Abal abal dərviş, pulla bitər hər iş


yatsı: yatmaq). üz versən başıva enər. üz yamaq götürər, asdar yamaq götürməz. (asdar



Yüklə 1,3 Mb.
səhifə16/24
tarix28.12.2021
ölçüsü1,3 Mb.
#17074
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
yatsı: yatmaq).

üz versən başıva enər.

üz yamaq götürər, asdar yamaq götürməz. (asdar: iç. mə'nəviyyat)

üz, ətəklə gizlənməz.

üzdə dadlı, dalda acı, üzdən uzaq!. (üzdən uzaq: üzdən ıraq: allah göstərməsin).

üzdəki göz içəri baxır.

üzdən dolu, içdən boş.

üzdən olduq, asdardan qaldıq.

üzə bax ürəyi unut, ürəyə bax, üzü unut.

üzə baxma özə bax.

üzə dalma, öz dilə.

üzləmə ! üzü çıxar.

üzü asdarın tutmur.

üzü gedər, asdarı çıxar.

üzü gedmiş, asdarı çıxmış. (işlərin üsdü açılmış).

üzülmə yox olduğuna, sevin tapıldığına.

üzülməsə, düzülməz.

üzüm çöpsüz olmaz.

üzüm üzümə baxa-baxa qaralar.

üzüm üzümə, kişi kişyə baxa baxa qızarar.

üzün görüb, asdar biçir.

üzün o bargahə vur, bir qətrə fəzli min cihan cürmün yuya.

üzünə baxıb, asdar alma.

üzünə görə asdarı yox.

üzüntü bir dəniz, batdın geddin, ümüt bir qayıq, mindin, keçdin.

üzüvə görə asdarlı ol, asdara görə üzlü yox. ( sözüvü boşa vermə) .

vaxtı boş olanın, sözü çox olar.

vaxtında əkilən, vaxtında bitər.

var axar, yox baxar.

var çağında coşma, yox çağında çaşma.

var paxır, yox altun.

var vara yatır, yar yara.

var verənə, can nədir, can verənə, mal nədir.

vara sayqı olunur, varlıya yox.

vardır pulun, yetən qulun, yoxdur pulun, dardır yolun.

varın ən yaxcısı, əldəkidi.

varla bilik birləşədə, varlı güc doğur.

varlanan dilənçi, yovğa (sədəqə) verməz.

varlı olan yol tapar, yoxsul olan yolda batar.

varlı soylu ol, yadlar yaxınlaşsın, yoxsul soysuz ol, tanış qardaş yadlaşsın.

varlı umduğun yeyər, yoxsul olduğun.

varlığın sonu ilə yoxluğun sonu birdir.

varlığın sonu ilə, yoxluğun önü birdir.

varlıq nə dedirməz, aclıq nə yedirməz.

varlıq yaraşdırar, yoxluq dalaşdırar.

varlılın eşşəginədə ağıllı deyərlər.

varlının əlin pıçaq kəsdi, yoxsul köynəyin kəsdi. (varlıya saxsı gərəksə, yoxsul kasasın qırar).

varlının iti yatmaz.

varlının qızın almaq çətin, saxlamaq, qolay.

varlının min əsgiyi var, yoxsulun bir toxluğu var.

varlının topağından (duvarından) çay keçər yoxsulunkundan yol.

varlıya boşlu olma, yosuldan alacağlı.

varlıya boşlu olmasın, yosuldan (yoxsuldan) alacağın.

vay günün görməyən, hay gününə inanmaz, hay günün görməyən, vay gününə inanmaz.

verdin adındı, yedin dadın, sandığdakı yadın.

verdiyin bir yumurta, onuda yırta yırta.

verən əli kimsə, kəsməz.

verən ərin əli açıq, görən ərin yolu açıq.

verəndə tələsmə, alanda qapma.

verirsən doyur, vurursan duyur.

vətən dediyin düşmansız olmaz.

vurdun tutmadı, tut vur.

ya hesab bilmisən ya götün çubuq görmüyüb.

ya qılıncı tut, yada qələmi.

ya lələ şələni yada şələ nənəni.

ya sən vaxdıvı itirmisən, ya ki başıvı, əşi başsız vaxt olarmı ?.

ya şələ nənəni, ya lələ şələni.

ya unçu ölər, yada dəgirmançı.

ya zor ya zər, yoxsa bu yerdən səfər.

yaci işə gələr, yaman aşa.

yad ölkənin toxu ol, doğma yerin yoxsulu yox.

yad tatdan, tanış şeytan yeğdir.

yadlar içində bilgin olan, bilginlər içində yad olu.

yağ yağa qovuşar yarma yavan qalar.

yağdırmadan göl olmaz, uydurmadan ev.

yağıdan qurtulluq, dosdum tutmasa (qoysa).

yağına qıymayan çörəyin yoz (yavan) yeyər.

yağını aşaqlasan, başa çıxar. (


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin