəldər, kişini çökərdər (dizə köçürdər, salar).

ac it dəğnəkdən qorxmaz.

ac itin götün, tox it yalar.

ac kişi, kəndin oda salır.

ac kişini, qurd yeməz.

ac köpək, qazan yıxar.

ac qatıq istəməz, yuxu yastıq istəməz. (ac qatıq, yuxu yastıq istəməz).

ac qazan assa, yeyəcək qoymaz. lüt odun yaxsa, yanacaq.

ac qılıca sarılır. ( ac qalan üsyan edər).

ac qudurğan olar, tox oynağan.

ac qurd aslana saldırır (yıxar).

ac qurdlar, ağız ağıza yatarlar. (biri birinə yem olmaq qorxusundan).

ac nə edməz, tox nə deməz.

ac nə olsa yeyər, acıyan nə olsa deyər.

ac oldun çobana qoşul, yoruldun karvana.

ac yediyin bilməz, tox dediyin bilməz.

ac yeyər sıçar, lüt geyər vurar. (lüt qızsa vurar).

ac, acı yalar, çılpaq tumançağ qalır.

ac, acınan yatar, dilənçi doğar.

ac, acınan yatar, dilənçi doğar.

ac, əlinə düşəni yeyər, tox ağzına gələni deyər.

ac, qılıncı çapar.

ac, qurda oxşar, çılpaq, cinə.

ac, yanından qaç!.

aca qazan asdırsan, yeyəcək qalmaz, lütə odun yaxdırsan, yanacaq qalmaz. (aca qazan asma, üşüyənə odun yaxma, o yeyər sıçar, bu qızar vurar. ).

aca yaxınlaşma, toxu dindirmə, biri yeyər, biri sıçar.

aca, türmə gərəkməz. (o çörək əsiridir).

acdan soruşdular ki, ən ağır yük nədir, dedi: - boş qarın.

acgöz (gözü ac) yeyər, özüdə doysa, gözü doymaz.

acgöz, yalançı toruna düşər.

acı işlətmə, toxu dəprətmə. (acı, söylətmə, toxu, tərpətmə).

acı qovusan susuz gəlir.

acıda yesən, şirin danış.

acıdı, utma, şirindi, atma !.

acığ gəlsə, ağıl qaçar.

acığan çalar, quduran qalxar. (çalar: oğurlar).

acığan doymam sanır.

acığan yatmış, acıyan yox. (acığan yatmış, acıyan qalxmış).

acığlı hara, baş hara, ağıllı hara daş hara? (acıqlı baş neylər, ağıllı daşı neylər ?).

acıqlı başda ağıl olmaz.

acıqlı başda, ağıl olmaz, basılmasa, doğan olmaz.

acıqlı dilənçinin torbası, boş qalar.

acıqlı, başı neylər, ağıllı, daşı neylər ?. (acığlı hara, baş hara, ağıllı hara, daş hara ?. ).

acın başı qarnında olur.

acın evində, nə od olar nə də ocaq.

acın gözü, çörək təknəsindədir.

acın imanı olmaz, toxun amanı, qanmazın dərmanı. (acın imanı olmaz, toxun gumanı. ) .

acın imanı olmaz, toxun gumanı.

acın imanı, toxun amanı olmaz.

acın qarnı doyar, gözü doymaz.

acın nə yuxusu gələr, nə gülməyi. (acın üstünə doqquz yorqan atmışlar, genə uyumamış).

acınan toxun arası, bir çörək.

acından gün orta durur, buğların yağ ilə burur.

acından it götü yalır.

acındırsan arsız, acıqdırsan hırsız (oğru) olur.

acını atmayan, dadlını tutanmaz.

acını tanımayan, dadlı nə bilir. (acının dadın bilməyən, şirinlikdə dad bilməz).

acışan yaram olsun, acınan kimsəm yox.

acıya qurt düşməz).

acıyan eşşək atdan keçər.

acqarın, əsnəməz.

acla dosluq edsən, qarnıvı doyur.

aclıq baş itirdər, diş itildər.

aclıq görməyən, nə bilir toxluq nədir.

aclıq qurddan ayrılmaz, toxluq igiddən.

aclıq qurduda, meşədən qovar.

aclıq nə etdirməz, toxluq nə dedirtməz.

aclıq susuzluğa qardaşdır.

aclıq yoxsulluqdan, yoxsulluq biliksizlikdəndir.

aclıq, adama oyun öğrədər.

aclıq, dad bilməz, yuxu, yer bilməz, qorxu, utanc.

aclıq, sevgilər pozar.

acmış alar, quduran yügürər.

açan olsa, döğülü qapı açılır.

açan varsa, bükəndə var.

açana inanmıyan, bükəndən qorxmaz.

açarın gücü, qıfılı basar.

açdırma qutuyu, söylətmə kötüyü.

açığlı ər, çabıq qarımaz: varlı kişi tez qocalmaz.

açıq ağzı, əli açıq boş qalmaz. (açıq ağız, açıq əl, boş qalmaz).

açıq əli güdmə, bağlı əli atma.

açıq qapı döğülməz.

açıq qapıdan min bir bəla gələr deyiblər, bağlı qapının min bir bəla içində.

açıq qapız, qonaqcağız. (açıq qapı qonaqlı olur)

açıqlıq, qaçıqlıq, qaçıqlıq, saçıqlıq gətirər.

açılan solar, ağlayan gülər. (açıl sol, ağla gül).

ad igitlik gətirmir, igitlik ad gətirir. (ad, igitlik qazanmır, igid, ad qazanır. ).

ad otuz minlə alınır, üç manatla satılır.

ad var adamı bəzir, adamda var adı bəzir.

ad var dadladır, dad var adladır

ada mənə, adayım sənə. (iyilik qarşılıqlı yapılır). (adamaq: nəzr, nəzər edmək).

adam qohumun ətini yesədə, sümüyün atmaz.

adam olmaq asta- asta, heyvan olmaq bir anda.

adam var 'ər' dəğişir, adamda var 'əl' dəğişir.

adam var yaşır yeyir, adamda var yeyir yaşır.

adamaq qolay, ödəmək güc. (adamaq: iddia edmək).

adamdı, adam, olmasa puluda, heyvandı, heyvan, atlas olsa çuluda.

adamı başdan tanı, ağacı yaşdan.

adamı qeyrət, dəyirmanı su işlədər.

adamı sözündən tut, heyvanı burnundan.

adamın üzünə yox, sözünə bax.

adamın vayı, xocanın payı.

adapasyon: uyarlama.

adət qanun deyil, qanun kimi zorludur.

adı başqa, dadı başqa.

adı qonağın, dadı qonağçının.

adın nədir ? - dərviş, pul ilə olur hər iş, pulun var giriş, pulun yox, sürüş.

adın nökər, durma bekar.

adını eşit, görmə üzünü.

adlı kişi adından qorxduqca, adsız kişi tanrıdan qorxmaz.

ağ almanı alarla, ağ boşqaba qoyarlar, çağrılmamış qonağı, qaş qabaqla qoğarlar.

ağ dediyin alqışdır, qara dediyin qarqışdır.

ağ gündə ağarırsan, qara gündə qararsan.

ağ ipəkdə geyinsən, kölgən qara görünəcək.

ağ kirlənsə qaralar, qara kirlənsə ağarmaz.

ağ olsun, qara olsun, istiyot acıdır.

ağ paltar tez kirlənir. (1. ağ kir götürməz. 2. iyilərin kötülüyü çabıq gözə çarpır).

ağ saqqal sözün, axıra saxlar.

ağ saqqalın yaşına yox, başına bax.

ağa deyib sağallar, yava deyib yapallar.

ağa yeyib toxdur, nökərə bir çörək yoxdur.

ağa yeyib toxdur, nökərə bir çörək yoxdur.

ağac başına yel dəğir, gözəllərə söz gəlir.

ağac dalı ilə gürlər.

ağac kəsəninə kölgə salar.

ağac kəsildi düşdü yerə, dost oldu baltaynan ərə.

ağac kökü üsdə bitər, el dili üstə.

