Abal abal dərviş, pulla bitər hər iş


yeğni: yüngül). yekə başım, dinc başım. (yekə otur, dinc otur). (yekə



Yüklə 1,3 Mb.
səhifə24/24
tarix28.12.2021
ölçüsü1,3 Mb.
#17074
1   ...   16   17   18   19   20   21   22   23   24
yeğni: yüngül).

yekə başım, dinc başım. (yekə otur, dinc otur). (yekə: tək).

yel aparan yelindi, yerdə qalan elindi. (yel aparan yelindi, yerdə qalan mənimdi).

yel əsəndə yellənir. yol görəndə yollanır. (yel görür yellənir, yol görür yollanır).

yel əsməsə, budaq təprənməz.

yel əsməzsə yelkən tanqamaz.

yel əsməzsə, yelkən tanqamaz.

yel önünə düşən, yanılır.

yel öylə əsə, dəvə göydə gəzə, vay yerdəki keçinin halına.

yel üfürər, sel süpürər.

yel vurur çalır, yengələr (ətəklər) oynayır. (yel vurur, yeləngələr oynayır).

yeldən boş (müfdə) nə tapasın.

yelə qayadan pay düşməz. (yel qayadan nə aparar).

yelə tüpürən, üzündə yığar.

yeli oda ver, suyu şora ver, .

yelinən gəldin, yelinən getmə.

yelinən yetər, odunan itər.

yelişsən yelilə, yolda qalırsın (yellənmə yellə, yolda qalırsın) .

yelkən oldu yel gərək.

yellə yelişdim yolda qaldım.

yemək yaxşıdır, bir kərə bizdə, bir kərə sizdə.

yeməkdə dosd olanı, iş başında yoxla.

yeməklə doymayan, görməklə doymaz.

yeməmiş on evə getmək olur, geyinməmiş bir evə yox.

yeməyə baxmaqla doymaq olmaz.

yeməyin dadı duzdu, sevginin dadı düzdi ! (- düzdi ?).

yeməyin qoyun olsun, gördüyün düyün olsun.

yeməyin yalğız yeyən, yükün özü qaldırar.

yemiş yetişər, yeyən yeyər.

yemiş, ağacdan uzağ düşməz .

yemişsiz ağaca daş atarlarmış.

yemsiz torba, at gətirməz.

yeni baxcanın narısın, qırmızı güldən arısın.

yeni yenidi, yamalı yeni. (yeni yenidi, yamalıda yeni).

yer dəğərin oturandan alır.

yerdə pulu, göydə tanrını unutma.

yerə düşən göydəndir.

yerində olursa baş, ayağa dəyməz daş.

yerini bilməyən, yersiz qalar.

yerişin bilməyən tez gec yıxılar.

yeriyən axmaq, yatan ağıllıdan yeğdir.

yeriyən ayağ, büdürər. (yeriyən, büdürər).

yeriyən çatmış, yatan qalmış.

yeriyən yol alar, yeriməyən yolda qalar.

yeriyən, öz dabanın güdməz.

yerkökün çıxartsan, yer nəyin üstə dayanar.

yerli dovşanı, yerli tazı tutar.

yerli söz yerin tapar, yersiz söz, yiyəsin.

yersiz el yetim, elsiz yer yetim.

yersiz ensə, yerli qaçar. (yersiz gəldi, yerli qaç. )

yersiz qərib olmaz, qəribsiz yer olmaz.

yersiz oyun, boyun pozur. (yersiz oyun, sındırar boyun).

yersiz söz, ağızdan çıxar, yersiz yeriş, adamı yıxar.

yetdim dedin, yıxılma, doldum dedin, tökülmə.

yetgin olan, bilgin olar, öz əsgiyin iyi bilər.

yetim asqırar, özü özünə sağlıq deyər.

yetimə ağlamaq öğrətməzlər.

yetimə çörək verən az olar, hamamamda can can deyən çox olar.

yetimin bağrı yağ bağlamaz.

yetimin hamamda, atası çox olar.

yetinən yetdi, yetmiyən itdi.

yeyən arığlamaz, işləyən yorulmaz.

