RƏSMĐ STATĐSTĐKANIN ƏSAS PRĐNSĐPLƏRĐ
Đqtisadi və Sosial Şura
Baş Assambleyanın və Đqtisadi və Sosial Şuranın
qlobal və milli inkişaf
məsələləri sahəsində rəsmi statistikanın fundamental əhəmiyyətinin qeyd olunduğu
son qətnamələrinə
1
istinad edərək
,
davamlı inkişaf, sülh və təhlükəsizliyin, həmçinin aşkarlıq və şəffaflıq tələb
edən, dünyada artan qarşılıqlı asılılıq şəraitində dövlətlər və xalqlar arasında qarşılıqlı
anlaşma və ticarətin təmin edilməsinin dəstəklənməsi üçün prinsipial xarakterli
əsaslandırılmış qərarların təhlili
və qəbul edilməsi məqsədilə, keyfiyyətli rəsmi
statistik məlumatların son dərəcədə vacib əhəmiyyətini
nəzərə alaraq,
həmçinin, rəsmi statistika sistemlərinə və statistik məlumatlara inamın daha
çox özünü dərk etməyə və öz üzvlərinin hüquqlarına hörmət etməyə səy göstərən
istənilən cəmiyyətin əsasını təşkil edən əsas dəyər və prinsiplərə olan münasibətdən
asılı olduğunu və bu kontekstdə statistika orqanlarının peşəkar müstəqillik və
hesabatlılığının son dərəcədə mühüm rol oynadığını
nəzərə alaraq,
statistika fəaliyyətinin əsasını təşkil edən
əsas dəyər və prinsiplərin
səmərəliliyinin təmin olunması üçün bütün siyasi səviyyələrdə və milli statistika
sistemlərinin bütün maraqlı iştirakçıları tərəfindən hüquqi və institusional
mexanizmlərlərlə zəmanət verilməli olduğunu
qeyd edərək
,
1994-cü ildə
2
Statistika Komissiyası tərəfindən qəbul edilmiş, 2013-cü ildə
yenidən təsdiq olunmuş və Baş Assambleyaya təsdiq olunması tövsiyə edilmiş Rəsmi
Statistikanın əsas prinsiplərini qəbul edilməsini
təsdiq edir
:
Rəsmi statistikanın əsas prinsipləri
1-ci prinsip:
Rəsmi statistika özündə iqtisadi,
demoqrafik, sosial və ekoloji
vəziyyət haqqında məlumatlarla idarəetmə orqanlarına, iqtisadi subyektlərə və
ictimaiyyətə təqdim olunan məlumatların, demokratik cəmiyyətin informasiya
sisteminin əvəz olunmaz elementini əks etdirir. Bu məqsədlə,
praktiki dəyərə malik
olan rəsmi statistika məlumatları, vətəndaşların ictimai məlumatlara olan hüquqlarına
hörməti təmin etmək üçün ədalətlilik əsasında rəsmi statistika orqanları tərəfindən
yığılmalı və yayılmalıdır.
1
Onların siyahısına Baş Assambleyanın ümumdünya statistika gününə həsr olunmuş 64/267 nömrəli və Đqtisadi və
Sosial Şuranın statistik potensialın gücləndirilməsinə dair 2006/6 nömrəli və əhali və mənzil fondunun
siyahıyaalınmasına dair ümumdünya proqramına dair 2005/13 nömrəli qərarları daxildir.
2
1994-cü ildə ilk dəfə qəbul edilmiş prinsiplərdə istifadə olunan ilkin preambulaya baxmaq üçün Statistika
Komissiyasının (E/1994/29)
xüsusi sessiyasının işi haqqında hesabatın V bölməsinə nəzər yetirmək olar. Bu həmçinin
http://unstats.un.org/unsd/statcom/94report.pdf
veb səhifəsində də mövcuddur. Əsas prinsiplər və onların tarixi
haqqında daha ətraflı məlumat üçün
http://unstats.un.org/unsd/dnss/gp/fundprinciples.aspx
veb səhifəsinə baxmaq olar.
2-ci prinsip:
Rəsmi statistikaya olan inamı
saxlamaq məqsədilə, elmi
prinsipləri və peşəkarlıq etikası da nəzərə alınmaqla, ciddi şəkildə peşəkarlıq
mülahizələrini əldə rəhbər tutmaqla, statistika orqanları statistik məlumatların
toplanması, işlənməsi, saxlanması və təqdim edilməsinin metod və qaydaları barədə
qərarlar qəbul etməlidirlər.
3-cü prinsip:
Məlumatların düzgün şərhinə yardım göstərmək üçün statistika
orqanları statistik məlumat mənbələri, statistik metod və qaydalara dair informasiyanı
elmi standartlara uyğun təqdim etməlidirlər.
4-cü prinsip:
Statistika orqanları statistik məlumatların səhv izahına və ya
yanlış istifadəsinə şərh vermək hüququna malikdirlər.
5-ci prinsip:
Statistik məqsədlər üçün məlumatlar
istər statistik müayinə,
istərsə də inzibati kartotekalar kimi bütün növ mənbələrdən alına bilər. Statistika
orqanları keyfiyyəti, vaxtlı-vaxtında olmasını, respondentlərə düşən xərcləri və yükü
nəzərə almaqla məlumat mənbələrini seçməlidirlər.
6-cı prinsip:
Statistik məlumatların hazırlanması üçün statistika orqanları
tərəfindən toplanan fərdi məlumatlar, fiziki və ya hüquqi şəxslərə aid olmasından
asılı olmayaraq, ciddi şəkildə konfidensial xarakter daşımalıdır və yalnız statistik
məqsədlər üçün istifadə edilməlidir.
7-ci prinsip:
Statistika sisteminin fəaliyyətinə
aid olan qanunlara,
əsasnamələrə və tədbirlərə aşkarlıq verilməlidir.
8-ci prinsip:
Ölkə daxilində statistika təşkilatları arasında əlaqələndirmə
statistika sistemində uyğunluq və səmərəliliyin təmin edilməsi üçün böyük
əhəmiyyətə malikdir.
9-cu prinsip:
Hər bir ölkənin statistika təşkilatları tərəfindən beynəlxalq
konsepsiyalardan, təsnifatlardan və metodlardan istifadə edilməsi bütün rəsmi
səviyyələrdə statistika sistemlərində uyğunluq və səmərəliliyin
təmin edilməsinə
imkan yaradır.
10-cu prinsip:
Statistika sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq bütün
ölkələrdə rəsmi statistika sistemlərinin təkmilləşdirilməsinə yardım edir.