ağac kökündən güclənir, kişi, eldən.

ağac kökündən quruyar.

ağac qapı yapılırsa, altın qapı açılır.

ağac qarır, devran dönür, quş budağa bir kəz qonur.

ağac qurur, devran dönür.

ağac nə qədər boy atsada, kökü topraqda olur.

ağac nə qədər yoğunsa, bir elə bərk sınar.

ağac olan yerdə budax sınar.

ağac yarananda, baltada yaramışdır.

ağac yaranmış, baltası dibində.

ağac yaş ikən əğilir. ( ağac barlı ikən əğilir).

ağac, ağac içində böyüyür.

ağac, kökündən güclənir, kişi, elindən.

ağac, kökündən su içər.

ağaca çıxan keçinin, budağa baxan oğlağı olur.

ağacı demə, yemişin de, üzünü demə, özünü de.

ağacı elə kəsmə ki, başına düşsün.

ağacı qurd, kişini dərd yeyər.

ağacı qut yeyər, insanı dəd.

ağacı ortasından tut, iki başdan vur. (ağacı ortasından tutan, iki başdan vurar).

ağacın ağırıda suda üzər.

ağacın barı, iyidin yarı.

ağacın barı, iyidin yarı. (ağacın barı gərək, iyidin yarı gərək).

ağacın böyügü, bürküdəndə qoruyar, yağışdanda. (bürküdəndə: tufandanda).

ağacın kölgəsin kəsən, ağacı qırandı.

ağacın qurdu içindən olur.

ağacın qurdu özündə olur, igidin kəmi, sözündə olur.

ağacın qurdu, öz dibindədir.

ağacın uzun olsun, qolun dinc.

ağalar sözə baxmır, qağalar söz başarmır.

ağalıq verməklə, iyitlik vurmaqla. (ağalıq əliaçıqla, pəhləvanlıq qoçaqlıqla bəllənir).

ağan eşşək olsada, 'hoş' demə.

ağanın bir gözü korsa, nökərin ikisi kordu.

ağanın gözü, igidin sözü. (ağa çevrəsin gözətliyə bilirsə, iğitdə sözün tuta bilirsə, sayın, hörmətli olur).

ağaran baş, ağlayan göz, gizlənilməz.

ağarıb önə düşmə, qaralıb sona qalma!.

ağası qul olanın, qulu quduran olur.

ağaşdan budaxdan, biridə gəldi bucakdan.

ağcaqovaq, çartıldayıb yanar, amma közü düşməz.

ağça sayış, don yeriyiş öğrətir. ağça sayış (ağça sayış öğrətir: pul güvənc, itminan gətiri, verir).

ağdı qızıl bayraq, doğdu qara topraq.

ağı ağlatar, sevik söylədər. (sevik: eşq).

ağı dağa gəlməz, başa gəlir.

ağıdan sağuq, qəhbədən bağuq gəlməz. (ağı: zəhər. ) . (sağuq : dərman). (bağuq: bəfa. ).

ağıl başda, çörək daşda. (ağıl başdan çıxır, çörək daşdan).

ağıl çürümür, qızıl paslanmır.

ağıl olsa baş içində, arzu gülər (çiçəklənər) daş içində.

ağıl tanrı vergisi yox, sınağ ötəridir. (ötəridir: örünüdür. hasilidir).

ağıl ulusdan çıxar, dərman kol-kos dan.

ağıl, ağıldan üstün, söz, sözdən ötgün. (ağıl, ağıldan keçər, söz danışıqdan ötər).

ağıl, əli öğrədər, əl, işi görər.

ağıl, qızıl tacdır, hər başa qonmaz.

ağılda (: tövlədə) oğlaq doğsa, ovada otu bitər. (qurd olan yerdə yemdə tapılar).

ağılda göz olsa, özün qoruyar.

ağılda oğlaq doğsa, yaruğda otu önər. (yaruğ: otlağ. bayır).

ağıldan uca, var olmaz, ağıldan yaxın dost olmaz. (ağıldan artıq var olmaz). (ağıla paxıllıq olmaz, ağıldan artıq var olmaz).

ağılı evdə qoyub gedərik, axmağın qulluğuna yetərik.

ağılı qısanın, dili uzun.

ağılı olan ərinməz, gücü olan sürünməz.

ağılla saqqal bir doğulmamışlar. (ağılla saqqalın, doğanlığı (qohumluğu) hardandır).

ağılla var birləşsə, devlət qurar.

ağıllı ağladırsa, öğün (sevin) , səfeh güldürürsə döğün (düşün).

ağıllı bildiyin söyləməz, dəli söylədiyin bilməz.

ağıllı bildiyin söyləməz, dəli söylədiyin bilməz.

ağıllı ''bizi'' tapınca, dəli bacadan düşər.

ağıllı işinə baxar, dəli dişinə.

ağıllı qırqı, caynaqların gizlətir.

ağıllı olub dərd çəkincə, dəli ol, dərdivi çəksinlər.

ağıllı öğrənər, axmağ öğrədər.

ağıllı söz, daşdan qala, ağılsız söz başa bəla.

ağıllıdan, səfeh olmağın qədir qiymətin öğrən.

ağıllıların yükü, axmaqların çiğnində olar.

ağıllının ağlı səfehdə olsaydı, dünya cənnətə dönərdi.

ağıllıya demə biləcək, yaxşıya demə verəcək.

ağıllıynan daş daşı, axmağla yemə aşı.

ağılsız başın, ya gözlüsü, ya koru. (nə dəyişər).

ağır (dəğərli. bahal) papaq, başa ağıl qoymaz.

ağır ağrını, ağı qoyur (toxdatır).

ağır al, ucuz saxla.

ağır daş, batman döğər.

ağır daşı altdan qoy, keçənləri yaddan qoy. (yaddan qoymaq: başdan çıxartmaq).

ağır daşı yel qoparmaz, sel aparmaz. (ağır daşı, nə yel alır, nə sel).

ağır daşı, nə yel alır, nə sel.

ağır gedən, yol alar, yeyin gedən, yolda qalar.

ağır gülmək, ağır ağlamaq.

ağır kişi apardı, yüngül olan yapandı (olundu. alındı. ).

ağır qazan, gec qaynar.

ağır olan, altda olar.

ağır sevgi, ağır yük.

ağır sular, dərin yatar.

ağır tutsan yıxılmaz, yüngül tutsan yaxılmaz. (yaşamın keçim, qazanc təməlin köklə ( bəslə, tə'min ed) , soruların, gedişatın çox ağır, ciddi tutmayıb yandırma, zay eləmə, zəhrmar eləmə).

ağır yük, yolu uzadar.

ağırlıq qızıl qala, yüngüllük başa bəla.

ağız bəzəyi sözdür, üz bəzəyi, gözdür.

ağız bir, qulağ iki, söz bir, eşit iki.

ağız püflər od yanar, ağız ki yox.

ağız yağlanar, mala baxsan, könül dincələr, pul qazansan.

ağız yandıran aşı, qaşıq tanıyar.

ağız yeyər, göz uyazar (utanar).

ağızdan bir, qulaqdan iki, söz bir, eşitmək iki.

ağızdan çıxan söz, topunan belə tutammazsan. (ağızdan çıxan söz, yanılmaz (qayıtmaz).

ağızdan, burun yaxın, qardaşdan, qarın yaxın.

ağla batan yumşaq sözlər, nə yorar nə üzər.

ağlamaqla gülmək, yoldaşdılar.

ağlamıyan uşağa, laylay deməzlər.

ağlar gözdən, saxta sözdən, özünü gözlə.

ağlaya - ağlaya quyu qaz, gülə - gülə suyun iç. (ağlaya - ağlaya arx qazsan, gülə - gülə su içərsən).

ağlayan var ölü üçün, ağlayanda var diri üçün.

ağlı olan ərinməz, güclü olan sürünməz.

ağlın azlığı, ağır yükdür.

ağlın ilə gör, ürəklə eşit.

ağlın yüngüllüyündən, ayağa ağırlıq düşər.

ağlıva bir ağıl qat, düşmanı gözdən qoyma.