yeyəni su aparmadı, yemiyən suya getdi.

yədəyin görən əklənər, yədəyin atan təklənər.

yəhəhərsiz ata yük çatılmaz.

yəhər at belində, həmməşə qalmaz.

yəhər ata yük olmaz, arvad ərə.

yəhər, gah atın belində gəzər, gah yiyəsinin.

yəhərin ağır yüngülün at bilir.

yələdən (yaldan) tutanmayan, quyruğdan nə tutar.

yığılaq biz araya, məlhəm qoyax yarıya. (yığılaq bir araya, məlhəm qoyak yaraya).

yığışma deyirəm, yoluşma başa düşür.

yıxığı yığan (götürən, qaldıran) , qalığı qoruyan.

yıxılan ağaca, minən çox olar.

yıxılan çatı (damı) , bir kərpiç saxlamaz.

yıxılanı əzmə, düşəni itmə (itələmə) .

yıxılanın üstünə tökülən çox olar.

yıxılanın, dosdu olmaz.

yıxıldınsa, toprağa sarıl.

yıxılırısan, dəvə boynundan yıxıl.

yıxılmağın bilməyən, ayağ üsdə qalanmaz.

yıxılmış ağaca, çıxmağa nə var.

yıxılsan dizindən gör, əzilsən dilindən gör.

yıxılsan ucadan yıxıl, otursan alçaqda otur.

yıxılsan, yerdən yapış, boğulsan çöpdən.

yılığın (qorxaq) otu qızdırmaz .

yiyesini ağırlayan, itinə gəmik atar.

yiyəli itin, quyruğu dik durar.

yiyəsinə bax atın nalla.

yiyəsinə baxıb, mıxını çalır.

yiyəsiz qarqış yerin tapar.

yiyəsiz qoyunu, qışdada qırxarlar.

yiyəsiz mal, ya elə gedər, ya yelə.

yoğandan (yorğandan) artıq ayağ kösülsə (çözülsə. uzunsa) üşüyür.

yoğrulmamış xəmirdən, çörək çıxmaz.

yoğun incəlincə, incə üzülər.

yoğur (xəmir) tez gələndə arvad deyər ərim məni çox istir.

yoğur (xəmir) yetişəndə qabarır.

yoğurt yoğurt danışmaqdansa yoğurub danışmaq yeydi.

yox olsun yoxsulluq, varlığa nə darlıq.

yox yerdən əzrayılda can ala bilməz.

yoxlamamış inanma.

yoxluqla toxluğun arasın, dağlar kəsir.

yoxpulun (yoxsulun) yoxsulluq, bəyin toxluq dərdi var.

yoxsul aclığından ölər, varlı, qorxusundan.

yoxsul arpa tapar, saxlamağa yer tapmaz !.

yoxsul dedi var yoxum getdi, inanmadılar. varlı dedi: siçan dəmiri yedi, inandılar.

yoxsul görür, yoxlur, varlı görür, poxlur.

yoxsul qızına, qızıl demiş, kor itinə (itirdiyinə) gümüş.

yoxsul oldun, öz ölkəndə yad oldun, varlı oldun qərib yerdə, çağ (şad) oldun.

yoxsul olsan bilik qazan, bilgin olsan, bilək qazan.

yoxsul toyux yeyirsə, ya özü xəsdədir, ya toyuğu.

yoxsula ağıl verən çox olur, çörək verən az.

yoxsula dəğmə, varlıya güvənmə.

yoxsula əl ver, əl uzatma.

yoxsula gülən, varlıya bel bağlayan, sona çatmaz.

yoxsula vətən yoxdu, varlı oldun vətən çoxdu.

yoxsuldan yoxsul olan, varlılardır.

yoxsullar tarixdə yazılmaz.

yoxsulluğa öğrənən, dövlətlidən iyi keçinər.

yoxsulluğun yolun bilən, varlılardan xoş gülər.

yoxsulluğun, nə olduğun bilməyən, varada çatar, varsızada.

yoxsulluq bolluq görməz, varlılıq yoxsulluq.

yoxsulluq duyqusu, bəylər yoxsulladar.

yoxsulluq əğrilik deyil.

yoxsulluq, doğma topraq (vətəni) , yad edər.

yoxsulluqda varından demə, qocalıqda zorundan demə.

yoxsulluqdan, vara nə, qocalıqdan, zora nə.

yoxsulu vuran, ya varlıya, ya varına güvənir.

yoxsulu vurma, varlını qoğma.

yoxsulun bəyi olunca, bəyin yoxsulu ol. (bəylər içrə yoxsul ol).

yoxsulun çöri qarın doyurmaz.

yoxsulun uşağı çox, zənginin quzusu çox olar.

yoxsulun varı yox, varlının yoxu çox. (yoxsulun varı yoxdu, varlının yoxu çoxdur).

yoxsulun, yadı çox, varlının kimi yox.

yoxsuz olduq, yolsuz olmadıq.

yoxun dərdi yox.

yol bilən, kərvana qatılmaz. (sınavlı, bilgili (aqah) kimsə, işini tək başına görər, aşar, açar).

yol bilməz, baş əğməz, baş əğər, yol bilməz.

yol dosluğu, kəndi görüncə olur.

yol düzən ol, yol pozan yox.

yol əri yolda gərək. (yoluna inanan, canına qıyar).

yol əzabı gör azabı.

yol igən (çox) ıraq, erkəndən yaraq. (yol uzundur, tezdən qalxıb yaraqlanmaq gərək).

yol quran ol, yol qıran yox.

yol sormaqla bulunur. (işi aparmaq üçün, bilənlərdən sormaq gərək).

yol uzaq, eşşək çolaq. {yol uzaq, yük ağır, azıq qıtıq. (azıq: yemək. qıda) }.

yol uzun araba qoca, mən yorqun.

yol yeriməklə, borc ödəməklə, pul sərpəməklə, yaş yaşamla tükənir.

yolçu keçər iz qoyar, haylı keçər, vay qoyar.

yolçu keçsə izi qalar, topraq əssə, tozu qalar.

yolçudan yolçuya pay düşməz.

yolçuya yol gərək, qurbağaya göl gərək.

yolda yoluğan, yoldaş olmaz.

yoldalçının başı yolda qalat. (yol kəsənin, yağmacının qafası yolda qalır. ). (küzə su yolunda qırılır).

yoldan qal, yoldaşdan qalma. ( yoldan keç, yoldaşdan keçmə). (yaramaz biriylə, iyi yola çıxmaqdansa, iyi yolu sağlamaqdansa, iyi yoldaşın olsunda, otur, yaşa).

yoldaş, arvad, qazanda, əsgidikcə yeğləşir (iyiləşir).

yoldaşı qarqa olanın, yediyi pox olur.

yoldaşım eldəndi, uşağım beldən, dosdum ürəkdən.

yoldaşın içi ağlar, üzü gülər, yağının içi gülər, üzü ağlar.

yoldaşın yaxcıdısa, uzun demə yoluva.

yolğa güdən yola çıxar. (qazaş güdən qazana girər).

yolla gedən yorulmaz deyiblər bil, sevən könül, sevdirən könül, gəl yola gir.

yolsuz, yol aşınmaz, kovasız su daşınmaz. (yolsuz: yola düşmədən).

yolu azana, itin səsi, bülbül səsindən xoşdur.

yolu qovan gəncə varır, sözü qovan qavqaya (da'vaya). .

yoluğda nə var yalığa nə versin. (yoluxda nə varki, qırığa verə).

yoluq verib, yarıqsayın (ehsan verin, rəhmət apartdıyın).

yolun azana, ulduz ay kimi görünür.

yolun azana, ulduz, ay kimi görünür.

yolun sonğ bölümü, lap uzun gələr.

yolun tanışı, qıssa görünür.

yolun ucu məndən, ayağın gücü səndən.

yoluna inanan, canına qıyar. (yol əri yolda gərək).

yolunan gedən yorulmaz, acdan yemək sorulmaz. (əğri olsun yol olsun, düz danışan dil olsun).

yonğalır süngü qılış yarası çox, yonğalmağa dil yarası çarə yox .

yorğa minən yoldaşından, çox yaşayan qurdaşından ayrılar.

