GĠRĠġ
Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının
təmin olunması cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət
prinsiplərinə çevik surətdə
yiyələnməy tələb edir.
Bu gün yüksək texnologiyalı milli iqtisadiyyatın və İnformasiya cəmiyyətinin yaradılması
ölkələrin dövlət siyasətinin prioritet istiqamətindən birini təşkil edir. Belə vəziyyətdə
informasiya və kommunikasiya texnologiyaları (İKT) inkişafın ən önəmli amilinə çevrilir və bu
sahə dövlətlərin siyasi, iqtisadi və sosial fəaliyyətinə aktiv təsir edərək iqtisadiyyatın və ictimai
münasibətlərin qloballaşmasını təmin edir. Təhsil sisteminin İnformasiya
cəmiyyətinin
tələblərinə uyğunlaşdırılması prosesi ölkədə yeni təhsil texnologiyalarını, xüsusilə də dünyanın
qabaqcıl təhsil sistemlərinin İKT yönümlü təhsil innovasiyalarından istifadə metodlarını, təhsil
prosesi iştirakçılarının İKT mühitində qabaqcıl təcrübələrini mənimsəmədən dünya təhsil
sisteminə inteqrasiya etmək mümkün deyildir.
Bu gün dünya iqtisadiyyatı daha çox bilik yönümlü
iqtisadiyyat olduğundan, ölkələrin
təhsil sistemlərindən də məhz belə tələblərə cavab verən sistemlərə keçməyi tələb edir. Bu amil
inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması istiqamətində
bir neçə mərhələ
islahatların həyata keçirilməsinə səbəb olmuşdur.
İki mərhələdə – 2003-cü ildə Cenevrədə və 2005-ci ildə Tunisdə keçirilmiş İnformasiya
cəmiyyətinin qurulması problemlərinə həsr olunmuş dünya sammitlərində məhz təhsilin
modernləşdirilməsi məsələlərinə önəmli yer verilmişdir. 2003-cü
ildə qəbul edilmiş
“Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya
(2003-2012-ci illər)” sənədində hazırkı dövrdə Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin
tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir.
Həmin
strategiyanın müddəalarından irəli gələn vəzifələri uğurla həyata keçirmək məqsədilə ölkəmizdə
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət proqramı” qəbul olunmuş, bu proqram çərçivəsində boyük bir layihə – “Xalq
Kompüter” layihəsi həyata keçirilmişdir. “Azərbaycan Respublikasında
rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron
Azərbaycan)” sənədində də təhsil sisteminin təkmilləşdirilməsində İKT-nin tətbiq edilməsi və
İKT sahəsində ümumi maarifləndirmə üzrə xüsusi tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur.
Bunlardan biri kimi dünyanın İKT üzrə ən böyük kompaniyalarından sayılan MİCROSOFT
şirkətinin dəstəyi ilə Respublika Təhsil Nazirliyinin pedaqoji kadrlar üçün təşkil etdiyi İNTEL-
AZƏRBAYCAN kurslarını göstərmək olar. Bütün bunlar Azərbaycanda
təhsilin modernləş-
dirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində ciddi addımlar atıldığını
göstərir.
Təhsildə İKT kursunda öyrənəcəyimiz bir sıra məsələlər (təhsildə idarəetmə, İKT
infrastrukturu,
kadr məsələləri, elektron sənəd dövriyyəsi və s.) ölkə təhsil sisteminin bütün
mərhələləri üzrə xarakterizə olunacaq, təhsil sistemində İKT-nin tətbiqi ilə bağlı əsas məqsədlər,
vəzifə
və prinsiplər göstəriləcək, onların inkişaf yolları və bu sahədə fəaliyyət istiqamətləri,
tətbiq olunmalı metod və mexanizmlər öyrəniləcəkdir.