ağlıva gəlməyənin, önündən keçmə.

ağllı kişi, saqqallı keçiyə inanmaz.

ağrımasa, göz yaşmaz, şeh olmasa, pas basmaz. (yaşmaz : yaşarmaz).

ağrını ağını, ağı qoyur (toxdadır).

ağrısız baş, qəbirdə olur.

ağsoyluq (nəciblik) qanda yox, ürəkdədir, başdadır.

ağza sığmayan, qarna sığmaz.

ağzı açığın malını, gözü açık yeyər.

ağzı bağlı itinən, avdan gələr nəyinən.

ağzı dadlı, gözü qapaqlı, başı papaqlı.

ağzı yağlı, dili bağlı. (ağzı yağlanan, dili bağlanan).

ağzı yanan, püflər içər.

ağzın aç, ''dişi'' olsa qaç.

ağzın açan tutuldu, başı olan qurtuldu.

ağzın bir olsada, qarnın iki tut.

ağzın dolu qan olsa, düşman gülər, tüpürmə.

ağzın əğridə olsa, düz danış.

ağzında dili yox baş, kəsilməli.

ağzında əmzik tutanmır, mənə çörək yemək öğrədir.

ağzında quş danışma, özgə işə qarışma. (quş: yem).

axacaq qan, damarda durmaz. (olan olacaq).

axan arx, axmadan, durmaz.

axan su, arxa dönməz.

axan suya dayanma, hər deyənə inanma.

axdaran tapar, yoğuran yapar.

axdaranda tapılmaz, gərəkməzsə (boş yerdə) guruldar.

axıc, için bildirir. (süzəyin gördün, için bil).

axırda yatanla saman satan qardaşdır.

axırda yatanla, saman satan qardaşdır.

axırda, atda olur, eşşəkdə.

axmağ baş, ayağa daş.

axmağ bir söz deyər, ağıllar inanar.

axmağa yaxınlaşan, ağıllı olmalı, yamana yaxınlaşan, yaxşı olmalı.

axmağın ağası olunca, ağıllının, nökəri ol.

axmağın atı, noxdasıyla sürünür.

axmağla aş işməkdən, ağıllıya daş daşı (ağıllıynan daş daşı).

axmaq dindi, bilgin (ağıllı) susdu.

axmaq dosdan, ağıllı düşman yeğ. (yaxcıdır).

axmaq elçi, iki eli pozar .

axmaq özünə əş tapmaz, təmbəl iş.

axmaq susanda, ağıllı görünər.

axmaqla söz sözə gələn, ağıllı birinci susar.

axmaqlar olmasaydı, bilginlərə (ağıllılara) baxmazdılar.

axmaqları, saymaqla qurtulmaz.

axsağ, yügürgən olur.

axsaq eşşəyin, kor taxcısı (nalbəndi) olar.

axşam döz, yarın göz (gör). (axşam dün, səhər gör).

axşam qonğ ertin köç.

axşam örtəni, dan bilir (bəlirir). (axşamın sırrın, dan bilir).

al əlivə yarağı, tanrı verər yararı (yardımı).

al geyən, alınır.

al gilas üstünə qar yağar. (bəklənilməz olaylar).

al gülüm, ver gülüm.

al ilə arslan tutular. (al: kələk).

al ilə aslan tutulur, zor ilə köçən tutulmaz.

al köynəkli gizlənəməz.

al utanma, ver qorxma.

al! malın iyisini, çəkmə qayğısını.

ala gəldi az sayma, verə geddi çox sayma. (gedəni daşla, qalanı haxla).

ala it çaqqalın dayısıdır.

ala qarğa suya düşsədə, qaz olmaz.

ala qarqada haqqım olsun, alammasam, gözüm oysun.

alacağ ilə, borc (verəcək) ödənməz. (alacağına güvənərək borc alan, sıxıntıya düşər).

alacağa göz tikmiş, əlindəkin vermiş.

alacaqla ev yığılımaz, alacaqla boğaz tıxılmaz.

alaçiy ət qarın pozar, alaçal söz, dosluğu. (alaçal: ala yarımçıq).

alan alıb varlanıb, satan satıb aldanıb.

alan gətirir, satan itirir.

alan satandan umar.

alan satandan umsa, satan alana cumar (kələk gələr).

alan satandan, satan alandan umar.

alana altısı az, verənə beşi çox. (alcıya altı azdı, vericiyə beşdə çox). alana altısı az, verənə beşi çok.

alanda hopur, verəndə qopur.

alanda qızsanır, satanda qırcanır.

alanın gözü göz olsa, satanın götündə (uzundə) qalmaz.

alanın gözü olsa, satan acından ölər.

alanın gözü olsa, satan acından ölər.

alanın gözü satanın əlində olar.

alat işin sonu onat olmaz.

alavanla qıyıda sən oynarsan, suda o sən ilə. (alavan: nək. nak).

alcıya altı azdı, vericiyə beşdə çox. alana altısı az, verənə beşi çox.

alçağı ayaxdan yıx, böyügü başdan.

alçak xalqın ağısı böyük olur.

alçaq eşşək, minməyə qolay, öksüz cocuq, dövməyə.

alçaq eşşəyi, yükləməyə navar ki.

alçaq görüb daşlanma, yüksək görüb, alçalma.

alçaq uçan uca qonar, uca uçan alçaq.

alçaq yer, iyidi xor göstərir. (kötü çevrədə, kişilik alçalır).

alçaq yerdə, təpəcik kəndini, dağ sanır.

alçaq yerdə, təpəcik özün dağ sanır.

alçaqda yatsan sel alar, ucada yatsan yel alar. (alçaq yerdə yatma, sel alar, uca yerdə yatma, yel alar). (alçağı sel alar, yüksəyi yel alır).

alçaqdan (soysuzdan) bəfa gəlməz, qəhbədən ar (namus).

alçaqdan uçan ucaya qonar, ucadan qonan, alçağa.

alçaqlar ucalanda, ucalar alçalır, ayaq tutsa alçaqlar, ayaqdan düşər ucalar.

aldadan, almadan inanmaz.

aldığın verməyən, axdardığın tapmaz.

alıb asılı olmaqdansa, verib, asılı ol.

alıb vermək, görüş qaydası, gedib gəlmək, elçi qaydası.

alıcı havada gərək, tutunmağı öz əlində. (dolanıb avlamağı öz əlindədir).


alıcının ömrü az olar.

alıcı quşun ömrü az olur. (saldırqana, günlərin biridə saldırılır). (alıcı: yırtıcı).

alım birlə(ilə) borc ödənməz.

alim unutmuş, qələm unutmamış.

alimin biliyindən, yalançının dilindən yapışarlar. (alimin elmindən, yalançının dilindən yapışarlar).

alimin sözündən de, iyidin özündən.

alımlı arslan, berimli sıçan.
- alan arslan, verən sıçan kimidi.

alınanı yoxla, satılanı boşla.

alında yazılmış, əl ilə pozulmamış.

alış oğlu, verişdi.

alış veriş dosluğa körpüdür.

alışıq (adət) , varlığın ikinci özüdür.

alışmasa, daşlanmaz, od olmasa köz salmaz.

alışmısan seçim yox, başarmısan keçim (nəcat) yox.

alqaçan su, dənizə çatmamış (çox oyan buyana qaçan su, gor ba gor olar).

alqış, iki əldən (çıxar) .

allah bilər, qul sezər (görər).

allah ona qıymasın, tanrısı var, saxlasın.

allah səni iki qaşıqlı, min külüklü eləsin.

alma dalda durar, hər gələn daşını atar. (alma dalda durunca, hər kərkəs daşını atar. ).

almaq üçün verirlər.

almaq, öğrətmir, satmaq öğrətir.

alp çərikdə, bilgə dirikdə. (döğüşməyə iyidlik, yaşamğa bilik, elm gərək).

alplar birlə vuruşma, bəylər birlə duruşma.

altda qalanın canı çıxsın. { asda qaçan namətdi. kimi (hər kəs) başın çarasın bulsun. kimi (hər kəs) özün qurtarsın}.

altı alay, üsdü qalay. ( altı kaval, üsdü qabal. görnüşü özənli, içi kövənli (boş). üzü bəzək, içi təzək).

altısı bir olsa, göydəkin yendirər (qapdırar) , atmışın ayrıqsa, ağızdakın aldırar (qapdırar). (ayrıqmaq: təfrəqəli olmaq). (altı ola, ayrıq ola, altındakın aldırır, iki ola, birlik ola, təpədəkin endirir). (altağu alaqsa, altundakın alquzur, dördəvü düzəlsə, təpədəkin endirir).

altısın sevməmiş, birindən qalmış.

ana öğrətən uşağ, diribaş, ata öğrədən uşaq, bilgin olur.

ana ölüncə, ata, amca olur. (qadını ölmüş, yenidən evlənən ata, uşaqlarından uzaqlaşır).

anadan keçdi, yardan yox.

anaları nəki, danaları nə olsun.

analı uşağa öğrətərlər, öksüz görüb götürər.

anam elə çox bilirki, kündəni xırda salır, atam elə çox bilirki, ikisin birdən alır. (anam elə çox bilirki, kündəni xırda götürür, atam elə çox bilirki, ikisin birdən götürür).

ananın aşı, təndirin başı.

anasına bax, qızın al, qırağına bax, bezin al.

anasız, arılar pətəkdəcə ölür.

anbar sıçanı, ac qalmaz.

anıya yaxın, qızdan qorx, meşiyə yaxın, qurddan.

anqıran eşşək, öz tayın tapar.

anladım onamadım, ondum anlamadım.

anlağın gücü: - gözdə, qulağda, başdadır. (anlağ: ağıl).

anlaqlıya sivri sinək saz gəlir, anlaqsıza, zurna - döyül az gəlir.

anlamamaqla, qorxmaq, əkizdilər (bir doğulubdurlar).

anlamayan istəməz, qananmıyan dirənməz, yeriməyən girənməz.

anlatan köçər, söz qalar. (anlatan: ravi). (söz: söylənti).

anlayana sivri sinək saz, anlamaza davul zırna az.

anlayanın qulu ol, anlamayanın ağası.

araba devrilincə, yol göstərən çox olur. (pis, ağır durumlarda hammı ağıl qoyar).

araçıdan (vasitədən) yara əsgik olmaz.

arağ başa çıxsa, ağıl başdan çıxar.

arağın birinci bardağın kişi içir, ikincisin arağ içir, üçüncüsü, kişini içir.

aranın dağı var olsun, qarlıda olar, qarsızda. iyidin başı sağ olsun, varlıda olar, varsızda.

arayan tapdı. tikilən qaldı (yatdı).

ardınca qoşun qoşun uşağlar, əhvalına kim gülər kim ağlar.

ardında bədov at var, düşman qarşına bat bar.

ardından yüz it hürməyən qurt sayılmaz.

arğaç kimi uzanan, əriş kimi dirənən.

arğın arğın olduran işi, günəşdi yetişdirən yemişi.

arxadan gələn düşman, üzə gəlincə dost olar.

arxadan kəsər, ətəyə yamar.

arxadan kəsir, ətəyə yamır.

arxadır yurdumuza, eşq olsun ordumuza.

arxalı kişi, yüksüz qalmaz. (arxalı: çullu).

arxlar axar, çay olar.

arxlar axar, çaylar olar.

arı bal verən çiçiəyi tanıyar. (arı bal alacağı çiçəyi bilir).

arıdan arı, gündən duru.

arıx qoyunu qıçından püləllər, şişər.

arıq ata, qamçı düşman, yırtıq dama, damcı düşman.

arıq ata, qamçı düşman, yırtıq dama, damcı.

arıq ata, qamçıda ağır.

arın su axar, kirlisi qoxar.

arının ağına dözüb, balını süz. (zəhərinə, ağrısına).

arının balı gedər, iğnəsi qalar.

arının qonduğu gül, güllərin seçini. (yaxşısı olar).

arışıq qızıl, dənəyi (məhəki) sevməz.

armıd ağacı alma verməz, yaramazdan uğur gəlməz.

armıd dibinə düşər. (soydan gələn, soy özəlliklərin daşır).

armıd piş, ağzıma düş.

armıdın sapı var, üzümün çöpü.

arpa əkən buğda biçməz.

arpa əkib, buğda gözləmə.

arpa pişər, işiniz düşər.

arpa yeyən, ipək geyən.

arpala ya buğdala, adam olsa bəlgürür, samanla ya yoncala, eşşək olsa bəlgürür.

arpasız, at aşmaz daşumaz, arxasız alp, çərik sıyumaz ( qoşun qırmaz. ) .

arsıza üz verdik, ocağına köz verdik.

arslan ağzından ov alınmaz. (güclülərlə alışverişdə hər nə gözlənə bilir).

arslan arslan olduğun, tülkü tülkü oldğun bilməyə çox yol var.

arslan kükrəsə, at ayağı tüşənər. (arslan böğürür, atın ayağı büdürür, çalınır. ).

arslanı ac gəzdirən, tülkünü tox.

arslanı ac gəzdirir, tülkünü tox.

arslanı yatağında avla. (kişini yaşadığı yerdən avla).

arşınla bez ölçülər, çuvalla qoz.

artıq aş, qabında, artıq söz, içində dursun.

artıq mal, göz çıxarmaz.

artıq tamah daş yarar, daş qayıdıb baş yarar.

arvad aldın bir cola, ondan olan min cola.

arvad alsan, ürəkdən, qonşu alsan dirəkdən.

arvad düşünən işi, kişi görər.

arvad eldən, oğul beldən.

arvad gedir paltar almağa, kişi gedir ona baxmağa.

arvad ilə at, iyidin bəxtinə qalıb. (arvad ilə at, iyidin bəxtinə bax. ) .

arvad kimi düşman yox, gülər bildirməz, köpək kimi dost olmaz, ölər bildirməz.

arvad quran evi, tanrı dağırtmadı, tanrı quran evi, arvad dağıtdı.

arvad malı alçax qapı, bir girəndə dəyər, birdə çıxanda.

arvad malı, qab dəsmalı.

arvad nədir: - yersiz deyinən, bilə bilə yalan deyən, görə görə ağlayan, gizlində gülən.

arvad ölsə, taparsan, ağıl itsə batarsan.

arvad öz başına olsa, çillə çağı keçi qırxar.

arvad təğvim değilki ildən ilə yenilə.

arvad üzlü kişidən, kişi üzlü arvad yeğdir.

arvad var qadan alar, ocağıva kömür qalar .

arvad yuxusu yan çalar. (yalan çıxar).

arvad, dildən yanar, kişi gözdən yahalar (aldanar).

arvad, dildən yanar, kişi gözdən yahalar (yanmaq: yahalmaq: aldanmaq).

arvada toy, kişiyə tor. (evlənmək).

arvadı arvaddan soruş.

arvadı bərbər olanın, qonşusu kosa gərək.

arvadı gözlə yox, qulaqla seç.

arvadı sırdaş olanın, dəllal aramaz.

arvadın ağzın, kişinin qolun güd (saxla, gözətdə).

arvadın biliklisi, kişinin varlısı.

arvadın lalı, kişinin koru, biri deyinməz, biri görməz. (arvadın koru, ərin karı). (arvad alsan lal olsun, ərə gedsən, kor olsun).

arvadın nə olduğun subaydan sor. arvadın necə olduğun evlidən.

arvadın sözün inanan qıssa yolu uzun gedər.

arvadın yaxşısı, yaşamın yarısı. (yaşam: ömür).

arvatsız kişi, çataqsız ev (kimidir). (çataqsız: damsız. ).

arzu varıydı bucağa, sürüdü düşdü qucağa.

asda danış, usda danış.
asdaca, usdaca.

asda gedən, usda gedər.

asdar bol olmayınca, üzə gəlməz.

asdar olsa, üz tapılar, un tapılsa, çörək yapılar.

asdar var, üzündən dəğərli, üz var, asdarından dəğərsiz.

asdar var, üzündən dəğərsiz, üz var, asdarından dəğərli.

asdar verib, üz alır, götün verib, baş alır.

asdar verib, üz alır, götün verib, baş alır.

asdar yatmış üz astında (astında altında).

asdar yatmış üz astında (astında: altında).

asdara baxıb, üz biçir, üzünə baxıb, don tikir.

asdara baxıb, üz biçir, üzünə baxıb, don tikir.

asdardan kəsib, üzə yamır.

asdarı olan, üzün tapar, unun tapan, çörəyin yapar.

asdarı var qızıldan, çivi çıxmaz qızıldan.

asdarı var qızıldan, çivi çıxmaz qızıldan.

asdarı var odundan, yeyər yeməz yoğunlar.

asdarı var odundan, yeyər yeməz yoğunlar.

asdarın çevir üzünə, ətəyin çevir başına, üzü mənim, içi sənin.

asdarın çevir üzünə, ətəyin çevir başına, üzü mənim, içi sənin.

asdarın gizir (gizlədir: saxlır) , üzün bəzir.

asdarın gizir, üzün bəzir. (gizlədir: saxlır).

asdarlı üz, islanmaz, su görməyən, çırmanmaz.

asdarlı üz, islanmaz, su görməyən, çırmanmaz.

asılmamış qazandan, ovlanmamış dovşandan şorba pişməz.
asılmamış qazanla, ovlanmamış dovşanla şorba pişməz.

aslan dişinə, kişi işinə güvənər.

aslan qalan yeri, tülkü aşdı.

aş daşınca, kömçəyin qiyməti artar.

aş duzla, duz oranla dadlanar. (oranla: ölçüylə)

aş verən, daş, daşıdar.

aş, hamıdan baş.

aşa gələndə var, başa gələndə. (baş: bilgi. ağıl).

aşağı baxıb, yüksəkligin, yuxarı baxıb, alçaqlığın bil ginən.

aşağıda yuxarıdan (ucadan) deyən sözləri, yuxarıda aşağıdan demək gərək.

aşçıda var, daşçıda.

aşı isti, yeri yastı. (yastı yasdı:: rahat).

aşı pişirən yağdır, gəlinin üzü ağdır.

aşıc deyür dibim altun, qamuc deyür, mən hardayam.

aşıcın vermə, qaşığın ver, yerin vermə, yolun ver. (aşıcın: qazanın).

aşığın sazın al, gəlinin nazın. (almaq: öznəmək. diqqət göstərmək).

aşığın sözü qurtulanda, yaram yaram çağırar.

aşıq dünyanı kor sanır, dörd yanı duvar : aşığ olan özündən bilgisiz, xəbərsiz olur.

aşıq oynar sazilə, gəlin olar nazilə.

aşıqğan, aşda pişər. (tələsən aşda pişər. tələsən aşa düşər).

aşıqla aşıq atılmaz. ( aşıqla oyun oynanılmaz).

aşın az çoxun qazan bilməz, çömçə (qab) bilər, yolun az uzun ər bilməz, at bilər.

aşın dadı duzdadı, duzun dadı düzdə. (düzdə: ölçüdə).

aşın dadı duzdur, duzun dadı düz. (düz: ölçü). {aş duz ilə, duz oran (ölçü) ilə}.

aşın yedin, daşın atma.

aşın yeyib, daşın atıb.

aşın yeyib, daşın görməyib hələ.

aşına bax, daşını ölç.

aşınada qurban, daşınada.

aşıran bilməz, doğrayan bilər. (aşıran: yeyən).

aşırıb doymadı, yaladı nə doyar. (aşırıb doymayan, yalamaq ilə nə doyar).

aşırıb doymayan, yalamaq ilə nə doyar.

aşq ağladar, dərd söylədər, qanmaza çörək versən, çomaq göstərər.

aşq girdi başa, ağıl çıxdı qaça.

aşqın gözü kor, qulağı kar (olur).

aşşağı baxıb yüksəkliyin bilgilən, yoxuşa baxıb alçaqlığın neylisən.

at almağa qoçaq göndər, qız almağa qoca.

at almamış, axır çəkmə.

at arıq, evlək uzaq. (evlək: mənzil).

at at olsa yəhəri buraxar, yiyəni yox.

at ayağı nallanır, eşşək ayağ qaldırır.

at aylığın, dəvə illigin düşünür.

at bəslənirkən, qız istənirkən.

at da qarın, ''it''də burun.

at dişindən, kişi işindən tanınar.

at dizdən yıxılar, kişi sözdən.

at dörd ayağla yeririr, oda büdrür, yıxılır.

at gəlsə, axır çəkilər.

at görəndə axsar, su görəndə susar.

at gücünü karvanda gör, ər gücünü meydanda.

at qaça qaça, quş uça uça yetişər. (at qaça qaça, quş uça uça, kişi diyə diyə (kişi çala çala yetişər).

at qaçar, atlı özün övər (tə'rifləyir).

at qanlı, igid canlı gərək, qadın baxmadı sözə, saxlamaq nə gərək.

at qanlı, igid canlı gərək.

at minəndə, öz atıva minginən, özgə atı tez arır.

at minənindi, ev qonanındı, don geyənindi.

at olmasa, yol olmaz, dil olmasa, el olmaz.

at olsa ət tapılar, dad olsa ad tapılar. (at olsa, yəhər tapılır.

at osdurağı, arpa gücüdür.

at öldürməyən, baytar olmaz. (baytar: malotac: mal həkimi).

at ölümü, itə bayram.

at ölüncən otlar. (at ölənəcən otlar).

at sürüsün axdarar, qartal yuvasın. (at sürüsün, qartal yuvasın güdər).

at yemdən, yer kübrədən öğünər.

at, çapa çapa, quş, uça uça.

ata ana acı alma yesə, oğul qızın dişi qamar. (qamar: qamışır).

ata ata atıcı, baxa baxa baxıcı olar.

ata babasın tanımıyan xanlıq iddiası edər.

ata dirək, oğul bilək. (ata kökdür, oğul qoldur).

ata dos kimi bax, düşman kimi min.

ata evində ügey ana, ər evində qaynana.

ata göylü balada, bala göylü havada.

ata güc, adama baş gərək. ( ağıl) ().

ata qabağdan, itə daldan yanaş.

ata min, həq danış. (həqq, at üstə danış).

ata mindi, atasını, atdan endi, atını tanımadı. ( ata minər, atasın danır, atdan enir, atın danır. (ata mindi atasın tanımadı, atdan düşdü atın). (ata mindin, özüvü unutma, atdan düşdün, atıvı. (atdasan özünü, atdan endin atın unutma) ).

ata oğlu, ataç doğar.

ata oğula bağ bağışlamış, oğul atıya salxımın belə qıymamış (verməmiş).

ata sapılı ataş, ana sapılı anaç. (sapılı: əğimli. meyilli).

ata yəhər, dilənçiyə torba ağırlığ edməz.

ata yumağlanar, oğul budağlanar.

ata, toprağı ələk vələk edir, oğlu əkir, törəni yığır.

atadan altı olunca, anadan iki ol.

atalar sözü bazarda satılmaz.

atalar sözü elin gözü.

atalar sözü qurana girməz, yanında gedər. (atalar sözü qurana girməz yanınca yelişir).

atalar sözü sözün düzü.

atalar sözü, ağlın gözü.

atalar sözü, atar sözü. (sözün için söylər).

atalar sözü, söz bəzəyi, saqqal qoysan, üz bəzəyi.

atalar sözü, sözlərin düzü.

atalar sözü, sözün yarışı.

atalar sözün saxla, könlüvü açar hər vax.

atalı söz, başıva göz. (ağıla göz).

atam dedim atılmır, satam dedim satılmır, gecə gündüz yapılmır.

atam ilə atanı deyincə, özüm ilə özünü de.

atan balası olma, adam balası ol.

atanın düşmanı, oğula dosd olmaz.

atarsın yün olur, təpərsin keçə, sivridirsin (uzaldırsın) börk. (hər iş qıraqdan qolay gəlir).