yorğan gedər, qovğa bitər.

yorqun ata şallaq vursan, şıllaq atar.

yorqun olub, acqın qurd, tez basar.

yozulmamış qanun, oxunmaz.

yöndərilmədən ər olmaz, duzlanırsa, buz olmaz.

yuğunduqca yuğun, sudan arın (təmiz) olanmazsanki.

yuxarda tanrını, aşağda pulu unutma.

yuxarı tüpür üzündə yığ, aşağı tüpür, saqqalında.

yuxlayan yuxudakıni haçan oyaldar (uyur uyuru haçan uyara?).

yuxu görməyə, yatmağ nə gərək.

yuxu kişidən (adamdan) , yavuzdu (ağırdı) , ölüm yuxudan yavuz.

yuxuda balıq görən, yasdığın altın güdər.

yumşağı döğdükcə bərkiyər.

yumşaq ağacı qurd yeyər.

yumşaq olsan düşman tez qırar, qaqığan isən, xalq səndən doyar. (qaqığan: iti. tünd. quru).

yumşaq üzlü evlənənməz.

yumulu ağıza nə girər. açıq ağıza nə girməz, açıq ağızdan nə çıxmaz.

yumurtana görə, qaqqılda.

yumusan, küfdə deyir, yayısan, lavaş deyir.

yunağa gedər, qırnaya (şirə) , düğünə gedər, zırnaya vurulur. (çapıq otuşan, çabıq ötüşür. çapıq bəğənib, çabıq vazkeçənlər üçün söylənir).

yunağda utanan, kirli qalar. (yunaq ═ hamam). .

yurd kiçik bolsa, anğut böyük tut. (çəmçən kiçik olsa belə, qazanı böyük tut).

yurdsuz kişi, tuxumsuz topraq.

yurdun otlusundan, qutlusu yeğdir.

yuvanı ərkək tikər, dişi saxlar.

yuvarlaq daşda, yosun (ot) bitməz.

yuvarlanan daş, yosun bulmaz. (dığırlanan daşda ot bitməz).

yük götürən dəvə, qamış belə götürür.

yüksəkdən baxan irini uvağ (kiçik) görər.

yüksəyə ağan, devrilir bir gün.

yüksüz eşşək yorğa gedər.

yükü çəkən atdı, atı çəkən arpa.

yükün ağırın nər çəkər, dərdin ağırın ər çəkər.

yüngül dosdun, yükü ağır olar.

yüngül tutsan, xoş gedər.

yüngül yellər birləşib, qasırğa törür.

yüngülü yel alar, ağır yerində qalar.

yüz beynin olsada, birgə bilənlə danış.

yüz birə qoşulmaz, bir yüzə qoşular.

yüz dərəni bir sərə biçər.

yüz eşitməkdən bir görmək yaxşıdır. (yüz eşitməkdən bir görmək yaxşı).

yüz ölçək bir biçək, özümüzə uyğun seçək.

yüz söz, iki işləyən əli, dəğişə bilməz.

yüz vur deyəndən, bir vuran yaxşı.

yüz" "birə" getmir, "bir" "yüzə" gedir, çox "aza" getmir, "az" "çoxa" gedir.

yüzdə var doxsanda var, öpməli daban gördüm, tüpürməli üzdə var.

zaman keçər söz qalar.

zəfranın sarısın, sayrudan (saruğdan. xəsdədən) sor, dadın, yeyəndən.

zənginin payı gəlincə, yoxsulun canı çıxar.

zər ilə zor iş aparar.

zərər maldan olsun başdan yok.

zərgər evində, pişik taqqıltıdan qorxmaz.

zərgər tükanın tozuda qızıldandır.

zırnaçıyla, halvaçı yığnağı. (boş kavara kimsələr toplamı).

zirvələrin, öz zirvəsi var.

zolağ görməmiş ağ qaranı nə tanır, ağ qaranı görməmiş zolağı nə tanır.

zor qapıdan girincə, şəriət bacadan çıxar.

zor zoru, kor koru görür.

zurnaçının göz nəyinə gərəkdir.

zülmün ipi yoğunluğundan qırılar.




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin