uğur: xeyir) .
uğrsuzun burnuna, qoxu irişir, burun qanır !.
uğrun gözlə, oxu at. (uğrun: nişan. fürsət).
uğur bolsa, oğru doğar. (uğur: imkan. fürsət).
uğur gəlincə, oğru işin görər. (uğur: imkan. fürsət).
uğur verilməz, oğurlanır. (uğur: imkan. fürsət).
ula olsa yol azmaz, biliq olsa söz yazmaz. (ula: qismət).
ulam ulam gedən, istəyə çatdı, ulamsız gedən, uluya qaldı. (ulam ulam: yavaş yavaş).
ulu yol ulu şəhrə gedər, kiçik yol dağ arası itər.
ulular evdə qalıb, kor pişik çöldə.
uma gəlsə, qut gəlir, cütü gəlsə, xoş gəlir.
uma uma, döndüm muma.
uma uma, undan qaldıq.
umduğun bilməyən yolsuz qalar.
umduğun güdməyən, bulduğun xoş görər.
umduğun güdməyən, bulduğun xoş görər.
ummadığın daş, baş yarar.
ummadığın kötük, araba çevirir.
unun varsa, odu söndürmə.
usuqmuşa (susamış) , sağış qamu, su görünür.
uşağ demək bilməz, almaq bilər. (uşağa demə, ver) .
uşağ ki var, yox bilməz.
uşağ sevişdən, it çörəkdən qaçmaz.
uşağa iş buyur, özündə dalınca yürü. (uşağı göndər suya, özündə ged suyunca. (uşağı yolla iş dalınca, özündə düş dalınca).
uşaq arvadın bir əlin bağlar, təmbəllik iki əlin.
uşaq görsə deyər, it görsə hürər.
uşaq qulağı iti olur, yavaş desən eşidir.
uşaq nə görsə yapışar, nə eşitsə, danışar.
uşaq oynamaqdan, təmbəl yatmaqdan yorulmaz.
uşaq poxu, yekə yıxar.
uşaq sıçır. böyük yıxılır.
uşaq su tökər, böyüyün qıçı sınar.
uşaq suya can atar, yaşlı oda.
uşaq, yıxıldığı yerə baxar.
utan utanmazdan, qorx qorxmazdan.
utanarsan, çiçiklə deyişmə, yıxılarsan, böyüklə ərişmə (icəşmə) .
utanma, inanma.
utanmaq gizlənməz.
utanmaz üz, tükənməz söz.
utanmaz, utancağı qorxaq sanar.
utanmaza, toy nədir, toz nədir. (toz: bulğaylıq. qaışıqlıq) .
utun birlə vuruş, ötün birlə dirəşmə: həyalı (utun. uyun) kişiylə söz çıxsa, yol tapılar, həyasızla sözləşsən, baş çaxılar (yarılar) .
uz ged, asda ged. (uz: yaxcı).
uz gəlsə yavuz gedər.
uzağdaki su, qorumadı oddan kişini.
uzaq (ıraq) yerin xəbərin karvan gətirər.
uzaq yollar, qonut yoxlar (
Dostları ilə paylaş: |