atdan düş, addan yox.

atdan düşən, yenə atlanar.

atdan düşüb, yəhərdən düşmür. (atdan düşüb, yəhərin buraxmır).

atdığın vurar, tutduğun qoparar.

atdıya çatmaz yayaq, bu dosluğu sən bırax. (yayaq. piyada).

atı arıyanda (yorulanda) gör, igidi qarıyanda gör.

atı dişdən, kişini işdən tanı.

atı olan qaldı, yəhəri olan geddi. (atı olan qaldı, yəhəri olan minib getdi).

atı olmayan, arpa nə gəzər. atı olmayan, ayağla gəzər.

atı yoxdu, eşşəyi də bəğənmir.

atı, yoluyla tanı, eli diliynən.

atıcı ovçunun, tüfəyi paslanmaz.

atığı quyruğdan, bu günkü öpgə yaxcı. (atığı: atınğı: yarınkı). ( öpgə: ağciyər).

atılan daş geri döndü, baxtım onda çöndü.

atılan ox daşdan qayıtmaz, daşla qayıdar.

atılan ox daşdan qayıtmaz, elçisiz, el gurtulamaz.

atılan ox, daşada dəysə, qayıtmaz, yayılar.

atım dedim atılmıyır, satım dedim satılmıyır, gecə gündüz yapılmıyır.

atım yox aranda, qayğım yox borandan.

atın ayağına bax, itin quyruğuna.

atın dişiniə bax, kişinin işinə.

atın gücü yerişi, mərdin ərliyi işi (sayılır, hesaba gəlir).

atın itirib noxdasın axdarır.

atın sirrin gözündən, mərdin sirrin sözündən.

atın yaman, sat, qardaşın yaman, qaç, arvadın yaman, at.

atına acıyan, yəhərin arxalar (daşıyar).

atınğ yaxşı olsa yolun ırağı, oğlun yaxşı olsa, könül çırağı: atın iyi olursa uzun yol (xoştur) , oğlan iyi olursa könül çırağıdır, ışığıdur.

atışsan, söz çıxar, tutuşsan göz çıxar.

atla qadın, tumarsız qalmaz.

atla yola çıxan, eşşəkçini yolda bıraxar (qoyar).

atlansan özünü, atdan endin, atını unutma.

atlar ölüb, itlərin bayramıdır.

atsan nişana dəğər, oxun doğrusu, bir mənzilə yetməz yükün oğrusu. (oğrusu: əğrisi).

av avlanar, tav tavlanar, ( iş olub bitər).

av avlandı, tav tavlandı. (iş olub bitər).

ava gedən, avlanır.

ava gəlməz quş olmaz, başa gəlməz iş.

avara it, gündüz hürər.

avçı avında, yolçu yolunda.

avçı girməyən qulağda geyik çox olur.

avçı neçə al bilir, ayı onca yol bilir.

ay doğuşundan, ər yerişindən bəllənir.

ay görününcə, ulduza minnət qalmaz.

ay ışığın aləmə salır, şəm ışığın dibinə.

ay ışığın, gündən alır.

ay yayana gülən atlı. (yayana: piyadıya).

ay! qoca ivrən, köçən kimdi, köçürən kim.

ay, örtüklə qapanmaz, ayağı arın su, başda bulanmaz.

ayağ ayağ nərdivənə çıxarlar.

ayağ bir olsada, min kərə atılar. (ayağ birdir, atdığı min).

ayağ kiçilmək yox, böyümək güdər.

ayağ sınmayınca, cingildəyəcək. (ayağ: qədəh).

ayağ yalın, qanqal qalın.

ayağ yalın, qanqal qalın. (qanqal: tikan).

ayağ yeriməzsə, iz düşməz.

ayağdaki bit, atdan düşürər.

ayağdakın yığır, əlindəkin bıraxır. (yazdaki suvlınu izləyib, evdəki toyuğu ıçqınma).

ayağdan çıxan toz, ağıza girər.

ayağdan çıxan toz, baş üsdə qonar.

ayağdan iz bıraxmaq üçün çiynivə çox yük götürməlisən.

ayağı qıssa, dayağı uzun.

ayağı yelli, iti qaçar, başı yelli, dərin batar.

ayağın altına ''bir'' bax, qabağa ''min'' bax.

ayağın yekə olsa, atdımın kiçik tut.

ayağın yerdə süzür, xəyalın göydə üzür.

ayağın yükü, başdandır.

ayağını isti tut, başını sərin, yeməyinə fikir ver, düşünmə dərin.

ayağının altına baxan, yıxılmaz.

ayağıva elə daş bağlakı, başıva dən gəlsin.

ayağla ayağ işləsə, gözlə baş yerində olar.

ayağla gələn qonağı, atınan yola salarlar.

ayağnı isti tut, başını sərin, yeminə fikr ver, düşünmə dərin.

ayaq qabı dar olunca, dünya başa dar gələr. { ayağ qabın dar olsa, dünyanın genliyindən, sənə nə asar (fayda) }

ayanı güdən, ayaxdan olar. (ayanı güdən: ovuca baxan, ələ baxan).

ayaz günü unutma, gön çarığı qurutma.

ayda ışığın gündən alır. (ay ışığın, gündən alır).

ayı dayındı, köprü aşınca, dayça atındı, ata çatınca.

ayı vurulmadan, dərisi satılmaz.

ayı vurulmadan, dərisi satılmaz. dil (söz) deyilmədən iyid başı alınmaz.

ayı yuvasında, qoz axdarma.

ayıbsız dənğ izləyən, dənğsiz qalır. (dənğ: tay. tuş).

ayıdan qorxan, meşədə nə gəzir. (ayıdan qorxan, meşəyə girməz).

ayığın düşündüyün, əsrük (kefli) deyər.

ayığın içində olan, əsrüyün (keflinin) dilində olur.

ayın on beşi ışıq, on beşi qaranlıq olur.

ayını hamı tanıyır, amma ayı heç kəsi.

ayının acı oynamaz.

ayının özündəndə qorx, izindəndə (ləpirindəndə).

ayqır görməyən qısraq, qulunlamaz. (qulunlamaz: balalamaz)

ayqıt işlər, əl övünər. (ayqıt: əbzar).

aylanc olsada yol yaxşı. (aylanc olsun yol yaxşı). (aylanc: dolambac).

aynaya baxaraq yox, adama baxaraq düzəl.

ayran tapmaz aşına, soxmalar soxar başına.

ayrana gələn qabını, aşa gələn qaşığın gizlətməz.

ayranı içən qurtuldu, çanağ yalayan tutuldu.

ayranın iç, taxılın biç.

ayrılarsan elindən, gücdə gedər belindən.

ayrılığın çətinliyi, ona öğrəşməkdir. ( ayrılığın çətinliyi, ona əllicə il dözməkdir).

ayrılıq çatar, gizli sevgini bəllədər. dərdli gözü gizlətmə, yaşı axır bəllədər.

aysız gecədə, ulduzlar parıl parlar.

aytmayınca kim bilər! açmayınça, kim qörər!. ( söyləməyincə kim bilir! açmayınca kim görür!).

az aşım, ağrımaz başım.

az azda, tez tezdə olsa, ək.

az danış, düz danış.

az getdi uz getdi, iynə yarım yol getdi, dərə təpə düz getdi.

az olsun uz olsun. (uyğun, münasib).

az tamah, çox azar gətirər.

az ver, çox yalvar, çox ver, yalvarma.

az verib gəzdirmə, çox verib azdırma.

az yaşa çox yaşa, sonda gəlir başa. (az yaşa, çox yaşa, sonu bir gün gələr başa). (sonu: axır). (az yaşa, çox yaşa, bir gün gəlir başa).

az ye, ağır yuxla.

az yeyərəm, həkim görmərəm, düz dolannam, hakim görmərəm.

az yeyərəm, həkim görmərəm, uz (düz) dolanlam, hakim görmərəm.

az yeyir küsür, çox yeyir qusur.

az yırğanan, ac qalar.

az, çox yanına gedər. ac, tox yanına.

aza dedilər : hara gedirsən, dedi : çoxun yanına.

azacıq aşım, ağrımaz başım.

azar qaça qaça gələr, ağır ağır gedər.

azar, ayağdanda girsə, başdan çıxar.

azarlı tələsər, armud, vaxda yetişər.

azcıq (azıcıq) aşım, ağrımaz başım.

azığlı at, arınmaz (yorulmaz).

azın aşda, çoxun işdə gör.

azın bəslə, çoxun qoru.

azına inan, çoxun tanrı yetirər.

azına utqunma, çoxuna qudrunma.

azınan çoxun oyunu olmaz.

azqın olsan asarlar, yavaş olsan basarlar. orta olsan başarlar (orta olsan elbaşlığı yasarlar: yaparlar).

bacanın əğrisinə baxan, tüsdünün düzündən qalar.

bacaranın ağzı aşlı, bacarmayanın gözü yaşlı.

bacaranların bacarıksızların günülüğü ucundan iyilərin, uluların yatluları, düşmanları üstün gəldi.

bağ almağa, qış yeğ, bağ satmağa yaz.

bağa bax üzüm olsun, yeməyə üzün olsun.

bağçı bağına qıydı bağban bir giləyə qıymadı.

bağdan dağ olmaz, dağdan bağ.

bağdan ərik qurtuldu, gəliş gediş qurtuldu.

bağı ağlayanın, üzü gülər. (bağ: möv. üzüm tingəsi). (budanmış mövdən su çıxar, sonundada üzümü çox olar).

bax bu qaşa bax bu gözə, ciyər kabab oldu közə.

baxcalar barı heyvalar narı, hamı dinsədə, dinmə sən barı.

baxma qayasına, baxma daşına, yerisən, çıxarsan dağın başına.

baxma yaşıma, çox iş gəlib başıma.

baxsız qızıl tapdı, baxlı qapdı.

baxsızın ağzı aşa, başı daşa.

baxt olmasa başda, nə quruda bitər nə yaşda.

bal demək, bal verməkdən yey (yaxcıdı) , boş demək, boş verməkdən yey. (yey: yaxcıdı).

bal deməklə, ağız dadlanmaz. (sözlə iş bitməz).

bal qoxumaz, kişi (yolun) azmaz.

bal tutan barmağın yalar. (iş görən, qazanc sağlar, aparar).

bal yeyən, arı iğnəsinə dözər.

bal, ağısız olmur.

bal, ağısız olmur.

bala üçün ürəkdə ağrıyar, biləkdə.

bala üçün ürəkdə ağrıyar, biləkdə.

bala, balım (dı) , balası, canım (dı).

bala, balım(dı) , balası, canım(dı).

bala, balım(dı) , balası, canım(dı).

bala, balım, balası, canım.

bala, balım, balası, canım.

bala, balım, balası, canım.

bala, balım, balası, canım.

bala, balım, balası, canım.

bala, balım, balası, canım.

bala, balım, balası, canım.

balaban çalanındı, at minənin.

balaban çalanındı, at minənin.

balaban çalanındı, at minənin.

balaban çalanındı, at minənin.

balaban çalanındı, at minənin.

balabanda qandırmaq: al dili, ima-işarə ilə söz qandırmaq.

balaca daş, sındırar baş.

balama qurban inəklər, balam havax iməklər.

balasız qadın, gəlincik, parasız igid, ərincik. (gəlincik: gəlin kimi şən, ərincik: qaçağan. çəkingən).

balçıya doşab (pəkməz) satılmaz.

balı dibindən, yağı üzündən tanı.

balı, barmağı uzun yox, buyruqlu yeyər. (buyruqlu: qisməti olan).

balıda çox yeyəndə acı dadlanar.

balığ ağa girdikdən sonra, başı ayılır :.

balığ balığçıya yönəlir, quş ovçuya.

balığ balığı tutmasaydı, balığ dənizi tutardı.

balığ başdan tutular, kişi dildən.

balığ dənizdə batmaz.

balığ suda, gözü dışda (: bilən nərsəni bilməzdən gəlmək).

balığ üzər çay bilər, quşlar uçar, yel bilər.

balığa yem olur qarışqa, qarışqa balığ yeyir.

balığçı, balığ yalı (qədər) gözəl olmaz.

balığda qonaqda, iki gün söna ağı olan.

balığda qonaqda, iki gün söna ağı olan.

balığı başından avlamaq : balığ başından avlanır : işi başından, kökündən sağlam tutmaq.

balığın böyüyün, bataqlıqda arama.

balın təkini ye, sütün üzünü.

balın təkini ye, sütün üzünü.

balın təkini ye, sütün üzünü.

balın təkini ye, sütün üzünü.

balın təkini ye, sütün üzünü.

balın təkini ye, sütün üzünü.

balın təkini ye, sütün üzünü.

balın təkini ye, sütün üzünü.

balın təkini ye, sütün üzünü.

balın təkini ye, sütün üzünü.

balsızda ağlar, balalıda.

baltaçının yardımı, baltasız olmaz. (yardımı: köməyi).

baltada varsa, sapındada var : əksiklik yalınız bir yandan değil.

baltalıda, baltasızda, yıxılan ağacın üstünə axışar.

baltasız, bağ meşəyə dönər.

baltaya sap olmaq : 1. inanc, məslə yiyəsi olmaq. 2. işə yaramaq, dəğmək.

bamağ arsı baxmaq: elə belə baxmaq.

barmağın heç ağza qoyma, qoyursan, dişlənir.

barmağından bal damır, çanağından yağ.

barmaq soksa, bal əkşir (turşar).

barmaq soksa, bal əkşir (turşar).

barmaq soksa, bal əkşir (turşar).

barmaq soksa, bal əkşir (turşar).

barmaq soksa, bal əkşir (turşar).

barmaq soksa, bal əkşir (turşar).

barmaq soksa, bal əkşir (turşar).

barmaq soksa, bal əkşir (turşar). bu söz pis niyyətli, qaramsər haqda söylənir).

barmaq soksa, bal əkşir (turşar). bu söz pis niyyətli, qaramsər haqda söylənir).

barmaq soksa, bal əkşir (turşar). bu söz pis niyyətli, qaramsər haqda söylənir).

barnaması (gün+) : günlük. gündəm.

barsız ağaca, ağac tolazlama.

barsız ağaca, ağac tolazlama.

basıb yaylağın, qoruğun, çayırların alıb.

basıb yaylağın, qoruğun, çayırların alıb.

basıb yaylağın, qoruğun, çayırların alıb.

basıda balığ olmaz. (basıda: bostanda).

basqın basanın : basqın yapan öncəlik qazanır.

basqısız taxtanı, yel alır, yel almazsa, sel alır.

basmaq bir övüd verər, basılmaq ikisin.

basmaqdan bir övüd alsan, basılmaqdan iki sini alarsan.

basmaqdan bir övüd alsan, basılmaqdan iki sini alarsan.

basmaqdan bir övüd alsan, basılmaqdan iki sini alarsan.

basmaqdan bir övüd alsan, basılmaqdan ikisin alarsan.

basmaqdan bir övüd alsan, basılmaqdan ikisin alarsan.

basmaqdan bir övüd alsan, basılmaqdan ikisin alırsan.

basmaqdan bir övüd alsan, basılmaqdan ikisin alırsan.

basmaqdan bir övüd alsan, basılmaqdan ikisin alırsan.

basmaqdan bir övüd alsan, basılmaqdan ikisin alırsan.

bastıran barar, çapağan qalar.

bastıran barar, çapkan qalar.

baş açığın qaçağı, börkçü tükanıdır.

baş ağır, qulağ sağır gərək.

baş axdaranda var, yaş axdaran da.

baş ayrışır börk üçün, qol sındırılır yenğ üçün: baştan ayrılırsaq, qalpaq üçünə, qolumuz qırılırsa, yenğ üçünə. (üzün verdik, astr üçün).

baş baş olsa, səhvidə başa düşər.

baş başdan üstündür.

baş bir olsada, qayğısı mindir.

baş börksüz olur, biliksiz yox. (börksüz baş qalır, biliksiz yox).

baş bulandısa, vay qalanın halına.

baş daşa aşlandı, aşda qaldı, yaşlandı.

baş dedim papax gəldi, əy dedim, sınıq gəldi.

baş dəğişir, dil dəğişmir.

baş dillə dartılır.

baş düşünməseydi, ayağ gedməzdi.

baş əkirsən, ək beşikdə, qızıl barın deşikdə, çətin güclük eşikdə.

baş ətəkti yığnab al : "başı ətəği toparla". intizama qoymaq.

baş gedincə, ayağ durmaz : baş hara ayağda ora.

baş gedməyincə, ayağ gəlməz.

baş gedsədə, börk qalar.

baş görəndə daşdır, aş görəndə başdır. (acgöz geriçi, mürtəce', dikdator).

baş hara, ayağda ora.

baş hardadır, göt də orda. (baş: ağıl). (göt: güc).

baş qırılır, börk içində, qol qırılır, kürk içində : saxlı, gizli tutma.

baş olan yerdə, daş dəlinməz, baş dəlinər.

baş olmadan, yazı yazılmaz : olacaq, olmamış, yazılmamış.

baş olmasın yaşlansın, çör çöb yeyib bəslənsin.

baş olsa, papax tapılar. (baş sağ olsun, börk tapılar).

baş sağlığı, dünya varlığı.

baş tapılsa, yol azılmaz. baş tapılsa, yol tapılar.

baş üsdə demə, ayağ atda qoy, işimi gör.

baş yaxışır yoldaşla, aş yaxışır, duzlaşla.

baş yazısı ox kimidir, gah aşağı, gah yuxarı.

baş yazısın, əl yazısı pozamaz.

baş yoldaşı yoxdur, aş yoldaşı çoxdur.

baş, başa gəlməyincə, iş, iş olmaz.

baş, daşa dəyə dəyə öğrənir.

baş, dil ilə, dilsiz baş, daş ilə.

baş, dil yerində olsun gərək, əl ayağ tapılır.

baş, dililə asılar. (baş, dililə dartılar).

baş, əl əyağın lələsidir : baş öndərir, ayağ yürnədir : baş aparır, ayağ çatdırır.

başa baxılıb göt alınmaz.

başa baş vur, daşa daş vur.

başa baş, daşa daş ver.

başa dəyən daşdı, tutulanda başdı.

başa düşəni göz görər.

başa gələn, xoşa gəlir : başa gələn, çəkilir.

başa gəlməz iş olmaz : kişi hər çeşit olayla qarşılaşabilir.

başa gəlməz iş olmaz, ova gəlməz quş olmaz.

başa uyqun, var olmur, vara uyqun baş olmur.

başağın için tuxumdan bil, cocuğun başın, beşikdən bil.

başaq yığmaqla, varlı olmazsan, qonaq doyurmaqla, yoxsul.

başar dos qazan, düşman qapında.

başçın eşşəkdə olsa, hoşş demə.

başda duyqu gərək, ağızda söz gərək, danışmağa dil gərək.

başda olan dilə gələr, dil yoxdusa, nəyə dəğər.

başı daz olsun, könlü ayaz.

başı dik igid, da'vaya düşər.

başı min kərrə vurursan daşa, nə yazılmış ol gəlir başa. (yazında nə varsa ol gəlir başa. ) .

başı necə, ayağıda öylə olur.

başı olan dilsiz, dili olan başız qalmaz.

başı olan, daş üzdə ev tikər.

başı saxlayanda dil, batıranda.

başı yox, daşı çox.

başıl düşman, başsız dosdan yeğ. (başıl: başıl. ağıllı. ).

başıl körpü gəzərkən, dəli suyu aşmış. (başıl: başıl. ağıllı. ) . (gəzərkən: axdararkən).

başıla mal nədir, başsıza kan nədir.

başılı dalı qoyma, başsızı başa qoyma. (başıl: başıl. ağıllı. ) .

başım baş olunca, qaymağa taxılar.

başım unlu görünür, adım qalır dəyirmançı.

başıma gün düşdü, başın günə düşsün.

başın başı var, başında başı.

başın bəlası, dildəndir.

başın boşluğu, ayağa yükdür.

başın geşməz yerə, burnuvu soxma.

başın kəsmə, dilin kəs.

başın olsa, yol tapılar.

başın savcısı (peyqəmbəri) dil dir.

başın tutdum götü qaldı, götün tutdum başı qaldı.

başın varsa, ağızda dilin olsun.

başın, ayağla gedməsin, ayağın, başınla gedsin.

başın, başı var, başında başı var. (iş bir kişidə bitməz).

başına bax, varın gör, sözünə baxıb, gücün gör.

başına dartır, ayağına çatmır, ayağına dartır, başına çatmır.

başına düşsə, başmaqçı olur.

başına gəlməyənin, xoşuna gəlir.

başında çatışmayan şeyləri bilmək üçün, bilənlərin biliklərin öğrən.

başında oyun olsun (oy: fikr) , ağızda sözün, əlində işin olsun.

başıva görə, dilin olsun, dilin üçün başın olsun.

başqa başın qılın görməkdənsə, öz başının bükün (poxun) gör.

başlamaq, işin yarsıdır.

başlar, beşikdən çıxar.

başlı quş lələyin, başlı kişi dilin qorur.

başlıq düşdü, baş göründü.


- sökərsə dan, sönər gecə.
- dan sökdü, yandı gecə.
- örtük düşdü, dan söküldü, taqqa düşdü, kəl göründü. ).

başmağım məsciddə geddi, huş başım meyxanada.

başmaq palçıqsız olmaz.

başmaqçı əlli il işlər, bir kərə baş tutar.

başra qaqılmasın, verdiyin çörək.

başsız baş olunca, başlı, başın olsun.

başsız gələn mal batsın, vaxsız deyən (dinən) dil batsın.

başsız gələn mal batsın, vaxsız deyən dil batsın.

başsız toplum, cayıb gedər. ( başsız: ağılsız).

başsıza baş olunca, başlı, başın olsun.

batan gün, çıxar əlbət.

batası dünya alar, biri yatar biri qalxar.

batıb bəxdi, çevrilib təxdi.

batman qılıncın əmisi qızıldı.

batsın o dil ki yeyib uddura bilir, danışanmır.

bayağı çuval, bayağı duval, əsgi hamam, köhnə tas. bayağı baş, bayağı börk.

bayquşa uyan, çatdığı yeri bəllidir.

bayquşun geddiyi yerə, bələtçi gərək deyir.

bazara çıxmamış, baxt açılmır.

bazarda badam tapmayanlar, qoz alarlar.

bazarda ona görə səs küy qalxır ki, hərə öz bildiyin danışır.

bazarda şam bahadı, korun nəyinə.

bazarda üzçüdə tapılar, asdarçıda.

bazardan qalsan, bir gün qalarsan, əkindən qalsan bir il.

behişdən ummur, cəhənnəmdən qorxmur (uçmakdan (cənnətdən) umusu yox, tamudan(cəhənnəmdən) qorxusu yox. acıda yesən şirin danış.

behişdin ləzzətin cəhənnəmdəkindən sor.

belin bükər, ağzın sikər.

beş badə gəlir deyəmmirədə birin, biri gəldikən, deyirəmdə beşin.

beş barmağın biri kəsilər, beşi ağrırar.

beş barmaq, biləyə bağlı, biləkdə, ürəyə bağlı.

beşigi açsan, başı çıxar.

beşikdə qalan başın, əli aşa çatmaz.

beşikdəki uşaq yılxılınca, taxda ki xan yıxılsın.

beşiklər başsız, başlar beşiksiz qalmasın.

beşiksiz, baş olmaz, bəslənmədən aş olmaz.

beşin başı olunca, altının ayağı ol.

bəğni içmiş, əsrəmiş, qoldan əldən kəkrəmiş. (bəğni: çaxır). (kəkrəmək: kehəlmək).

bəxdi ala, sel yarşı, bəxdi qara, el qarşı.

bəxdi alqa olanın, xoruzu belə yumurtur.


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin